Avropa İttifaqının Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə



Yüklə 393,44 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix09.03.2017
ölçüsü393,44 Kb.
#10801
1   2   3   4   5

Meşədə istiqaməti necə

təyin etmək olar? 

S

əyahətçilər  meşədə  şəraitdən  asılı 



olaraq  bəzən  harada  olduqlarını 

unudub,  hansı  istiqamətdə  gedəcəklərini 

bilmirlər.  Tanış  olmayan  ərazidə  və 

sıx  meşəlikdə  səmti  asanlıqla  itirmək 

mümkündür.  Belə  vəziyyətdə  səriştəsi 

olmayan  insanlar  çaşqınlıq  içərisində  ora-

bura  vurnuxmağa,  çıxış  yolu  axtarmağa 

çalışırlar. Yol yoldaşlarından ayrılan turistlər 

özləri də hiss etmədən dayanacaq yerindən 

uzaqlaşıb itkin düşürlər. Meşənin dərinliyinə 

gedən  hər  kəs  ilk  növbədə  yaxınlıqdakı 

cığırı axtarıb tapmalıdır. Əgər əvvəlki yerə 

qayıtmaq  üçün  yadda  qalan  əlamətləri 

aşkar  etmək  müyəssər  olmasa,  coğrafi 

istiqamətləri təyin etməyə səy göstərin. 

Belə  halda  sakitləşib  vəziyyəti  təhlil 

etmək  daha  məqsədəuyğundur.  Meşədə 

yolu  azarkən  dərhal  hərəkəti  dayandırıb 

kompas  vasitəsilə  səmti  təyin  etmək 

və  ya  müxtəlif  təbii  əlamətlərə  istinad 

edərək  istiqaməti  müəyyənləşdirmək 

lazımdır.  Kompas  yoxdursa,  qol  saatının 

kiçik  əqrəbini  günəşə  doğru  yönəltməklə 

istiqaməti  bilmək  olar.  12  rəqəmi  və  saat 

əqrəbi  arasındakı  bucaq  cənubu  göstərir. 

Günortaya  qədər  günəşin  sağ  tərəfi, 

günortadan  sonra  isə  günəşin  sol  tərəfi 

cənub istiqaməti göstərir.



28

Kompas vasitəsilə istiqaməti təyin edərkən günəşin üfiqdəki vəziyyəti və digər əlamətlər nəzərə 

alınmalıdır. Gecə vaxtı ulduzların (xüsusilə, Qütb ulduzunun, Böyük Ayı bürcünün və s.) səmada 

yerləşməsinə  görə  istiqaməti  müəyyən  etmək  olar.  Meşədə  kvartal  dirəklərində  göstərilən  dörd 

rəqəmdən daha kiçik iki rəqəm arasında əmələ gələn bucaq şimalı göstərir.

1. 


Şimal yarımkürəsində şimal istiqamətini müəyyən etmək üçün günorta vaxtı arxası günəşə 

tərəfə durmaq lazımdır. Bu zaman kölgə düşən tərəf şimalı, sol tərəf qərb, sağ tərəf şərqi 

göstərir 

2. 


Günorta vaxtı şimal və cənub istiqamətlərini günəşin və dirəyin köməyi ilə təyin etmək olar. 

Bunun üçün yerə təxminən 1metr uzunluqda dirək basdırılır. Yaxşı olar ki, bu məqsədlə meşə 

talasında bitki örtüyü az olan açıq torpaq sahəsi seçilsin. Dirəyin kölgəsinin qurtaracağındakı 

nöqtədə nişan qoyulur. Sonra təxminən 10-15 dəqiqə ərzində kölgənin yerini dəyişməsini 

(bir neçə sm) gözləmək lazımdır. Yenidən kölgənin qurtaracağındakı nöqtə nişanlanır. İlk 

nişan qoyulan nöqtədən ikinci nöqtəyə qədər düz xətt çəkilir və düz xətt 30 sm irəli uzadılır. 

Bu nöqtələrin yaxınlığında elə durmaq lazımdır ki, sol ayaq birinci nöqtənin, sağ ayaq ikinci 

nöqtənin qarşısında dursun. Beləliklə, bu vəziyyətdə insan üzü şimala doğru durur və digər 

tərəfləri də asanlıqla təyin edir (şəkil 1).

Şəkil 1. Günəşə görə istiqamətin təyini



29

Dirəyin  ən  kiçik  ölçüdə  olan  kölgəsi  günorta  vaxtını  göstərir.  Səhər  saat  6.00-7.00-da  günəş 

şərqdə,  axşam  19.00-da  qərbdə  olur  (yayda  səhər  saat  5.00-da  günəş  çıxır,  axşam  saat  20.00-

21.00-da günəş batır).

İstiqaməti təyin etmək üçün digər üsul saat vasitəsilə yerinə yetirilir. Əgər səyahətçi şimal 



yarımkürəsindədirsə, saatı elə döndərmək lazımdır ki, saat əqrəbi günəşə doğru yönəlsin. 

Təsəvvürünüzdə,  saatın  12  rəqəmi  ilə  hazırkı  vaxtı  göstərən  rəqəm  arasındakı  bucaq 

təyin olunur. Həmin bucaqdan çəkilmiş bisektris xətti (bucağın tənböləni) cənub istiqaməti 

göstərəcəkdir. Cənub yarımkürəsində olarkən isə saatın 12 rəqəmini günəşə doğru çevirib 

12  rəqəmi  ilə  saatı  göstərən  kiçik  əqrəb  arasındakı  bucağın  tənböləninə  əsasən  bucağı 

təyin etmək olar (şəkil 2).

1

2

3



4

5

6



7

8

9



10

11

12



R

1

2



3

4

5



6

7

8



9

10

11



12

N

Şəkil 2. Saat vasitəsilə istiqamətin təyini



Günəşə  əsasən  üfüqün  cəhətlərini  digər  çox  sadə  bir  üsulla  təyin  etmək  olar.  Yadda 

saxlamaq lazımdır ki, səhər saat 7:00-da günəş şərqdən çıxır, saat 12:00-da günorta vaxtı 

cənubda olur, axşam saat 19:00-da qərbdə batır.



30

Gecə vaxtı istiqaməti ulduzlara görə istiqaməti təyin etmək olar.

Qütb ulduzuna əsasən şimalı asanlıqla təyin etmək olar. Səmada Qütb ulduzunu tapmaq 



üçün Böyük Ayı bürcünün son iki ulduzunu fikrinizdə düz xətlə birləşdirib, bu xətti 5 dəfə 

uzatmaq  lazımdır.  Xəttin  qurtaracağı  Qütb  ulduzunu  və  şimal  istiqaməti  göstərir.  Qütb 

ulduzu Kiçik Ayı bürcünün sonuncu ulduzudur. Kiçik Ayı bürcü Böyük Ayı bürcündə olduğu 

kimi 7 ədəd nisbətən az parlayan ulduzlardan ibarətdir (şəkil 3).

Şəkil 3. Qütb ulduzuna görə istiqamətin təyini

Kassiopeya bürcünə görə istiqamətin təyin edilməsi. Kassiopeya bürcü W hərfini xatırladan 



5  ulduzdan  ibarətdir.  Kassiopeya  bürcü  də  Böyük 

Ayı  bürcü  kimi  Qütb  ulduzunun  ətrafında  dövr  edir. 

Əgər ağacların çətirindən Böyük Ayı bürcünü görmək 

mümkün  deyildirsə,  Kassiopeya  bürcündən  eyni 

məsafədə  yerləşən  Qütb  ulduzunu  təyin  etmək  olar 

(şəkil 4).

Şəkil 4. Kassiopeya bürcünə görə istiqamətin təyini


31

Cənub  xaç  bürcünə  görə  istiqaməti  cənub  yarımkürədə  olarkən  təyin  etmək  olar.  Bürc 



xaç  formasında  yerləşən  ulduzlardan  ibarətdir.  2  ulduz  arasında  məsafə  bir  qədər  uzaq 

olduğundan onları birləşdirən xətti xaçın əsas ulduzuna doğru 5 dəfə uzatmaqla fərz olunan 

nöqtədə cənub istiqaməti təyin etmək olar (şəkil 5).

 

Şəkil 5. Cənub Xaç bürcünə görə istiqamətin təyini



Meşədə  kvartal  dirəklərinin  üzərindəki  rəqəmlərə  əsasən  də  istiqaməti  təyin  etmək 

mümkündür. Kvartal dirəkləri qərbdən şərqə doğru nömrələnir. Kvartal dirəklərində daha 

kiçik iki rəqəm arasında əmələ gələn bucaq şimalı göstərir. Meşə sahələrinin kəsişməsində 

yerləşən dirəyin üzərindəki ən kiçik rəqəm şimal-qərb hissədə, sonrakı rəqəm isə şimal-

şərq istiqamətində yazılır. Bu iki rəqəm birlikdə yerləşdikləri şimal istiqaməti bildirir. Digər iki 

rəqəm isə uyğun olaraq cənubu göstərir (şəkil 6). 

 

1



2

5

6



Şəkil 6. Kvartal dirəklərinə görə istiqamətin təyini

32

Bəzi hallarda meşəyə səyahət zamanı saatı təyin etmək üçün aşağıdakı üsullardan istifadə edilir :

Açıq  sahədə  yerə  1-1,5  m  uzunluqda  dirək  bərkidilir.  Günəşli  havada  dirəyin  gölgəsinə 



əsasən şimal istiqamət təyin olunur. Gözəyarı olaraq şimal-cənub və şərq-qərb istiqamətli 

xətlərin kəsişdiyi nöqtədə dirək yerə sancılır. Bu qayda üzrə şimal-cənub oxu saat 12-yə 

bərabər götürülür və kölgənin istqaməti ilə saat təyin olunur. Dirək əvəzin tək ağacı və ya 

qayanı seçmək olar (şəkil 7).

C NUB

Q RB


ŞİMAL

Ş RQ


GÜNOR

TA

X



TT

İ

06.00



0 .00

7

0 .00



8

0 .00


9

10.00


11.00

12.00


13.00

14.00


15.00

16.00


17.00

18.00


19.00

20.00


Şəkil 7. Günəşə görə saatın təyini

Kompas vasitəsilə günəşin azimut nöqtəsi təyin olunur və 15 hissəyə bölünür. Bu rəqəm 1 saat 



ərzində Yer kürəsinin fırlanma çevrəsinin 1/24 hissəsinə bərabərdir. Alınan rəqəmin üzərinə 

vahid əlavə edilir və yerli vaxt təyin edilir. Məsələn, əgər 8+1=9 deməli, yerli vaxtla saat 9.00-

dur. Azimut şimal istiqaməti ilə günəşin yerləşdiyi istiqamət arasındakı bucaqdır (şəkil 8).

Ş 0°


AZİMUT

Ş 90°


C 180°

Q 270°


Şəkil 8. Kompas vasitəsilə saatın təyini

33

Əgər  kompas  və  xəritə  yoxdursa  yolu  azdıqda  nə  etməli?  Meşənin  sirlərinə  bələd  olanlar 

təbii  əlamətlərə  görə  istiqaməti  təyin  edə  bilirlər.  Meşədə  istiqaməti  təyin  etmək  üçün  ən  yaxşı 

köməkçilərimiz bitkilərdir. Əlbəttə, astronomik dəqiqliklə olmasa da, çətin şəraitdə istiqaməti təxmini 

olaraq təyin etmək mümkündür. Kompas olmadıqda müxtəlif təbii əlamətlər nəzərə alınır. Məs; ağac 

gövdəsinin qabığı şimal tərəfdə nisbətən qalın olur. 

Ağacların  çətiri  cənub  tərəfdə  sıx,  şimalda  seyrək  olur.  Şimal  tərəfdən  ağacların  gövdəsində 

mamır  və  şibyələr  daha  çox  olur. Ağacın  kəsilmiş  kötüyünün  cənuba  tərəf  olan  hissəsindəki  illik 

halqalar daha enli olur. İynəyarpaqlı ağacların gövdəsinin cənub tərəfində daha çox qətran əmələ 

gəlir. Bu əlamətləri sıx meşəlikdə deyil, meşənin kənarında bitən ayrı-ayrı ağaclarda daha asanlıqla 

müşahidə  etmək  olar.  Meşədəki  ağaclara  diqqət  yetirdikdə  ağacın  gövdəsindəki  qabığın  şimal 

tərəfdən tünd rəngdə olmasını müşahidə etmək olar. 

Yazda qar əriyərkən kiçik təpələrin şimal yamaclarında qar nisbətən gec əriyir. Dərədə isə cənub 

yamacda  qar  daha  tez  əriyir.  Qarışqa  yuvaları  çox  vaxt  şimal  tərəfdən  ağacın  gövdəsi,  daşlar 

və  kollarla  əhatələnir  və  yuva  daha  dik  olur.  Yuvanın  girişi  cənuba  doğru  açılır.  (şəkil  9. Ağacın 

cənubunda qarışqa yuvası) 

Meşə ərazisində istiqaməti təyin etdikdən sonra yaşayış məntəqəsinə və ya avtomobil yoluna 

tərəf marşrutu düzgün seçmək lazımdır. Marşrut boyu hər 100-150 m-dən bir yaxşı nəzərə çarpan 

əlamətlərə diqqət yetirmək lazımdır. 


34

İstiqaməti təyin edərkən aşağıdakı əlamətlər nəzərə alınmalıdır:

● 

Ağacın gövdəsinin qabığı cənub tərəfdə nisbətən 



quru, bərk və açıq rəngli olur;

● 

Ağacın  gövdəsinin  cənub  tərəfində  təbii  qətran 



damcıları  əmələ  gəlir.  Bu  damcılar  havada 

bərkiyib açıq kəhrəba rəngini alır;

● 

Yağışdan islanmış şam ağaclarının gövdəsi şimal 



tərəfdən qaralır;

● 

Ağacların,  kolların  və  kötüklərin  şimal  tərəfində 



daha çox göbələk bitir;

● 

Meşə  talasının  cənub  hissəsində  meyvə  və 



giləmeyvələr daha tez yetişir;

● 

Yazda meşə talasının şimal hissəsində, qışda isə 



cənub hissəsində ot bitkiləri daha sıx bitir;

● 

Cənub  hissədə  ağacların  budaqları  daha  uzun, 



çətiri daha sıx olur;

● 

Ağac  kötüklərində  illik  halqalar  cənub  tərəfdə 



daha enli olur;

● 

Mamır və şibyələr şimal tərəfdə daha yaxşı inkişaf 



edir;

● 

Qarışqa  yuvaları  ağac  və  kolların,  kötüklərin 



cənub tərəfində yerləşir;

● 

Dərələrin  cənub  yamacları  yumşaq  otla  örtülü 



olub, nisbətən az maili, şimal yamacları isə dik, 

sıldırım və nadir hallarda bitkilərlə örtülü olur. Belə 

dərələr çox vaxt qərb-şərq istiqamətində uzanır;

● 

Şimal-cənub  istiqamətli  dərələrin  isə  hər  iki 



tərəfindəki yamaclar oxşar olur.

● 

Qışda  ağacların  şimal  tərəfində  qar  daha  çox 



olur;

● 

Müxtəlif təbii obyektlərin cənub tərəfində qar daha 



tez əriyir;

● 

Dərələrdə  qar  şimal  tərəfdə  nisbətən  tez  əriyir 



(maraqlıdır  ki,  günəş  şüaları  şimal  yamaclara 

birbaşa təsir edir, cənub yamaclarda isə ötəri təsir 

göstərir).


35

Təhlükəli həşəratlar və 

sürünənlərdən necə 

qorunmalı?

M

eşədə hər kolun, ağacın arxasında bir sirli aləm gizlənir. Meşənin sirlərinə bələd olmayan 



insanlar bəzən ehtiyatsız hərəkətlərə yol verirlər. Tanış olmayan ərazidə yol yoldaşlarından, 

valideyinlərdən  və  bələdçilərdən  uzaqlaşmaq  olmaz.  Tanış  olmayan  meyvə  və  giləmeyvələri, 

göbələkləri toplamaq, həşəratlara əl vurmaq olmaz. Bundan əlavə meşədə gəzərkən daşları çevirib 

altına baxmaq, maraq xatirinə də olsa, ağacların koğuşuna və ya kötüklərdəki oyuqlara əl salmaq 

qəti olmaz. Yadda saxlayın ki, bir çox zəhərli böcəklər, arılar və digər həşəratlar daşların altında, 

ağacların koğuşunda və kolların dibində sığınacaq tapıb gizlənir. Buna görə də meşə cığırlarından 

kənara çıxmaq təhlükəlidir. Tanış olmayan şəraitdə ehtiyatlı olmaq, müxtəlif təhlükələrdən özünüzü 

müdafiə etməyi bacarmalısınız. 

Meşədə rast gəldiyiniz qayaların arxasına keçmək, torpaqdakı yuvaları çubuqla oymaq olmaz. 

Bəzən  həmin  yerlərdə  zəhərli  ilanlar  da  gizlənə  bilərlər.  Kol  dibində  və  daşların  arasında  zəhərli 

sürünənlərə rast gəlmək mümkündür. Nadir hallarda meşə kənarlarında və meşə talalarında gürzə 

ilanına  rast  gəlinir.  Bir  qayda  olaraq  gürzə  ilanı  rütubətli  və  kölgəli  yerləri  sevmir.  Lakin  isti  yay 

mövsümündə  meşə  talalarında  təsadüf  oluna  bilər.  İlanlar  ən  çox  meyvə,  giləmeyvə  və  göbələk 

yığımı zamanı fəal olurlar. Bəzən gecə vaxtı gur tonqalın istisi və işığı onları cəlb edir. 

Meşədə ilanlarla qarşılaşdıqda heç bir kəskin hərəkət etmək olmaz. Gürzə ilanı hücum etməzdən 

əvvəl bədəninin ön hissəsi qıvrılmaqla xəbərdarlıq edir. Belə vəziyyətdə olan ilanları aşkar etdikdə 

dərhal uzaqlaşmaq lazımdır. Nəzərə almaq lazımdır ki, ilanlar yalnız müdafiə olunmaq üçün sancır. 

Əgər uzaqlaşmaq müyəssər olmayıbsa, ilanın gözünə baxmadan hərəkətsiz durmaqla təhlükədən 

yaxa qurtarmaq mümkündür.

Bəs təhlükədən uzaqlaşmaq mümkün olmadıqda nə etməli? Əgər təsadüfən ilan sancıbsa, ilk 

öncə  onun  zəhərli  olub-olmadığı  aydınlaşdırılır.  Zəhərsiz  ilan  sancdıqda  dərinin  üzərində  xırda 

nöqtələrdən ibarət 2 ədəd qövsvari zolaq əmələ gəlir. Zəhərli ilanın sancma yeri bir qədər fərqli olur. 

İlanın sancdığı nahiyədə dəridə yaranan qövsvari zolaqların arasında zəhər dişlərinin izi olan iki kiçik 

nöqtə əmələ gəlir və yaradan qan çıxır. Zəhərli sürünənin hücumuna məruz qalan insana dərhal tibbi 



36

37

yardım göstərilməlidir. Bədənin həmin hissəsində kəskin ağrı, qızartı və şiş əmələ gəlir. Bir qədər 

sonra limfa düyünlərində qırmızı zolaqlar müşahidə olunur. Eyni vaxtda ağızda quruluq, susuzluq, 

yuxulama, zəiflik və baş gicəllənməsi baş verir. 

Qana keçən zəhər ani olaraq yayılır və 20-25 dəqiqədən sonra mərkəzi sinir sisteminə təsir göstərir. 

İlanın sancdığı nahiyədə kəskin ağrı və şişkinlik müşahidə olunur. Əgər ilan barmağı sancıbsa, qolun 

çiyinə qədər şişməsi baş verir və yaranın ətrafında dəri göyümtül-qırmızı rəng alır. Yaranın ətrafında 

toxumaların qidalanması pozulur. Belə vəziyyətdə möhkəm sarğı qoyulduqda qan dövranı pozulur 

və toxumalarda maddələr mübadiləsi zəifləyir. 

Təcili olaraq yaranı kəsib qanın axıb təmizlənməsinə çalışmaq lazımdır. Bu halda yaradan zəhəri 

sormaq və bərk sarğı qoymaq məsləhət görülmür. Çünki ağız nahiyyəsində yara vardırsa, zəhər 

yardım  göstərən  insanın  bədəninə  keçə  bilər.  Bundan  sonra  yara  yodla  və  hidrogen-peroksidlə 

təmizlənir.  İlanın  sancdığı  ayaq  salamat  ayaqla  birlikdə  və  ya  qolu  qatlanmış  vəziyyətdə  tənziflə 

sarınır. Kəskin ağrını azaltmaq üçün 1-2 ədəd ağrıkəsici həb qəbul etmək olar. Zərər şəkmiş insanın 

bədənindən zəhəri çıxarmaq üçün mümkün qədər çoxlu miqdarda su, çay, mineral sular içirtmək 

lazımdır.  İlk  tibbi  yardım  tədbirlərindən  sonra  zərərçəkmiş  insan  mümkün  qədər  tez  təcili  yardım 

məntəqəsinə çatdırılmalıdır. İlan zəhərinə qarşı zərdab vurulmalıdır.

Meşədə ilanlardan qorunmaq üçün bəzi təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Meşənin 

açıq hissəsində daşları əllə qaldırmaq və ya ağacların çürümüş gövdələrinə və ağac koğuşlarına əl 

vurmaq olmaz. Bu təhlükəsizlik qaydalarına meşənin kənarındakı ərazilərdə də əməl etmək lazımdır. 

Yaxşı olar ki, sağlamlığınızı və həyatınızı müxtəlif təhlükələrdə qorumaq üçün geyimi əvvəlcədən 

düzgün  seçəsiniz.  Meşəyə  səfərə  hazırlaşarkən  müxtəlif  qansoran  həşəratların,  ağcaqanadların, 

mozalanların, gənələrin hücumuna məruz qalmamaq üçün bədəni örtülü saxlayan uzunqollu, örtülü 

geyimdən,  uzunboğaz  ayaqqabılardan,  papaqdan  istifadə  edin.  Geyimin  ayaq  hissəsi  qatlanıb 

qısa boğazlı ayaqqabının içərisinə salın. İlanın sancmasından mühafizə olunmaq üçün uzunboğaz 

və  davamlı  ayaqqabılar  köməyinizə  çata  bilər.  Kolluqdan  və  sıx  otluqdan  keçmək  üçün  uzun  əl 

ağacından  istifadə  edin.  Bədənin  açıq  nahiyəsinə  və  geyimə  qansoran  həşəratlara  qarşı  xüsusi 

aerozollar çiləmək lazımdır. 

Meşədə cığırdan kənara çıxmaq olmaz. Sıx otluğun arasından ehtiyatla keçib, çubuqla kolluğu 

aralamaq  lazımdır. Təhlükəli  həşəratlar  çox  vaxt  budaqların,  yarpaqların  və  otların  ucuna  qonub 

yaxınlıqdan keçən heyvanların dərisinə sancılır. Kolların və ot bitkilərinin üzərində xəstəliktörədən 

gənələr yaşayır. Onlar ağızcıqları vasitəsilə yaxınlıqdan keçən heyvanların dərisinə və ya insanın 

paltarına sancılırlar. Gənə insanın geyiminin üzəri ilə hərəkət edib dərisinə çatır və dərini deşib özünə 

yuva salır. Belə gənələri qoparmaq çox çətindir, onlar müxtəlif xəstəliklərin törədicisidirlər. Buna görə 

də  meşənin  sıx  kolluqlu  yerindən  və  ağacların  budaqları  arasından  keçərkən  hər  iki  saatdan  bir 

geyimi yoxlamaq və həşəratlardan təmizləmək lazımdır. Meşədən evə aparılan budaqların, çiçəklərin 

üzərində olan, ev heyvanlarının xəzinə yapışan bu qorxulu həşəratlar mənzillərə də daxil ola bilər. 


38

Əgər təsadüfən gənə dəriyə sancılıbsa, dərhal böyükləri köməyə çağırın. Gənəni müstəqil olaraq 

qoparmayın, çünki bu zaman həşəratın baş hissəsi qopub dərinin altında qala bilər, bu isə sancmaya 

nisbətən daha təhlükəli olub iltihab yarada bilər. Buna görə də gənəyə bitki yağı, vazelin və ya digər 

yumşaldıcı kremlər sürtüb özünün qopub düşməsinə çalışmaq lazımdır. Əgər gənə özü qopmursa, 

sapdan  ilgək  hazırlayıb,  yumşaldıcı  krem  sürtdükdən  15-20  dəqiqədən  sonra  ehtiyatla  gənəyə 

keçirmək  və  sağa-sola  hərəkət  etdirmək  lazımdır.  Kremin  təsiri  altında  gənənin  başını  sancıldığı 

nahiyədən qoparmaq mümkün olur.

  Ümumiyyətlə,  meşədə  qansoran  ağcaqanadlar,  göyünlər,  mozalanlar  və  s.  həşəratlardan 

qorunmaq üçün xüsusi aerozollardan, müxtəlif vasitələrdən (sürtgülərdən, maye və gellərdən) istifadə 

etmək lazımdır. Qoruyucu vasitələri xüsusi apteklərdən almaq lazımdır. Təsadüfən arı sancıbsa, ilk 

hövbədə arının neştəri çıxarılır və yaraya naşatır spirtində isladılmış sarğı qoyulur. Arı zəhərinə qarşı 

yüksək həssaslığa malik olan (allergiyalı) insanlar üçün arı sancması çox təhlükəlidir. Boyun və ya dil 

nahiyəsini arı sancdıqda əmələ gələn şişkinlik sürətlə yayılıb boğulmaya səbəb ola bilər. Belə halda 

zərərçəkəni tez bir zamanda həkimə çatdırmaq lazımdır. Buna görə də geyiminiz nə qədər çox örtülü 

olarsa, qansoran həşəratların hücumundan müdafiə oluna bilərsiniz. Unutmayın ki, belə həşəratlar 

həm də müxtəlif virus xəstəliklərinin yayılmasına səbəb olur. Sancma yerlərini qaşımaq olmaz, çünki 

yaradan orqanizmə təhlükəli mikroblar keçə bilər.

Meşə çığırı göllərin və çayların kənarından keçirsə, belə səyahət çox zaman gəzinti iştirakçılarının 

böyük sevincinə səbəb olur. Gözəl və valehedici təbiət mənzərəsinə aludə olan səyahətçilər bəzən 

təhlükəsizliyi unudaraq göldə və çayda üzməyə can atırlar. Meşədəki göllərdə və çaylarda yuyunmaq 

arzusu səyahətçilərin təhlükəsizliyi unutmasına səbəb olur. Çay daşlarının üzərində sürüşüb yıxılmaq, 

daşların iti çıxıntılarından xəsarət almaq yəqin ki, heç kəsin ürəyincə olmaz. 

Çoxları bilmir ki, çayların bataqlaşmış sahələrində müxtəlif zəlilər, qansoran həşəratlar yaşayır. 

Dəriyə sancılan zəlini qoparmaq o qədər də asan məsələ deyildir. Göllərdə isə bəzən dəri xəstəlikləri 

törədən mikroorqanizmlərə təsadüf olunur. Buna görə də bələd olmadığınız su hövzələrində yuyunmaq 

qəti olarq məsləhət görülmür. Belə səhv addımlar gələcəkdə qorxulu xəstəliklərlə üzləşməyə səbəb 

ola bilər. 

Meşənin  rütubətli  və  sərin  havasında  soyuq  dağ  çaylarında  yuyunan  insanların  xəstələnməsi 

ehtimalı  da  artır.  Valideynlərdən  icazəsiz  su  hövzələrinə  yaxınlaşmaq,  çayın  bir  sahilindən  digər 

sahilinə  keçmək  olmaz.  Unutmayın  ki,  bələd  olmadığınız  göllərin  dərin  hissəsinə  düşə  bilərsiniz. 

Su  hövzələrinin  gözəlliyindən  zövq  alarkən  sağlamlığınızı  qorumaq  istəyirsinizsə,  təhlükəsizlik 

qaydalarına riayət edin.


39

Vəhşi heyvanlarla 

qarşılaşdıqda nə etməli?

İ

lin  bütün  fəsillərində  mənalı  istirahət  üçün  meşədə  hər  cür  şərait  vardır.  Hər  dəfə  meşəyə 



qədəm qoyan insan maraqlı təbiət hadisələri ilə qarşılaşır və yeni məlumatlar əldə edir. Zahirən 

sakitləşdirici  və  rahatlıq  hissi  oyatmasına  baxmayaraq  meşədə  insanı  hər  an  müxtəlif  təhlükələr 

gözləyə bilər. Unutmayın ki, meşədə iti caynaqları və dişləri olan yırtıcılar da yaşayır. Meşədə ayı, 

tülkü, canavar, çaqqal kimi heyvanlarla qarşılaşa bilərsiniz. Bir çox hallarda bu heyvanlar insanlardan 

uzaq  gəzməyə  çalışırlar.  Lakin  kifayət  qədər  qida  ehtiyatı  tapmadıqda  ac  qalan  heyvanlar  və  ya 

balalarını müdafiə edən yırtıcılar çox təhlükəli ola bilər. 

Qəfildən  meşə  sakinləri  ilə  qarşılaşsanız  –  qorxmayın!  Yırtıcı  heyvanlar  yaralı  olduqda  və  ya 

balalarını qorumaq üçün insana hücum edir. Buna görə də tərpənməyin və özünüz təcavüz etməyin: 

imkan yaradın ki, heyvan sakitcə çıxıb getsin. Lakin hücuma məruz qaldıqda müdafiə vasitəsi kimi 

oddan (yandırılmış budaq, məşəl və s.) istifadə edə bilərsiniz və yaxud da səs-küy salmaqla (ucadan 

qışqırın, taxtanı ağaca və ya metal bir əşyaya vurun) vəhşi heyvanı qovmağa çalışın. 

Hətta  meşədəki  vəhşi  qabanlar  da  insana  hücum  edə  bilər.  Buna  görə  də  vəhşi  heyvanlarla 

qarşılaşdıqda ilk növbədə sakit durub kəskin hərəkət etməmək lazımdır. Əgər yırtıcı heyvan kifayət 

qədər uzaq məsafədədirsə, yaxınlıqdakı ağaca çıxmaqla təhlükədən yaxa qurtara bilərsiniz. Əgər çay 

sahilindəsinizsə, suya daxil olub gözləyin. Ən əsası odur ki, qorxu hissinə qalib gəlmək və qaçmamaq 

lazımdır. Qorxub qaçan insan vəhşi heyvan üçün asanlıqla dəf oluna biləcək hədəfə çevrilir.

Vəhşi  heyvanların  yuvasına  yaxınlaşmaq  çox  təhlükəlidir.  Bəzən  ağacın  koğuşunda,  təpənin 

üzərində  və  ya  kolluqda  yuvanın  girəcəyini  aşkar  etdikdə  dərhal  içərisinə  əl  salıb,  “kəşfiyyat” 

aparmaq arzusu oyanır. Qətiyyən belə etmək olmaz. Əgər yuvanın içərisində balalar varsa, onların 

səsinə hətta uzaqda olan vəhşi heyvanlar dərhal qaçıb gəlir və balalarını müdafiə etməyə çalışır. 

Qəzəblənmiş ana ayının, canavarın və ya digər vəhşi heyvanın hücumuna məruz qalmağı, əlbəttə 

ki, heç kim arzu etməz. 

Buna  görə  də  belə  yerlərdən  ehtiyatla  keçmək,  təhlükəsizliyə  riayət  etmək  lazımdır.  Meşədə 

heyvan və ya quş yuvalarını aşkar etdikdə uzaqdan müşahidə etməklə kifayətlənmək lazımdır. Vəhşi 

heyvanların balalarına əl vurmaq və ya evə aparmaq qəti qadağandır. Balaları evə apardıqda ana 

heyvanlar asanlıqla onların izinə düşüb gəlir və ev sakinlərinə hücum edirlər. Hər bir halda balaları 

evə aparan insanların sonrakı aqibəti hamıya dərs olmalıdır. Vəhşi heyvanların qisası həqiqətən çox 

faciəli sonluqla qurtara bilər.



40

Meşənin təhlükəli sakinlərindən biri canavardır. Bu yırtıcı sıx kolluqlu dərələrdə, yıxılmış ağacların 

kötüklərində yuva qurur. Canavar yaşadığı yuvanın yaxınlığında ov etmir. Ov məqsədilə çox uzaqlara 

gedir. Canavar balaları dünyaya gələn zaman gözləri görmür, qulaqları eşitmir və südlə qidalanır. 

Təhlükə hiss etdikdə ana canavar balalarını daha təhlükəsiz yerə aparır. Meşənin “sanitarı” hesab 

olunan bu heyvanlar ac olduqda və ya balalarını müdafiə etdikdə insan üçün çox təhlükəli olurlar. 

Təsadüfən canavar balaları ilə rastlaşdıqda və canavarın izlərini gördükdə yaxşı olar ki, dərhal həmin 

yeri dərhal tərk edəsiniz.

Meşənin digər yırtıcı heyvanlarından olan tülkü meşənin dərinliyində deyil, daha çox seyrəlmiş 

hissələrində, meşə talasında yaşamağa üstünlük verir. Bu hiyləgər yırtıcı insanların yaşayış məskəninin 

yaxınlığında məskən salır. Çox vaxt ağac kötüyündə və torpaqda yuva qurur. Bəzən digər heyvanların 

yuvasını zəbt edir. Yuvasını və balalarını müdafiə edən zaman bu yırtıcı təhlükəli ola bilər.



41

Meşənin ən güclü sakinlərindən biri ayıdır. İlk baxışda kobud görünən bu heyvan çox çevik və 

cəld hərəkət edir. Meşədə bal, giləmeyvə, qoz, fındıq, digər meyvələr və həşəratlarla qidalanan ayı 

balıq ovuna da çıxır. Buna baxmayaraq ayı təhlükəli heyvandır. Çox vaxt yıxılmış ağacların kökləri 

altında və ya quru budaqların bir yerə toplanmış qalaqları arasında gizlənib yaşayır. Ayı balaları ilə 

rastlaşdıqda ehtiyatlı olmaq lazımdır. İlk baxışda maraqlı və məzəli görünən balalara yaxınlaşmaq 

olmaz. Balanın səsinə qaçıb gəlmiş ana ayı çox təhlükəli düşmənə çevrilir. Ayı balalarını tutub evə 

aparanlar öz həyatı ilə risk edərək ailə üzvlərini təhlükə qarşısında qoyurlar. Balanın izi ilə ana ayı 

asanlıqla həmin yeri aşkar edir və insanlara hücum edir.

Bütün  bunları  nəzərə  alaraq  həyat  təhlükəsizliyini  təmin  etmək  lazımdır.  Meşənin  yirtici 

heyvanlarından  qorunmaq  üsullarını  və  onların  davranışını  öyrənmək  gərəkdir.  Meşədə  sakit  və 

dinməz  dursanız,  bir  çox  meşə  heyvanlarının  səsini  və  quşlarının  nəğməsini  dinləyə  bilərsiniz. 

Təsadüfən quşların yuvasını aşkar etdikdə, yaxşı olar ki, tezliklə həmin yeri tərk edəsiniz. Yuvaya əl 

vurmaq və yumurtaları götürmək olmaz. Unutmayın ki, hətta siz balalara və yuvaya zərər vurmasanız 

belə,  valideyn  quşlar  yuvada  insan  izlərini  asanlıqla  aşkar  edib,  bir  daha  oraya  qayıtmırlar.  Quş 

balalarını ələ götürdükdə ana quşlar yuvanı tərk edib gedir və balalar ac qalıb tələf olurlar. Əgər siz 

günahsız quş balalarının tənha qalıb məhv olmamasını istəmirsinizsə, öz marağınızı cilovlayaraq, 

müəyyən məsafədən quşların davranışını müşahidə etməklə kifayətlənin.

Bəzən  meşədə  rast  gələn  kiçik  heyvanları  evə  aparmaq  istəyi  oyanır.  Meşənin  ən  maraqlı 

sakinlərindən biri kirpidir. Kirpi meşədəki zərərvericiləri, gəmiriciləri məhv edərək təbiətdə tarazlığın 

saxlanmasında mühüm rol oynayır. Əylənmək xatirinə kirpini evə aparmaq istəyənlər bir müddət 

sonra  azad  həyata  öyrənmiş  heyvanın  həyatına  son  qoyurlar.  Buna  görə  də  yaxşı  olar  ki,  rast 

gəldiyiniz  heyvanların  azadlığına  qəsd  etməyin  və  təbiətdə  tükənməsinə  yol  verməyin.  Həm  də 

nəzərə alın ki, kirpinin iti iynələri əlinizi zədələyərək yaralaya bilər. Əgər təsadüfən vəhşi heyvana 

əllə toxunmusunuzsa, mütləq əlləri yumaq lazımdır. Yadda saxlayın ki, vəhşi heyvanlardan insana 

150-yə qədər xəstəlik keçə bilər.

Ümumiyyətlə, meşəyə hazırlaşarkən meşə sakinləri barədə ətraflı məlmat toplamaq və onların 

həyat tərzini öyrənmək lazımdır. Azərbaycan meşələrində yaşayan Qafqaz nəcib maralının məskəni 

yüksək dağ meşələri, qayalıqlar, sıx otlu çəmənliklərdir. Təsadüfən maral balasına rast gəldikdə ona 

yaxınlaşmaq olmaz, çünki ana maral yaxınlıqda gizlənərək öz balasını nəzarətsiz qoymur. Meşənin 

sıx yerlərində marallar təbii düşmənləri olan canavarlardan gizlənməyə çalışırlar. Xüsusilə, qışda 

marallar ağac və kolların sıx olduğu meşənin dərinliyində soyuqdan etibarlı sığınacaq tapır. Meşədə 

bitki örtüyünün seyrəlməsi və ağacların tükənməsi maralların yaşayış məskəninin itirilməsinə səbəb 

olur. Sığınacaq yeri tapmadıqda marallar dağların yüksəkliyinə qalxaraq bəzən şaxtadan məhv olur.



42

Yüklə 393,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin