Atu-da “Düzgün kliniki Praktika” seminarı keçirilib



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə26/28
tarix26.12.2016
ölçüsü9,57 Mb.
#3541
1   ...   20   21   22   23   24   25   26   27   28
C

avan adamların 

qanının yaşlı adamlara 

köçürülməsi yolu 

ilə onların cavanlaşmasına 

həsr olunmuş tədqiqatlar 

son illər daha da çoxalıb. 

Alimlər gəmiricilər üzərində 

tədqiqatlardan insanlar 

üzərində eksperimentlərə keçir, 

eyni zamanda qanda hansı 

cavanlaşdırıcı maddələrin 

olduğunu da üzə çıxarmağa 

çalışırlar..

AZƏRTAC “popsci.com” saytına isti-

nadla xəbər verir ki, İrina Konboy başda 

olmaqla  Kaliforniya  Universitetindən 

olan  tədqiqatçıların  fikrincə,  cavan 

adamın  qanının  hər  hansı  möcüzəvi 

xüsusiyyətləri  yoxdur,  qoca  adamın 

qanı isə zəhərli ola bilər. Onlar ekspe-

rimentin  köməyi  ilə  göstəriblər  ki,  ca-

van siçanlardan daha yaşlı siçanlara qan 

köçürülməsi  heyvanların  vəziyyətini 

dəyişməyib. Lakin əks prosedur - qoca 

gəmiricilərin  qanının  cavan  siçanla-

ra  köçürülməsi  isə  ciddi  sağlamlıq 

problemləri yaradıb. Bu ehtimal etməyə 

əsas verir ki, yaşlandıqca qanda “qocal-

ma amilləri” toplanır.

2005-ci  ildə  Konboy  və  onun 

həmkarları  müxtəlif  yaşlı  iki  siçanın 

qan-damar  sistemlərini  birləşdiriblər. 

Bu  prosedur  nəticəsində  daha  yaş-

lı  gəmiricilərdə  əzələ  toxumasının, 

qaraciyər, ağciyər toxumalarının və or-

qanların bərpası müşahidə olunub. Bun-

dan belə nəticə çıxarılıb ki, yaxşılaşma 

cavan qanın təsiri ilə baş verib.

İndi  alimlər  hesab  edirlər  ki, 

“qoca”  qanda  hüceyrənin  inkişa-

fı  və  bölünməsi  prosesinə  mane  olan 

molekullar  var.  Onlar  cavan  qanda 

olan  birləşmələrdən  daha  güclü  təsir 

göstərir.  Qanköçürmədən  sonra  hey-

vanların  vəziyyəti  buna  görə  pisləşib. 

Tədqiqat  müəllifləri  eyni  təsirə  malik 

birləşmələri müəyyən etməlidirlər. On-

ları  eyniləşdirə  bilsələr,  2-ci  tip  dia-

bet, osteoporoz və immun çatışmazlığı 

kimi  xəstəliklərin  müalicəsinə  yol  aça 

bilərlər.


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin