Avropa İnsan Hüquqları Konvensiyası



Yüklə 267.25 Kb.
PDF просмотр
səhifə1/4
tarix10.07.2017
ölçüsü267.25 Kb.
  1   2   3   4

Avropa

İnsan Hüquqları 

Konvensiyası

Avropa İnsan 

Hüquqları 

Konvensiyası

11 və 14 saylı saylı Protokollara müvafiq olaraq 

dəyişdirilmiş

və Əlavə protokol, 4, 6, 7, 12 və 13 saylı 

Protokollar


3

Konvensiyanın  mətni  1  iyun  2010-cu  ildə  qüvvəyə  minmiş 

14  saylı  Protokolun  (CETS  No.  194)  müddəaları  əsasında 

edilmiş  düzəlişlərlə  təqdim  olunur.  Konvensiyanın  mətni 

21  sentyabr 1970-ci  ildə  qüvvəyə  minmiş  3  saylı  Protokolla 

(ETS No. 45), 20 dekabr 1971-ci ildə qüvvəyə minmiş 5 saylı 

Protokolla (ETS No. 55) və 1 yanvar 1990-cı ildə qüvvəyə minmiş 

8  saylı  Protokolla  (ETS  No.  118)  dəyişdirilmiş  və  həmçinin  

21  sentyabr  1970-ci  ildə  qüvvəyə  minmiş  2  saylı  Protokolu 

(ETS  No. 44)  həmin  Protokolun  5-ci  Maddəsinin  3-cü 

bəndinə  müvafiq  olaraq  özündə  əks  etdirmişdir.  Bu 

Protokollara  əsasən  dəyişilmiş  və  əlavə  edilmiş  müddəalar 

1  noyabr  1998-ci  ildə  qüvvəyə  minmiş  11  saylı  Protokolla 

(ETS  No.  155)  əvəz  edilmişdir.  Həmin  gündən  etibarən  

1 oktyabr 1994-cü ildə qüvvəyə minmiş 9 saylı Protokol (ETS 

No. 140) qüvvədən düşmüş və 10 saylı Protokol (ETS no. 146) 

öz əhəmiyyətini itirmişdir.

Konvensiya və onun Protokollarının imzalanma və ratifikasiyası, 

həmçinin  bəyannamə  və  qeyd-şərtlərin  tam  siyahısı  barədə 

məlumatı www.conventions.coe.int saytindan ala bilərsiniz.

Konvensiyanın yalnız ingilis və fransız dilində olan versiyaları etibarlıdır. 

Hazırkı tərcümə Konvensiyanın rəsmi versiyası deyil.

Avropa İnsan Hüquqları Məhkəməsi

Council of Europe

F-67075 Strasbourg cedex

www.echr.coe.int



MÜNDƏRICAT

İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi 

Haqqında Avropa Konvensiyası ..................................................... 5

Əlavə protokol ............................................................................ 32

4 saylı Protokol  ........................................................................... 35

6 saylı Protokol ........................................................................... 39

7 saylı Protokol ........................................................................... 43

12 saylı Protokol ......................................................................... 49

13 saylı Protokol ......................................................................... 53


5

İnsan Hüquqlarının və Əsas 

Azadlıqların Müdafiəsi Haqqında 

Avropa Konvensiyası

Roma, 4.XI.1950

Avropa  Şurasının  üzvü  olub,  bu  Konvensiyanı  imzalayan 

hökumətlər,

1948-ci il dekabrın 10-da BMT Baş Məclisi tərəfindən bəyan 

edilmiş  İnsan  Hüquqları  haqqında  Ümumi  Bəyannaməni 

nəzərə alaraq;

Bu  Bəyannamənin  məqsədinin,  bəyan  etdiyi  hüquqların 

hamılıqla  və  səmərəli  tanınmasının  və  həyata  keçirilməsinin 

təmin edilməsi olduğunu nəzərə alaraq;

Avropa  Şurasının  məqsədinin  onun  üzvləri  arasında  daha 

böyük birliyə nail olmaqdan ibarət olduğunu və bu məqsədlərə 

nail  olmağının  əsas vasitələrindən birinin  insan  hüquqlarının 

və əsas azadlıqların dəstəklənməsi və gələcək reallaşdırılması 

olduğunu hesab edərək;

Dünyada  ədalətin  və  sülhün  əsası  olan  və  riayət  edilməsi 

başlıca olaraq, bir tərəfdən həqiqi demokratik siyasi rejimlə və 

digər tərəfdən onların sadiq qaldığı insan hüquqlarını hamının 

anlaması və riayət etməsi ilə təmin olunan əsas azadlıqlara öz 

dərin sədaqətlərini təsdiq edərək;

Vahid  səylərlə  hərəkət  edən  və  siyasi  ənənələrin,  idealların 

azadlığın və hüququn aliliyinin ümumi irsinə malik olan Avropa 

ölkələrinin  hökumətləri  kimi  Ümumi  Bəyannamədə  təsbit 

olunmuş bəzi hüquqların kollektiv həyata keçirilməsinin təmin 

edilməsi yolunda ilk addımlar atmaq əzmində olaraq,


6

7

Aşağıdakılar barədə razılığa gəldilər:



MADDƏ 1

İnsan hüquqlarına hörmət olunması öhdəliyi

Razılığa  gələn  Yüksək  Tərəflər  onların  yurisdiksiyasında 

olan  hər  kəs  üçün  bu  Konvensiyanın  I  Bölməsində  müəyyən 

olunmuş hüquq və azadlıqları təmin edirlər.



BÖLMƏ I 

HÜQUQLAR VƏ AZADLIQLAR

MADDƏ 2

Yaşamaq hüququ

1.  Hər  kəsin  yaşamaq  hüququ  qanunla  qorunur.  Heç  kəs, 

qanunla  ölüm  cəzası  nəzərdə  tutulmuş  cinayət  törətməyə 

görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından 

başqa, həyatından məhrum edilə bilməz.

2.  Həyatdan  məhrumetmə,  aşağıdakı  məqsədlər  üçün  güc 

tətbiqində  mütləq  zərurətin  nəticəsi  olduqda,  bu  maddənin 

pozulması hesab edilmir:

(a)  istənilən  şəxsin  hüquqa  zidd  zorakılıqdan  qorunması 

üçün;


(b) qanuni həbsi həyata keçirmək və ya qanuni əsaslarla 

həbsdə olan şəxsin qaçmasının qarşısını almaq üçün;

(c)  qanuna müvafiq olaraq iğtişaş və ya qiyamın yatırılması 

üçün.


MADDƏ 3

İşgəncələrin qadağan olunması

Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara 

və ya cəzaya məruz qalmamalıdır.

MADDƏ 4

Köləliyin və məcburi əməyin qadağan olunması

1.  Heç kəs köləlikdə və ya əsarət altında saxlanılmamalıdır.

2.  Heç kəs məcburi və ya icbari əməyə cəlb olunmamalıdır.

3.  Bu  maddənin  məqsədləri  üçün  «məcburi  və  ya  icbari 

əmək» termini aşağıdakıları ehtiva etmir:

(a)  bu  Konvensiyanın  5-ci  Maddəsinin  müddəalarına 

müvafiq olaraq həbsdə olan və ya belə həbsdən şərti 

azad edilmiş şəxsin adətən yerinə yetirməli olduğu hər 

hansı iş;

(b) hərbi xarakterli hər hansı xidmət və ya hərbi xidmətdən 

əqidəyə  görə  imtina  etmənin  qanuni  hesab  edildiyi 

ölkələrdə  məcburi  hərbi  xidmətin  əvəzinə  müəyyən 

edilmiş xidmət;

(c)  fövqəladə vəziyyət və ya əhalinin həyatı və rifahı üçün 

təhlükə yaradan fəlakət hallarında hər hansı məcburi 

xidmət;


(d) adi  vətəndaşlıq  vəzifələrinin  bir  hissəsi  olan  iş  və  ya 

xidmət.


MADDƏ 5

Azadlıq və toxunulmazlıq hüququ

1.  Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. 

Heç  kəs  aşağıdakı  hallardan  və  qanunla  müəyyən  olunmuş 

qaydadan başqa azadlıqdan məhrum edilə bilməz:



8

9

(a)  səlahiyyətli 



məhkəmə 

tərəfindən 

məhkum 

olunduqdan sonra şəxsin qanuni həbsə alınması;



(b) məhkəmənin  qanuni  çıxardığı  qərarı  icra  etməməyə 

görə  və  ya  qanunla  nəzərdə  tutulmuş  hər  hansı 

öhdəliyin  icra  olunmasını  təmin  etmək  məqsədi  ilə 

şəxsin qanuni tutulması və ya həbsə alınması;

(c)  hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə 

bağlı  şəxsin  səlahiyyətli  məhkəmə  orqanı  qarşısına 

gətirilməsi məqsədi ilə və ya onun tərəfindən törədilən 

hüquq  pozuntusunun,  yaxud  pozuntunu  törətdikdən 

sonra  gizlənməsinin  qarşısını  almaq  üçün  kifayət 

qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda 

şəxsin qanuni tutulması və ya həbsə alınması;

(d) yetkinlik  yaşına  çatmamış  şəxsin  tərbiyə  nəzarəti 

üçün  qanuni  qərar  əsasında  həbsə  alınması  və  ya 

onun səlahiyyətli orqana verilməsi üçün qanuni həbsə 

alınması;

(e) yoluxucu  xəstəliklərin  yayılmasının  qarşısını  almaq 

üçün  şəxslərin,  habelə  ruhi  xəstələrin,  alkoqolizmə 

və  narkomaniyaya  mübtəla  olanların  və  ya  səfillərin 

qanuni həbsə alınması;

(f)  şəxsin  ölkəyə  qanunsuz  gəlməsinin  qarşısını  almaq 

məqsədi  ilə  və  ya  barəsində  deportasiya  yaxud 

ekstradisiya  tədbirləri  tətbiq  olunan  şəxsin  qanuni 

tutulması və ya həbsə alınması;

2.  Tutulmuş  hər  bir  kəsə  ona  aydın  olan  dildə  onun 

tutulmasının  səbəbləri  və  ona  qarşı  irəli  sürülən  istənilən 

ittiham barədə dərhal məlumat verilir.

3.  Bu  maddənin  1-ci  bəndinin  «c»  yarımbəndinə  müvafiq 

olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin 

və  ya  qanunla  məhkəmə  hakimiyyətini  həyata  keçirmək 

səlahiyyəti  verilmiş  digər  vəzifəli  şəxsin  qarşısına  gətirilir 

və  ağlabatan  müddət  ərzində  məhkəmə  araşdırması  və  ya 

məhkəməyə  qədər  azad  edilmək  hüququna  malikdir.  Azad 

edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə 

şərtləndirilə bilər.

4.  Tutulma  və  ya  həbsə  alınma  nəticəsində  azadlıqdan 

məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə 

məhkəmə tərəfindən təxirə salınmadan  baxılması  hüququna 

və  əgər  onun  həbsi  məhkəmə  tərəfindən  qanunsuz  hesab 

edilibsə, azad edilmək hüququna malikdir.

5.  Bu  maddənin  müddəalarının  pozulması  ilə  tutulmağa 

və  ya  həbsə  alınmağa  məruz  qalan  hər  kəsin  kompensasiya 

hüququ var.



MADDƏ 6

Ədalətli məhkəmə araşdırması hüququ

1.  Hər  kəs,  onun  mülki  hüquq  və  vəzifələri  müəyyən 

edilərkən  və  ya  ona  qarşı  hər  hansı  cinayət  ittihamı  irəli 

sürülərkən,  qanun  əsasında  yaradılmış  müstəqil  və  qərəzsiz 

məhkəmə  vasitəsi  ilə,  ağlabatan  müddətdə  işinin  ədalətli 

və  açıq  araşdırılması  hüququna  malikdir.  Məhkəmə  qərarı 

açıq  elan  edilir,  lakin  demokratik  cəmiyyətdə  əxlaq,  ictimai 

qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin 

yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi 

həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin 

fikrincə  aşkarlığın  ədalət  mühakiməsinin  maraqlarını  poza 

biləcəyi  xüsusi  hallar  zamanı  ciddi  zərurət  olduqda  mətbuat 

və  ictimaiyyət  bütün  proses  boyu  və  ya  onun  bir  hissəsində 

məhkəmə iclasına buraxılmaya bilər.

2.  Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri 

qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.

3.  Cinayət  törətməkdə  ittiham  olunan  hər  kəs,  ən  azı 

aşağıdakı hüquqlara malikdir:



10

11

(a)  ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları 



haqqında  onun  başa  düşdüyü  dildə  dərhal  və  ətraflı 

məlumatlandırılmaq;

(b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və 

imkana malik olmaq;

(c)  şəxsən  və  ya  özünün  seçdiyi  müdafiəçi  vasitəsi  ilə 

özünü  müdafiə  etmək  və  ya  müdafiəçinin  xidmətini 

ödəmək  üçün  vəsaiti  kifayət  etmədiyi  zaman, 

ədalət  mühakiməsinin  maraqları  tələb  etdikdə,  belə 

müdafiədən pulsuz istifadə etmək;

(d) onun  əleyhinə  ifadə  vermiş  şahidləri  dindirmək  və 

ya  bu  şahidlərin  dindirilməsinə  nail  olmaq  və  onun 

əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə 

onun  lehinə  olan  şahidlərin  çağırması  və  dindirməsi 

hüququna malik olmaq;

(e) məhkəmədə  istifadə  olunan  dili  başa  düşmürsə  və 

ya  bu  dildə  danışa  bilmirsə,  tərcüməçinin  pulsuz 

köməyindən istifadə etmək.

MADDƏ 7

Qanunda nəzərdə tutulmamış cəzanın yolverilməzliyi 

1.  Heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa 

görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə 

görə  cinayət  törətməkdə  təqsirli  hesab  edilə  bilməz.  Habelə 

cinayət  əməlinin  törədildiyi  zaman  tətbiq  edilməli  olan 

cəzadan daha ağır cəza verilə bilməz.

2.  Bu  maddə  sivil  ölkələrin  tanıdığı  ümumi  hüquq 

prinsiplərinə müvafiq olaraq, törədildiyi zaman cinayət hesab 

edilən  hər  hansı  hərəkət  və  ya  hərəkətsizliyə  görə  istənilən 

şəxsin  mühakimə  edilməsinə  və  ya  cəzalandırılmasına  mane 

olmur.

MADDƏ 8

Şəxsi həyata və ailə həyatına hörmət hüququ

1.  Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə 

hörmət hüququna malikdir.

2.  Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah 

maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, 

sağlamlığı,  yaxud  mənəviyyatı  qorumaq  üçün  və  ya  digər 

şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla 

nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar 

istisna  olmaqla,  bu  hüququn  həyata  keçirilməsinə  dövlət 

hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.



MADDƏ 9

Fikir, vicdan və din azadlığı

1.  Hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu 

hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə 

və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə 

etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, 

dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir.

2.  Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai 

asayiş  maraqları  naminə,  ictimai  qaydanı,  sağlamlığı,  yaxud 

mənəviyyatı  qorumaq  üçün  və  ya  digər  şəxslərin  hüquq  və 

azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş 

və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz 

qala bilər.



MADDƏ 10

Fikri ifadə etmək azadlığı

1.  Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. 

Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti 

orqanları  tərəfindən  hər  hansı  maneə  olmadan  və  dövlət 

sərhədlərindən  asılı  olmayaraq,  məlumat  və  ideyaları  almaq 


12

13

və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, 



televiziya  və  kinematoqrafiya  müəssisələrinə  lisenziya  tələbi 

qoymasına mane olmur.

2.  Bu  azadlıqların  həyata  keçirilməsi  milli  təhlükəsizlik, 

ərazi  bütövlüyü  və  ya  ictimai  asayiş  maraqları  naminə, 

iğtişaşın  və  ya  cinayətin  qarşısını  almaq  üçün,  sağlamlığın 

və  mənəviyyatın  qorunması  üçün,  digər  şəxslərin  nüfuzu  və 

hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş 

məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət 

mühakiməsinin  nüfuz  və  qərəzsizliyini  təmin  etmək  üçün 

qanunla  nəzərdə  tutulmuş  və  demokratik  cəmiyyətdə  zəruri 

olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və 

ya sanksiyalara məruz qala bilər.



MADDƏ 11

Yığıncaqlar və birləşmək azadlığı

1.  Hər  kəsin  dinc  toplaşmaq  azadlığı  və  öz  maraqlarını 

müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara 

qoşulmaq  hüququ  da  daxil  olmaqla,  başqaları  ilə  birləşmək 

azadlığı hüququ vardır.

2.  Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və 

ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını 

almaq  üçün,  sağlamlığın  və  mənəviyyatın  qorunması  üçün 

və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün 

qanunla  nəzərdə  tutulmuş  və  demokratik  cəmiyyətdə  zəruri 

olanlardan  başqa,  heç  bir  məhdudiyyət  qoyula  bilməz.  Bu 

maddə  silahlı  qüvvələr,  polis  və  ya  inzibati  dövlət  orqanları 

üzvlərinin  belə  hüquqlarının  həyata  keçirilməsinə  qanuni 

məhdudiyyətlər qoyulmasına mane olmur.



MADDƏ 12

Nikah hüququ

Nikah  yaşına  çatmış  kişilər  və  qadınlar  bu  hüququn  həyata 

keçirilməsini tənzimləyən milli qanunvericiliyə müvafiq olaraq, 

nikaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər.



MADDƏ 13

Səmərəli hüquqi müdafiə vasitələri hüququ

Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan 

hər  kəs,  hətta  bu  pozulma  rəsmi  fəaliyyət  göstərən  şəxslər 

tərəfindən  törədildikdə  belə,  dövlət  orqanları  qarşısında 

səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.

MADDƏ 14

Ayrı-seçkiliyin qadağan olunması

Bu  Konvensiyada  təsbit  olunmuş  hüquq  və  azadlıqlardan 

istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, 

milli  və  ya  sosial  mənşə,  milli  azlıqlara  mənsubiyyət,  əmlak 

vəziyyəti,  doğum  və  ya  hər  hansı  digər  əlamətlərə  görə  ayrı 

seçkilik olmadan təmin olunmalıdır.



MADDƏ 15

Fövqəladə hallar zamanı öhdəliklərdən geri çəkilmə

1.  Müharibə  və  ya  millətin  həyatını  təhdid  edən  digər 

fövqəladə hallar zamanı Razılığa gələn Yüksək Tərəflərdən hər 

hansı biri onun beynəlxalq hüquqa müvafiq digər öhdəliklərinə 

zidd  olmamaq  şərti  ilə,  yalnız  vəziyyətin  fövqəladəliyinin 

şərtləndirə biləcəyi səviyyədə bu Konvensiya üzrə öhdəliklərinə 

uyğun olmayan tədbirlər görə bilər.


14

15

2.  Bu  müddəa,  qanuni  müharibə  əməliyyatları  nəticəsində 



ölüm halları istisna olmaqla, 2-ci maddənin və həmçinin 3-cü 

maddənin,  4-cü  maddənin  1-ci  bəndinin  və  7-ci  maddənin 

müddəalarına uyğun olmayan tədbirlərinin görülməsinə əsas 

vermir.


3.  Bu geri çəkilmə hüququndan istifadə edən Razılığa gələn 

Yüksək Tərəf gördüyü tədbirlər və onların səbəbləri haqqında 

Avropa  Şurasının  Baş  katibini  tam  məlumatlandırmalıdır.  O, 

həmçinin  belə  tədbirlərin  dayandırılması  və  Konvensiyanın 

müddəalarının  yenidən  tam  həyata  keçirilməyə  başlanması 

haqqında Avropa Şurasının Baş katibinə məlumat verməlidir.



MADDƏ 16

Əcnəbilərin siyasi fəaliyyətinin məhdudlaşdırılması

10,  11,  və  14-cü  maddələrdə  heç  nə  Razılığa  gələn  Yüksək 

Tərəflər  üçün  əcnəbilərin  siyasi  fəaliyyətinə  məhdudiyyətlər 

qoymağa maneə kimi hesab edilə bilməz.



MADDƏ 17

Hüquqlardan sui-istifadənin qadağan olunması

Bu  Konvensiyada  heç  nə  hər  hansı  dövlətin,  qrupun  və  ya 

şəxsin  burada  təsbit  olunan  hüquq  və  azadlıqlarının  ləğvinə 

və  ya  onların  Konvensiyada  nəzərdə  tutulandan  daha  artıq 

məhdudlaşdırılmasına  yönəlmiş  hər  hansı  fəaliyyətlə  məşğul 

olmaq və ya hər hansı əməl törətmək  hüququna malik olması 

kimi şərh oluna bilməz.

MADDƏ 18

Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri

Qeyd olunan hüquq və azadlıqlarla bağlı bu Konvensiyada yol 

verilən  məhdudiyyətlər,  nəzərdə  tutulduğundan  başqa,  hər 

hansı digər məqsəd üçün tətbiq olunmamalıdır.



BÖLMƏ II 

AVROPA INSAN HÜQUQLARI MƏHKƏMƏSI

MADDƏ 19

Məhkəmənin təsis olunması

Razılığa  gələn  Yüksək  Tərəflərin  bu  Konvensiya  və  ona  dair 

Protokollar  ilə  öz  üzərilərinə  götürdükləri  öhdəliklərə  riayət 

etmələrini təmin etmək məqsədi ilə Avropa İnsan Hüquqları 

Məhkəməsi  (bundan  sonra  «Məhkəmə»  adlanacaq)  təsis 

olunur. O, daimi əsaslarla fəaliyyət göstərir.



MADDƏ 20

Hakimlərin sayı

Məhkəmə  Razılığa  gələn  Yüksək  Tərəflərin  sayına  bərabər 

sayda hakimlərdən ibarətdir.

MADDƏ 21

Hakimliyə dair tələblər

1.  Hakimlər  yüksək  mənəvi  keyfiyyətlərə  malik  olmalı  və 

ali məhkəmə vəzifələrini həyata keçirmək üçün tələb olunan 

şərtlərə cavab verməli və ya tanınmış nüfuzlu hüquqşünaslar 

olmalıdırlar.

2.  Hakimlər məhkəmənin işində öz adlarından iştirak edirlər.

3.  Vəzifədə  olduqları  bütün  müddət  ərzində  hakimlər 

onların  müstəqilliyi,  qərəzsizliyi  ilə  və  ya  tam  iş  gününün 

xarakterindən irəli gələn tələblərlə bir araya sığmayan heç bir 

fəaliyyətlə  məşğul  olmamalıdırlar.  Bu  bəndin  müddəalarının 

tətbiqi ilə bağlı yaranan bütün məsələləri Məhkəmə həll edir.


16

17

MADDƏ 22



Hakimlərin seçilməsi

Razılığa gələn hər bir Yüksək Tərəf üzrə hakim Razılığa gələn 

Yüksək  Tərəfin  təqdim  etdiyi  üç  namizəd  siyahısından, 

Parlament Assambleyasının səs çoxluğu ilə seçilir.



MADDƏ 23

Səlahiyyət müddəti və vəzifədən azad edilmə

1.  Hakimlər  9  il  müddətinə  seçilirlər.  Onlar  yenidən  seçilə 

bilməzlər.

2.  Hakimlərin  səlahiyyət  müddəti  onlar  70  yaşına  çatanda 

bitir.

3.  Hakimlər  əvəz  olunanadək  vəzifələrini  yerinə  yetirirlər. 



Bununla yanaşı, onlar daha öncə icraatlarında olan işlərə, əvəz 

olunandan sonra da baxmaqda davam edirlər.

4.  Digər hakimlərin üçdə iki səs çoxluğu ilə hər hansı hakimin 

qoyulan tələblərə cavab vermədiyi haqqında qərarı olmadan 

hakim öz vəzifəsindən azad edilə bilməz. 

MADDƏ 24

Katiblik və məruzəçilər

1.  Məhkəmənin, fəaliyyəti və təşkili Məhkəmə Reqlamentinə 

əsasən müəyyənləşdirilən Katibliyi vardır.

2.  İclas  tək  hakimdən  ibarət  tərkibdə  olduqda  Məhkəmə 

sədrinin  sərəncamında  fəaliyyət  göstərən  məruzəçilər 

Məhkəməyə  kömək  edirlər.  Onlar  Məhkəmə  Katibliyinin 

tərkib hissəsini təşkil edirlər.

MADDƏ 25

Məhkəmənin Plenumu

Məhkəmənin Plenumu:

(a)  öz  Sədrini  və  Sədrin  bir,  yaxud  iki  müavinini  üç  il 

müddətinə seçir; onlar yenidən seçilə bilərlər;

(b) müəyyən  müddət  üçün  nəzərdə  tutulan  Palatalar 

yaradır;


(c)  Məhkəmə Palatalarının Sədrlərini seçir; onlar yenidən 

seçilə bilərlər;

(d) Məhkəmə Reqlamentini təsdiq edir;

(e) Katibi və onun bir, yaxud bir neçə müavinini seçir;

(f)  26-cı maddənin 2-ci bəndinə əsasən hər hansı sorğu 

verir.


MADDƏ 26

Tək hakimli tərkib, komitələr, Palatalar və Böyük Palata

1.  Məhkəmə ona təqdim edilmiş işlərə tək hakimli tərkibdə, 

üç  hakimdən  ibarət  komitələrdə,  yeddi  hakimdən  ibarət 

Palatalarda  və  on  yeddi  hakimdən  ibarət  Böyük  Palatada 

baxır. Məhkəmənin Palataları müəyyən edilmiş müddət üçün 

nəzərdə tutulan komitələr yaradır.

2.  Məhkəmənin  Plenumunun  sorğusu  ilə  Nazirlər  Komitəsi 

yekdil qərarla və müəyyən edilmiş müddət üçün Palatalardakı 

hakimlərin sayını beş nəfərə endirə bilər.

3.  Tək hakimli tərkibdə işlərə baxan hakim özünün seçildiyi 

Razılığa  gələn  Yüksək  Tərəfə  qarşı  olan  heç  bir  ərizəyə 

baxmamalıdır.

4.  İşdə  tərəf  olan  Razılığa  gələn  Yüksək  Tərəfdən  seçilmiş 

hakim Palatanın və Böyük Palatanın ex officio üzvü olur. Əgər 

belə bir hakim yoxdursa və ya həmin hakim iştirak edə bilmirsə, 


18

19

onda  həmin  Tərəfin  əvvəlcədən  təqdim  etdiyi  siyahıdan 



Məhkəmə Sədri tərəfindən seçilmiş şəxs hakim rolunda çıxış 

edir.


5.  Böyük  Palatanın  tərkibinə,  həmçinin  Məhkəmə 

Sədri,  Sədrin  Müavinləri,  Palata  Sədrləri  və  Məhkəmənin 

Reqlamentinə  əsasən  təyin  olunmuş  digər  hakimlər  də 

daxildir.    43-cü  maddənin  müddəalarına  müvafiq  olaraq  işin 

Böyük  Palataya  verildiyi  hallarda  onun  iclaslarında,  həmin 

Palatanın Sədri və işdə tərəf olan müvafiq Razılığa gələn Yüksək 

Tərəf  üzrə  hakim  istisna  olmaqla,  qərar  çıxaran  Palatanın 

hakimlərindən heç biri iştirak etməməlidir.


  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə