“Elm möminin
itmiş malıdır, harda görsə götür-
sün”. Dosent Ş.Qasımov da məhz
bunları əldə rəhbər tutaraq yükünü
elmdən tutub. Zəkasının gücü ilə bi-
lik, savad və ümumilikdə elm almaq
uğrunda mübarizədə əldə etdiyi
nəticələr, çoxlu sayda məqalələrdə,
kitablarda və çap etditdiyi əsərlərdə
toplanır.
Şöhrət İbrahim oğlu Qasımov
1988-ci ildə “Boyun kələfi sinir-
lərinin makromikroskopik ana-
tomiyası və miyeloarxitektonika-
sı” mövzusunda dissertasiya işini
müvəff
əqiyyətlə müdafiə edərək
tibb üzrə fəlsəfə doktoru (o vaxtkı
tibb elmləri namizədi) elmi dərə-
cəsinə layiq görülmüşdür. O, 100-ə
yaxın elmi əsərin, o cümlədən 10
dərsliyin, ilk dəfə ana dilində çap
olunmuş “Anatomiya atlası”nın,
dərs vəsaiti və metodik tövsiyələrin
müəllifi və həmmüəllifidir. Dosent
Ş.Qası mov eyni zamanda Zaqafqa-
ziya Morfoloqlarının I, II, III, IV,
V konfranslarının iştirakçısı olub.
O, Azərbaycan Morfoloqlar və Fi-
zioloqlar Cəmiyyətinin üzvüdür.
Dəfələrlə universitet rəhbərliyi
tərəfindən fəxri fərmanla təltif olu-
nub. Dosent Ş.Qasımov I və II kurs
tələbələrinə praktik məşğələ və
mühazirələr aparır.
İnsan anatomiyası kafedrasının
dosenti, tibb üzrə fəlsəfə dokto-
ru Şöhrət İbrahim oğlu Qasımov
ömrünün ən gözəl çağlarını da
tələbə-müəllim kollektivi arasında
keçirərək gənc nəslin təlim-tərbiyəsi
ilə məşğul olur. Kafedranın kollekti-
vi Şöhrət müəllimi anadan olması-
nın 70, elmi-pedaqoji fəaliyyətinin
45-ci ildönümü münasibətilə
səmimi qəlbdən təbrik edir, ona
uzun ömür, cansağlığı arzulayaraq
hamılıqla “Şöhrət müəllim, çox ya-
şayın” - deyirik!
Dostları ilə paylaş: |