AŞiq talib kюnlцm Vяtяn arzular



Yüklə 410,26 Kb.
səhifə3/3
tarix21.04.2017
ölçüsü410,26 Kb.
#15199
1   2   3

SƏN DƏ YAN
Nağafıldan bir od saldın canıma,

Alışıram, gəl oduma sən də yan.

Sənin sirrin ürəyimdə əyandı,

Mənim sirrim olacaqmı səndə əyan?


Tifildi, ağlayır, şir gəzir Alı,

Əlində xədəngi şir gəzir Alı.

Mən görrəm uzaqda şir gəzir, Alı,

Sən görmürsən, qoy mən atım, sən dayan.


Aşıq gərək bir dinləyə, bir dinə,

Necə şeylər vacib olub bir dinə?

Aşıq Talıb, inanıbsan bir dinə,

Möhkəm saxla, dolanmaynan sən də yan.




Dиvanиlяr

DURUR
Həcvü hədyan nə lazımdı, qarşıda insan durur,

Həqiqətə aç zəbanın, arif var, qanan durur.

Əzəl gündən sığınmışam Haqqın min bir adına,

Batində verib dərsimi, görünmür, pünhan durur.


Bu dünyada mənəm deyən o Rüstəmi-Zal hanı?!

Cəm eylədi Şəhri-Zəri, ol Dal ibni-Dal hanı?!

Şəddat hanı, Nəmrud hanı, Fironü Salsal hanı?!

Onlar qalmadı dünyada, aləmi quran durur.


Aşıq Talıb, sidqi-dilnən çağır şahlar şahını,

Müşkül işin həll eyləyən, mərdlərin pənahını,

Zaval yoxdu o şəxsə ki, tutub Haqqın rahını,

Əyri gedən kimsələrə nar durur, niran durur.



FƏLƏK
Qürbət eldə tək qalmışam, yoxdu həyanım, fələk!

Nə qohum-qardaşım gəlir, nə tanıyanım, fələk!

Bir yandan zamanın qəhri, bir yandan el töhməti,

Bilmirəm ki, belə yerdə necə dolanım, fələk!


Heç kəsə əyan deyilsə, sən bilirsən halımı,

Hansı dost yanına getdim, soruşmur əhvalımı.

Din-islama qəhr elədin, müşrik oldu zalımı,

Həmi məzhəb əldən getdi, həm tökdü qanım fələk.


Talıbam, sənin cəbrindən alışıb odlanmışam,

O qədər xiffət eləyib, gecə-gündüz yanmışam.

İrəhmin çoxdu zülmündən, düşünmüşəm, qanmışam,

Əl üzmərəm damənindən, alsan da canım, fələk!



GƏDA

(dodaqdəyməz)
İstəyirsən can alasan, aldırarsan can, gəda!

Cəsəd xaka cansız gedər, can çıxar candan, gəda!

Aşıq gərək həqiqəti xalqa əyan eyləsin,

Təriqətdən ərz eləsin açanda lisan, gəda!


Aşıqsansa al sazını, çıxgınan aşkara gəz,

Şəriəti izah eylə, danış qananlara, gəz.

Səyyahsansa, seyrana çıx, gəşt elə dağlara, gəz,

Eşq əhlisən, alışgınan, ataşlara yan, gəda!


Talıb hər an yaradanı dilində car eyləyir,

Sərini, əziz canını Haqqa nisar eyləyir,

Şər işlərdən yaxasını çəkir kənar eyləyir,

Dedikləri həqiqətdi, eşitdib, inan, gəda!



GÖRÜM
Girəndə meydan içinə, zikr eylə “yasin” görüm,

Həqiqətdən aç zəbanı, sərin sevdasın görüm.

Çağırram, dadıma yetər Məhəmməd əl Mustafa,

Gecə-gündüz zikrimdədi cəm ənbiyasın görüm.


O nədir ki, bu dünyada aldanıb, aldatmayıb?

O nədir ki, bu dünyada oyaq deyil, yatmayıb?

O nədir ki, bu dünyada məqsədinə çatmayıb?

O nədir ki, arzu eylər var təmənnasın görüm?


O nədir ki, bu dünyada bədəni var, başı yox?

O nədir ki, bu dünyada alışır, ataşı yox?

O nədir ki, bu dünyada özü durur, yaşı yox?

Aşıq Talıb, afərin de, açan ustasın görüm.



KÖLGƏSİZ
Yaradıbdı kainatı, Xudam haqdı kölgəsiz,

Əzrayıl gələr yanına, ölən vaxtı kölgəsiz.

Çalacaqdı çəngəlini, alacaqdı canını,

Bilməyəcən, can ağzından çıxacaqdı kölgəsiz.


Neçələri gəlib gedib, bu bir fani dünyadı,

Özü gedib, tarixlərdə qalıb, söylənir adı.

Hamıdan əziz yaradıb Əlini, Məhəmmədi,

Ayırıbdı öz nurundan, qalacaqdı kölgəsiz.


Aşıq Talıb, qəm eyləmə, de sözünü mərdana,

Hərənin bir qisməti var, hamını doğub ana.

Dediyini isbat üçün üzünü tut asmana,

Gün hərlənir çarx üstündə, çox uzaqdı kölgəsiz.



MƏNİM

(beşlik divani)
Dar günümdə dadıma yet, ya Şahi-Mərdan mənim,

Beş pəncalüəba düzbədüz, on iki imam mənim.

Salıb şəhadət barmağın Xeybər qoparan mənim,

Əntər bölən, əjdər yaran, odu insan pənahı,

Üç yüz altımış büt sındırıb eyləyən viran mənim.
Beş kimsənə olmasaydı, dünya tutmazdı qərar,

Cəbrailə ustad oldu, su üstündə aşikar.

Musaya kəlmə öyrətdi Heydəri-düldül səvar,

Mehracda taam eylədi Rəsulunan barabar,

Əl uzadıb gül dəstinnən almanı alan mənim.
Dolanıram bu dünyanı, gəzirəm əfsanə mən,

Yüz söyləsəm həqiqətdən, çatmaram İmana mən.

Sidq-dilnən sığınmışam ol şahi-mərdana mən,

Talıbam, çıxmaq çətindi, düşsəm imtahana mən,

Atı Düldül, qulu Qənbər ol Şiri-Yəzdan4 mənim.


VAR
Dəli könül, qafil olma, bizi yaradan da var,

Yeri, göyü, ərşi, kürsü xəlq edən Sübhan da var.

Laşərikdi, laməkandı, bilmək olmaz yerini,

Xəlq eyləyib şəmsü qəmər, dəryayi-ümman da var.


Heç vaxt şərə fitva vermə, küdrətü kini unut,

Yaradana şəkk eləmə, buna nə lazım sübut.

Haqqı bir bil, əməl eylə, qoyduğu düz yolu tut,

Məhşər günü soracaqlar haqq da var, divan da var.


Aşıq Talıb, qəm eyləmə, çağır Şahi-heydəri,

Mömünlərin pənahıdı, aləmlərin sərvəri.

Könlümüzə işıq salan, dilimizin əzbəri,

Məhəmmədə nazil olan ayeyi-Quran da var.






Mцrяbbelяr


GÖRMÜŞƏM
Bügünkü səfərimdə bir gözəl insan görmüşəm,

Gözləri canlar alır, qəmzəsində qan görmüşəm,

Sanki Misir bazarında Yusifi-Kənan görmüşəm,

Kamalı camaldan göyçək, Züleyxanişan görmüşəm.


Bilirəm, Əslidən ötrü oda düşdü, yandı Kərəm.

Mən gördüm, dözə bilmədim, bəs necə dayandı Kərəm,

Dahanından ataş qalxdı, alışdı, odlandı Kərəm,

Bu gün mən də öz qəlbimi, alışıb yanan görmüşəm.


İşıq salıbdı hər yana, ayna qabaq aydı gözəl.

Bəşərə bənzətmək olmaz, mələklərə taydı gözəl,

Şükür haqqın kərəminə, kimə yazan paydı gözəl,

Ləblərinin busəsini Talıba dərman görmüşəm.



KÖYNƏYİ
Qərvənddə toyda itdi bizim sazın can köynəyi,

Yoxsa ki, müxənnət oldu, apardı düşman köynəyi,

Məlumat verdim hər yerə, axtarsın hər yan köynəyi,

Dedilər qanmaz aparıb, aparmaz qanan köynəyi.


Bəlkə, qurğu qurulub, təşkil olub, fəndə gedib,

Aşqabaddan, Alma-Atadan keçib, Səmərqəndə gedib, Addıyıbdı Bakıdan, yoxsa ki, Dərbəndə gedib,

Tezliklə özümə yollar Görsə Dağıstan köynəyi.
Soraq saldım Qazağa, Kirovabaddan halıyam,

Gürcüstanın yox xəbəri, bu məlumatdan halıyam,

Ağ Təhlə, Qara Təhlə, Leninabaddan halıyam,

Soraq salaq bizim elə, gəzsin İrəvan köynəyi.


Şəmşirə xəbər göndərək, O Kürdüstanı yoxlasın,

Kəlbəcəri, Laçını, getsin Qalanı yoxlasın,

Hərrənsin Araz qırağın, gəlsin Culfanı yoxlasın,

Bəlkə, maşınnan keçəndə görə Naxçıvan köynəyi.


Cavan Söyünə bildirin, Qəbul edər bu zəhməti,

Hər mahalda adı çıxıb, Hər bir yanda var hörməti, Tezliklə xəbər versin, qoy ayırsın demokratı,

Axtarsınlar hər yeri, tapsınlar, aman, köynəyi,

Bərk axtar, Çiçək bacı, yoldaş getdi, qaldım axı,

Aparır fikir sərimi, Mən vaxtsız qocaldım axı,

Həmid qardaş xəbər verdi, Sorağını aldım axı.

Adam göndərdim, gətirər İndi dükandan köynəyi.
Onlar dükandan gəlincə Köynək tez çıxdı aşkara,

Atıbmış qamotun altda, Qanmaz uşaq, baxtı qara,

İtməsi, tapılması, Talıbı saldı azara,

Sazı sinəsinə basdı, elədi dastan köynəyi.





Mцxяmmяslяr


BALDIZINA
Ay Nəcəf, müştəriyəm sənin hamar baldızına,

Bel nazik, sağrı qalın, çəpgəni dar baldızına.

Al yanaq, büllur buxaq, sinəsi qar baldızına,

Saz çalım, qoy oynasın, ver ixtiyar baldızına,

Sən satgınan, mə də alım, açaq bazar baldızına.
Halımı deyim yazsınlar, cəm olsun dəftərdə, bilin,

Leyli olub, salıb məni Məcnun kimi dərdə, bilin.

Düşərəm səhralara, gəzərəm çöllərdə, bilin,

Huşum gedib, ağlım çaşıb, qalmayıbdı sərdə, bilin,

Hicrinə dözəmmirəm, de aşikar baldızına.
Ağsaqqal, qarasaqqal gəlsin məsləhət eləsin,

Xudmani məclis qurub səmimi söhbət eləsin.

Baldızın qonaqlara çay versin, xidmət eləsin,

Talıbın təklifinə hər tərəf hörmət eləsin,

Tezliklə toyun eləyək, qoy olsun yar baldızına.

DOLANIR
Bü günkü məclisimdə gəlib bir cavan dolanır,

Görənləri eşqə salıb, eyləyib heyran, dolanır,

Adını xəbər aldım, dedilər “Reyhan” dolanır,

Hər kimə üz çevirsə, qəlbində şeytan dolanır,

Ahılı, cahılı saymır, onundu meydan, dolanır.
Belində gümüş kəmər, qolunda ver düyməsi var,

Tərpə­nənəndə zey-zey edir, qomrovların zil səsi var,

Yazıya pozu yoxdu, yaxşı-yaman bir kəsi var,

Hər kimə “bəlli” desə, mox bahalı müjdəsi var,

Bu mahalda ona layiq, yoxdu bir oğlan, dolanır.
Talıb deyər, gözəl çoxdu, bu cür canan görməmişəm,

Eldən-elə çox gəzmişəm, belə bir can görməmişəm, Gözləri canlar alan, qaşı kaman görməmişəm,

Bu ki, gözəllər şahıdı, özgə sultan görməmişəm,

Sanasan ki, ərş üzündən enibdi qılman dolanır.



GÖZƏL
Təbim coşub bağlayıram sənə bir dastandı, gözəl!

Məclisdə əyləşənlər arifdi, qanandı, gözəl!

Qırımın laçın kimi, baxışın tərlandı, gözəl!

Camalın Züleyxadı, kamalın Loğmandı, gözəl!

Onu sənə bəxş eləyən Qadiri-sübhandı, gözəl!
Adın Ənnab, özün ənnab, əsildi zatın, bəri bax!

Ata-anan pak tutubdu, ipəkdi qatın, bəri bax!

Ucalıb şanü-şövkətin, qurğu-büsatın, bəri bax!

Sənin kimi gözəl hanı,yoxdu qıymatın, bəri bax!

Rayonun Kəlbəcərdi,yerin Kürdüstandı, gözəl!
Əyləşib məclisimdə belə bir cavan bəzənib,

Tovuz kimi cilvələnib, geyinib əlvan, bəzənib,

Elə bil, çıxıb bazara, Yusifi-Kənan bəzənib,

Aşıq Talıb saz əlində, olmağa qurban, bəzənib,

Heç mahalda yoxdu tayı, belə bir cavandı gözəl.

DEYİŞMƏ
(müxəmməs)
AŞIQ NƏCƏFLƏ DEYİŞMƏSİ
Aşıq Nəcəf:
Ay Talıb, müştəriyəm sənin Gülcamal bacına.

Boy uca, gərdan mina, əcəb qəddi-dal bacına.

Başında Herat kəlağay, ağ üstündə xal bacına,

Ay qabaq, büllur buxaq, dodaqları bal bacına,

Gözləri dan ulduzu, qaşları hilal bacına.
Aşıq Talıb:
Ay Nəcəf, müştəriyəm o sahib-kamal bacına,

Alaram geydirərəm yaşıl üstdən al bacına.

Götürüb sazı deyərəm, tərif dalbadal bacına,

Qolumu sallam boynuna, vermərəm macal bacına,

Əgər öldürsə, qanımı, eylərəm halal bacına.
Aşıq Nəcəf:
Göz görüb, könül sevib, ağ üzündə tellərini,

Tərpədəndə canım alır, tuti misal dillərini.

Həsrətindən Məcnun oldum, gəzdim Leyli göllərini.

Sonalar məskən edib, üzər çeşmim göllərini,

Canımı qurban elərəm, layiq deyil mal bacına.

Aşıq Talıb:
Çox yaraşır qamətinə, Şəkidən allam paltarı,

Firuzə qaşlı kəmər, qızıl qoşa sırğaları,

Tökülüb dal gərdənə, çin-çin olubdu saçları,

Yığılın, toyun eyləyək, gəlsin qohum-qardaşları,

On beş qoyun, beş də iri ətlik verrəm mal bacına.
Aşıq Nəcəf:
Ağlımı başımdan aldı, ey Xudaya, nəydi gələn?!

Gördüyüm gözəllərin hamısından saydı gələn,

Yer üzündə yox əvəzi, mələklərə taydı gələn,

Şölə salır hər bir yana, sanasan ki, aydı gələn,

Cəm verib gözəlliyi, həyyi-layəzal bacına.
Aşıq Talıb:
Sallanıb yüz nazınnan, hansı baxtavardı gələn,

Titrəyir var əndamı, necə hamavardı gələn.

Qoynu əttar dükanı, məmələri nardı gələn,

Gözləri canım alar, kirpiyi şahmardı gələn,

Bu gözəllik ona qalmaz, baxsın əhli-hal bacına.
Aşıq Nəcəf:
A bimürvət, həsrətindən, düşdüm azara, bəsdimi?

Leyli-nahar eyləyib, gəlmişəm zara, bəsdimi?

Artırdı dərdlərimi, yetdi hazara, bəsdimi?

Axırda Yusif kimi çıxdım bazara, bəsdimi?

Al məni qul adına, Züleyxamisal bacına.

Aşıq Talıb:
Əslidən ötrü necə oda düşdü, yandı Kərəm,

İlahinin qurğusudu, qərar qoyub kani-kərəm.

Heç kəs çəkməz bu dərdi, yəqin bil ki, tək çəkərəm,

Leyli kimi vədə versə, Məcnun kimi il gözlərəm,

Gəlməsə, qarğış eylərəm, yetişər zaval bacına.
Aşıq Nəcəf:
Qaşlarının təhərində, var Quranda ayə dedim,

Gözləri şəbahətdi, nuri-təcəllaya dedim.

Hüsnü tənə eyləyər, bil ki, Züleyxaya dedim.

Nəcəfəm, leylü-nahar “afərin” Xudaya dedim,

Verib özü qüdrətindən bir belə cəlal bacına.
Aşıq Talıb:
Çağıraq, toyun eyləsin Şəmşirnən kirvə Bəhmani,

İslamınan Məhəmmədi, şəyird Söyünnən Musanı.

Aşıq Avaknan Əsədi, Söyünü, Mirzə, Qaranı,

Gəncə-Qazax, Qarabağ, Tiflis, Bakı, İrəvanı,

Tutaq Talıbın toyunu, baxsın hər mahal bacına.
Kitabın içindəkilər
Redaktordan

Göyçə aşı sənətinin əvəzsiz tədqiqatçısı (Elxan Məmmədli) 3

Aşıq Talıb (İslam Ələsgər (Ələsgərov) 7
Gяraylыlar

Ay bacoğlu 12

Bu dağlarda, bu dağlarda 13

Ay qız 14

Dağlar 16

Dolaşmışam bu dağlara 17

Həkim 18

Gülə-gülə 19

Mənim 20

Üstündən 21


Qoшmalar

Ayrım qızı 23

Bacı 24

Bağışla məni 25



Bakı 26

Başına döndüyüm 27

Bilin 28

Bizdən salam olsun, aşıq Ələmşah 29

Bizə 30

Bizim dağların 31



Deyim mən 32

Dolaşmışam 33

Dostları 34
Gedər 35

Gəlmişəm 36

Görmürəm 37

Gözəl 38


Gözləyir 39

Gülə-gülə 40

Güləndam 41

Gülnüzar 42

Xalam qızı 43

Xoş gəlib 44

Kərəm oğlu 45

Kombayn 46

Qadan alım 47

Qafil olma, dilim, uyma dünyaya 48

Qardaş 50

Qarında 51

Qayıtmır 52

Qərib 53


Qoymadı 54

Məni 55


Meydanı 56

Nəcəf 57


Nə gözəl-gözəl 58

Olar 59


Olmaz, olmaz 60

Səni 61


Səninlə 62

Sən nəsən? 63

Süleyman 64

Tapmadı 65

Tapmıram 66

Tərlanın 67

Urustam 68

Rüstəmin şeiri belədir 69

Var 70

Yanma sən 71



Yazıbdı 72

Yol ver, dağlar, könlüm Vətən arzular 73



Tяcnиslяr

Ay ağasına 75

Bir ovum indi 76

Nə yazım indi 77

Sən də yan 78

Dиvanиlяr
Durur 80

Fələk 81


Gəda 82

Görüm 83


Kölgəsiz 84

Mənim 85


Var 86
Mцrяbbelяr
Görmüşəm 88

Köynəyi 89


Mцxяmmяslяr
Baldızına 92

Dolanır 93

Gözəl 94

Deyişmə 95



«
Елм вя тящсил» няшриййатынын директору:


профессор Надир МЯММЯДЛИ
Дизайн: Zahid Məmmədov

Техники редактор: Рювшаня Низамигызы

Йыьылмаьа верилмиш 14.11.2013

Чапа имзаланмыш 06.12.2013

Шярти чап вяряги 6,2. Сифариш 589

Каьыз форматы 60х84 1/16. Тираж 500

Китаб «Елм вя тящсил» няшриййат-полиграфийа

мцяссисясиндя щазыр диапозитивлярдян чап олунмушдур.



E-mail: nurlan1959@gmail.com

Тел: 497-16-32; 050-311-41-89



Цнван: Бакы, Ичяришящяр, 3-ъц Магомайев дюнэяси 8/4.


1 Çin – biçin aləti

1 Sərpdə və ya sarfda – yəni hündürdə, əlçatmaz yerdə.

1 Sər – baş

22 Həzrət Əliyə işarədi.

3 Ayarım-əyyarım, arifadan

43 Şiri –yəzan


Yüklə 410,26 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin