Anar İsayev Ramil Rəhimov



Yüklə 23,89 Mb.
Pdf görüntüsü
səhifə37/41
tarix28.07.2020
ölçüsü23,89 Mb.
#32345
1   ...   33   34   35   36   37   38   39   40   41
Anar Isayev Tarix


Reaya
 
Osmanlı dövlətində vergi verən bütün əhali. 
Reformasiya
 
(latınca ―dəyişiklik‖) XVI əsrdə Avropada katolik kilsəsinin yenidən qurulması uğrunda 
baş vermiş geniş ictimai hərəkat. 
Relyef
 
Qabarıq təsvir. 
Respublika
 
Xalq hakimiyyəti deməkdir. İlk dəfə e.ə 509-cu ildə Qədim Romada meydana gəlmişdi. 
Restavrasiya
 
 (latınca  ―bərpa  etmək‖  deməkdir)  Çevriliş  yolu  ilə  devrilmiş  dövlət  quruluşunun  və 
sülalənin bərpa edilməsi. 
Roma papası
 
 
Katolik kilsəsi və Vatikan dövlətinin başçısı.  
Roma poeziyasının
 
E.ə. I əsr və b.e.-nın I əsrinin başlanğıcını Roma poeziyasının «qızıl əsri» adlandırırlar.  
«qızıl əsri»
 
Bu dövrdə Romanın görkəmli elm və sənət adamları – Vergili, Lukretsi, Varron, Virtuvi, 
Böyük Plini yaşayıb yaratmışlar. 
Royalistlər
 
Fransada monarxiya (kral) tərəfdarları. 
 
 
- S - 
 
Samuray
 
Yaponiyada dünyəvi feodal, xırda zadəganların hərbi-feodal silki. 
 Sancaq
 
(türkcə ―bayraq‖ deməkdir) Osmanlı imperatorluğunda inzibati ərazi vahid idi. 
Satrap
 
Əhəmənilər dövlətində inzibati vahid olan satraplığın başında duran hakim. 
Satraplıq
 
 
Padşah I Daranın Əhəmənilər dövlətini böldüyü əyalətlərin adı. 
Saziş (barış)
 
Vuruşan tərəflərin razılığı ilə hərbi əməliyyatların müvəqqəti dayandırılması. 
Selena
   
 
Yunan mifologiyasında Ay ilahəsi. 
Senat
 
Qədim Romada Ağsaqqallar şurası. 
Senyor
 
Orta əsrlərdə Qərbi Avropada tabeliyində asılı kəndli və vassalı olan feodal. 
Sərdabə
 
Qəbir abidəsi. Daxilinə mərhumun cənazəsi qoyulan memarlıq tikilisi. 
Sələmçi
 
Yüksək faizlə borc verməklə mənfəət qazanan şəxs. 
Sərraf
 
Qədimdə və orta əsrlərdə pul dəyişən şəxs. 
Səlibçilər
 
(xaçlılar) Səlib yürüşlərinin iştirakçıları. 
Səlib yürüşləri
 
(xaç  yürüşləri) 1096-1270-ci  illərdə  Avropa  ölkələri və  katolik kilsəsi tərəfindən  Yaxın 
Şərqə  təşkil olunmuş yürüşlər. 
Sidr 
 
 
 
Həmişəyaşıl  iynəyarpaqlı ağacı. 
Silk
 
Malik  olduqları  hüquq  və  vəzifələri  adət-ənənə  və  ya  qanuna  görə  təsbit  olunmuş  əhali 
qrupu. 
Silki monarxiya
 
Monarxın  hakimiyyətinin  silki  nümayəndəli  yığıncağa  arxalandığı  mərkəzləşdirilmiş 
feodal dövləti. 
Subaşı
 
Türk  dövlətlərində  kiçik  hərbi  dəstənin  başçısı,  sülh  vaxtı  şəhər  və  qalalarda  asayişə 
nəzarət edən rəis. 
Sultan
 
Bir  çox  şərq  xalqlarında  dövlət  başçısının  daşıdığı  titul.  Qazaxlarda  bir  neçə  min 
alaçıqdan ibarət olan aulun başçısı. 
Sultani
 
Qaraxanilər dövlətində dövlətə məxsus olan əsas torpaq mülkiyyət forması idi. 
Syoqun
  
Yaponiyada 1867-ci ilədək hərbi-feodal hakimlərin daşıdığı  titul. 
Syoqun sistemi
 
İqtisadi, hərbi və siyasi cəhətdən ən güclü feodal ailəsinin hərbi-feodal diktaturası. 
 
 
 

 
230 
 
- Ş - 
 
Şaduf
  
Misirdə yüksəklikdə yerləşən tarlaları suvarmaq üçün qurğu vasitəsi. 
Şahənşah
 
 
(farsca ―şahlar şahı‖) Sasanilər dövlətində İran şahlarının daşıdığ titul. 
Şəhrdar
 
Sasanilər sülaləsinə mənsub olan şəxs. Əyalətləri idarə edirdi. 
Şərqi Roma imperiyası
  Roma imperiyasının 395-ci ildə iki yerə parçalanmasından sonra onun şərq hissəsinin adı. 
Şumerlər
 
E.ə.  VII-VI  minilliklərdə  Mərkəzi  Asiya  və  Altay  dağlarının  ətəklərindən  gələrək 
Mesopotamiyanın cənubunda məskunlaşmış xalq. 
Şovinist (Şovinizm)
 
Qatı millətçi, digər millət və xalqlara qarşı nifrət və düşmənçilik. 
 
 
- T - 
 
Tanhu
   
 
Böyük Hun imperatorluğunda hökmdarın daşıdığı titul. 
Tarxan
 
Xəzər  xaqanlığında  və  Qızıl  ordu  dövlətində  xaqanın  yanında  böyük  imtiyaza  malik 
şəxslər. 
Tayfa 
 
Bir  yerdə  yaşayan,  eyni  dildə  danışan  və  eyni  adətləri  olan  bir  neçə  qohum  qəbilənin 
birliyi. 
Tanxo
 
Mərkəzi  Asiya  dövlətlərində  yalnız  hərbi  xidmət  müqabilində  verilən  əsas  torpaq 
mülkiyyət forması. 
Teatr
 
Yunanca ―tamaşa yeri‖, ―böyüklər üçün məktəb‖ deməkdir. 
Termidor
 
(fransızca  ―isti‖,  ―qızmar‖  deməldir)  Yakobinçilərin  tətbiq  etdikləri  inqilabi  təqvimə 
əsasən Fransada istifadə olunan təqvimdə 11-ci ay (iyul-avqust). 
Termidor çevrilişi
 
1794-cü  il  iyulun  27-28-də  yakobin  diktaturasının  süqutuna  səbəb  olmuş  və  Böyük 
Fransa burjua inqilabına son qoymuş əksinqilabi çevriliş. 
Təcavüz
 
Bir  dövlətin  başqa  dövlətin  müstəqilliyi  və  ərazi  bütövlüyünə  qarşı  hərbi  qüvvə  tətbiq 
etməsi. 
Təhkimli
 
Feodaldan həm torpaq, həm də şəxsi asıldığa düşən kəndli. 
Təzminat
 
Hücuma  məruz  qalmış  dövlətə  dəymiş  zərəri  ödəmək  üçün  məğlub  tərəfin  öhdəsinə 
götürdüyü ödənc. 
Tigin
 
Göytürk dövlətində xaqan ailəsinə mənsub olan şahzadələrə verilən titul. 
Timar
 
Osmanlı dövlətində hərbi xidmətə görə verilən şərti torpaq sahibliyi. 
Toxa
 
Sümükdən, buynuzdan və daşdan ucluq bərkidilmiş ağac. 
Toxa əkinçiliyi
 
Əkinçiliyin toxanın əsas əmək aləti olduğu ən qədim forması. Mezolit dövründə meydana 
gəlmişdi. 
Toxunulmazlar
 
Hindistan əhalisinin azad, amma tam hüquqsuz təbəqəsi. 
Totemizm
 
İnsanların  nəslinin  müəyyən  totemdən  -  heyvan,  bitki,  təbiət  hadisələri  və  cansız 
əşyalardan meydana gəlməsi təsəvvürləri ilə bağlı olan inanc və adətlər sistemi. 
Töycü
  
Qərbi Avropada feodalın asılı kəndlilərdən hər il yığdığı vergi. 
Tragediya
 
 (yunanca  ―keçilər    mahnısı‖)  Qədim  Yunanıstanda  adətən  milli  qəhrəmanlara  həsr 
olunmuş pyes. 
Tribun
 
Qədim Romada plebeylərin seçdiyi müdafiəçisi, təmsilçisi. 
Triumf 
 
Qalib sərkərdənin qoşunları ilə birlikdə təntənəli şəkildə Romaya daxil olması. 
Tümən
 
Pul vahidi. Bir çox Şərq ölkələrində inzibati-ərazi vahidi. 
Tümən əmiri
 
On min nəfərlik qoşun hissəsinin başçısı. 
Türkmən
 
X əsrdə islamı qəbul etmiş oğuzlara verilən ad. 
Tunc
 
Mislə qalay, arsen, mərgümüş və sink kimi metalların qarışığından alınmış metal. 
 
 
 
- U - 
 
Uc torpaqları
 
Səlcuqlar  dövründə  imperiyanın  ucqarlarını  qoruyan  Səlcuq  sərkərdələrinə  paylanılan 
torpaq mülkiyyəti. 
Ulus
 
Monqol və Teymurilər dövlətlərində inzibati-ərazi bölgüsü. 
Uzunmuddetli parlament  
İngiltərə kralı I Karl tərəfindən 1640-cı ildə çağırılmışdır. 1640-1653-cü illərdə fəaliyyət 
göstərmiş və faktik olaraq ―İngiltərə burjua inqilabının qanunverici orqanı olmuşdur. 

 
231 
 
 
- Ü - 
 
Üsyan 
Hər hansı ictimai qrupun siyasi hakimiyyətə və ya dövlətə qarşı açıq silahlı çıxışı. 
Üşr (üşür)
 
Səlcuqlar dövründə torpaqdan istifadə əvəzində kəndlidən alınan onda bir vergisi. 
 
 
       - V - 
 
Vandalizm 
 
―Vəhşi, mədəniyyət abidələrini və şəhərləri dağıdan‖ qəddar adamlar. 
Vaçe
 
Şərq slavyanlarında xalq yığıncağı. 
Vahə
 
Səhrada yaşıllıq və su olan yer. 
«Varfolomey gecəsi»
  
Parisdə  protestantların  katoliklər  tərəfindən  kütləvi  şəkildə  öldürülməsi.  Rəqibə  qarşı 
qəddar, amansız rəftar etmək mənasında işlədilir. 
Vassal
 
(―hərbi qulluqçu‖, ―xidmətçi‖ deməkdir) Senyordan torpaq payı alan feodal. 
Veksel
 
Pul götürən şəxsin yazılı öhdəlik sənədi. 
Veto
 
Latın dilində ―qadağan edirəm‖ deməkdir. 
Vətəndaş
 
Qanunla müəyyənləşdirilmiş hüquqlardan istifadə edən və dövlət qarşısında öhdəliyi olan 
şəxs. 
Vətəndaş müharibəsi
 
Bir ölkə daxilində onun vətəndaşları arasında baş verən müharibə. 
Vergi
 
Dövlətin xeyrinə tutulan məcburi ödəmələr. 
Vəqf  torpaqları
 
Müsəlman aləmində müqəddəs şəhərlər, pirlər, din uğrunda mühacidlər və şəhidlər üçün  
nəzərdə tutulmuş torpaq mülkiyyət forması idi. 
 «Vuruşan çarlıqlar»
  
Çin tarixində e.ə. IV-III əsrlərdə bütün  Çində hakimiyyəti ələ keçirmək uğrunda bir neçə 
müstəqil çarlıq arasında baş vermiş müharibələr dövrü. 
Voyevodalar
 
Rusiyada qəzaları idarə edən şəxs. 
 
 
     - Y - 
 
Yabqu
 
Göytürk imperatorluğunda xaqanın varisinə verilən titul, Oğuz dövlətində hökmdar. 
Yad, düşmən
 
Qədim Hindistanda qullara verilən ad. 
Yarlıq (fərman)
 
Qızıl Odu dövlətində xanların onlardan asılı feodallara verdikləri imtiyaz sənədləri. 
Yazı
 
Məlumatın hər hansı material üzərində şərti işarələrlə verilməsi. 
Yeniçərilər
 
(türkcə  ―yeni  qoşun‖  növü  deməkdir)  Osmanlı  imperiyasında  qeyri  müsəlmanlardan 
təşkil edilmiş və dövlət xəzinəsi hesabına saxlanılan nizami piyada qoşun dəstələri. 
«Yeni İngiltərə»
 
İngiltərədə  rəsmi  olaraq  təqib  olunan  puritantların  yeni  qrupunun  1630-cu  ildə 
Massaçusets körfəzinin sahillərinə gələrək Şimali Amerikada yaratdığı koloniya. 
Yeni zadəgan
 
 
Təsərrüfatı kapitalistcəsinə, yəni muzdlu əmək tətbiq etməklə təşkil edən ingilis zadəganı.  
Yeni tipli ordu
   
İngiltərədə vətəndaş müharibəsi zamanı yaradılmış yeni qoşun növü. 
Yepiskop
 
 
Yunanca nəzarətçi deməkdir. 
Yezuit
 
(latınca)  İsa deməkdir. 
Yezuitlər ordeni
 
Reformasiyaya qarşı mübarizə üçün yaradılmış ―İsa cəmiyyəti‖nin üzvləri. 
Yığıcılıq
 
İnsanların təbiətdən məhsulları hazır şəkildə mənimsəməsi. 
 
 
- Z - 
 
Zəfər tağları
 
Qədim Romada qalib sərkərdə, hökmdarların şərəfinə ucaldılan sütunlar. 
Zəkat (sədəqə)
 
Becərilən məhsullardan, qızıl gümüş və sənətəkarlıq məmulatlarından alınan vergi. 
Zəmindar
 
Dehli sultanlığında türk mənşəli sərkərdə və məmurların sultandan iqta şəklində aldıqları 
şərti torpaq sahibliyi. Moğol imperatorluğunda irsi torpaq sahibləri olan hind feodalları. 
Zikkurat
 
Qədim Mesopotamiyada pilləli məbəd. 
Ziyamət
 
Osmanlı imperiyasında  hərbi xidmətə görə verilən və irsən keçən torpaq mülkiyyəti. 
 
 

 
232 
 
X R O N O L O G İ Y A 
 
QƏDİM DÖVR  
 
E.ə. IV minilliyin ikinci yarısı
 
Yuxarı Misirdə və Aşağı Misirdə iki müstəqil padşahlıq yarandı.  
E.ə. IV minilliyin sonu
 
Yuxarı  Misir  ilə  Aşağı  Misir  padşahları  arasında  müharibə  baş  verdi.  Qədim 
Misirvahid dövlətdə birləşdirildi, Vahid Misir dövləti yarandı. 
E.ə. IV minilliyin sonu
 
Misirdə yazı meydana gəldi. 
E.ə. II minillik
 
Misirin paytaxtı Fiv şəhərinə köçürüldü. 
E.ə II minilliyin əvvəlləri
 
 I Tutmosun hakimiyyəti. 
E.ə II minilliyin ortaları
 
III Tutmosun hakimiyyəti. 
E.ə. XIII əsrin əvvəlləri
 
II  Ramzesin  hakimiyyəti.  II  Ramzes  het  tayfalarını  məğlub  edərək  onlarla  sülh 
bağladı. 
*** 
E.ə. VII-VI minilliklər
 
Sumer  tayfaları  Mərkəzi  Asiya  və  Altay  dağlarının  ətəklərindən  gələrək 
Mesopotamiyada məskunlaşdılar. 
E.ə. III minilliyin əvvəlləri
 
Mesopotamiyada  ilk  şəhər-dövlətlər  (Eredu,  Laqaş,  Umma,  Nippur)    meydana 
gəldi. 
E.ə. III minilliyin əvvəlləri
 
Şumerlər mixi yazı növünü yaratdılar. 
E.ə III minillik
 
Qədim  Mesopotamiya  memarlığında    zikkurat  formalı  pilləli  məbədlər    geniş 
yayıldı. 
E.ə. II minilliyin əvvəli
 
Babil şəhər-dövləti yarandı. 
E.ə. 1792-1750-ci illər
 
Babil hökmdarı Hammurapinin hakimiyyət illəri. 
***
 
E.ə. II minillik
    
 
Finikiyalılar Tir, Sidon və Bibil kimi ticarət şəhər dövlətləri yaratdılar. 
E.ə. II minillik
    
 
Finikiyalılar ən yaxşı gəmi inşaatçıları və dənizçilər olmuşlar. 
E.ə. XVI əsr
 
Finikiyalılar  Şimali  Afrikada,  Kipr,  Sardiniya,  Siciliya  adalarında  koloniyalar 
saldılar. 
E.ə II minillik
 
Aşşur dövləti yarandı. 
E.ə. VIII-VII əsrlər
 
Aşşur dövləti Babili, Suriyanı və Fələstini işğal etdi. 
E.ə. 612-ci il
 
Aşşur  dövlətinin  paytaxtı  Nineva  şəhəri  Midiya  və  Babil  qoşunları  tərəfindən 
tutuldu. 
E.ə. 605-ci il
 
Aşşur dövləti süqut etdi. 
***
 
E.ə. II minillik 
 
Ari tayfaları İran ərazisində məskunlaşdılar. 
E.ə. VIII əsrin sonu
 
 
Deyok Midiyada dövlət yaratmağa təşəbbüs etdi. 
E.ə. 672-ci il
 
 
Midiya tayfaları aşşurların işğalından xilas oldular. 
E.ə 672-550-ci illər
 
 
Midiya dövlətinin mövcud olması dövrü. 
E.ə. VII əsr
 
 
Zərdüştilik dini meydana gəldi. 
E.ə. VII əsrin ortaları
 
Aşşur  dövləti  ilə  Midiya  arasında  müharibə  baş  verdi.  Midiya  iskitlərin 
hakimiyyəti altına düşdü.  
E.ə. 616-612-ci illər
 
Midiya  və  Babil  qoşunları  Aşşur,  Arbela,  Kalat  və  Nineva  şəhərlərini  işğal 
etdilər. 
E.ə. 550-ci il
 
II  Kir  Ekbatan  şəhərini  tutaraq  Midiya  hökmdarı  Astiaqı  taxtdan  saldı    və  
Əhəmənilər dövlətinin əsasını qoydu. Midiya dövləti süqut etdi. 
E.ə 550-330-cu illər
 
 
Əhəmənilər dövlətinin mövcud olması dövrü. 
E.ə 550-530-cu illər
 
II Kirin kakimiyyəti. Kiçik Asiyada Lidiya çarlı işğal edildi, Misirə qədər bütün 
ölkələr Əhəmənilər dövlətinə tabe edildi. 

 
233 
 
E.ə. 525-ci il
 
II Kambiz Misirə yürüş etdi. Misir ələ keçirildi. Misir kahinləri II Kambizi firon 
elan etdilər. 
E.ə. 522-ci il
 
Əhəmənilər dövlətində Qaumata üsyanı baş verdi. Qaumata sui-qəsd nəticəsində 
öldürüldü. I Dara hakimiyyətə gəldi. 
E.ə. 330-cu il 
 
Əhəmənilər imperiyası süqut etdi.
 
E.ə. 247-ci il
 
 
Parfiya dövləti yarandı. 
E.ə. 53-cü il
 
 
Parfiyalılar roma ordusunu məğlub etdilər. 
E.ə. 38-ci il
 
 
Romalılar parfiyalılar üzərində qələbə qazandılar. 
224-cü il
 
 
Parfiya dövləti süqut etdi. 
*** 
E.ə. VII əsrin əvvəlləri
   
Kimmer, iskit və sak tayfaları Cənubi Qafqaza və Ön Asiyada köç etdilər. 
E.ə. VII əsrin ortaları
 
Van  gölü  ilə  Urmiya  gölü  arasındakı  ərazilərdə  Kimmer-İskit-Sak padşahlığı 
yarandı. 
E.ə. VI əsrin əvvəlləri
 
 
Midiya dövləti tərəfindən Kimmer-İskit-Sak padşahlığı süquta uğradıldı. 
E.ə. IV əsrin ortaları
 
 
Şərqi Avropada payataxtı Neapol şəhəri olan İskit dövləti yarandı. 
E.ə. 339-cu il
 
 
Makedoniya çarı II Filiplə iskitlər arasında döyüş baş verdi. 
E.ə 331-ci il
 
İskitlər Makedoniyalı İsgəndərin ordusunu məğlub etdilər. 
E.ə. II əsr
 
İskit  dövlətinin  çiçəklənmə  dövrü.  İskitlər  qonşuluqdakı  yunan  şəhər-
dövlətlərinin bir qismini özlərinə tabe etdilər. 
III əsrin ikinci yarısı
 
 
İskit dövləti qot tayfalarının hücumu nəticəsində süqut etdi. 
*** 
E.ə. VI-V əsrlər
 
 
Mərkəzi Asiya xalqları Əhəmənilərin hücumuna məruz qaldı. 
E.ə VI-IV əsrlər
 
Mərkəzi  Asiyada  Baktriya,  Parfiya,  Xarəzm,  Margiana  və  Soqdiana  adlı  vahə 
dövlətləri yarandı.  
E.ə. IV əsrin ikinci yarısı
 
Makedoniyalı İsgəndərin Şərqə yürüşü nəticəsində Əhəmənilər imperiyası süqut 
etdi. Mərkəzi Asiyaya xalqları Makedoniyalı İsgəndərin hücumuna məruz qaldı. 
Sərkərdə Spitamen ilə İsgəndərin qoşunu arasında döyüş baş verdi. 
E.ə. IV əsrin ikinci yarısı
  
Mərkəzi Asiya Selevklər dövlətinin tərkibinə daxil edildi. 
E.ə. 220-ci il
 
Böyük Hun imperiyası yarandı. 
E.ə. 220 - e.ə. 209-cu illər
 
Teoman Tanhunun hakimiyyəti. 
E.ə III əsr
 
Hunlar ilk dəfə Çinə hücumlar etməyə başladılar. 
E.ə. 214-cü il
 
 
Böyük Çin səddinin inşasına başlandı. 
E.ə 209 – e.ə 174-ci illər
 
Mete xanın hakimiyyəti. 
E.ə. 36-cı il
 
Çiçi tanhunun başçılığı ilə Qərb hunları Tanrı dağlarının şimalını, İssık gölünün 
ətrafını və Mərkəzi Asiyanı tutdular. 
E. ə. 36-cı il
 
Çinlilər  Qərbi  hunlar  üzərinə  hücuma  keçərək    Qərbi  Hun  dövlətinin  paytaxt 
şəhərlərini tutdular, ―İpək yolu‖ üzərində  50-dək şəhər qarət edilərək dağıdıldı. 
Qərbi  Hun  dövlətinə  son  qoyuldu.  Şərqi  Hun  dövləti  çinlilərin  hakimiyyətini 
qəbul etdilər. 
E.ə. 18-ci il
 
 
Şərq hunları yenidən müstəqillik qazandılar. 
*** 
E.ə. II minillik
 
Çin ərazisində sinifli cəmiyyət və ilk dövlət olan Şan dövləti yarandı. 
E.ə. VI əsr
 
 
Çinlilər dəmir emal etməyi öyrəndilər. 
E.ə. IV-III əsrlər
 
 
Çin tarixində «vuruşan padşahlıqlar dövrü». 
E.ə. 221- e.ə 206-cı illər
   
Çində Sin sülaləsinin hakimiyyəti dövrü. 
E.ə. 221-ci il
 
İlk Sin hökmdarı  Sin Şixuandi  imperator titulunu qəbul etdi. 
E.ə. 206-cı il
  
Çində Sin sülaləsinin zülmünə qarşı üsyan baş verdi. 
E.ə 206 - e. III əsr
  
Çində Xan sülaləsinin hakimiyyəti dövrü. 

 
234 
 
E.ə II əsr
 
Böyük  İpək  yolu  salındı.  Çindən  gələn  ticarət  yolu  dünya  ticarət  yollarına 
qoşuldu. 
 
I əsrin əvvəlləri
 
 
Çində «Qırmızıqaşlılar» üsyanı baş verdi. 
184-204-cü illər
 
Çində «Sarısarıqlılar» üsyanı baş verdi. 
*** 
E.ə. III minillik
 
Hindistanda ilk qədim şəhərlər meydana gəldi. 
E.ə. II minillik
 
Ari tayfaları Hindistana köç etdilər. 
E.ə. I minilliyin birinci yarısı
 
Hindistanda ilk dövlətlər meydana gəldi. 
E.ə. 317-ci il
 
 
Hindistanda padşah Çandraqupta Mauriya dövlətinin əsasını qoydu. 
E.ə 317 – e.ə 180-ci illər 
 
Hindistanda Mauriya sülaləsinin hakimiyyəti dövrü. 
E.ə. III əsrin II yarısı
 
  
Padşah Aşoka tərəfindən Hindistan ilk dəfə vahid dövlətdə birləşdirildi. 
E.ə. VI əsrin sonu
 
 
Hindistan Əhəmənilər imperiyası tərəfindən işğal edildi. 
E.ə. IV əsrin 20-ci illəri
   
Makedoniyalı İskəndər Hindistanın şimal-qərbinə hücum etdi. 
E.ə. I əsr
 
 
Hindistanda daşdan yonulmuş  darvaza  inşa olundu. 
*** 
E.ə. III-II minillik
 
 
Krit adasında  Avropanın ən qədim və ilk dövləti yarandı. 
E.ə. II minillik
 
Təbii fəlakət nəticəsində Krit mədəniyyəti  süqut etdi. 
E.ə. II minillik
 
 
Cənubi Yunanıstanda Mikena mədəniyyəti yarandı. 
E.ə. II minilliyin sonları
 
Mikena  mədəniyyəti  Yunanıstanın  şimalından  gələn  dori  tayfaları  tərəfindən 
məhv edildi. Dorilər Cənubi Yunanıstanda Lakonika vilayətini tutdular. 
E.ə. VIII-VI əsrlər
 
İlk  yunan  şəhər-dövlətləri  yarandı.  Orta  Yunanıstanda  –  Afina,  Cənubi 
Yunanıstanda    –  Korinf  və  Sparta,  Egey  dənizi  sahillərində  -  Milet,  Efes  və 
Rodos  şəhər dövlətləri yarandı. 
E.ə. VIII əsr
 
Akropolda  yaşayan  adlı-sanlı  adamlar  Attikanın  bütün  əhalisini  özlərinə  tabe 
etdilər. 
E.ə. VII əsr
  
 
Dorilər Messeniya vilayətini  tutdular. Spartada quldarlıq dövləti yarandı. 
E.ə. VII əsr
 
 
Afinada gümüş pul kəsildi. 
E.ə. VII əsr
  
Demosla  aristokratlar  arasında  mübarizə  başladı.  Afinada  Drakon  qanunları 
tərtib edildi. 
E.ə. 594-cü il
 
Afinada Solon islahatları həyata keçirildi. 
E.ə. VI əsrin sonları
 
Afina ordu və donanmaya başçılıq etmək üçün strateqlər seçməyə başlandı. 
Eə. VI əsr
  
 
Afinada qara fiqurlu amforalar istehsal olunmağa başlandı. 
E.ə. V əsr
 
 
Afinada qırmızı  fiqurlu amforalar istehsal olunmağa başlandı. 
Yüklə 23,89 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin