ARİstotel poetika “Ş Ə r q -q ə r b”


m el  şerh hesab etm əklə kifayətlənm əm əyi  m əsləhət bilir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə10/12
tarix03.04.2017
ölçüsü0,88 Mb.
#13210
1   ...   4   5   6   7   8   9   10   11   12

m el  şerh hesab etm əklə kifayətlənm əm əyi  m əsləhət bilir.

93


8

Herakleida,  Teseida -  Herakl v ə Teseyin həyat, rəşadət və qəhrə- 

manhqları haqqında odalar, poemalar.  Kiklik (silsilə) deyilən dastanlar 

sırasına  daxil  olan  əsərlərdir.  “Herakleida”lar  Lagedemonlu  Kinefon 

(təxminən e.ə.  750-ci il) və Rodoslu Pisandrın (təxminən e.ə. 45 0-ci il) 

adları  ilə  bağhdır.  “Teseida”nı  Zopir v ə  Pisistratm  e.ə.  V  əsrdə  yaşa- 

mış müasirlərindən Difılin yazmış olduğu göstərilir.  Başqa şairlərin də 

eyni  adlı  əsərlər  yazdıqları  fərz  edilir.  Lakin  bu  əsərlərdən  heç  biri 

bütövlükdə  bizə  gəlib çatmamışdır.

Odisseyin Pam asda yaralanması -  Pamas, Odisseyin uşaqkən ovda 

yaralandığı m eşəli dağın adı, daha sonrakı dövrün əsatirlərində şeir pəri- 

lərinin  məskəni.  Homer,  Pamasda  ov  zamanı  naqafıl  qarşısına  çıxan 

çöl donuzunun Odisseyin ayağını yaralaması əhvalatına “Odisseya”nın

19-cu  fəslində  epizodik  hadisə  kimi  müraciət  etmişdir.  B əzi  şərh- 

çilərin Homerin əsərində  bu  əhvalatm təsvir edilməsindən Aristotelin 

bixəbər olduğunu  iddia  etmələri,  əlbəttə,  düz  deyil.  Əslində,  Aristotel 

bunu demək istəyir ki, Homer xronoloji prinsipə riayət etməmiş, Odissey 

haqqmda bildiklərinin hamısını q ələm ə almamışdır.  Bunu belə bir fakt 

da sübut edir ki,  Odissey Pamasda uşaq ikən yaralandığı halda, Homer 

bu  əhvalatdan  əsərin  sonunda  istifadə  edir.  Digər  tərəfdən,  şair  ovun 

özündə belə Odisseyin başına gələnlərin hamısından danışmır.  Özü də 

Homer,  qonaqpərvərlik adətinə  görə  Odisseyin ayağım yuyan dayənin 

onu tanımasına kömək edən şeylərdən bəhs edir.

Odisseyin  özünü  necə  dəliliyə  qoym ası  -   troyalılara  qarşı  mühari- 

b əyə  səfərbərlik zamanı  Odissey  özünü  dəliliyə  qoyubmuş  ki,  müha- 

ribəyə  getməsin.  D eyilənə  görə,  Palemid  onun  bu  hiyləsinin  üstünü 

açmışdır: o, Odisseyin yeni dünyaya gəlm iş oğlu Telemaxı onun xışının 

qabağına atmışdır ki, görsün öz oğlunu parçalayıb keçəcəkmi? Odissey 

xışı körpənin yanından səpdirib keçmiş və hiyləsıni büruzə  vermişdir.

A lkiviad -   Afına  sərkərdəsi  və  dövlət xadimi,  Peloponnes  müha- 

ribəsinin iştirakçısıdır. Xarakterinin prinsipsizliyi və  qeyri-sabitliyi  ilə 

fərqlənmişdir.

94

9



Yambik yazıçü ar sayağı  -  yambik  yazıçılar dedikdə,  Arxeoloq  və 

bu qəbildən olan sənətkarlar nəzərdə tutulur. Aristofanın əsərlərindən 

görünür ki, ə w ə llə r  yunan komediyanəvislərinin əsərlərində ayrı-ayrı 

tarixi  şəxsiyyətlərə  rişxənd  v ə  hücum  etm əyə  yol  verilirmiş.  Aristo- 

telin vaxtında isə səhnədən, bəlli adamlara lağ, rişxənd etmək, gülmək 

təşəbbüslərinə  imkan  verilmirdi.  Fransız  maarifçisi  Jan  Jak  Russo  da 

“Sokratın edamına daha qabaqlar teatrda hökm verilmişdi” -  deyərkən, 

şübhəsiz  ki,  Aristofanm  Sokrat  əleyhinə  yönələn  “Buludlar”  kom e- 

diyasını  nəzərdə  tutmuşdur.

Aqafon  (e.ə.  4 45 -4 00 ) -  qədim yunan dramaturqudur.  Adi məşhur 

yunan sofısti  Qorqinin ən yaxın tələbəsi v ə ardıcılları  arasmda çəkilir. 

Yunan  faciəsinin  inkişafmda  ayrıca rolu  olmuşdur.  Bir  sıra əsərlərini, 

qədim  miflərə istinad etmədən,  şəxsi  təxəyyülə və  uydurmaya əsasən 

yaratmış  ilk  sənətkarlardandır.  Platon,  Evripid  və  Aristofanın  müasiri 

olmuşdur.  Platon “Pir”  (“Ziyafət”) dialoqunda faciənəvis şairlərin yarı- 

şmda  qələbə  çalmağı  münasibətilə  hükəma  və  şair  dostlarına  ziyafət 

verən cavan  şair Aqafonun  obrazını yaratmışdır.

Sadə fabula -  b  a x  10-cu  fəsil.

Aktyorlara görə -  bir çox şairlərin özlərini aktyorların səviyyəsinə 

uyğunlaşdırıb  yazmalarına  işarədir.  Ən  böyük  tragik  Sofokl  özü  belə, 

onun  qədim  bioqrafı  İstrin  yazdığına  əsasən,  faciələrini  aktyorların 

səviyyəsin ə görə yazmışdır.  Aristotel “Ritorika”  əsərinin 3-cü kitabı- 

nın  1-ci fəslində o zaman teatr sahəsində aktyorun şairdən mühüm oldu- 

ğunu qeyd edir.

10

Yuxarıda  müəyyən  olunduğu  kimi  -   7 -c i,  8-ci  v ə  9-cu  fəsillər 

nəzərdə  tutulur.

11

D eyildiyi kimi -  çox güman ki, 6-cı fəsil nəzərdə tutulur. 7-ci fəslin 



axırmın da nəzərdə tutulduğu zənn edilə bilər.

95


“E dip”də  -   Sofoklun  “Tiran  Edip”  əsərinin  924-1085  sətirləri 

nəzərdə  tutulur,  burada  “Edip”  qasidin  gətirdiyi  xəbərdən  sonra  öz 

taleyini  və  kim olduğunu yəqin edir.

Linkey”də  -   yunan  faciənəvisi  v ə  Aristotelin  dostu  Feodektin 

əsəridir. Aristotel “Poetika”nın  18-ci fəslində də “düyün” və “açılma” 

problemi  ilə  əlaqədar  olaraq  “Linkey”dən  bəhs  edir.  Linkey  Arqos 

şahı Danayın qızı Qipermnestrayla evlənm iş Misir şahzadəsinin adıdır. 

“Linkey”in mövzusu Arqos mifologiyasından alınmışdır. Danayın qızla- 

rına  evlənm iş  Misir  şahzadələrini  öldürmək  haqqında  atalarınm 

verdiyi  göstərişə,  yalnız  Qipermnestra  əm əl  etməyərək,  əri  Linkeyi 

ölümdən  xilas  edir.  M üəyyən  vaxtdan  sonra  bundan  xəbər  tutan 

Danay, Linkeyi  öldürmək istədiyi halda,  özü öldürülür.

Orestin İjigeniyanı tanıması -  Evripidin “İfıgeniya Tavriddə”  faciə- 

sində Orestin öz bacısı İfıgeniyanı qürbətdə, göndərmək istədiyi namə- 

yə  esasən  tanımasına  işarədir.  İfıgeniya  isə,  öz  növbəsində,  qardaşı 

Oresti,  hər  ikisinin uşaqlıq  həyatlarmdan  xatırladığı  konkret  lövhələr 

əsasında tanıyır.

12

Proloq -  paroda, yəni xorun orkestrə daxil olmasınadək olan hissə. 



Əvvəllər əsərin qısa xülasəsini vermək məqsədi daşıyan proloq, sonra- 

lar, bir növ,  faciəyə  giriş  və  ekspozisiya rolunu oynamışdır.

P arod  -   xorun  ilk  gəlişi  və  ilk  ümumi  qiraətinə  deyilir.  Parod 

proloqdan  sonra gəlir.  Proloq bitdimi,  xor səhnə  ilə  orkestr arasındakı 

keçiddən adlayıb orkestrə daxil olur və birinci qiraətinə başlayır. Aris- 

totel  xorun  qiraəti  ifadəsi  ilə  bunu  xüsusi  qeyd  etmək  istəmişdir  ki, 

parodda xorun  oxuması  həm işə vacib  deyildir və  çox vaxt parod  ana- 

pestik  dimetr və  ya troxayik  tetrametrlərdən  ibarət ola  bilər.

Episodiy -   faciənin  orta  hissəsidir.  Daha  doğrusu,  xorun  oxuduğu 

nəğm ələr  bitdikcə,  arada  mükalimə  ilə  gedən  h issəyə  deyilir.  Əhva- 

latların əsil düyünü bu hissələrlə  bağlanıb-açılır.

Stasim  -   orkestrdə  xorun  dayanıb  (hərəkət  və  ya  rəqs  etmədən) 

oxuduğu nəğmə.  “Stasim”in hərfı mənası “dayanmaq” deməkdir, qədim 

teatrda episodilər arasında bir növ tənəffus rolunu oynamışdır.

E k s o d - faciənin axırı,  son (çıxış) hissəsidir ki, bu vaxt xor orkestr- 

dən çıxıb  gedir.  Eksoddan  sonra xorun nəğm əsi ola bilməz.

96

Kom m os -  xor v ə aktyorlarm ümumi hüznlü (hönkürtülü) nəğməsi. 



Lakin  aktyor (solist)  və  xor kommosda  ağını  eyni  vaxtda deyil,  növbə 

ilə   oxuyurlar.

13

Alkmeon  -   əsatirdə  atası  Amfıarayın  həlakının  baisi  olan,  ana- 

smdan onun intiqammı alan obraz kimi təsvir edilir.  Əsatirdə vətəndən 

qovulmuş  Fiv  şahzadəsi  Edipin  oğlu  Polinik  Aqros  şahı  Amfınarayı 

Fiv  əleyhinə  hücuma  cəlb  etm əyə  çalışırsa,  Amfıaray  məğlubiyyəti 

ə v v ə lc ə d ə n   hiss  etdiyindən,  buna  razılıq  vermir.  Onda  Polinik 

Amfiarayın  arvadı  tamahkar  Erifili  qızıl  boyunbağı  ilə  satın  alır və  o, 

ərini  müharibəyə  getm əyə  təhrik  edir.  Bir  rəvayətə  görə,  Alkmeon 

müharibədə öldürülür; digər rəvayətə görə, məğlubiyyətdən sonra canını 

qurtarıb qaçmaq istərkən, yer ayrılır və o, yerə girir.  Alkmeon atasının 

ölümünün  səbəbkarı  anasınm  olduğunu  bilib,  onu  öldürür  və  intiqam 

ilahəsi Erinin təqibləri nəticəsində xeyli vaxt faciəli keşməkeşlərə məruz 

qalır.  Orestlə Alkmeonun taleləri  arasında yaxmlıq  olduğundan  (Orest 

də  anası  Klitemnestranı  atasına  xəyanət  etdiyinə  görə  öldürür),  Aris- 

totel  onlann  adlarını  da yanaşı  çəkir.  Alkmeon  mövzusu  bir çox  faciə 

əsərlərində  təsvir  olunsa  da  bunlardan  tam  şəkildə  heç  biri  zəm anə- 

m izə  gəlib çatmamışdır.

F i e s t -  Zevsin nəticəsi, Pelopsun oğlu (Pelops -  Tantalın, Tantal  isə 

Zevsin  oğludur),  Atreyin  qardaşıdır.  Atrey  Mikendə  hakimiyyəti  ələ 

aldıqdan  sonra Fiest onunla gizli  münaqişəyə  girişir və  tezliklə özü də 

hiylelerinin qurbanı olur. Atrey qardaşı Fiestdən qisas  almaq üçün dəh- 

şətli  bir  cinayətə  gedir:  qardaşı  Fiestin  uşaqlarını  öldürüb,  onu  uşaq- 

larının ətindən düzəlen ziyafət süfrəsinə dəvət edir v ə Fiestə bilmədən 

öz  uşaqlarının  ətini  yedizdirir.  Onun  sağ  qalan  oğlu  Egisti  isə  atasını 

öldürməyə təhrik etm əyə səy göstərir. Övladları öldürülmüş Fiest xeyli 

gizli  yaşadıqdan  sonra  Atrey  tərəfındən  tutularaq  M ikenə  gətirilib, 

hebs edilir. Fiest oğlu Ekistin köm eyi ilə qaçıb Atreyi öldürür, hakimiy- 

yəti  e lə   alır  və  Atreyin  oğulları  Menelayla  Aqamemnonu  Mikendən 

qovur. Onlar isə, öz növbəsində, geri dönüb, Fiesti öldürürlər. Əsatirdə 

Fiest özü də cinayətləri  ilə  məşhurdur.

O rest -  Aqamemnon v ə Klitemnestranm oğludur.  Atası öldürüldük- 

dən  sonra hicrətdə  tərbiyə  alır.  Böyüdükdən  sonra  atasmın  intiqamını

97


alaraq,  anasını  və Egisti  öldiirür.  İntiqam Allahı Erinin  təqibindən  onu 

əm əllərinə bəraət qazandıran Apollon və Afina xilas edir.  M ahiyyətcə 

bir-birinə yaxın qohum  olan Orestlə Fiestin nəsli arasında qəribə tragik 

kolliziya  mövcuddur.  Fiest  oğlu  Egistlə  köməkləşib  Atreyi  öldiirür, 

Atreyin oğlanlan Aqamemnon v ə Menelay isə, öz növbəsində, əmiləri 

Fiesti  öldüriirlər.  Fiestin  oğlu  Egist,  oynaşı  öz  əm isi  oğlunun  arvadı 

Kliteınnesüa ilə əlaqəyə girir, Aqamemnon Troyadan qayıtdıqdan sonra 

onu öldiirürlər.  Orest isə  anası Klitemnestranı  və  Egisti  öldürür.

M eleaqr  -   əsatirə  görə  Kalidon  şahı  İneyin  canı  kösövdə  olan 

oğludur.  Doğulanda  tale  ilahələri  gəlib  anası  A lfeyə  xəbər  edirlər  ki, 

ocaqdakı  kösöv yamb  qurtardıqdan  sonra  oğlun  öləcəkdir.  Ana  ocaq- 

dakı  kösövü  çıxanb  qutuda  gizlədir.  İney  məhsul  bayrammda  Arte- 

midaya  qurban  vermədiyinə  görədir  ki,  o,  Kalidon  torpağında  təsər- 

mfata  böyük  zərər verən  əcaib  bir  çöl  donuzu  peyda  eləyir.  Meleaqr 

böyüdükdən sonra bu bəduğur (bədheybət) heyvanm ovuna çıxan d əs- 

təyə  başçılıq  edir.  Lakin  heyvan  öldüriildükdən  sonra  onun  başı  v ə 

dərisi üstündə  öz dayıları -  kuretlər ilə Meleaqr arasrnda  ciddi  müna- 

qişə  olur  v ə  bu  da  miiharibə  ilə  nəticələnir.  Şəhəri  miıhasirəyə  alan 

dayıları  ilə müharibədə o, İneyin qardaşlanndan birini (dayısım) öldürür 

ki, anası da bunun iistiində ona ahu-nalə və qarğış edir.  Bundan rəncidə 

olan Meleaqr silahım atıb döyiişdən  çıxıi'.  Şəhərin alınmasma az qalmış 

o,  ai'vadı  Kleopatranm  yalvarışları  sayəsində,  yenidən  döyüşə  atılaraq 

kuıetləri  geri  oturdur.  Qardaşının  ölümiinii  oğluna  bağışlamayan  ana 

kösövii çıxanb ocağa atır. Kösöv yandıqdan sonra oğlu da ölür. Başqa bir 

rəvayətə  görə  Meleaqr dayısmı öldürən  kimi  anası  kösövü  ocağa atır.

14

Xoreqiya -   faciədə,  komediyada xorun və  musiqi  müsabiqələrinin 

biitiin tamaşa və  digər xərclərini  ödəm ək üçün zadəgan yunan vətən- 

daşlanndan birinə  dövlət tərəfindən həvalə  olunan vəzifə.

Edipin fabulasını  dinhyən  -   “Edip”  faciəsində  hadisələrin  gedi- 

şatmı hekayətlə  dinləmək  nəzərdə  tutulur.

Astidam anat -   e.ə.  IV  əsrdə  Yunanıstanda  tapılmış  faciənəvislə- 

rindəndir.  2 40-a  qədər  faciə  əsəri  yazmışdır  ki,  bunlann  da  b əzilə- 

rindən yalnız cüzi fraqmentlər qalmışdır.  “Alkmeon”  faciəsindən qalan

98

fraqmenti  maraqlıdır.  Bu əsərdo  Alkmeon,  Erefıli  anası  olduğunu bil- 

m ədən öldürür.

Teleqon  -   Odisseyin  v ə  Kirkanın  oğludur.  Xeremonun  “yaralı 

Odissey”  əsərində  erinin  sorağında  olan  Kirka  oğlunu,  atası  Odisseyi 

axtarmaq üçün səfəre göndərir. İtakı adasına gələn Teleqon qarətə baş- 

layır v ə ona qarşı  çıxan Odisseyi ağır yaralayır.  Odissey ölərkən T ele- 

qon günahım başa düşür v ə  atasmı tamyır.

“Antiqona”  -   Hemon  Kreontu  (öz  atasını)  öldürmək  istəyir,  lakin 

öldürmür.  Aristotel  faciəde  cinayət  aktı  ve  tammanın  4-cü  şəklinə 

toxunsa da,  yalnız  üçünden  behs  edir.  4 -cü   halı  (tanıya-tanıya  öldür- 

m ək  istəmək,  lakin  öldürməmek)  isə  faciə  üçün  yaramadığına  görə, 

pisləyir. Lakin o, eyni zamanda qeyd edir ki, bu üsuldan nadir hallarda, 

Sofoklun  “Antiqona”da  etdiyi  kimi,  çox  mahir  tragiklər m üvəffəqiy- 

yətlə  istifadə  edə  bilirlər.  Dünserin  gösterdiyi  kimi,  Antiqonaya  işarə 

etm əklə  Aristotel  həmin  üsuldan  istifadə  etməyi  Sofokla  irad  tutmur, 

çox faciəvi  olmayan 4-cü  haldan onun necə bacarıqla istifadə  edə bil- 

diyini  qeyd edir.

“Kresfon” -  Evripidin, yalnız müəyyən  fraqmentləri qalmış  faciə- 

sidir. Əsər Herakl nəslindən şah Kresfontun adı ilə adlanır. “Hamlet”dəki 

kimi burada da esərin proloqunda Kresfontun kölgəsi zühur edib çəki- 

lir.  Əserde  ehvalat  beledir:  M essenə  hücum  edən  sərkərdələrdən  biri 

şah  Kresfontu  v e  oğullarını  öldürerek  hakimiyyəti  ə lə   keçirir.  Kres- 

fontun  arvadı  Meropu  zorla  alır.  Kresfontun  qürbətdə  böyüyən  oğlu 

Telefont  atasının  qənimi  olan  tiranı  qayıdıb  öldürmək  qərarına  gəlir. 

Meropa öz oğlunu tanımır v e az qalır ki,  onu öldürə.  Bir-birini  tamyan 

ana-oğul,  sonra birlikdə tiranı  öldürürlər.

“H ella” -  məzmunu da,  kim terefindən yazıldığı  da bəlli  olmayan 

yunan faciələrindəndir.  B.İ.Ordınskiyə göre, bir cəhətdən bunun Evri- 

pidin eseri olduğunu da güman etmek olar.  Görünür, o,  “Medcya”dakı 

motivlere  esasən  bu  fikri  ferziyye  şəklində  irəli  sürür.  “Arqonavtlar 

və  qızıl  joın”  əsatirler  silsiləsində  Hella,  qədim  Beotiya  və  buludlar 

ilahesi  Nefelanın  qızıdır.  Atalan  analarına xəyanət  edorok  Fiv  hökm- 

darmın  qızı  İno  ilə  evləndikdən  sonra ögey  ana  Hellam  və  onun  qar- 

daşı  Friksi  məhv  etm ək  m əqsədi  ilə  h iyləyə  əl  atır,  guya  aclığın 

qarşısını  almaq  üçün  Friks  Mehrab  qarşısmda  qurban  kəsilməlidir. 

Nefela  qurban  zamanı  qızıl  yunlu  qoyunda  oğlu  Frikslə  qızı  Hellam 

göye  çekerek Kolxidaya gönderir.  Yolda  Hella dənizə  düşüb boğulur,

99

Friks isə Qara dəniz sahilində (indiki Gürcüstan ərazisində) Kolxidaya 

yetişir.  Guya  Hellamn  dənizə  düşüb  batdığı  həmin  yer  buna  göre 

Hellespont (Hella dənizi -  Dardanel boğazı)  adlanmışdır.

15

O resf'dəki  M enelay  -   Evripidin  “Orest”  əsərində  Menelayın 

xaraktercə  alçaqhğmın təsvirindən  söhbət gedir.  Evripidin  “Orest”də, 

yunan əfsanələrindəki ənənələrin əksinə, Menelayı təkəbbür v ə alçaq 

təbiətli  bir  şəxsiyyət  kimi  təsvir  etm əsinə,  deyilənə  görə,  afınalılarla 

spartalılar arasmda yaranan düşmənçilik münasibəti  səbəb  olmuşdur.

“S kill”  -   m üəllifi  m əlum   olmayan  yunan  faciələrindəndir. 

N.İ.Novosadski  məhz  “Poetika”nm  misal  gətirilən  hissəsində,  A ris- 

totelin  yalnız  Evripidin  əsərlərindən  söhbət  getdiyinə  görə  “Skill”in 

də  ona m əxsus olduğu  fərziyyəsini  irəli  sürür.

M elanippa  -   Evripidin  əldə  olmayan  eyni  adlı  faciəsinin  başlıca 

iştirakçılarından biridir.  Bu əsərdən yalnız parçalar qalmışdır.

Q eyri-ardıcıllığa isə “İfıgeniya. A vliddə” m isal ola bilər -  Aristotel 

Evripidin eyni  adlı əsərinin  1211-ci  və  1368-ci  sətirlərindən başlayan 

parçaları nəzərdə tutur.  Ə w ə l hissədə ölümə getmək istəm əyən İfige- 

niya göz yaşları tökərək atasma yalvardığı halda, Troya müharibəsində 

qələbənın  onun  özünü  qurban  verməsindən  asılı  olduğunu  bildikdən 

sonra  cəsarətlə  ölümü  qəbul  etm əyə  hazır  olduğunu  bildirir  ki,  Aris- 

totel  də  bu  iki  hissə  arasında qeyri  ardıcıllıq görür.

Maşının  köməyi  ilə  -   qədim yunan  teatrlarmda  səhnə  öz  dövrüne 

görə  mexanikləşdirilmişdi.  Başqa  mexaniki  vasitələrlə  yanaşı,  allah- 

lan göydən endirib-qaldıran mancanaqlardan istifadə olunurdu. Bununla 

da  Aristotel,  Evripid v ə  bəzi  digər  müəlliflərin  mancanaqdan  istifadə 

etm ək  üsuluna  işarə  edir.  B əzən  m üəyyən  əhvalatm  həlli  mümkün 

olmayan  yerdə  müəlliflər  belə  mancanaqlarm  köməyi  ilə  allahları 

göydən  yerə  endirməklə  çətinlikdən  canlarım  qurtarırdılar.  Evripidin 

“Medeya”smda  belə  mancanaqların  köməyi  ilə  “Medeya  əjdahaya 

qoşulmuş  gərdunədə”  gö y ə  çəkilir.  Zira,  müəllifin  təsvirindəki  m ən- 

tiqə  görə  aradan  çıxmaq  üçün  heç  bir  imkan  qalmır.  Onun  “İppolit” 

faciəsinin  finalında  isə  Artemida  maşmla  səhnəyə  enərək  sirrin  əsil 

səbəbini açır.  Buna “dues ex machina” üsulu deyirlər. Aristotelin “dues

100


ex machina”  üsuluna  münasibəti  ilə  Platonun münasibəti  arasında  sıx 

bir yaxınlıq vardır.  Platon “Kratil”  dialoqunda Aristotelsayağı  faciəyə 

bitmiş bir tam orqanizm kimi baxaraq “dues ex machina” üsulunu tən- 

qid edir:  “facienəvislər vəziyyətdən  çıxa bilmədikdə,  o  dəqiqə  allah- 

ları  göyə  qaldırmaq üçün maşmın  kömeyinə  əl  atırlar”.  Bir cəhəti  də 

unutmaq  olmaz  ki,  Aristotel  “mancanaq”  və  “maşının  köməyinə  əl 

atmaq” dedikdə, eyni zamanda, hadisənin v ə hərəkətin bilavasitə özün- 

dən doğmayan kənar vasitə  v e  səbəbləri  də nəzərdə tutur.

“İliada”da -  Ordınski,  Dünserin  gətirdiyi  Sxoliya əsasən,  Aristo- 

telin  “İliada”mn  ikinci  nəğməsinin  başlanğıcım  nəzərdə  tutduğunu 

söyləm eyə  meyil  edir.  Novosadski  isə  Y.Qrefenhamn  belə  bir  fıkri 

“əsaslı şəkildə sübut etdiyini” göstərir ki, Aristotel Homerin “İliada”sını 

nəzərdə  tutmur,  belə  ki,  “dues  ex  machina”dan  eposda  istifadə  edil- 

məsindən  söhbət  gedə  bilməz.  Əvvəl  göstərdiyimiz  kimi,  “dues  ex 

machina”nın  sözün  geniş  menasında  da  işlədildiyini  nəzərə  alsaq, 

onda  ikinci  delil  öz  ehəm iyyətini  itirir.  “İliada”nm  2-ci  nəğməsinin 

ə w ə lin d e   Zevsin  Aqamenona yalan  yuxu  göndərməsi  üsulunun  özü- 

nün  də  “mancanaq”  üsulu kimi  bir  şey,  yəni  bütün  fabuladan  doğma- 

yan  hadisələr  qəbilindən  olduğunu  nəzərə  alsaq,  Aristotelin  məhz 

Homer  “İliada”smı  mişal  gətirdiyinə  şübhə  azalar.  Aristotel,  Homeri, 

eyni  zamanda  faciə  ustadı  adlandırdığı  üçün,  faciədən  söhbət  gedən 

yerdə  “İliada”dan misal  çekm əsi  də, bizcə,  təəccüblü  deyil.

Mənim başqa əsərlərimdə -  Aristotel, görünür ki,  əsasən “Peri poe- 

tika”,  “Politika”  eserlerini nezərde tutur.

16

“Torpaq  övladlarım n”  -   əsatirdə  Kadminin  əkdiyi  əjdaha  d işlə- 

rindən bitən adamlarm nəslinə deyilir ki, bunlarm da çiyinlərində n izə- 

şekilli  ət  xalı  varmış.  Eleyli  Hippi  de  “Xalqlarm  adaları”nda  deyir: 

“Hansı bir qəbiləyə  ise  spartalılar  “əkilm işlər”  deyirlər” .

Karkinin “F iest”indəki ulduzlar kimi -  yunan faciənəvisi  Karkinin 

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin