IV MÖVZU. АUDITIN VƏ АUDITОR PRОSEDURLАRININ TƏŞKILI VƏ TEХNОLОGIYАSI. АUDITОR RƏYI
Auditorun seçməsi
Аuditоr sübutlаrı və аnаlitik prоsedurlаr
Nəzаrət metоdlаrı
Аuditоr yохlаnmаsının sənədləşdirilməsi
Аuditоr rəyi
Auditorun seçməsi
Məlum olduüu kimi auditor yoxlamasının vaxtı məhdud olduğundan, auditor yoxlama zamanı müxtəlif baş vermiş bütün əməliyyatları və onlara tərtib edilmiş sənədlərin hamısını yoxlamaq iqtidarında olmur. Başdan-başa yoxlama bir qayda olaraq çох mühüm hallarda aparılır. Bu zaman əsas kütləvi əməliyyatların yoxlanılması seçmə üsulla həyata keçirilir. Bu da öz növbəsində auditin müddətini qısaldır və auditin ucuz başa gəlməsinə müsbət təsir göstərir.Auditor seçməsininin əsas prinsipləri auditi planlaşdırılarkən istifadə olunmuşdur. Bu prinsip müştərinin uçоtunun aparılmasında olan “ağrılı nöqtələrin” seçilməsindən ibarətdir.
Auditor nümunəsinin seçilməsi, müvafiq xüsusi seçmə metodların texnikasından istifadə etməklə həyata keçirilir. Seçmənin düzgün aparılması onun auditin qarşısında qoyulan tələblərə uyğun olmasını təmin etmək üçün məcmunun aşağıdakı xarakteristikasını nəzərdən keçirmək lazımdır:
məcmunun hansı növü ayrıca maddə təşkil edir – kompüter proqramı, əllə qeydlər yazılışı və s.
seçmənin ayrı-ayrı maddəsi hansı qayda ilə bütün məcmunun daxilində bölüşdürülür;
seçmə sıfır və ya mənfi həcm ölçüsünü əks etdirməlidir və s.
Seçmənin müəyyən edilməsi hər şeydən əvvəl aparılan təhlilin məqsədindən, habelə hər prosedura şamil edilməli olan riskdən asılıdır.
Seçmənin müəyyən edilməsinin bir neçə metodu var:
statistik metod
qeyri-statistik metod
seçmə metodu tətbiq etmədən aparılan metod.
Statistik seçmə metodu aşağıdakı məqsədlərə nail olmaq üçün tətbiq oluna bilər:
1.Məcmu halda müəyyən miqdarda təhriflər və kənarlaşmaların aşkar olunması;
2.Aşkara çıxarılan kənarlaşmaların və ya təhriflərin yayınmasının miqyasının qiymətləndirilməsi.
Nümunəni müəyyən etmək üçün auditora onun sərancamında olan bütün informasiyaların deyil, onların yalnız auditora o hissəsi lazımdır ki, həmin hissə auditora baxılan sübutları əldə etmək və sonra qiymətləndirmək üçün kifayət etsin.
Qeyri-statistik seçmə metodu: - bu keyfiyyət əlamətləri üzrə təhlildir.
Seçmə üsulu tətbiq etmədən aparılan yoxlama. Bu yoxlama prosedurların tətbiq edilməsinə görə seçmə metod tətbiq edə bilmədiyi halda həyata keçirilir. Bu prosedurlara aiddir:
analitik prosedurlar;
audit planlaşdırılarkən və idarə (iqtisadi subyekt) yoxlanılarkən istifadə edilən sorğular və müşahidələr;
balansın maddələrinin və ya digər müvafiq sinif əməliyyatların 100% yoxlanılması.
Dostları ilə paylaş: |