💚 Yaşıl Antifriz Alüminium Radiator üçündür. Tərkibində Fosfat və Silikat olduğu üçün dəmir və alüminium qoruyucudur. Paslanmaya qarşı yaxşıdır. Orta ömrü 50.00 km və ya 2 ildir. (IAT-Inornagic Acid Technology)
💜💙💚 Çəhrayı, Göy və Tünd Yaşıl Antifriz. Tərkibində Fosfat və Silikat olmadığı üçün güclü paslanmadan qoruya bilmir. Motora gec yerləşir ancaq uzun zaman qoruyur. Orta ömrü 200.000 km və ya 5 ildir. (OAT-Organic Acid Technology)
❤️ Qırmızı Antifriz Mis və ya Latun Radiator üçündür. Tərkibində Nitrit də olduğu üçün orta ömrü 1 milyon km-dir. Digərlərindən bahadır. Daha çox iş maşınlarında və uzaq yol sürülən avtomobillərdə istifadə olunur. Köhnəlmiş sistemə tökdüyünüz zaman içindəki pas və kiri güclü şəkildə təmizləyəcəyi üçün radiatorda deşilmələr yaradacaq. (NOAT-Nitrited Organic Acid Technology)
❤️❤️ G12++ və G13 Antifrizlər bütün növ radiator üçün istehsal edilir.
İstehsalçılar isə zavoddan göndərdikləri avtomobillərə əsasən bu rəng Antifriz tökürlər: Yapon mənşəli avtomobillər çox vaxt Qırmızı, Avropa mənşəli avtomobillər əsasən Göy və ya Qırmızı, Amerikan mənşəli avtomobillərdə isə Yaşıl və ya Narıncı Antifriz istifadə edir.