ATƏT-in Sədri ATƏT-in funksional orqanlarından biridir. Ali vəzifəli şəxs hesab olunan ATƏT-in Sədri onun cari fəaliyyətinə rəhbərlik edir. Söhbət ATƏT- in fəaliyyətdə olan Sədrindən gedir. Zəruri olduqda ATƏT Sədri «Üçlük» institutundan istifadə edir. ATƏT-in Sədri Nazirlər Şurasının axırıncı iclasını qəbul edən iştirakçı-dövlətin xarici işlər naziri sayılır; onun səlahiyyət müddəti 1 ildir. Səlahiyyət müddəti başa çatdıqda ATƏT-in sədri başqası ilə əvəz olunur; bu, o de- məkdir ki, ATƏT-in Sədri hər il dəyişdirilir.
ParlamentAssambleyası ATƏT-in funksional orqanlarından biridir. Bu orqan Helsinki Yekun Aktını və Paris Xartiyasını imzalayan, ATƏT- in iştirakçısı olan ölkələrin parlamentlərinin nümayəndələrindən ibarətdir; onlara Parlament Assambleyasının üzvləri deyilir. Deməli, ATƏT-in Parlament Assambleyası milli parlamentlərin üzvlərindən ibarətdir. Assambleya üzvlərinin sayı 323-dür.
Parlament Assambleyası öz fəaliyyətində aşağıdakı tədbirləri yerinə yetirir:
ATƏT-in öz məqsədlərini həyata keçirməsinə qiymət verir;
Dövlət və hökumət başçılarının görüşündə, habelə Nazirlər Şurasının iclasında qaldırılmış məsələləri müzakirə edir;
münaqişələrin aradan qaldırılmasına, həll olunmasına və qarşısının alınmasına yardım edir;
ATƏT üzvü olan ölkələrdə demokratik institutların möhkəmləndirilməsini dəstəkləyir.
ATƏT-in Parlament Assambleyası ildə bir dəfə toplanır; o, üzv- dövlətlərin ərazisində illik sessiyalar keçirir. Parlament Assambleyasının qanunvericilik səlahiyyəti yoxdur. Bu orqan 1991-ci ildə ATƏT-in üzvü olan dövlətlərin parlamentarilərinin qərarı ilə parlamentlərarası dialoqu inkişaf etdirmək məqsədi ilə yaradılmışdır ki, belə dialoqun ATƏT-in fəaliyyət zonasında demokratiyanın inkişaf etdirilməsində vacib əhəmiyyəti vardır. Parlament Assambleyası məşvərətçi orqan sayılır; qanunvericilik səlahiyyəti olmadığına görə, o, hüquqyaradıcılıq fəa- liyyəti ilə məşğul ola bilməz.
Parlament Assambleyası və ATƏT-in Sədri arasında sıx əlaqə mövcuddur. Belə ki, ATƏT-in fəaliyətdə olan Sədri Parlament Assambleyası ilə daim əlaqə saxlayır və ona ATƏT-in fəaliyyəti haqqında zəruri məlumat verir.
Vyana şəhərində ATƏT-inKatibliyi fəaliyyət göstərir ki, bu, funksional orqanlardan biridir. Həmin orqanın əsas işi Nazirlər Şurasına və Daimi Şuraya xidmət etməkdən ibarətdir. O, ATƏT-in bu kimi əsas orqanlarının (ümumiyyətlə, ATƏT-in əsas orqanlarının) iclaslarının keçirilməsini təşkilati-texniki cəhətdən təmin edir, sənədləşdirmə və arxiv işləri ilə məşğul olur, habelə ATƏT-ə aid sənədləri dərc etdirir. Katiblik ATƏT-in fəaliyyətinin inzibati-operativ təminatını həyata keçirən orqandır.
ATƏT-in Katibliyi bir neçə bölmədən ibarətdir ki, həmin bölmələr aşağıdakılardan ibarətdir:
ATƏT-in Katibliyinə Baş Katib rəhbərlik edir. O, ATƏT-in yüksək vəzifəli şəxsi sayılır. Baş Katib Nazirlər Şurası tərəfindən 3 il müddətinə seçilərək, müxtəlif orqanların fəaliyyətini əlaqələndirir, ATƏT-in fəaliyyətdə olan sədrinə kömək edir, nazirlər səviyyəsində «Üçlük»də keçirilən görüşlərdə iştirak edir. Baş Katib postu 1992-ci ildə təsis olunmuşdur.
Varşava şəhərində (Polşa) Demokratik Təsisatlar və İnsan Hüquqları üzrəBüro fəaliyyət göstərir ki, o, ATƏT-in funksional orqanlarından biri sayılır. Bu orqan insan hüquqlarının təmin olunması, habelə demokratik institutların inkişaf etdirilməsi məqsədinə xidmət edir. Sözügedən Büro sivil vətəndaş cəmiyyətinin formalaşması və möhkəmləndirilməsi məqsədi ilə demokratik institutları dəstəkləyir, ümummilli və yerli seçkilərin keçirilməsini müşahidə edir, insan hüquqlarının müdafiəsində ayrı- ayrı strukturlara kömək edir, təcrübə mübadiləsini aparır, dövlət orqanları və svil vətəndaş cəmiyyəti institutları üçün seminar və treninqlərin keçirilməsini təşkil edir. Büroya ümumi rəhbərliyi Ali Şura həyata keçirir.