Akademik Tarih ve Düşünce Dergisi
Cilt:6 / Sayı:3
Quliyev / ss 1786-1801
Eylül 2019
1795
Ağıl üsulilərə görə dördüncü əsli dəlildir. Lüğəvi olaraq “varlıqları dərk etmək”,
“mənaların həqiqətinə varmaq” və s. kimi mənaları bildirir. Ağıl insanın hər cür
fəaliyyətlərində doğrunu səhvdən, yaxşını pisdən, gözəlliyi çirkinlikdən ayıran bir
qüvvə olaraq əxlaqi-gözəllik, siyasi-ictimai dəyərləri müəyyən edən ən mühüm
amillərdəndir. İstilahi olaraq isə “şəri hökm haqqında dəqiq bilgiyə çatdıran əqli bir
hökm”, kimi tərif edilir.
16
Qurani-Kərimə görə insana insani keyfiyyətlər qazandıran, onu digər canlılardan
fərqləndirən və ona dini mükəlləfiyyət verən ağıldır. Qurani-Kərimin bir neçə yerində
buna işarə edilmişdir. Məsələn, “Yalnız bilənlər düşünərlər (əql edərlər)”,
17
“Ey ağıl
sahibləri, ibrət alın”
18
və “Onlar kar, lal, kordurlar, buna görə də ağılları ilə bir şeyi
görməzlər”,
19
şəklindəki ayələr bu xüsusa işarə etməkdədir.
Hədis mənbələrində də ağıla üstünlük verən bir çox hədislər nəql olunmuşdur.
Məsələn, “Kimin ağılı varsa, onun dini də vardır, kimin də dini varsa cənnətə girər”,
20
“Allah insanları qiyamət günü hesab vaxtı dünyada verdiyi ağıl səviyyəsinə görə sorğu-
sual edər”
21
və “Allah insanlar arasında ağıldan dəyərli bir şey bölməmişdir. Allah nəbi
və
rəsullarını
ağıl
baxımından
tam
kamilləşdirməyincə
şəriətlə
vəzifələndirməmişdir...”,
22
“Hər kəsin dostu onun ağılı, düşməni isə cəhalətidir”
23
və s.
kimi hədislər dinin ağıla verdiyi əhəmiyyəti göstərməkdədir.
Şeyx Müfid “əl-Əql fi üsulid-din” kitabında ağılı insanı dini baxımdan məsul
edən, onu digər canlılardan fərqləndirən, düşünmə və anlamağa vəsilə olan,
peyğəmbərlərin göndərilməsinin də ağıl vasitəsilə təsbit ediləcəyini qeyd etmişdir.
Heyvanların, ağılsızların və uşaqların dini baxımdan mükəlləf sayılmamaları, ağılın dini
baxımdan nə qədər əhəmiyyət kəsb etdiyini göstərir.
24
Şeyx Tusi kitabının giriş bölümündə ağılı “bəzi yaxşı və pis şeyləri və şəri dəlilin
dəlil olduğunu idrak edən”, şəklində tərif etmişdir..
İlk olaraq üsuli qaydaları ortaya qoyanlardan biri Şeyx Müfid olduğu üçün ağıl
mövzusuna da ilk bəhs edənlərdən biri odur. Şeyx Müfid dövründə ağıl müstəqil bir
dəlil olaraq istifadə edilməmişdir. Şeyx Müfid ağlı şəri hökm çıxarmada müstəqil bir
16
Süleyman Hayri Bolay. “Akıl”, Diyanet İslam Ansiklopedisi, II c. İstanbul: TDV Yayınları, 1989, 238.
17
Ənkəbut surəsi, ayə 43.
18
əl-Həşr surəsi, ayə 2.
19
Bəqərə surəsi, ayə 171.
20
əl-Küleyni, Üsulul-kafi. 8 cilddə. I c. Tehran: Darul-kütubil-islamiyyə, Tarixsiz, No: 6.
21
Həmin mənbə, Hədis № 7.
22
Həmin mənbə, Hədis № 11.
23
Həmin mənbə, Hədis № 4.
24
Karaman, Şiada şeri deliller, 339.
|