Uşaq autizmi. İnkişafın ümumi tip pozğunluğu olub: a) 3 yaşına qədər inkişaf ləngiməsi və anomaliyası, b) məhdud, stereotip və monoton davranışda, ünsiyyət funksiyalarında və ekvivalent sosial qarşılıqlı təsirlərdə psixoloji dəyişiklərlə müəyyən olunur. Bu spesifik diaqnostik xüsusiyyətlər, fobiyalar, yuxu və qida qəbulu pozğunluqları, özünə qarşı aqressivlik kimi qeyri spesifik problemləri tamamlayır.
Atipik autizm. Ümumi inkişaf pozğunluğu olub, uşaq autizmindən pozğunluğun başlanma vaxtına görə və ya uşaq autizmi diaqnozunun qoyulması üçün zəruri olan patoloji pozğunluq triadasının olmaması ilə fərqlənir. Bu yarım rubrikadan yalnız inkişaf ləngiməsi və anomaliyası 3 yaşından sonra inkişaf edildikdə və uşaq autizmi diaqnozu qoymaq üçün psixopatoloji triadadan biri və ikisi aydın təzahür etmədikdə istifadə etmək tövsiyə olunur. Atipik autizm ən çox dərin inkişaf ləngiməsi olan və ağır, spesifik reseptiv nitq pozğunluğu olan şəxslərdə rast gəlinir.
Asperger sindromu. Qeyri-müəyyən nozologiyalı pozğunluq olub, autizm üçün xarakterik olan və maraq və məşğuliyyətin məhdudluğu, stereotipliyi və monotonluğu ilə birgə rast gəlinən keyfiyyət anomaliyaları ilə xarakterizə olunur. Autizmdən fərqli olaraq nitq və qavrama inkişafının ləngiməsi və dayanması olmur. Bu pozğunluq tez-tez kəskin ləngliklə müşayiət olunur. Bu dəyişikliklər yeniyetmə və yetkin yaşda saxlanmağa meyllidir. Yetkinlik dövrünün başlanğıcında psixotik epizodların dövri olaraq rast gəlinməsi qeyd edilir.
Uşaq yaşının digər dezinteqrativ pozğunluğu. İnkişafın ümumi tip pozğunluğu olub pozğunluq əlamətlərinin təzahür etməsinə qədər tam normal inkişaf dövrünün olması ilə xarakterikdir. Pozğunluğun başlanması ilə həmin dövrə qədər qazanılmış vərdişlər itirilir. Bu vərdişlərin itirilməsi bir neçə ay ərzində baş verir. Bu ətraf mühitə qarşı marağın itirilməsi, stereotip, monoton hərəki davranışla və autizm üçün xarakterik olan ictimai qarşılıqlı təsir və ünsiyyət funksiyalarının itirilməsi ilə müşayiət olunur. Bəzi hallarda bu pozğunluğun ensefalopatiya ilə əlaqədar olması müəyyən edilsə də diaqnoz davranış xüsusiyyətlərinə əsaslanmalıdır.
Dostları ilə paylaş: |