Arxada qaldi



Yüklə 147.21 Kb.

tarix10.06.2017
ölçüsü147.21 Kb.

1      BURAXILIŞ 4

BURAXILIŞ 4-2010

Azərbaycan Respublikasının Prezidenti yanında

Strateji Araşdırmalar Mərkəzi

SAM-ın ŞƏRHLƏRİ

SEÇKİ-2010.

DAHA BİR MƏRHƏLƏ

ARXADA QALDI

BURAXILIŞ 4       2     

Azərbaycan Respublikasının Prezidenti yanında

Strateji Araşdırmalar Mərkəzi, 2010

SAM-ın bütün nəşrlərinin elektron versiyasını bu saytda tapa 

bilərsiniz: www.sam.gov.az

“SAM-ın şərhləri”ndə göstərilən bütün fikirlər müəllifin şəxsi

mövqeyini əks etdirir.

Müəllif  hüquqları  qorunur.  SAM-ın  yazılı  icazəsi  olmadan 

materialın istifadəsi və hər hansı şəkildə yayımı qadağandır.


3      BURAXILIŞ 4

Mündəricat

Seçkilərin sabit və demokratik şəraitdə keçməsi təmin olunacaq ................  4

MSK bu seçkilərdə tam tərkiblə işləyəcək .......................................................  5

Hakim partiyanın seçkiyə hazırlığı ..................................................................  8

Azərbaycandan və dünyadan müşahidəçilik missiyası ..................................  8

Müxalifət elektoratı öz namizədini necə tanıyacaq? .....................................  9

Geridə qalan üç mərhələnin yekunları ............................................................  11

Bloklaşma taktikasında yeni xüsusiyyətlər .....................................................  11

Bölgələrdə elektoral davranış ...........................................................................  12

Bitərəflər partiya mənsubiyyətini həlledici saymırlar ....................................  12

Liderlər siyasəti tərk edir? .................................................................................  13

Seçkilər Azərbaycanda siyasi qüvvələrin fəaliyyətində yeni

meylin başlandığını göstərir .............................................................................  13

İstifadə edilmiş ədəbiyyat .................................................................................  14

Strateji Araşdırmalar Mərkəzi (SAM) haqqında məlumat .............................  15

BURAXILIŞ 4       4     

Siyasi  mübarizədə  zaman  və  məkan 

xüsusiyyətlərinin  əlaqəli  olması,  qüvvələr 

nisbətinin 

dəyişərək 

yeni 


mənzərə 

formalaşdırması siyasi həndəsənin terminləri 

ilə  izah  edilir.  Siyasi  gedişlərdə  çox  vaxt 

düz  xətt  heç  də  mərkəzlə  səth  üzərindəki 

(iki)  nöqtə  arasında  ən  qısa  məsafə  kimi 

sərfəli  yol  hesab  edilmir,  əksinə  çoxşaxəli 

yollar  aranır.  Bu  baxımdan  seçki  prosesini 

nəzərdən keçirsək görərik ki, dairələrdə qalib 

gəlmək üçün namizəd bütün yollara (taktiki 

gedişlərə)  bələd  olsa  da,  onun  mənsub 

olduğu partiyanın bütövlüyünü təmin edən, 

mərkəzə  aparan,  parçalanmaya  mane  olan 

yolla getməsi lazım gəlir.

Parlament  seçkilərində  iştirak  etmək 

istəyən  namizədlərin  qeydiyyat  mərhələsi 

sona  çatdı.  Partiyalar  və  siyasi  bloklar  artıq 

seçkilərə  gedəcək  namizədlərin  sayını  və 

onların  dairələrini  müəyyənləşdiriblər.  PR-

texnoloqların  üç həftədən çox vaxtı olacaq 

ki, öz namizədlərini seçki marafonunda qalib 

etsinlər. 

Namizədlərin  siyahılarına  baxarkən  ən 

çox diqqəti cəlb edəcək əsas dairələrin artıq 

məlum  olduğunu,  burada  lider  namizədlər 

arasında  kəskin  mübarizənin  gedəcəyini 

proqnozlaşdırmaq  olar.  Bir  tərəfdə  iqtidar 

partiyasını  təmsil  edən  və  cəmiyyətdə 

tanınmış  namizədlər,  digər  tərəfdə  isə 

müxalifəti  təmsil  edən  5  blokun  (buraya 

13  partiya  daxildir)  və  bloksuz  qatılan 

20-yə  yaxın    partiyanın  üzvləri  bir-birinə 

rəqib  mövqelərdə  durublar.  Bundan  əlavə, 

üçüncü  tərəfin-KİV-dən  tanınan  “media 

kapitanları”nın  və  müstəqil  jurnalistlərin, 

həmçinin  sahibkarlığı  təmsil  edən,  kifayət 

qədər  maliyyə  resurslarına  malik  müstəqil 

namizədlərin 

bu 


seçkilərə 

qatılması 

mübarizəni daha da gərginləşdirir.  

Seçkilərin sabit və demokratik şəraitdə 

keçməsi təmin olunacaq

Milli  Məclisə  seçkilərlə  əlaqədar  Ali 

Məhkəmə və Venetsiya Komissiyası birlikdə 

beynəlxalq  konfrans  keçirmişdir.  Tədbirdə 

əsas məqsədin seçkinin ölkə Konstitusiyasına, 

beynəlxalq 

müqavilələrə 

və 


Avropa 

standartlarına  uyğun  keçirilməsi  olduğu, 

seçkilərlə  bağlı  şikayətlərin  baxılması  üçün 

yeni  mexanizmlərin  hazırlandığı,  şikayətlərə 

baxan  ekspert  qruplarının  yaradıldığı 

bildirilmişdir.

1

ATƏT-in  Demokratik  Təsisatlar  və  İnsan 



Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda 

keçiriləcək  parlament  seçkilərini  müşahidə 

missiyasının rəhbəri Odri Qlover Azərbaycan 

Respublikasının Daxili İşlər Nazirliyində olmuş 

(DİN)  və  DİN-nin  mətbuat  xidmətindən 

verilən  məlumata  görə,  nazir  R.Usubovla 

asayişin  qorunması  sahəsində  görülən  işlər, 

eləcə  də  seçkiqabağı  və  seçki  dövründə 

1    www.azertag.com

Bir tərəfdə iqtidar partiyasını təmsil edən və cəmiyyətdə 

tanınmış namizədlər, digər tərəfdə isə müxalifəti təmsil 

edən 5 blokun (buraya 13 partiya daxildir) və bloksuz 

qatılan 20-yə yaxın partiyanın üzvləri bir-birinə rəqib 

mövqelərdə  durublar.  Müstəqil  namizədlərin  bu 

seçkilərə qatılması mübarizəni daha da gərginləşdirir.


5      BURAXILIŞ 4

polisin qarşısında duran vəzifələr barədə fikir 

mübadiləsi aparmışdır. Parlament seçkilərinə 

hazırlıq dövründə və seçki zamanı baş verə 

biləcək  qanun  pozuntularının  qarşısının 

alınması,  seçkilərin  müvafiq  qanunların 

tələblərinə  uyğun  təhlükəsiz  və  demokratik 

şəraitdə  keçirilməsi,  bu  məsələ  ilə  əlaqədar 

daxili  işlər  orqanlarının  üzərinə  düşən 

vəzifələrin  layiqincə  yerinə  yetirilməsinin 

təmin olunması məqsədi ilə DİN tərəfindən 

xüsusi  Tədbirlər  Planı  hazırlandığı  qeyd 

olunmuşdur.  Eyni  zamanda,  Mərkəzi 

Seçki  Komissiyası  (MSK)  ilə  birlikdə  “Polis 

əməkdaşlarının  Milli  Məclisə  seçkilərdə 

iştirakına dair yaddaş kitabçası” hazırlanaraq 

çap edilmişdir. 

2

 



MSK bu seçkilərdə tam tərkiblə 

işləyəcək

Ötən 5 ildə  MSK-da 3 yer boş qalmışdı. 

Müsavat  Partiyası  son  vaxtlaradək  MSK-nın 

formalaşma  prinsipinə  qarşı  olduğundan 

komissiyaya  namizəd  vermirdi.  MSK-nın 

18    üzvünü  Milli  Məclis  seçir.  Oktyabrın 

8-də  Milli  Məclisdə  MSK-ya  3  yeni  üzvün 

seçilməsi,  Müsavat  Partiyasının  bu  seçkidə 

təqdim  etdiyi  namizədlər  müzakirə  olundu 

və  MSK  Müsavata  1  yer  ayırdı.  Yeni  üzvlər 

azlıqda olan  partiyalarla bitərəf deputatların 

razılaşdırdığı  Arifə  Muxtarova,  Müsavat 

Partiyasından 

Gülağa 


Aslanlı, 

Bütöv 


Azərbaycan  Xalq  Cəbhəsi  Partiyasından 

Mikayıl  Rəhimovdur.  Beləliklə,    MSK-nın 

tərkibi artıq tam şəkildə formalaşdırıldı. Lakin 

onu  da  qeyd  edək  ki,  MSK-nın  yeni  üzvləri 

2   http://www.mia.gov.az/?/az/news/view/300/

bu vəzifəni yalnız bir ay icra edə biləcəklər, 

çünki parlament seçkilərindən sonra qurum 

yenidən formalaşdırılmalıdır.

Bu  seçkilərdə  cəmiyyətin  və  medianın 

diqqətini  cəlb  edən  məsələlərdən  biri 

də  iki  şəxsin  -  Azərbaycan  Erməniləri 

Assambleyasının  sədri  Q.Ayvazyanın  və 

İranın  “Səhər-1”  kanalının  aparıcısı  Rüfət 

Muradovun  seçkilərə  qatılmaq  istədiklərini 

bildirmələri  oldu.  Q.Ayvazyan    noyabrın 

7-də  keçiriləcək  parlament  seçkilərinə 

qatılmaq  istədiyini  bildirsə  də,  MSK-dan 

Q.Ayvazyan  adlı  şəxs  tərəfindən  heç  bir 

rəsmi  müraciətin  daxil  olmadığı  açıqlandı. 

Seçki  administrasiyasından  bildirildi  ki, 

müraciət edilərsə, məsələ hüquqi müstəvidə 

araşdırılacaq. Qeyd edək ki, Azərbaycanda 30 

minə yaxın erməni yaşayır və seçkilərdə iştirak 

edirlər.  Hətta  dairə  seçki  komissiyalarından 

birinin üzvü ermənidir. 

3

MSK  Azərbaycanın  işğal  olunmuş 



ərazilərində  yaşayan  erməni  vətəndaşların 

seçkilərdə  iştirakını  təmin  etməyə  çalışır 

və  bu  məqsədlə  beynəlxalq  təşkilatlara 

müraciət  edib.  Lakin,  təəssüf  ki,  beynəlxalq 

təşkilatlar bu məsələdə Azərbaycana heç bir 

kömək göstərmirlər. 

4

Mərkəzi  Seçki  Komissiyasının  nəzdində 



yaradılmış  Ekspert  qrupuna  70-ə  yaxın 

şikayət və müraciət daxil olub. MSK bildirir ki, 

narazı şəxslər arasında həm müxalifət, həm 

iqtidaryönlü  partiyaların  nümayəndələri, 

həm də bitərəflər var.

5

 MSK-nın iclaslarında 



3   www.cec.gov.az/2010-09-24 

4   www.modern.az/2010-09-27 

5   www.cec.gov.az/2010-10-14 


BURAXILIŞ 4       6     

seçkilərlə  bağlı    daxil  olmuş  müraciətlərə 

baxılmışdır. Bu iclaslarda ATƏT-in Demokratik 

Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki 

Müşahidə Missiyasının təmsilçiləri və kütləvi 

informasiya  vasitələrinin  nümayəndələri  də 

iştirak ediblər.

Şikayətlərdən    qeydiyyata  düşmək  üçün  

maneənin  siyasi-hüquqi  deyil,  subyektiv  və 

ya texniki səbəblərdən olduğu aşkar görünür. 

Müraciətlərdən  bir  qismi  təmin  edilmiş, 

yəni  müvafiq  dairə  seçki  komissiyalarının 

(DSK)  qərarı  ləğv  edilərək  müraciət  edən 

namizədlərin  qeydə  alınması  barədə  qərar 

qəbul  olunmuşdur.  Onların  əksəriyyəti 

dairələrdə  rəqib  namizədlərin  vaxtından 

əvvəl  təşviqatla  məşğul  olması  barədədir. 

MSK  müraciətlərin  böyük  bir  qismini  dairə 

seçki  komissiyalarına  ünvanlamışdır.  Çünki 

Seçki  Məcəlləsinin  112-ci  maddəsinin 

tələblərinə  görə,  seçki  subyektləri  şikayəti 

müvafiq  seçki  komissiyasına  təqdim  edə 

bilərlər. Şikayət ilkin mərhələdə, yəni müvafiq 

seçki komissiyası tərəfindən təmin edilməzsə, 

dairə seçki komissiyasının qərarından və ya 

hərəkətindən  (hərəkətsizliyindən)  MSK-ya 

şikayət verilə bilər.

MSK 


qeydə 

alınmış 


deputatlığa 

namizədlər barədə son  məlumat yaymışdır. 

Oktyabrın 14-nə qədər 125 seçki dairəsi üzrə 

732  namizəd qeydə alınmışdır. 

6

2010-cu  ilin  parlament  seçkilərində 



mühüm  mərhələyə  -  təbliğat-təşviqat 

kampaniyasına start verildi. Seçki Məcəlləsinin 

tələbinə görə, təbliğat-təşviqat kampaniyası  

səsverməyə 23 gün qalmış başlayır və 24 saat 

qalmış dayandırılır. Bu müddətdə namizədlər 

müvafiq dairə seçki komissiyalarına müraciət 

etməklə öz seçiciləri ilə görüşə bilərlər.

MSK 


“Sərbəst 

toplaşma 

azadlığı 

haqqında” Qanuna müvafiq olaraq müəyyən 

edilmiş  açıq  və  qapalı  yerlərin  siyahısını 

dərc  edib.  Bu  yerlərin    sayı  2009-cu  illə 

müqayisədə  131  yer  çoxdur.  Onlardan  91-i 

açıq, 40-ı isə qapalıdır.

7

Azərbaycanın 



işğal 

altında 


olan 

rayonlarının  7  dairə  seçki  komissiyası 

üzrə  seçicilər  müvəqqəti  məskunlaşdıqları 

bölgələrdə  müəyyən  edilmiş  açıq  və 

qapalı  yerlərdən  istifadə  edə  bilərlər. 

Füzuli  rayonunun  Horadiz  qəsəbəsində 

təhlükəsizlik baxımından açıq yerlər müəyyən 

edilməmişdir. Ümumilikdə isə şəhər və rayon 

mərkəzlərində müəyyən edilmiş yerlərin sayı 

229-dur.


Hakim partiyanın seçkiyə hazırlığı

Yeni Azərbaycan Partiyasi (YAP) qüvvələri 

səpələnmiş  müxalifət  partiyalarından  fərqli 

olaraq,  qələbə  qazanmaq  üçün  sıralarının 

birliyini  həlledici  məsələ  hesab  edir.  Hakim 

6   http://www.mediaforum.az.//18.10.2010

7   www.cec.gov.az/14 oktyabr 2010

MSK-nın nəzdində yaradılmış Ekspert qrupuna 70-ə

yaxın  şikayət  və  müraciət  daxil  olub.  Müraciətlərə

baxılan  iclaslarda  ATƏT-in  Demokratik  Təsisatlar

və  İnsan  Hüquqları  Bürosunun  Seçki  Müşahidə

Missiyasının  təmsilçiləri  və  kütləvi  informasiya

vasitələrinin  nümayəndələri  də  iştirak  ediblər.


7      BURAXILIŞ 4

partiyanın  özünəməxsus  taktikaya  malik 

olması namizədlərin  siyahısının açıqlanması, 

sonra  isə  dairələrinin  yerdəyişməsinə  qərar 

verildikdə bir daha aşkarlandı. 

YAP-ın  sədr  müavini,  icraçı  katib  Əli 

Əhmədov müxalifət bloklarının imzatoplama 

və  qeydiyyatla  bağlı  yaranan  problemlərlə 

bağlı verdiyi bəyanatlara münasibət bildirib. 

O  qeyd  edib  ki,  “Partiyanın    imzatoplama 

kampaniyasını  bu  cür  mütəşəkkil  surətdə 

başa  vurmasını  partiyamızın    rəqibləri 

olan  müxalifət  partiyaları  qısqanclıqla 

yanaşır.  Onların  imza  toplaya  bilməməsinin 

başlıca  səbəbi  odur  ki,  insanlar  onların  irəli 

İqtidar

Hakim  par

tiya

YENİ AZƏRBAYCAN PARTİYASI

113

Müxalifət

Seçki blokları

“AXCP-MÜSAVAT” BLOKU

32

“İSLAHAT” BLOKU

29

“QARABAĞ” BLOKU

27

“İNSAN NAMİNƏ”  BLOKU

18

“DEMOKRATİYA” BLOKU

17

Müstəqil qatılan p

ar

tiyalar

KLASSİK XALQ CƏBHƏSİ PARTİYASI 

23

DEMOKRATİK AZƏRBAYCAN DÜNYASI PARTİYASI 

18

AZƏRBAYCAN MİLLİ İSTİQLAL PARTİYASI 

17

ANA VƏTƏN PARTİYASI

8

MÜASİR MÜSAVAT PARTİYASI 

4

AZƏRBAYCAN SOSİAL-DEMOKRAT PARTİYASI 

2

AZƏRBAYCAN MİLLİ DEMOKRAT PARTİYASI  

1

TƏRƏQQİ PARTİYASI

1

TƏKAMÜL PARTİYASI 

1

MİLLİ QURTULUŞ PARTİYASI

1

BÖYÜK AZƏRBAYCAN PARTİYASI 

1

VƏHDƏT PARTİYASI 

1

AZƏRBAYCAN DEMOKRATİK MAARİFÇİLİK PARTİYASI 

1

AZƏRBAYCAN KOMMUNİST PARTİYASI 

6

MİLLİ DÖVLƏTÇİLİK PARTİYASI

1

AZAD RESPUBLİKAÇILAR PARTİYASI

1

VƏTƏNDAŞ BİRLİYİ PARTİYASI

1

AZƏRBAYCAN XALQ PARTİYASI 

2

AZADLIQ PARTİYASI

1

Bitərəflər

Bitərəflər

BİTƏRƏFLƏR

346


BURAXILIŞ 4       8     

sürdüyü namizədlərin çoxunu tanımırlar, bu 

namizədlər haqqında hər hansı bir məlumata 

malik  deyillər.  Müxalifət  namizədləri  öz 

imzalarını  özləri  toplayıblar.  YAP-ın  hər  bir 

namizədinin  qeydə  alınması  üçün  lazım 

olan  imzaları  isə  10  nəfər  toplayıb.    10 

nəfərin  bir  gündə  gördüyü  işi  müxalifətdə 

bir  nəfər  görməli  olub.  Buna  görə  də  YAP-

ın  imzatoplama  kampaniyası  kifayət  qədər 

mütəşəkkil,  fəal  və  optimal  bir  zaman 

ərzində həyata keçirilib”. Ə.Əhmədov bütün 

bunları  mümkün  edən  əsas  məsələnin  YAP 

namizədlərinin  Azərbaycan  cəmiyyətində 

tanınmış  ziyalı  və  nüfuzlu  şəxslərin  olması, 

xalqın onları artıq konkret fəaliyyətinə görə 

dəyərləndirə  bilməsi  olduğunu  vurğulayıb: 

“YAP-ın  namizədlərinin  113-ü  qeydə 

alınıb.  Partiya  namizədlərinin  48-i  hazırda 

Milli  Məclisin  deputatı,  5-i  Milli  Elmlər 

Akademiyasının  həqiqi  üzvü,  3-ü  müxbir 

üzvü,  10-u  ali  məktəb  rektoru,  20-si  elmlər 

doktoru,  professordur,  namizədlərin  24-ü 

qadındır.  Bizim  namizədlərimiz  cəmiyyətdə 

tanınmış,  nüfuzlu  insanlardır,  akademiklər, 

rektorlardır”.

8

Azərbaycandan və dünyadan 

müşahidəçilik missiyası

Parlament 

seçkiləri 

ilə 


əlaqədar 

beynəlxalq  müşahidə  missiyaları  fəaliyyətə 

başladı.  Azərbaycanda  keçiriləcək  parla-

ment  seçkilərini  izləmək  üçün  24  ölkənin 

müşahidəçisi  qeydə  alınıb.  Ən  böyük  

missiya  ATƏT-in  Demokratik  Təsisatlar 

və  İnsan  Hüquqları  bürosundandır.  Bu 

8   http://www.yeniazerbaycan.com/news/12777.htm//l2010-10-13

təşkilatdan  seçkilərə  30  uzunmüddətli  və 

450 qısamüddətli müşahidəçi gələcək. Artıq 

onların bir qrupu Azərbaycandadır və yaxın 

günlərdə fəaliyyətə başlayacaq. 

9

Avropa 


Şurası 

baş 


katibinin 

Azərbaycandakı xüsusi nümayəndəsi Veroni-

ka Kotek Mərkəzi Seçki Komissiyası ilə Avro-

pa Şurası Venetsiya Komissiyasının keçirdiyi 

treninqlərin  açılış  mərasimində  bu  sözləri 

qeyd  etmişdir:  “Hökumətlə  birgə  apardığı-

mız uğurlu əməkdaşlıq nəticəsində qarşıdan 

gələn  parlament  seçkiləri  ilə  bağlı  fəaliyyət 

planı hazırlamışıq”. 

10

Parlament 



seçkilərində 

“Exit-poll” 

tədqiqatı  118  dairə  üzrə  1180  məntəqədə 

həyata  keçiriləcək.  Seçkilərin  Monitorinqi 

və  Demokratiyanın  Tədrisi  Mərkəzi  (SMDT) 

isə  seçki  günü  tərəfsiz  seçki  müşahidəçiliyi 

üzrə  təlimlərə  başlayıb.  İndiyədək  SMDT 

seçkilərdə  müşahidəçi  olmaq  istəyən  245 

vətəndaşa  MSK-da  müşahidəçi  kimi  qey-

diyyatdan  keçmək  üçün  hüquqi  və  texniki 

yardım  göstərib.  Təşviqat  kampaniyasına 

qoşulmaq istəyən 15 media qurumu rəsmən 

müraciət etmişdir.

11

“Parlament-2010” 



seçki 

monitorinqi 

koalisiyası oktyabrın 6-dan Azərbaycanın 10 

regionunda,  80  seçki  dairəsində  müşahidə 

missiyasını daha professional və beynəlxalq 

standartlara 

uyğun 

keçirmək 



üçün 

maarifləndirmə kampaniyasına başlamışdır.

12

 

Bu    günə    kimi  6829  nəfər  müşahidə 



9   www.Modern.az-/27.09.2010

10  www.cec.gov.az//5 oktyabr 2010

11  www.mediaforum.az//2010-09-27 

12  http://www.deputat.az/news.php?id=592



9      BURAXILIŞ 4

missiyasını  həyata  keçirmək  üçün  MSK-

ya  müraciət  edib.  Müvafiq  dairə  seçki 

komissiyalarının  hüdudlarında  müşahidə 

aparmaq üçün isə 3285 nəfər qeydiyyatdan 

keçmişdir.    Onlardan  1617-si  fərdi  şəkildə 

müraciət  edib,  4367  nəfəri  isə  siyasi 

partiyaların müşahidəçiləridir.  

13

Azərbaycanda 



parlament 

seçkiləri 

ərəfəsində  Beynəlxalq  İnformasiya  Mərkəzi 

fəaliyyət 

göstərəcək. 

Mərkəzin 

əsas 

məqsədi qarşıdan gələn parlament seçkiləri 



zamanı  beynəlxalq  kütləvi  informasiya 

vasitələri  nümayəndələrinə  informasiya 

dəstəyinin 

göstərilməsidir. 

İnformasiya 

mərkəzində  Azərbaycana  gələcək  xarici 

jurnalistlərin  fəaliyyəti  üçün  bütün  lazımi 

şərait  yaradılıb.  Seçkilərlə  bağlı  gündəlik 

məlumatların  əldə  edilməsində,  seçkilərdə 

rəsmi  akkreditasiyanın  alınmasında,  millət 

vəkilliyinə  namizədlər  və  seçki  prosesində 

iştirak  edən  digər  tərəflərlə  görüşlərin 

təşkilində 

xarici 


jurnalistlərə 

kömək 


göstəriləcək.  Mərkəz  ən  müasir  kompyuter 

texnikası və sürətli internetilə təchiz olunub.

14

.  


Müxalifət elektoratı öz namizədini necə 

tanıyacaq?

AXCP ilə Müsavat Partiyasının birgə seçki 

bloku və partiya yaratmaq niyyətləri müxalifət 

düşərgəsində    də  gözlənilən  nəticəni 

vermədi  və  birmənalı  qarşılanmadı.  Əksər 

müxalif qüvvələr bu taktikanı qeyri-real birlik 

kimi qiymətləndirdi və  perspektivi olmayan 

belə bloka qoşulmaq istəyində olmadıqlarını 

13  www.cec.gov.az/2010-10-13 

14  http://www.az.apa.az/xeber_15.10.2010

bildirdilər.

15

  Əminliklə  söyləmək  olar  ki,  bu 



seçkilərdən  sonra  birləşmə  mövzusu  bir  də 

gündəmə gəlməyəcək. Çünki artıq “yeganə-

vahid  müxalifət  bloku”ndan  başqa,  birlik 

modellərinin  bütün  formaları  sınaqdan 

çıxarıldı və heç biri özünü doğrultmadı.

AXCP  ilə  Müsavat  Partiyası  arasında 

vahid  namizədlərin  irəli  sürülməsi  ilə  bağlı 

danışıqlar başa çatmış, lakin 14 dairədə razılıq 

əldə  edilməmişdir.  Blok  98  dairədə  vahid 

namizədlə iştirak edəcək. Qalan 27 dairənin 

heç  də  hamısında  Müsavatla  AXCP-nin 

ayrıca namizədləri yoxdur. Hər iki partiyanın 

namizədinin rəqib olduğu dairələrin sayı isə 

14-dür.  Bunların  da  əksəriyyəti  müxalifətin 

qələbəyə  ümid  etdiyi  paytaxtda  yerləşən 

dairələrdir.

Daha bir məqam müxalifət düşərgəsində 

əsas diqqətin namizəd olan partiya liderləri 

və  funksionerləri  üzərində  cəmlənməsi, 

sıravi  partiya  üzvlərinin    arxa  planda 

qalmasıdır.  “Azadlıq”qəzetinin  köşə  yazarı 

Şahvələd  Çobanoğlu  “Liderlər  bir  dairədə 

yarışsınmı?”  adlı  yazısında  qeyd  edir:  “Biz 

real  müxalifətin  bir  yumruq  kimi  səfərbər 

olmasını  arzulayırdıq.  Amma  peşman 

olmaqdayıq.  Artıq  bəzi  hərəkətlər  seçkini 

zərli  sinidəki  xonça  kimi  hakimiyyətə  bəxş 

etməyə  bənzəyir.  Birlik  ideyasının  üzərində 

dayanmayan  liderlər  “bir  dairə  -  bir  lider” 

prinsipi ilə dərhal razılaşırlar. Bu o deməkdir 

ki, onların dairələrində müxalifət birləşəcək. 

Müxalifətin bir-birinə dəstəyi  vacibdirsə, bu 

prinsip  niyə  başqa  namizədlərə  də  tətbiq 

edilmir. Bu prinsipin adını nə qoyursunuzsa 

15  http://www.olaylar.az/haber/axcp_musavat_eli_ruclu_.html


BURAXILIŞ 4       10     

qoyun,  bu,  birlik  modeli  nədənsə  yalnız 

liderlər üçün nəzərdə tutulur?!”

16

 



Seçkilərdə  müxalifət  vahid  blokda 

birləşmək,  heç  olmasa  müxtəlif    dairələrdə 

namizədlərin,  yaxud  da  blokların  bir-

birinə  dəstək  olmaq  məsələsində  strateji 

vacib  olan    kompromisə  gələ  bilmədi. 

Nəticədə, arzuolunmaz mənzərə alındı: eyni 

dairələrdə  müxalifətin  4  və  ya  5  blokunun 

namizədləri və üstəgəl seçkilərə tək qatılan 

müxalif  partiyaların  namizədləri  bir-birinə 

rəqib  olacaqlar.  Bu  vəziyyət  isə  müxalif 

elektoratın  ən  son  və  çeşidli  fraqmentlərə 

qədər  parçalanmasına  gətirib  çıxaracaq. 

Müstəqillik dövründə keçirilən və sayca 4-cü 

olan  parlament  seçkilərində  yenə  də  siyasi 

müxalifətin  seçkilərə  qüvvələrini  səfərbər 

edərək  vahid  blokda  getməməsi  əlçatmaz  

arzu olaraq qaldı.             

        


DİAQRAM 1

Seçkilər öncəsi müxalifət qüvvələrinin 

ümumi mənzərəsi

16 http://www.musavat.com/new/yazar 01.02.2010 - 

Diaqrama  nəzər  yetirəndə  görürük  ki, 

müxalifət yenə də seçkilərə iqtidar partiyası 

kimi  vahid  deyil,  10  fərqli  düşərgədən 

qatılacaq. Bunların arasında 5 blok və yaxud 

20-yə  yaxın  partiya  olacaq.  Təhlil  etdiyimiz 

əksər 


dairələrdə, 

müxalif 


qüvvələrin 

minimum    4-5  namizədi  bu  və  ya  digər 

dairələrdən  seçkilərə  qatılmaqla  bir-birinə 

rəqib olaraq  elektoratını parçalayır. 



Geridə qalan ilk üç mərhələnin 

YEKUNLARI

Azərbaycan  elektoratının  qarşıdakı  beş 

ildə  parlamentdə  təmsil  olunacaq  millət 

vəkillərini seçəcəyi günə az qalır. Artıq seçki 

kampaniyasının  əsas  şüarlarının  bəyan 

edilməsi  prosesi  gedir.  7  noyabr  -  seçim 

günü yaxınlaşdıqca  gərginliyin artması hiss 

olunur. 


Seçki  prosesinin  arxada  qalan  üç 

(hazırlıq,  əsas,  namizədlərin  irəli  sürülməsi 

və  qeydiyyatı)  mərhələsində  baş  verənlərə 

əsaslanaraq  qüvvələr  nisbətinə  dair  ilkin 

qənaətlərə gəlmək olar.

Bloklaşma taktikasında yeni 

xüsusiyyətlər

İlk  mərhələnin  aparıcı  xüsusiyyəti 

bloklaşma  oldu.  Seçkilərdə  iştirak  etmək 

üçün  təşkilatlanma  prosesi  gec  başladı, 

amma  çox  sürətlə  getdi.  Keçən  seçkilərdə 

yaradılan çoxsaylı ittifaq, hərəkat və birliklər 

əvəzinə, müxalifət daha konkret və intizamlı 

təşkilatlanma metodlarına üstünlük verdi. 

Beş  il  mövcud  olan  “Azadlıq”  blokunun 

parçalanması, qızğın blok yaradıcılığı yarışı və 

4-cü parlament seçkilərində  ilk dəfə rekord 


11      BURAXILIŞ 4

səviyyədə  -  5  yeni  blokun  formalaşması 

yadda qaldı.  

Bu “sürətli” proses verilən qərarların ciddi 

düşünülmədiyini və seçkidən sonra yaradılan 

blokların sabitliyinin şübhə altında olacağını 

deməyə  əsas  verir.  Təşkilatlanmanın 

qüvvələrin  birliyinə  deyil,  daha  da 

parçalanmasına  xidmət  etməsi  müxalifət 

düşərgəsinin  qələbə  şanslarını  azaltdı.  Ən 

çətin və ən çox izlənilən proses isə yaradılmış 

blokların  vahid  namizədlər  siyahısının 

müəyyən  edilməsi,  eyni  blokun  lider 

namizədlərinin eyni dairədə bir-birinə rəqib 

olması  kimi  “təəssüfdoğurucu”(Sülhəddin 

Əkbər) vəziyyət oldu.

17

Seçkilərə tək və bloklarla qatılan partiyalar 



məlum  oldu.    Kim  hansı  potensiala  malik 

olduğunu bir daha nümayiş etdirdi. Bu dəfə 

qadınların, gənclərin, yaxud medianın ayrıca 

blok  yaratması  müşahidə  olunmadı.  Bloklar 

seçkidə təşkilatçılıq üstünlükləri əldə etdi və 

qısa müddətdə qeydiyyatdan  keçdi.  

Digər tərəfdən bloklaşmada seçki sonrası 

kompromisin  qalacağı  aydın  deyil.  Buna 

seçkinin  nəticələri  kimi  obyektiv  faktordan 

çox, subyektiv faktorlar, iddialar təsir edəcək. 

Müxalifətin  seçkidə  uğur  qazanmasına  ən 

böyük  maneə,  qeyd  edildiyi  kimi,  vahid 

blokda birləşməməsi və bununla da mövcud 

elektoratını  parçalamasıdır.  Azərbaycanın 

parlament  seçkiləri  təcrübəsində  indiyə 

qədər  seçkilərə  eyni  zamanda  5  blok 

qatılmamışdır.  Bu,  bir  tərəfdən,  partiyaların 

parlament  seçkilərinə  marağının  göstəricisi 

olsa da, digər tərəfdən, seçkilərdə müxalifətin 

17  http://www.musavat.com/

qüvvələrinin  hədsiz  səplənməsinə  səbəb 

oldu. 


Seçki  ərəfəsi  prosesində  diqqəti  cəlb 

edən  məsələlərdən  biri  də  Azərbaycanda 

yaradılan ilk partiyalardan biri olan AXCP-nin  

qurultayının keçirilməsi və burada partiyanın 

Müsavatla  birləşməyə  qərar  verməsi 

oldu.  Onun  qarşı  tərəfdən  qəbul  edilib-

edilməyəcəyinə  də  seçkilərin  nəticələrinin 

böyük təsirinin olacağını istisna etmək olmaz.



Bölgələrdə elektoral davranış

Təhlildə göstərilən və potensial qaliblərin 

namizəd  olduğu  dairələr  başlıca  olaraq 

Azərbaycanın  paytaxtı  Bakını  əhatə  edir. 

Müşahidə  göstərir  ki,  müxalif  qüvvələrin 

aparıcı  təmsilçiləri  (partiya  sədrləri,  sədr 

müavinləri,  Ali  Məclisinin  sədrləri  və  s.) 

bölgələrdən  namizədliyini  irəli  sürməkdən 

əksər  hallarda  çəkinirlər.  Onlar  hesab 

edirlər ki, bölgələrdə siyasi fəallıq paytaxtla 

müqayisədə  nisbətən  aşağı  olur.  Müxalifət 

nümayəndələrinin  fikrincə,  Bakıda  siyasi 

fəallığın  daha  yüksək  olması  elektoratı 

təbliğat vasitəsilə öz tərəfinə çəkməyə imkan 

verə bilər. Bu, düzgün qənaət olmayıb, həm 

də  elektoratın  miqyasını  məhdudlaşdıran 



Seçkilərə tək və bloklarla qatılan partiyalar məlum 

oldu.    Kim  hansı  potensiala  malik  olduğunu  bir 

daha nümayiş etdirdi. Bu dəfə qadınların, gənclərin, 

yaxud  medianın  ayrıca  blok  yaratması  müşahidə 

olunmadı.  Bloklar  seçkidə  təşkilatçılıq  üstünlükləri 

əldə  etdi  və  qısa  müddətdə  qeydiyyatdan    keçdi. 

BURAXILIŞ 4       12     

səbəblərdəndir və əslində, elektoratın deyil, 

müxalifətin  regionlarda  o  qədər  də  fəal 

olmadığına dəlalət edir.

Bölgələrdə 

müxalifətin 

təşkilati 

resurslarının  zəifliyi,  uğurlu  seçki  taktikasını 

müəyyən etməməsi onu elektoratı öz tərəfinə 

cəlb  etmək  imkanlarından  məhrum  edir. 

Hakim partiyanın siyasi kursunun tənqidi və 

qara  piar  isə  bölgələrdə  gözlənilən  effekti 

vermir.  Məhz  bu  məsələlər  müxalifətin 

aparıcı  təmsilçilərini  paytaxt  dairələrindən 

namizədliyini  irəli  sürməyə  sövq  edir.  Bu 

onu  göstərir  ki,  hazırkı  durumda  həmin 

partiyaların  bölgələrdə  sosial  bazası  zəifdir, 

nüfuzu  yoxdur,  əsas  diqqət  “paytaxt” 

elektoratına  hesablanılıb  və  bölgələrdəki 

milyonlarla    vətəndaşın    maraqlarına 

biganəlik mövcuddur. 

Bundan  fərqli  olaraq  hakim  partiyanın 

ən  tanınmış  təmsilçiləri  namizədliklərini 

bölgələrdən  irəli  sürür,  region  elektoratı  ilə 

geniş  ünsiyyət  qurur,  fəaliyyət  göstərirlər. 

Elektoratın davranışına, məlum olduğu kimi, 

siyasi,  iqtisadi,  sosial  faktorların  mürəkkəb 

əlaqəsi  təsir  göstərir.  Ölkədə  yaranmış 

ictimai-siyasi  sabitlik,  qlobal  maliyyə 

böhranının  ən  az  zərərlə  dəf  edilməsi 

və  regionların  inkişafına  dövlətin  xüsusi 

həssaslıqla yanaşması da bölgələrdə  iqtidar 

elektoratının    dairəsini  yüksək  dərəcədə 

genişləndirmişdir.



Bitərəflər partiya mənsubiyyətini 

həlledici saymırlar

Diqqəti  cəlb  edən  məsələlərdən  biri 

də  Azərbaycanda  seçkilərdə  iştirak  etmək 

üçün  müstəqil  namizədlərin  sərbəst  şəkildə 

proseslərə 

qatılmasında 

intensivliyin 

müşahidə olunmasıdır. Bunu yalnız majoritar 

seçki  sisteminin  tətbiqi  ilə  izah  etmək 

düzgün  olmazdı.  Bütövlükdə  mövcud  siyasi  

müxalifət partiyalarının uzun illər dəyişməyən 

fəaliyyətinə, populyarlığına marağın azaldığını 

qeyd etmək olar. Artıq bu və ya digər partiya 

mənsubiyyəti seçkilərə qatılmaq üçün o qədər 

də  əhəmiyyət  kəsb  etmir.  Tədqiqatçıların 

fikrincə, müstəqil, yaxud bitərəf namizədlərin 

partiya namizədləri ilə müqayisədə saylarının 

getdikcə  artması  parlamentin  partiya  və 

ya  qrup  maraqları  ətrafında  deyil,  ayrı-ayrı 

insanlardan  strukturlaşmasına  gətirib  çıxarır 

və bu, partiyalaşmaya mənfi təsir göstərir. 

Liderlər siyasəti tərk edir?

Seçkilərdən  əvvəl  ölkənin  müxalifət 

düşərgəsində mövcud olan partiya liderlərinin  

siyasi  səhnədən  birdəfəlik  gedəcəklərinə 

dair  söylənilən  proqnozlar,  qəribə  də  olsa, 

artıq seçkiyə qədər özünü doğrultmaqdadır. 

Bu  seçkilərdə  3  siyasi  partiya  və  hərəkat 

lideri  mübarizə  aparmayacaq.  Azərbaycan 

Liberal  Partiyasının  (ALP)  lideri  Lalə  Şövkət 

hələ  seçkinin  əsas  mərhələsi  başlamadan 

bu  seçkilərdə  iştirak  etməyəcəyini  bəyan 

etmişdi. Xalq hərəkatının fəallarından olmuş, 

hal-hazırda  müxalifət  partiyalarından  biri 

sayılan  AMİP-in  lideri  Etibar  Məmmədovun 

seçkilərdə iştirakı gözlənilsə də, son məqamda 

seçkilərdən  imtina  etməsi  təəccüblə 

qarşılandı.  Ekspertlər  bunu  həm  siyasi 

mühitin kövrəkliyi, həm də AMİP liderinin öz 

partiyasının parlamentdə təmsilçiliyi naminə 


13      BURAXILIŞ 4

atdığı addım, ən maraqlısı isə başqa liderlərə 

“siqnal”, presedent ola bilən və diqqəti cəlb 

edən davranış kimi dəyərləndirirlər. 

Ötən  seçkilərdə  Yeni  Siyasət  (YeS)  seçki 

blokunun  təsisçisi  olan  Eldar  Namazov  da 

bu  seçkilərdə  iştirak  etməməklə  bu  şansı 

başqalarına  vermişdir.  AXCP  və  Müsavat 

Partiyasında  da  belə  dəyişikliklərin  baş 

verəcəyini  güman  etmək  mümkündür. 

Xüsusilə  də,  seçkilərin  nəticələrinin  bu 

prosesə  təkan  verəcəyini  düşünmək  olar. 

Bu  partiyalarda  yeni  dəyişikliklərin  olması 

müxalif qüvvələrə yeni nəfəs verə bilər. 

  

Bütün  bunlar  onu  deməyə  əsas 



verir ki, milli siyasi məkanda müxalifətçiliyin 

mövcud modeli sınaqdan çıxa bilməmişdir və 

siyasi  səhnəyə  yeni  düşüncəli,  mübarizənin 

yeni metodlarını tətbiq edə bilən qüvvələrin 

gəlməsinə sosial sifariş vardır.

Seçkilər Azərbaycanda siyasi qüvvələrin 

fəaliyyətində yeni meylin başlandığını 

göstərir

Ölkə  mətbuatında  seçkilər  barədə 

vaxtaşırı  rəylər  yer  alır,  seçkidən  sonra  

hər  hansı  maraq  doğuran,  əhəmiyyətli 

dəyişikliklərin olmayacağı haqda proqnozlar 

da  verilir.  Bu  fikirlərin  heç  bir  məntiqi 

əsası  yoxdur.  Çünki  bunu  yalnız  baş  verən 

prosesləri səthi müşahidə edənlər deyə bilər. 

Əslində  isə  Azərbaycan  siyasi  məkanında 

seçkilər  öncəsi  dəyişikliklər  təsəvvür 

ediləndən  daha  dərindir  və  onların  siyasi-

tarixi  dinamikada  müqayisəli  təhlil  edilməsi 

mühüm  yeniliklərdən  xəbər  verir.  Seçkilərin 

ilk üç mərhələsi Azərbaycanda: 

1. 

iqtidar-müxalifət  münasibətləri-



nin dinamikası;

2. 


müxalifətin  seçki  taktikasının 

dəyişməsi;

3. 

siyasi  partiya  sisteminin  inkişaf 



perspektivləri  -  baxımından  20  illik  

əhəmiyyətli bir dövrün yekunlaşdığını, 

yeni meyillərin başlanğıc götürdüyünü 

deməyə əsas verir. 

İqtidar-müxalifət 

münasibətlərinin 

dinamikası  baxımından  seçkilərdə  istisna 

olmadan  bütün  partiyaların  iştirak  etməyə 

qərar  verməsi  ölkədə  bu  sahədə  yeni 

mərhələyə keçidin göstəricisidir. Müxalifətin 

seçki  taktikasında  müəyyən  dəyişiklik  baş 

verdi.  Boykot  taktikasından  imtina  edildi 

və  siyasi  mədəniyyətə  əsaslanan  sivil 

mübarizəyə  üstünlük  verildi.  Radikallıqdan 

çəkinmək  və  sivil  mübarizə  metodlarını 

tətbiq  etmək  seçki  prosesində  konstitusion 

faktorun - konstitusiya ilə müəyyən edilmiş 

siyasi  oyun  qaydalarının  və  mübarizənin 

hüquqi  metodlarının  bütün  müxalif  siyasi 

qüvvələr  və  partiyalar  tərəfindən  nəhayət 

qəbul  edildiyini  göstərir.  Bir  məsələyə  də 

ümid etmək qalır ki, siyasi müxalifət seçkilərin 

nəticələrini də boykot etməkdən əl çəkəcək, 

Seçkilərdən  əvvəl  ölkənin  müxalifət  düşərgəsində 

mövcud  olan  partiya  liderlərinin    siyasi  səhnədən 

birdəfəlik 

gedəcəklərinə 

dair 

söylənilən 

proqnozlar,  qəribə  də  olsa,  artıq  seçkiyə  qədər 

özünü  doğrultmaqdadır.  Bu  seçkilərdə  3  siyasi 

partiya  və  hərəkat  lideri  mübarizə  aparmayacaq. 


BURAXILIŞ 4       14     

uduzduğu halda qarşı tərəfin qələbəsini sivil 

qaydada qəbul etməklə siyasi mədəniyyətini 

nümayiş etdirəcək.

Qeyd  edilən  meyillər  Azərbaycanda 

demokratikləşmə  və  siyasi  modernləşmə 

yönündə 

mühüm 


irəliləyiş 

olub, 


proseslərin  dünya  təcrübəsinin  ümumi 

qanunauyğunluqlarına  müvafiq  getdiyini 

göstərir.  Belə  ki,  dünya  təcrübəsi,  konkret 

olaraq,  ABŞ,  Almaniya  və  İngiltərədəki 

partiyalaşma ənənəsi göstərir ki, partiyaların 

yeniləşməsi,  siyasi  rəqabət  nəticəsində 

kəmiyyət çoxluğundan keyfiyyət mərhələsinə 

keçid  alması  bu  ölkələrdə  seçkilərin  6-cı 

mərhələsindən  (parlament  seçkilərinin  6-cı 

elektoral  tsiklindən)  sonra  baş  vermişdir. 

Azərbaycanda  hal-hazırda    4-cü  parlament 

seçkiləri keçirilir. Beləliklə, 5-ci və 6-cı çağırış 

parlament  seçkilərindən  sonra  ölkəmizdə 

də  partiya  sistemi  normal  mənzərə  ala  və 

təmərküzləşə bilər. Bu baxımdan 4-cü çağırış 

seçkilərdə  müşahidə  edilən  meyillər  bu 

prosesə    təkan  verə  bilər.  Təbii  ki,  dəyişən 

və  yeniləşməni  dərk  edən  siyasi  qüvvələr 

demokratik inkişafda çox mühüm rol oynaya 

bilər  və  oynayacaqlar  da.  Əsas  şərt  o  deyil 

ki, hal-hazırda Azərbaycan siyasi məkanında 

hakim partiyanı əvəz edəcək real siyasi qüvvə 

yoxdur, vacib olanı odur ki, yeni meyillər yeni 

metod  və  prinsipləri,  yeni  nəsil  qüvvələri  

siyasi səhnəyə gətirə bilər.

1. www.president.az

2. www.az.apa.az

3. www.az.apa.az

4. www.azadliqradiosu.az

5. www.1news.az

6. www.az.apa.az

7. www.az.trend.az

8. www.deputat.az

İstifadə edilmiş ədəbiyyat:

Qeyd edilən meyillər Azərbaycanda demokratikləşmə 

və  siyasi  modernləşmə  yönündə  mühüm  irəliləyiş 

olub,  proseslərin  dünya  təcrübəsinin  ümumi 

qanunauyğunluqlarına  müvafiq  getdiyini  göstərir.


15      BURAXILIŞ 4

Strateji Araşdırmalar Mərkəzi (SAM) haqqında məlumat

 

Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Strateji  Araşdırmalar 

Mərkəzi  Azərbaycanın  ilk  dövlət,  qeyri-kommersiya  beyin  mərkəzi  olaraq, 

Azərbaycan  Respublikası  Prezidentinin  12  noyabr  2007-ci  il  tarixli  fərmanı 

ilə  yaradılmışdır.  Onun  məqsədi  ölkədə  aparılan  strateji  araşdırmaların 

koordinasiyasını həyata keçirməkdən və Azərbaycanın ali dövlət hakimiyyət 

orqanlarını  elmi-analitik  informasiya  ilə  təmin  etməkdən  ibarətdir. 

 

SAM  milli,  regional  və  beynəlxalq  məsələlərlə  innovativ  tədqiqatlar 



üzrə  ixtisaslaşaraq,  beynəlxalq  dialoq  üçün  intellektual  forumu  təmin 

etməklə  müxtəlif  fikirləri  bir  araya  gətirir  və  ümumi  platformanın 

formalaşmasına  imkan  yaradır.  SAM-ın  missiyası  əməkdaşlıq  şəraitində 

aparılan  tədqiqatlara  yardım  etməkdən,  strateji  müzakirələrin  miqyasını 

genişləndirməkdən  və  qərar  qəbul  edənləri  yüksək  keyfiyyətli  təhlillərlə 

və  fəaliyyət  üçün  innovativ  təkliflərlə  təmin  etməkdən  ibarətdir.

 

SAM-ın əsas fəaliyyəti daxili və xarici siyasətin ən mühüm istiqamətlərinin 



monitorinqinin  və  təhlilinin  həyata  keçirilməsini,  geosiyasi  hadisələrin 

və  beynəlxalq  problemlərin  araşdırılmasını,  hadisələrin  gələcək  inkişafı 

haqqında  proqnozların  verilməsini,  əhəmiyyətli  proseslərə  təsir  göstərə 

biləcək faktorların müəyyənləşdirilməsini ehtiva edir. “Beyin hücumları”, kon-

franslar təşkil etməklə, eləcə də nəşrlər vasitəsilə siyasi tövsiyələr verən SAM 

siyasi cəhətdən gələcəyə istiqamətlənmiş hərtərəfli tədqiqatlar   apararaq, 

beləliklə,  strateji  müzakirələrə  yeni  perspektivlər  gətirir  və  Azərbaycanda 

qərar  qəbul  etmə  mexanizmlərinin  informasiya  təminatına  töhfələr  verir.



BURAXILIŞ 4       16     

Azərbaycan Respublikasının Prezidenti yanında

Strateji Araşdırmalar Mərkəzi

Azərbaycan, Bakı şəhəri, AZ 1005

M. İbrahimov küç. 8

Tel.: (+994 12) 596 82 41

Faks: (+994 12) 437 34 58

E-poçt: info@sam.gov.az



Veb: www.sam.gov.az

ISSN 2070-7126





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə