Aparan yol kimi



Yüklə 9,7 Mb.
Pdf görüntüsü
səhifə8/182
tarix02.01.2022
ölçüsü9,7 Mb.
#2774
1   ...   4   5   6   7   8   9   10   11   ...   182
I HİSSƏ.
MƏDƏNİYYƏTİN TƏRİF, DÜSTUR VƏ 
KONSEPSİYALARI.
BİRİNCİ BÖLMƏ.
KULTUROLOGİYA  ELM VƏ TƏDRİS FƏNNİ KİMİ.
Kulturologiya anlayışı və onun predmeti
KULTUROLOGİYA MƏDƏNİYYƏT HAQQINDA  ELM 
KİMİ
Kulturologiya
  -  
insanın  və  bəşəriyyətin 
yaradıcı  həyatı  və 
fəaliyyəti haqqında  elmdir. O,  insanın  həyat fəaliyyətinin  mahiyyət, 
xüsusiyyət,  tarixi  nailiyyəti,  inkişaf  qanunları,  texnologiyaları  və 
dəyişdirici  imkanlıarını  aşkarlayır.  O,  idakın  elə  bir  çoxpilləli 
piramidasıdır  ki,  onun pillələrini  qalxarkən,  insan  tədricən  xüsusi 
elmi biliklərə titələndikcə,  bu gününü pozitiv idarə etmək, dəyişmək, 
daha  yaxşı  gələcək  qurmaq  qabiliyyətlərini  dəfələrlə  artırıb 
müdrikliyə  yaxınlaşır.
 
O,  yaradıcı  insanın 
həyat  fəaliyyətinin 
minilliklərlə  davam  edən  vəhşilik,  barbarlıq  və  sivilləşmə  dövrü 
ərzində  topladığı  yaradıcı  həyat  təcrübəsini,  təşəkkül,  təkamül  və 
inkişafı,  onun  ideologiya,  nailiyyət  və  vasitələrini  əks  etdirən  həm 
xüsusi tarixi, həm də nəzəri biliklərin  elmi ümumiləşdirilməsidir.
Cəmiyyətin  inkişafında  onun, bir elm  sahəsi  və  tədris  fənni  kimi, 
konkret  praktik  və  universal  strateji  əhəmiyyəti  vardır.  Çünki, 
kulturologiya  ayn-ayn  mədəniyyət  sahələri  və  sosial  institutların 
təkamülünə  baxışı  onların  tarixi  əlaqələri  ilə birgə  açıqlayır,  mədəni 
cəmiyyətin sosial  sisteminin  effektiv  inkişafi  üçün  həyati  əhəmiyyəti 
olan  prioritetlərin  müəyyən  edilməsinə,  onların  zamanın  tələblərinə 
uyğun dəyişdirilməsinə imkan verir.  Sistemli kulturoloji  təhlil mədəni 
hadisələri  real  həyat  dialektikasından  qoparılmış,  abstrakt  təfsir  və 
ideoloji  şərh  şəklində  deyil,  dünya  sivilizasiyasının  tərəqqipərvər 
tendensiyaları,  tarixi  qanunauyğunluqlar  və  milli  inkişafin  maraq  və 
tələblərindən  çıxış  edib, 
real  qiymətləndirməyə  imkan  verir, 
cəmiyyətin  və  dövlətin  inkişafinı  düzgün  proqnozlaşdırmağa  və  onu 
effektiv idarə etməyə şərait yaradır.
33


Kuad Mamınadov
Kulturoloeiva effcklivll haval va foalivvata aparan  vol

Yüklə 9,7 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin