Vüsalə İlkan qızı Səfərova
40
Research Papers of the Institute of Education of the Azerbaijan Republic, Volume: 85, Number: 4, 2018
mənimsəməyi üçün gördükləri iş kimi, L.V.
Kondraşova auditoriyadan kənar işin tələbələrin
öz ixtisasları üzrə və şəxsiyyət kimi yeni keyfiy-
yətlərin əldə edilməsinə yönəldiyini qeyd edir-
lər” [1, s 37].
Tədqiqatçı N.N. Əzizxocayeva belə hesab
edir ki, auditoriyadankənar işin öz məqsədləri
olmalıdır. T.S. Derkaç auditoriyadankənar iş an-
layışı altında müstəqil işə həsr olunmuş vaxt,
dərnək, mədəni-kütləvi, idman, turistik və s.
məşğuliyyət sahələrini başa düşürdü. Z.Ş. Kası-
mova təlim-tərbiyə
prosesini iki yerə bölürdü;
O, tələbələrin kurs, diplom işləri yazmalarını da
auditoriyadankənar işlərə aid edirdi. Buradan
aydın olur ki, auditoriyadankənar işlərin müxtə-
lif növləri vardır. Beləliklə, T.V. Balaxniçeva
axşamlar, konfranslar, klublar, disputlar kimi
növləri ayırır.
Auditoriyadankənar işlərin kütləvi forması
bir qayda olaraq əhəmiyyətli dərəcədə dinləyici,
tamaşaçı və ya iştirakçını əhatə edir; qrup for-
maları müəyyən
plan və ya proqram üzrə iş-
ləyən bir qrup tələbəni əhatə edir; fərdi forma-
ları isə ayrı-ayrı tələbələrin müstəqil işini əhatə
edir. Beləliklə, auditoriyadankənar işlər özünə-
məxsus xüsusiyyətlərə malikdir. Onun öz məq-
sədi, vəzifələri, prinsipləri, məzmunu, forma və
metodları, ən əsası
isə hər bir fəaliyyət növü
kimi nəticələri vardır.
“T.V. Sarafanova auditoriyadan kənar
işlərin aşağıdakı xüsusiyyətlərini göstərir:
- Auditoriya və tələbələrin elmi-tədqiqat
işləri ilə sıx şəkildə bağlı olur.
- Könüllülük prinsipi olduqda seçim azad-
lığı.
- Şəxsi təcrübənin ixtisasının incəliklərini
anlamağa şərait yaratması.
- Yaradıcılıq üçün daha böyük imkanların
yaranması.
- Müstəqil fəaliyyət və təşəbbüslərin mü-
əllimlə əməkdaşlığa uyğunlaşdırılması” [ 1, 37 ].
Auditoriyadankənar tədbirlərin kütləvi
formalarından biri də ekskursiyalardır. Ekskur-
siyalar müxtəlif yerlərə edilə bilər. Xüsusilə ta-
rix fakültəsinin tələbələri
üçün tarixi abidələr,
muzeylər, ev muzeyləri, mərkəzlər, memorial
komplekslər ekskursiya edilən yerlər ola bilər.
Auditoriyadankənar işlərin kütləvi forma-
larından danışarkən biz burada diqqəti elə təd-
birlərə yönəltməliyik ki, bu tədbirlər tələbələrdə
vətəndaşlıq tərbiyəsinin formalaşdırılmasında
faydalı və vasitəçi olsun. Bunlara misal olaraq
“20 yanvar şəhidlərinin ziyarət edilməsi”, “Xo-
calı faciəsinə həsr edilmiş abidənin ziyarəti”,
“Ümummilli Lider Heydər Əliyev Mərkəzinə
edilən ziyarətlər” vətəndaşlıq tərbiyəsi baxımın-
dan zəruri tədbirlərdir.
Tələbələrin
vətəndaş tərbiyəsinin forma-
laşdırılmasında Heydər Əliyev irsinin öyrənil-
məsi, tələbələr tərəfindən Heydər Əliyev Mərkə-
zinə edilən ekskursiyalar, dahi rəhbərin adı ilə
bağlı olaraq keçirilən tədbirlərdə iştirak etmək
böyük əhəmiyyət daşıyır.
Heydər Əliyev hər şeydən əvvəl öz xalqını
böyük məhəbbətlə sevən vətənpərvər idi. Onun
“Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!”
kəlamı dillərdə dastandır. Onun vətənpərvərliyi
müdafiə ruhlu idi. Çünki, ölkəmiz müharibə və-
ziyyətində idi. Eyni zamanda müasir elm və mə-
dəniyyətin nailiyyətlərinə əsaslanan maarifçilik
mahiyyəti daşıyırdı.
Onun irsini, vətənpərvərli-
yini təhlil edərkən və dərindən anlamağa çalışar-
kən Ümummilli Liderin gənclərə, gələcəyimizə
göstərdiyi böyük qayğının şahidi oluruq. Azər-
baycan dövlətinin yaranmasında, möhkəmlən-
məsində, Azərbaycanın ilk konstitusiyasının qə-
bul edilməsində Heydər Əliyevin böyük və əvə-
zolunmaz rolu vardır. Heydər Əliyev öz fəaliyyə-
ti ilə əsil vətəndaş və vətənpərvərlik nümunəsi ol-
muşdur. Onun Azərbaycan elminə, incəsənətinə,
tarixinə, dilinə göstərdiyi qayğı Azərbaycan mə-
dəniyyətinin inkişafına rəvac verdi, onu keçid
dövründə məhv olmaqdan qurtardı. Xalqın ən
çətin günlərində, böyük təhlükələri gözə alan H.
Əliyev onun yanında oldu. “O, böyük bir azər-
baycanlı kimi, “Dünya azərbaycanlılarının həm-
rəylik gününü” elan etdi.
Dünyada yaşayan bü-
tün azərbaycanlıları həmrəy olmağa, bir olmağa
çağırdı. O, əsil vətəndaş kimi istər 1918-ci il
mart soyqırımına, istər “20 yanvar hadisələrinə”
istərsə də “Xocalı faciəsinə” hüquqi-siyasi qiy-
mət verdi. O, Azərbaycan Respublikasını dünya
birliyinin bərabərhüquqlu üzvünə çevirdi. Onun
irsi, onun həyatı, onun fəaliyyəti hər bir azər-
baycanlı üçün vətənpərvərlik və vətəndaşlıq nü-
munəsidir” [ 4, 3 ].
Vətəndaşlıq tərbiyəsində işğaldan azad
olunmuş torpaqlarımıza edilən səfərlərin də bö-