partlayan
iki
qumbaranın
vahiməsindən - elə bildilər səngərə mərmi düşdü - sağ
qalan ermənilər cəsədlərin havada uçduğu səngərdən çıxıb
geri qaçmağa başladılar. Və qarşılarında gözlərindən
qıpqırmızı qan axan Drakonu gördülər. Avtomatlar işlədi.
Drakon isə yalnız əlləriylə qana boyanmış üzünü
güllələrdən qorumağa çalışdı və:
- Ay...
Drakonun çiynindəki mələklər gördü ki, güllələr
onu son anda anasını çağırmağa qoymayacaqlar, özlərini
atdılar güllələrin qabağına. Güllələr mələkləri deşik-deşik
elədi, amma bu bir an kifayət elədi ki, Drakon anasını
çağırsın...
... ana...
Yaratdığı
dünyanı
onun
iradəsi
əleyhinə
məhvərindən çıxarmış insanlara qəzəblənən Tanrı
yorulmuşdu. Müharibədə qırılan bu günahsız cavanlar
kimi o da vaxtından əvvəl qocalmışdı. Qibləsini azmış
downloaded from KitabYurdu.org
127
insanların üzünü yenidən qibləyə çevirmək üçün bir
peyğəmbərə ehtiyac olduğunu görmüşdü. Və bu
peyğəmbəri tapmaq ümidiylə yer üzünə göndərdiyi
mələklər dünyanın altını üstünə çevirsələr də Tanrının
istədiyini tapa bilməmişdilər. Tanrının da yanına əliboş
qayıtmağa qorxurdular. Birdən göy üzü kimi təmiz,
Zəmzəm suyu kimi saf, göz yaşı kimi dupduru bir səs
eşitmişdilər. Bu səsi sahibinin qanından, ruhundan soyub
Tanrıya hədiyyə gətirmişdilər. Və artıq öz yaratdıqları ilə
bacara bilməyən Tanrı qəzəbini soyutmaq, bir az
yorğunluğunu çıxarmaq istəyəndə Qədir Rüstəmovun
səsinə qulaq asırdı. Bu səs onu qoymurdu ki, insanları
məhşərə çəkib qiyami-qiyamət gününü qursun, şeytan
bayram eləsin. Və Qədir Rüstəmovun səsi ruhuna necə
işləmişdisə Yiyəsiz Övladların yalvarışlarını eşitmirdi.
İndi də eşitməyəcəkdi...
Qədir Rüstəmovun səsi “ay ana” fəryadından
diksindi və susdu. Və bu an Tanrı da Drakonun fəryadını
eşitdi. Və yaratdığı bu şah əsərin son arzusunu ürəyində
qoymadı...
... “Ay ana” sədası bir anda cənnəti silkələdi...
Drakonun anası bu səsə dik atıldı:
- Can ana!
... Bu vaxt Pələngin bir parça göy üzündə Tanrını
axtaran gözləri güclü bir işıq gördü, bir nur gördü - Tanrı
downloaded from KitabYurdu.org
128
Dünyanın bu Ən Gözəl Ölüsünə bir nur kimi, bir işıq kimi
göründü - və Pələng rahat-rahat gözlərini qapadı...
... Drakon isə girdi anasının qucağına:
- Yaman yorulmuşam, ay ana. Qoy bir az yatım.
- Yat, bala, yat! Laylay balam, a laylay. Laylay
dedim yatasan, qızılgülün içində şirin yuxu tapasan.
Laylay balam, a laylay...
... Drakon qızıl qanın içində şirin bir yuxu
tapmışdı...
... Batalyon zirvəni götürmüşdü, bayrağı da
sancmışdı.
Komandir Drakonu basmışdı bağrına, balası
vurulmuş pələng kimi onun sinəsindəki hələ qanı
qurumamış yaraları yalayırdı.
Qələbə sevincini bir andaca itirən uşaqlar başlarını
aşağı salıb sakitcə gözləyirdilər. Gözləyirdilər ki, bu
illərdə ilk dəfə göz yaşlarını gördükləri Komandir ürəyini
təmiz boşaltsın. Nəhayət, Komandiri Drakonun üstündən
qaldırdılar və...
... qızıl qanın içində şirin yuxu tapmış Drakonu
qaldırdılar çiyinlərinə...
Komandir isə min ilin yorğunu kimi arxalarından
gəlirdi. Girdilər meşəyə. Cığırla bir az getmişdilər ki,
dayandılar.
Komandir səsləndi:
- Nə oldu? Niyə dayandınız?
downloaded from KitabYurdu.org
129
- Komandir, bir ora bax! - deyə uşaqlar ağacların
birinin altında uzanmış Pələngi göstərdilər və Drakonu
yerə qoyub ona tərəf yüyürdülər.
Dünyanın Ən Gözəl Ölüsü - sanki sinəsində lalələr
açmışdı - ağrıdan-acıdan uzaq, üz-gözündə Tanrı nuru,
xoşbəxtcəsinə uyumuşdu, Drakonun pencəyi də başının
altında.
Komandir heç nə deyə bilmədi, sadəcə olaraq üç-
dörd saat öncə qorxub qaçdığını zənn edərək söydüyü
Pələngin - Dünyanın Bu Ən Gözəl Ölüsünün- ayaqları
altında dizi üstə düşdü...
***
... Mağarı batalyonun həyətində qurmuşdular.
Başdakı gəbənin üstündə də bir az əvvəl torpağa
tapşırdıqları qırılan oğulların qırmızı lentlər bağlanmış
şəkilləri asılmışdı - ortada da Drakonla Pələngin.
Bütün şəhər burdaydı. Ağ Evin möhtərəm qonaqları
da təşrif gətirmişdilər. Uşaqlar əvvəlcə onları yasa
buraxmaq istəməmişdilər, Komandir qarşılarını kəsmişdi:
- Dəyməyin! Günahdı! Yasdan heç düşməni də
qovmazlar.
Komandir yas sahibi kimi oturmuşdu mağarın
ağzında, Rəis də yanında.
Məclisdəkilər o qədər pıçıltıyla danışırdılar ki, elə
bil bu boyda mağar bomboş idi, arada yalnız çaxmaqların
çaqqıltısı gəlirdi, bir də mollanın “Fatihə”si eşidilirdi.
downloaded from KitabYurdu.org
130
Molladan başqa süfrədəki çaylara əl uzadan da yox idi.
Çaylar buğlanıb-buğlanıb soyuyurdu. Çayçı soyumuş
çayları dəyişirdi, amma yenə buğlanıb-buğlanıb
soyuyurdular.
Sükutu Komandirin qəfil hönkürtüsü pozdu:
- Rəis! Belim qırıldı, Rəis! Bu niyə belə oldu, ay
Allah! Niyə belə elədin?!
Rəis onu sakitləşdirməyə çalışdı:
- Ə, yaxşı, yaxşı! Özünü ələ al, yekə kişisən! Dost
var, düşmən var!
- Rəis, nə dost, nə düşmən! Ə, mən cəhənnəm ey,
bu şəhərin beli qırıldı.
Bu vaxt mağara qarayaylıqlı bir qadın daxil oldu,
kişi məclisinə heç vaxt qadın girmədiyindən hamı çaşdı -
Pələngin anası idi, əlində də bir çanta. Dayandı
Komandirin qarşısında.
Komandir hönkürtüsünü kəsib yerindən dik qalxdı,
bütün mağar qalxdı. Qadın Komandirin qızarmış
gözlərinə baxıb doluxsundu, yaylığının ucuyla yaşarmış
gözlərini sildi, sonra əlindəki çantanı qoydu stolun üstünə.
- Komandir, uşaq bunu dünən gecə gətirmişdi.
Deyirdi ki, türklər göndəriblər.
Komandir duruxdu:
- Kimlər göndərib?
- Türklər. Batalyona göndəriblər dedi. Dedi, sabah
verəcəm Komandirə. Belə oldu. Götür.
downloaded from KitabYurdu.org
131
Komandir çantanın ağzını açdı, təəccüblə gah
çantadakı pullara baxdı, gah Pələngin anasına, gah
mağardakılara - çiyinlərini çəkdi.
Pələngin anası sonra əlini qoynuna salıb bir bükülü
də çıxartdı, onu da qoydu stolun üstünə:
- Bunu da mənə verib demişdi ki, ölüb-eləsəm
lazımın olar. Nəyimə lazımdı? Ala, bunu da götür!
Göndər bu ölən oğulların analarına. - sonra üzünü tutdu
mağardakılara: - Hamınıza qurban olum! Təki siz salamat
olun!
Və mağardan çıxdı.
Mağara yenə də bir qəbiristanlıq sükutu çökdü, heç
kim bu sükutu pozmağa ürək eləmirdi. Çaylar yenə
soyumuşdu və Çayçının bu soyumuş çayları dəyişməyə
cəsarəti çatmırdı, çiynində dəsmal boynunu büküb
dayanmışdı mağarın ağzında.
Və bir anda bütün şəhərə səs yayıldı:
- Türklər uşaqlara pul göndəriblər...
- Deyirlər özləri də gəlir...
- Di gedin, erməni köpəyuşağı! Elə bilirdiniz
qardaşlarımız bizi tək qoyacaqlar...
Və İkinciyə xəbər çatdı ki...
... Batalyonun həyətində Türkiyənin bayrağın
qaldırıblar!
downloaded from KitabYurdu.org
132
... Batalyonun həyətində qaldırılan isə Türkiyənin
bayrağı deyildi, Drakonun Pələngin qanına hopmuş
köynəyiydi...
Dostları ilə paylaş: |