Araşdırma mövzusu



Yüklə 19,75 Kb.
tarix24.02.2022
ölçüsü19,75 Kb.
#53044
Müdafiə


Araşdırma mövzusu:

Layihə başladıqdan sonra planın bir hissəsindəki görüləcək işin daha effektiv həllolma variantının bazara çıxması və bu həllolma variantının öyrənilməsi və tətbiqi üçün təxirə salmanın effektivliyi.

Şərt:

Əgər bu həllolma variantının nəticəyə bir-başa və müsbət təsiri planlaşdırılırsa.



Kapitalizmin gətirdikləri ilə birlikdə gələn kiçik risklərin davamlı alınması metodu, bizi startup ilə tanış etdi. İnvestora təqdim edilənə qədər mədsədin dəqiq bilinməməsi bizə daha yaradıcı mühit yaratdı. Startup-a layihə demək olarmı? Bəzi hallarda bəli. Təbii ki, layihənin əsas xüsusiyyətlərindən olan zaman və maliyyə limitliliyi faktorlarına malik olmasa da, gedişat nöqteyi nəzərdən eyniliklər vardır. Əgər startup-a layihənin təcrübə planı kimi baxılarsa layihədə ediləbiləcəklərin sayı dəfələrlə artır. Layihə ilə paralel, bazara çıxma anına kimi davam edən və məqsədi, əsas layihə ilə eyni olan, starup xüsusiyyərlərinə malik ikinci bir layihənin aparılması layihənin davamlı qazanc gətirməsini təmin edə bilər. Məsələn, Elon Musk-ın şirkəti olan Tesla-a baxaq. Bir zamanlar davamlı zərər edən bu şirkət1 bu qədər zamanda necə ayaqda qala bilib? Bunun səbəbi odur ki, bu layihəyə paralel bir startup layihəsinin də aparılmasıdır. İtirilən zamanın davamlı sərmayə ilə dəstəklənməsi və daim yeniliklərin olması bu gün dünyanın ən bahalı hissələrinə sahib olması ilə nəticələnir. Buna, dünyada diqqətə alınmayan və subyektiv fikrim olan Şərq Layihə Mexanizminin, həllolma variantını sabit saxlamaqla. qısa zamanda böyük sərmayə ilə sürətli inkişafın dəyişdirilmiş forması kimi baxıla bilər. Qərbin Layihə Mexanizmi ilə Şərqin Layihə Mexanizminin birləşdirilmiş versiyası sözü gedən İnkişaf Mexanizmini ifadə edə bilər. Qərbdə Layihələr əsasən zaman və pul limitliliyi faktrouna nəzərən yürüdülür. Şərqdə isə demək olarki sadəcə zaman faktoru nəzərə alınır. Qərbin az riskli startup-lara yatırım və 1 vahid pulu 10 vahid pula çevirə bilən, yəni, birşeylər bacarmış layihələrə yatırım metodunun, Şərqin yüksək sərmayə yatırma potensialı ilə birləşməsi yeni metod olan layihə gedişatına davamlı və az riskli metodların əlavə edilməsini təmin edir. Təbii ki, sözü gedən metodun əsas istəklərindən biri təxirə salınmadır.

1 - https://startup.capital.com.tr/arastirmalar/zarara-ne-kadar-dayanilir.html

Yeni metodun əlavə olunması müəyyən vaxt istəyir. Bu vaxtı sərmayə ilə dəstəkləmək o halda işə yarar olar ki yeni metod bu sərmayəni bazara çıxdıqdan qısa müddət sonra geri verə bilsin. Artıq dünyanın böyük ölçüdə bu mexanizmə keçdiyini görə bilərik. Dünyanın ən böyük startup bazarı olan ABŞ-da Layihəyə Paralel Starup Modeli adlandıra biləcəyimiz bu metod istifadə edilir. iPhone, YouTube, Google və s. böyük şirkətlər bu modelin istifadəsinin bu gün üçün ən yüsək pilləsinə çatmışlardır. Misal olaraq təxirəsalmaları, bu şirkətlər böyük istifadəçi kütləsinə sahib olduqları üçün anketlərlə ləğv edə bilirlər. Amma Teslanın bu imkanı yoxdur. Çünki hər maşını anında güncəlləyə bilmədikləri kimi, gətirdikləri yenilikləri anında istifadəçiyə öyrədib onun fikrini ala bilmirlər. Bunu da təxirəsalmalarla və təxirəsalmaların da bir hissəsini sərmayə ilə kompensasiya edirlər. Məsələn qısa müddətdə startup-lardan gələn innovasiya bankından istifadə edilir. Bunun nəticəsi olaraq da təxirəsalmalar baş verir. Bayaq dediyim təxirəsalmaların bir hissəsinin sərmayə ilə kompensasiya olunması metodu da burada istifadə olunur. Startup-ın işçiləri layihəyə daxil edilir və yeni metodun uyğunlaşdırılması zamanı onların fikirləri ön plana çıxır. Əvvəlki satışlardakı istək və narazıçılıqlar bu zaman diqqətlə incələnir və tətbiq edilir. Maşın da sonradan güncəlləməyə uyğun hala gətirilir. Bu həmçinin Sistem mühəndisliyinin qanunlarından olan, “işləyən sistem üzərində təcrübə aparıla bilməz“ qaydasınıda pozmamış olur.



Bu gün ölkəmizin bu strategiya ilə tanış olmaması və layihə metodologiyasının zəif inkişafı, 10-15 il əvvəlin inkişaf prinsipi ilə layihələrimizin hazırlanması, layihələrimizin qloballaşmasının önünə keçir. Özümüzə aid layihə metodologiyamızın olmaması bizim universal startup-larımızın olmaması ilə nəticələnir. Riskin idarəolunmasının aşağı səviyyədə olması, yeni metodların layihədə funksionallaşdırılmamasına səbəb olur. Tariximiz də bu səbəbə ortaq olur və investorların geri fikirliliyi yatırımın az riskli, az gəlirli, çox yatırımlı sahələrə getməsinə səbəb olur. Kapitalizmin son illərdəki inkişafı nəzərə alınmamaqla yanaşı gənclərin öz potensialının fərqində olmaması və s. parametrlər geri qalmışlığı açıqlayır. Təhsilimizin yüksək inkişafa, daha doğru desək, keyfiyyətli sürət əmsalının qaldırılmasına gücünün çatmaması, daha detallı təhsildən fərqli olaraq Qaybla və İmtahanla qiymətləndirilmə metodunun nəticələrinin zəif araşdırılması buna səbəb olaraq göstərilə bilər. Düşünürəmki vətənpərvərliyin daha affektiv aşılanması böyük motivasiyalar doğuracaq və vətənimizində qloballaşma yönündə yeni cığırını açaçaqdır. Gün keçdikcə daha yüksək inkişaf göz önündədir təbii ki. Amma biz hərbirimiz çoxlu araşdırmalar etməli və əlimizdən gələn mənbəsi belə olmasa yeni fikirlərimizi bir-birimiz ilə mübahisə etməliyik. Son olaraq ən güclü inkişafın rəqabət olduğunu və bir elmin effektivliyinin onun öngörəbilmə qabiliyyətindan asılı olduğunu nəzərə alaraq onu demək olarki, gün gələcək öz xeyrinə görə başqasının sözünü kəsənlər və fikrinə hörmətsizlik edənlər unudulaqcaqlar və elm sadəcə sözünü isbat edənləri xatırlayacaq. Gələcəyi görmək istəyənlər indinin parametrlərini öyrənməli və təxmin etməlidirlər. Layihədəki kimi, nə qədər güclü plan o qədər az xətalı məqsəd. Hər elm sahəsində insan həyatına aid birşeylər tapmaq mümkündür. Amma sadəcə Layihələrin İdarə Olunması elmi insan həyatının izahı olabilər.
Yüklə 19,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin