İqtisadi Forum ATƏT-in əsas orqanları sırasına aiddir. Bu orqan ATƏT-in Xarici işlər nazirləri Şurasının Qəran əsasında 1992-ci ildə yaradılmışdır. ATƏT-in İqtisadi Forumu iqtisadi və ekoloji problemləri müzakirə etmək üçün ildə bir dəfə Praqa şəhərində iclas keçirir; iclas yüksək dərəcəli nümayəndələr səviyyəsində keçirilir, iqtisadi Forum iqtisadiyyatın bazar münasibətləri əsasında qurulmasına, bazar iqtisadiyyatının inkişafına diqqət yetirir. O, iqtisadi və ekoloji əməkdaşlıq məsələlərini müzakirə edir və bu haqda müvafiq qərarlar çıxarır.
Daimi Şura ATƏT-in əsas orqanlarından biridir; əvvəllər bu orqan Daimi Komitə adlanırdı. ATƏT-in Daimi Şurasının tərkibinə iştirakçı- dövlətlərin daimi nümayəndələri daxildir. Həmin orqan ATƏT-in gündəlik fəaliyyətinin təmin olunması məqsədinə xidmət edir; onun işinə ATƏT-in fəaliyyətdə olan Sədrinin nümayəndəsi rəhbərlik edir. Daimi Şura ATƏT-in elə bir əsas orqanı sayılır ki, onun vasitəsi ilə siyasi məşvərətlər aparılır, cari qərarlar qəbul olunur, habelə yaranmış fövqəladə hallara baxılır. Siyasi məşvərətlərin aparılması və siyasi qərar- lar qəbul olunması məqsədi ilə Daimi Şura tərəfindən Vyana şəhərində (Avstriya) həftədə bir dəfə iclas keçirilir: fövqəladə hal yarandıqda da Daimi Şura toplanır.
Avstriyanın Vyana şəhərində həm də Təhlükəsizlik Sahəsində ƏməkdaşlıqForumu keçirilir ki, o, ATƏT-in əsas orqanları sırasına daxildir. Bu orqan ATƏT- in iştirakçısı olan dövlətlərin nümayəndələrindən ibarətdir. Həmin orqan ATƏT-in fəaliyyət zonasında təhlükəsizliyin hərbi aspektlərinə aid məsələləri müzakirə etmək və müvafiq qərarlar çıxarmaq üçün həftəlik görüşlər keçirir. Forumda həm də inam və təhlükəsizlik tədbirlərinə baxılır. Təsadüfi deyil ki, sözügedən Forum belə tədbirlərə dair dövlətlərin öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmələrinə görə cavabdehdir. Forumun əsas məqsədləri bunlardan ibarətdir:
silahlanmaya nəzarət olunmasına dair danışıqlar aparmaq;