Peşəkarlıq və kompetentlik. Auditor xidmətlərinin göstərilməsi üçün auditor lazımi səviyyədə səriştəyə, kompetentliyə, biliyə və vərdişlərə malik olmalıdır. Peşəkar kompetentlik iki mərhələyə bölünür: peşəkar kompetentliyi əldə etmək və peşəkar kompetentliyi lazımi səviyyədə saxlamaq. Peşəkar kompe-tentliyin əldə olunması ali iqtisad və ya hüquqşünas təhsilinin, ixtisas üzrə 5 ildən az olmayaraq təcrübənin və auditor fəaliyyəti göstərmək hüququ verən lisenziyanın olmasını nəzərdə tutur. Auditorların peşəkarlığının peşəsinin saxlanması audit üzrə təsdiq və qəbul edilmiş qanunverici, normativ və təlimat materiallarının, norma və standartların müntəzəm öyrənilməsi, eləcə də maliyyə, iqtisadi fəaliyyətin müxtəlif məsələləri üzrə seminarlarda iştirak etməklə biliyin təkmilləşdirilməsini və artırılmasını nəzərdə tutur.
Auditor təmiz imicə, yüksək iqtisadi və hüquqi hazırlığa malik olmalıdır. O, özünün peşəsinə olan inama xələl gətirə biləcək bütün hərəkətlərdən çəkinməli, belə hərəkətə yol verməməlidir. Belə hərəkətlərə aiddir:
müştərinin tələbi ilə mühasibat sənədlərini və uçot yazılarını qaytarmamaq (hətta müştəri onun xidmətinin haqqını ödəməmişdirsə);
peşəkar fəaliyyətdə irqi, dini etiqad, cins və milliyyətinə görə fərqin qоyulmаsı;
auditor yoxlamalarının aparılması zamanı müştərinin haqlı olaraq yerinə yetirilməsini gözlədiyi auditor standartları və normalarına əməl olunmaması;
mühasibat hesablarına və maliyyə hesabatlarına qeyri real və qeyri dəqiq yazılışların aparılması (və ya həmin hərəkətləri etməyə razılığın verilməsi).
Dostları ilə paylaş: |