1055-ci il
Sultan I Toğrul Bağdada yürüş etdi. Abbasilər xilafəti səlcuq türklərindən asılı
vəziyyətə düşdü.
1063-1072-ci illər
Alp Arslanın hakimiyyəti.
1071-ci il 26 avqust
Səlcuqlarla Bizans arasında Malazgird döyüşü baş verdi.
1072-1092-ci illər
I Məlikşahın hakimiyyəti.
1118-1157-ci illər
Sonuncu Səlcuq hökmdarı Sultan Səncərin hakimiyyəti.
1157-ci il
Səlcuq imperiyası süqut etdi.
***
IV əsr
Hindistanda Qupta sülaləsi hakimiyyətə gəldi.
IV-V əsrlər
Hindistanda Qupta sülaləsinin hakimiyyəti dövrü «Hindistanın qızıl əsri».
V əsrin sonları
Qupta hökmdarları Ağ hun imperatorluğundan asılı vəziyyətə düşdülər. Qupta
dövləti parçalandı. Hindistanda Xarşa dövləti yarandı.
VI-XIII əsrlər
Hindistanda feodal dağınıqlığı dövrü.
VIII əsrin əvvəllləri
Ərəblər Hindistana yürüş etdilər. Hindistanda Mənsurə və Multan əmirlikləri
yarandı.
XI əsrin əvvəlləri
Qəznəvi hökmdarı Sultan Mahmud Hindistana yürüş etdi. Hindistanın Kəşmir,
Pəncab və Qucarat əyalətlərini Qəznəvilər dövlətinin tərkibinə qatıldı.
1206-cı il
Qütbəddin Aybək tərəfindən Hindistanda Dehli sultanlığının əsasını qoydu.
1206-1526-cı illər
Dehli sultanlığının mövcud olması dövrü.
1211-ci il
Dehli sultanlığında Şəmsiyyə sülaləsi hakimiyyətə gəldi.
1211-1236-cı illər
Eltutmuş xanın hakimiyyəti dövrü.
1236-1240-cı illər
Raziyyə sultanın hakimiyyəti dövrü.
1526-cı il
Babur şahla Dehli sultanı arasında döyüş baş verdi. Babur şah qalib gələrək Aqra
şəhərini tutdu və Dehli sultanlığının varlığına son qoyaraq onun yerində Böyük
Moğol imperatorluğunu yaratdı.
1526-1858-ci illər
Böyük Moğol imperatorluğunun mövcud olması dövrü.
1556-1605-cı illər
Əkbər şahın hakimiyyəti dövrü.
***
XII əsr
Monqol tayfaları arasında qəbilə münasibətləri dağılmağa başladı və feodal
münasibətləri, hərbi təşkilatlar olan ordular - birləşmələr yarandı.
1206-cı il
Onon qurultayı çağırıldı. Monqol dövləti yaradıldı, Temuçin böyük xan - xaqan
seçildi və Çingiz adlandırıldı.
1207-ci il
Çingiz xan qalibiyyətli hərbi yürüşlərə başladı.
1207-1211-ci illər
Çingiz xan qırğız, merkit, uyğur və buynak tayfalarını tabe etdi.
1211-ci il
Çingiz xan Şimali Çinə yürüş etdii.
1215-ci il
Çingiz xan Pekin şəhəri tutdu və bütün Şimali Çinin işğalını başa çatdırdı.
1219-1221-ci illər
Çingiz xan Otrar, Buxara, Səmərqənd, Üzgənc və Mərv şəhərlərini ələ keçirdi.
Mərkəzi Asiya monqollar tərəfindən işğal olundu.
1220-1222-ci illər
Şimali İran və Cənubi Qafqazı monqol işğalına məruz qaldı.
1227-ci il
Çingiz xan vəfat etdi. Ugedey böyük xaqan oldu.
XIII əsrin 40-cı illəri
Monqollar Şərqi Avropaya yürüş etdilər. Rus knyazları monqollardan vassal
asılılığına salındı. Şərqi Avropada Batı xan tərəfindən Qızıl Ordu dövlətinin
əsası qoyuldu.
1256-cı il
Hülakü xan Azərbaycan və İranı ələ keçirdi.
1258-ci il
Hülakü xan Bağdadı ələ keçirdi. Abbasilər xilafətinin varlığına son qoyuldu.
Beşinci monqol ulusu - Hülakü dövləti yarandı.
1258-1357-ci illər
Hülakülər dövlətinin mövcud olması dövrü.
XIII əsrin ikinci yarısı
Monqol dövlətində mərkəzi hakimiyyətə tabe olmamaq meylləri gücləndi.
1264-cü il
Monqol dövlətinin paytaxtı Qaraqorumdan Pekinə köçürüldü.
XIII əsrin sonları
Qızıl Ordu dövləti ilə Monqol imperatorluğu arasında əlaqələr tamalilə kəsildi.
XIV əsrin əvvəlləri
Monqol dövləti parçalandı və ərazisində ayrı-ayrı dövlətlər yarandı.
241
1357-ci il
Qızıl Ordu xanı Canı bəy Azərbaycana yürüş etdi. Hülakülər dövləti süqut etdi.
1370-ci il
Teymurilər dövlətinin əsası qoyuldu.
1370-1405-ci illər
Əmir Teymurun hakimiyyəti.
1380-ci il
Moskva Knyazlığı ilə Qızıl Ordu arasında Kulikova döyüşü baş verdi.
1382-ci il
Toxtamış xan Moskvanı tutaraq yandırdı.
1387-1395-ci illər
Əmir Teymurla Toxtamış xanı arasında müharibə baş verdi.
1395-ci il
Əmir Teymur ilə Qızıl Ordu arasında Terek çayı sahilində döyüş baş verdi.
Əmir Teymur Qızıl Ordunun şərq vilayətlərini ələ keçirdi.
1405-ci il
Əmir Teymur Otrar şəhərində vəfat etdi.
XV əsr
Qızıl Ordu müstəqil dövlətlərə parçalandı. Qazan, Həştərxan Krım və Sibir
xanlıqları yarandı. Rus knyazlıqlarının Qızıl Ordudan asılılığa son qoyuldu.
1507-ci il
Şeybani xan Xorasanı tutdu. Teymurilər dövləti süqut etdi.
XVI əsrin əvvəlləri
Qızıl Ordu dövləti süqut etdi.
***
1299-cu il
Osmanlı dövləti yarandı.
1299-1326
Osman qazinin hakimiyyəti
1326-1399-cu illər
Orxan qazinin hakimiyyəti.
1359-1389-cu illər
Sultan I Muradın hakimiyyəti.
1361-ci il
Osmanlı dövlətinin paytaxtı Ədirnə şəhərinə köçürüldü.
1371-ci il
Çirmən döyüşündə Osmanlılar Serbiya dövlətini məğlub etdi. Serbiya
osmanlılardan asılılığı qəbul etdi.
1389-1402-ci illər
I İldırım Bəyazidin hakimiyyəti.
1402-ci il
Bəyazidlə Teymur arasında Ankara döyüşü baş verdi.
1421-1451-ci illər
Sultan II Muradın hakimiyyəti.
1453-cü il 29 may
II Mehmet Konstantinopolu fəth etdi. Bizans imperiyasının varlığına son
qoyuldu, Konstantinopol şəhəri İstanbul adlanaraq Osmanlı dövlətinin
paytaxtına çevrildi.
1520-1566-cı illər
Sultan I Süleyman Qanuninin hakimiyyəti.
1514-cü il
Çaldıran düzündə Osmanlılar Səfəviləri məğlub etdilər.
1521-1526-cı illər
Sultan I Süleyman Belqradı, Cənubi və Mərkəzi Macarıstanı tutdu.
***
V əsrin sonları
German tayfalarının işğalları nəticəsində Qərbi Avropada quldarlıq quruluşu
dağıldı və feodalizm quruluşu meydana gəldi.
V-VI əsrlər
Alman tayfalarında nəsil icması qonşuluq icması ilə əvəz oludu.
V əsrin sonları
Frank tayfa başçısı Xlodviqin Qalliyaya hücum etdi.
486-cı il
Suasson döyüşü nəticəsində Xlodviq romalılar üzərində qələbə qazanaraq
Qalliyanın bir hissəsini ələ keçirdi.
500-cü il
Qərbi Avropada ilkin feodal dövləti olan Frank dövləti yarandı.
500-843-cü illər
Frank dövlətinin mövcud olması dövrü.
768-814-cü illər
Böyük Karlın hakimiyyəti.
800-cü il
Frank imperiyası yarandı.
843-cü il
Verden müqaviləsinə əsasən Frank imperiyası üç hissəyə parçalandı, Frank
imperiyası süqut etdi, onun yerində Fransa, Almaniya və İtaliya krallıqları
yarandı.
IX-X əsrlər
İtaliya
Müqəddəs Roma imperiyasının tərkibində qatıldı. İtaliya şəhərlərinin
çoxu
kommuna hüququ qazandı. İtaliya müstəqil dövlətlərə parçalandı və
müstəqil Genuya, Piza, Venesiya şəhər respublikaları yarandı.
IX-XIV əsrlər
Fransada Kapetinqlər sülaləsinin hakimiyyəti.
IX
əsrin
sonları
Almaniya vilayətləri vahid dövlətdə birləşdirildi və
vahid dövlət yaradıldı.
IX-XI əsrlər
Qərbi Avropada feodal dağınıqlığı dövrü.
242
X-XI əsrlər
Fransa
da feodal münasibətlərinin formalaşması başa çatdı.
Fransa iri feodal
mülklərinə parçalandı.
X– XI əsrlər
Almaniya işğalçılıq siyasətinə başladı.
962-ci il
Almaniya kralı I Otto Romanı işğal edərək özünü Roma imperatoru elan etdi.
Müqəddəs Roma imperiyası (962-1806) yarandı. Papa vilayəti Müqəddəs Roma
imperiyasının tərkibinə qatıldı. İtaliyaya sahib olmaq uğrunda Roma papaları ilə
alman kralları arasında mübarizə başladı.
XI əsrin sonları
Almaniyada feodal münasibətləri inkişaf etməyə başladı və ərazisində müstəqil
knyazlıqlar yarandı.
***
395-1453-cü illər
Bizans imperiyasının mövcud olması dövrü.
VI əsr
Slavyanlar Bizansın tabeçiliyində olan Balkan yarımadasının şimalını,
Makedoniya və Yunanıstanı işğal etdilər.
VI əsrin ortaları
«Xalqların böyük köçü» slavyanların Bizans ərazisində məskunlaşması ilə başa
çatdı. Bizansda quldarlıq quruluşu dağıldı.
VII əsr
Bizansda feodalizm münasibətləri yaranmağa başladı.
VII əsr
Bizans imperiyası zəifləməyə başladı. Ərəblər Bizans imperiyasının mülkləri
olan Suriya və Misiri tutdu.
XI əsr
Bizans Səlcuq türklərinin yürüşlərinə məruz qaldı.
***
VII-VIII əsrlər
Slavyanlarda qəbilə quruluşu qonşuluq icması ilə əvəz olundu.
IX əsr
Slavyanlarda ilk dövlətlər meydana gəldi.
IX əsrin ikinci yarısı
Şərq slavyanlarının ilk dövləti olan Kiyev dövləti yarandı.
X əsrin əvvəlləri
Qərb slavyanların ilk dövləti olan Çexiya dövləti yarandı.
X əsrin ortaları
Polşa dövləti yarandı. Knyaz İgid Beloslav (I Beloslav) tərəfindən bütün Polşa
torpaqları vahid dövlətdə birləşdirildi.
XI əsr
Kiyev dövləti müstəqil knyazlıqlara parçalandı.
XIII əsr (1237-1240)
Monqollar rus torpaqlarına hücum etdilər. Hücum nəticəsində rus knyazlıqları
Qızıl Ordu dövlətinin vassal asılılığına (1240-1480) düşdülər.
XIV əsr
Rus torpaqlarının vahid mərkəzləşmiş dövlətdə birləşdirilməsi prosesinə
başlanıldı.
XIV əsrin ikinci yarısı
Qızıl Ordu xanlarının rus torpaqlarına hücumları tamamilə kəsildi.
XIV əsrin ikinci yarısı
Moskva knyazlığı Rus torpaqlarını birləşdirilmək uğrunda mübarizəyə başladı.
1380-cı il
Kulikova döyüşü. Dmitri Donskoyun başçılığı ilə ruslar Qızıl Ordu xanı Mamay
xanı məğlub etdilər.
1382-ci il
Toxtamış xan Moskvanı tutaraq yandırdı. Moskva knyazlığı yenidən Qızıl
Ordunun vassal asılılığına düşərək ona xərac verməyə başladı.
1497-ci il
Rusiyada təhkimçilik hüququnun təsdiq edilməsi haqqında III İvan tərəfindən
fərman verildi.
XV əsr
Mərkəzləşmiş Rus dövləti yarandı.
XVI əsrin 50-ci illəri
Qazan və Həştərxan xanlıqları Rusiya tərəfindən işğal edildi.
XVI əsrin sonları
Qərbi Sibir torpaqları Rusiyaya birləşdirildi.
***
XI əsr
İtaliya və Fransanın cənubunda yeni şəhərlər yarandı.
XI-XIII əsrlər
Qərbi və Mərkəzi Avropa şəhərlərində sənətkar ittifaqları yarandı.
XII-XIII əsrlər
Avropa ölkələrində şəhərlər senyorlara qarşı mübariz apardı.
XIII əsr
Şərq ölkələri ilə ticarət Bizansdan Venesiya və Genuya tacirlərinin əlinə keçdi.
XIII əsr
Fransanın Şampan yarmarkası Avropada ən böyük yarmarkaya çevirildi.
XIII-XIV əsrlər
Qərbi Avropa tacirləri gildiyalar (ticarət birlikləri) yaratdı.
***
243
1054-cü il
Xristian kilsəsi iki hissəyə parçalandı.
1095-ci il
Roma papası II Urbanın xristianları Şərq ölkələrinə yürüş etməyə çağırdı.
1906-cı il, yaz
Qərbi Avropa kəndliləri birinci səlib yürüşünə başladı.
1096-cı il, payız
Fransa, Almaniya və İtaliya cəngavərləri birinci səlib yürüşünü davam etdirdi.
1096-1099-cu illər
Birinci səlib yürüşü. Səlibçilər Qüdsü tutaraq burada müsəlman qırğını
törətdilər, Suriya və Fələstinin aralıq dənizi sahillərində Qüds krallığı yaradıldı.
XI-XIII əsrlər
Katolik kilsəsi bidətçilərə qarşı inkvizisiya məhkəməsi təşkil etdi
1147-ci il
İkinci səlib yürüşü. Misir hökmdarı Səlahəddin Əyyubi səlibçi qoşunlarını
məğlub edərək onları Qüdsdən qovdu.
1190-cı il
Üçüncü səlib yürüşü baş verdi.
1199-cu il
Səlibçilər Roma Papası III İnnokentinin başçılığı ilə dördüncü səlib yürüşünə
başladılar.
1204-cü il
Səlibçilər Bizansın paytaxtı Konstantinopolu tutdular. Müqəddəs Sofiya kilsəsi
qarət olundu.
1261-ci il
Səlibçilər Konstantinopoldan qovuldular.
XIII əsrin sonları
Səkkizinci səlib yürüşü. Səlibçilər Şərq ölkələrindən tamamilə qovulub çıxarıldı.
XIII əsr
İngiltərə, Polşa, İsveç və Danimarka dövlətləri Roma papasının vassalına
çevrildi.
***
VIII əsr
Pireney yarımadasında ərəblər tərəfindən Kordova xilafətinin əsası qoyuldu.
XI-XV əsrlər
İspaniyada müsəlmanlara qarşı səlib yürüşləri həyata keçirildi.
1479-ci il
Kastiliya və Araqon krallıqlarının birləşməsi nəticəsində mərkəzləşmiş İspaniya
dövləti yarandı. Navarra krallığı İspaniya və Fransa arasında bölüşdürüldü.
1492-ci il
İspaniya Qranada müsəlman əmirliyini tutdu. Portuqaliyadan başqa, bütün
Pireney yarımadası İspaniyanın əlinə keçdi.
***
IX-X əsrlər
İtaliyada müstəqil Piza, Venesiya və Genuya şəhər respublikaları yarandı. İtaliya
şəhərləri senyorlara qarşı mübarizəyə başladı. Lukka, Milan, Boloniya və Piza
şəhərləri kommuna hüququ əldə etdilər.
XII əsr
Venesiyada şüşə, bədii şüşə və güzgü istehsalı genişləndi.
XII əsr
Venesiyada veksel və çek sistemi tətbiq olunmağa başlandı.
1156-cı il
Venesiyada Avropanın ilk dövlət bankı yaradıldı.
XIV əsr
Venesiya respublikası Şərqlə ticarətdə vasitəçilikdən Genuyanı sıxışdırıb çıxardı.
XV əsr
İtaliyanın bir sıra şəhərlərində varlı ailələr hakimiyyəti ələ keçirdi. Milan,
Boloniya və Florensiya şəhərlərində tiranlıq idarə üsulu yaradıldı.
XV əsr
Florensiyada Mediçilər ailəsi hakimiyyəti ələ keçirdilər.
***
843-cü il
Fransa krallığı yarandı.
843-1792-ci illər
Fransa krallığının mövcud olması dövrü.
XI əsr
Fransada şəhərlər meydana gəldi.
XI əsr
Fransanın birləşdirilməsi uğrunda mübarizə başladı.
XI-XIII əsrlər
Fransa torpaqlarının çox hissəsi İngiltərə kralları tərəfindən tutuldu.
XIII əsr
Normandiya və Tuluza qraflığı Fransaya birləşdirildi.
XIV əsrin əvvəlləri
IV Gözəl Fillip ilə Roma papası arasında münaqişə baş verdi.
1302-ci il
Fransada ilk dəfə Baş Ştatlar çağırıldı.
1337-1453-cü illər
İngiltərə ilə Fransa arasında yüzillik müharibə baş verdi.
1358-ci il
Fransada ―Jaklar‖ üsyanı baş verdi.
1429-cu il
Janna D`Ark Orlean şəhərini mühasirədən azad etdi.
1453-cü il
Fransa ilə İngiltərə arasında sülh bağlandı və yüzillik müharibə başa çatdı.
XV əsrin ikinci yarısı
XI Lüdoviqlə Burqundiya hersoqu İgid Karl arasında münaqişə baş verdi.
244
XV əsrin sonları
Burqundiya, Marsel və Bretan qraflığı Fransaya birləşdirildi.
XVI əsrin əvvəlləri
Fransada manufakturalar meydana gəldi.
XVI əsr
Fransanın qərb sahillərindəki limanların əhəmiyyəti artdı.
***
IV-VI əsrlər
Anqlo-sak tayfaları Britaniya adalarında məskunlaşdı. İngilis xalqı yarandı.
VII əsr
İngiltərədə feodal münasibətləri meydana gəldi.
1066-cı il
Qastinqs döyüşü. İngiltərədə Fateh Vilhelm tərəfindən mərkəzləşmiş dövlətin
əsası qoyuldu. İngiltərədə Vilhelmlər sülaləsinin hakimiyyəti dövrü başladı.
1066-1087-ci illər
İngiltərədə Vilhelmlər sülaləsinin hakimiyyəti dövü.
1265-ci il
İlk dəfə İngiltərədə parlament çağırıldı.
XIV əsr
İngiltərə parlamenti lordlar və nümayəndələr palatasına bölündü.
1381-ci il
İngiltərədə Uot Tayler üsyanı baş verdi.
1455-1485-ci illər
İngiltərədə al qızılgül və ağ qızılgül müharibələri baş verdi.
1485-1603-cü illər
İngiltərədə Tüdorlar sülaləsinin hakimiyyəti dövrü.
XVI əsrin əvvəlləri
İngiltərədə ilk kapitalist müəssisəsi olan manufakturalar meydana gəldi.
XVI əsr
İngiltərədə ―çəpərləmələr‖ başladı.
1588-ci il
La-Manş döyüşü. İngilislər Məğlubedilməz armadanı məhv etdilər.
1558-1603-cü illər
İngiltərə tarixinin «qızıl dövrü». Tüdorlar sülaləsinin sonuncu nümayəndəsi I
Yelizavetanın hakimiyyəti dövrü.
***
XVI əsrin əvvəlləri
Almaniyada ilk manufakturalar meydana gəldi.
1517-ci il
Martin Lüter katolik kilsəsinin ―cənnət qəbzi‖ alverinə qarşı çıxış etdi.
1524-1525-ci illər
Almaniyada kəndli müharibəsi baş verdi.
1555-ci il
Almaniyada katoliklərlə protestantlar arasında Auqsbruq sazişi imzalandı.
1572-ci il, 23 avqust
―Varfolomey gecəsi‖ hadisəsi baş verdi. Fransada katoliklər protestant qırğını
törətdilər.
XVI əsr
İsveç, İngiltərə və Danimarka kralları kilsə islahatı keçirərək öz ölkələrində kilsə
başçıları oldular.
XVI əsr
Avropada reformasiya nəticəsində katolik kilsəsi başqa kilsələrə parçalandı.
***
XVI əsrin birinci yarısı
İspaniya kralı II Filipp Niderlandda inkvizisya tətbiq etdi.
1566-cı il
Niderlandda katolik kilsəsi və ispan zülmünə qarşı burjua inqilabı başladı.
1572-ci il
Dəniz gözləri Brill limanını tutdu. Hollandiyanın şimalında üsyan başladı.
1576-cı il
İspan əsgərləri Antverpen şəhərini tutaraq dağıtdı. Hollandiyanın cənub
əyalələrinin əhalisi üsyana qoşuldu.
1579-cu il
Cənubi Niderlandda üsyan yatırıldı və İspaniyanın hakimiyyəti altında qaldı.
1579-cu il
Niderlandın yeddi şimal əyaləti birləşərək vahid dövlət - Hollandiya
respublikasını yaratdı.
1609-cu il
İspaniya Hollandiyanın dövlət müstəqilliyini tanıdı. Niderland burjua inqilabı
başa çatdı.
***
XV-XVI əsrlər
Qərbi Avropada su mühərrikləri təkmilləşdirildi, yuxarıdan fırlanan çarx
karavellalar - yelkənli gəmilər və kompas, domna peçləri ixtira olundu.
XVI əsr
Qərbi Avropada ağır və yüngül toplar, tapançalar və müşkeklər ixtira olundu.
XV əsrin əvvəlləri
Portuqaliya kralları Atlantik okeanına və Afrikanın qərb sahillərinə
ekspedisiyalar göndərməyə başladı.
XV əsr
Avropa dənizçiləri qədim alimlərin yerin kürə şəklində olması haqqında fikirləri
ilə maraqlanmağa və uzaq ölkələrə səfərə çıxmağa başladılar.
1487-1488-ci illər
Bartalomey Diaş Ümid burnunu kəşf etdi.
245
1492-ci il
Xristofor Kolumb Amerikanı, Kuba və Haiti adalarını kəşf etdi.
1498-ci il
Vasko da Qama Hindistana gedən dəniz yolunu kəşf etdi.
1499-1504-cü illər
Ameriqo Vespuçi Amerikanın yeni qitə olduğunu sübut etdi.
Dostları ilə paylaş: |