Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqinin və İdarəçilik



Yüklə 401.92 Kb.

səhifə1/5
tarix29.05.2017
ölçüsü401.92 Kb.
  1   2   3   4   5

“Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqinin və İdarəçilik

Sistemin Təkmilləşdirilməsi üzrə II Proqram“ ı

FLEG II (ENPİ East) Program

  AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

   

      RESPUBLİKA EKOLOJİ TƏRBİYƏ VƏ TƏCRÜBƏÇİLİK MƏRKƏZİ



  AZƏRBAYCAN RESPUBLİKASI EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ

TƏHLÜKƏSİZ MEŞƏ

Azərbaycan Respublikası Təhsil Nazirliyinin

497№li 28.04.2015-ci il tarixli əmri ilə

təsdiq edilmişdir.

Bakı-2015

www.enpi-fleg.

org

www.enpi-fleg.az



Müəlliflər: 

 

Lalə Dadaşova, biologiya üzrə fəlsəfə doktoru

   

Azər Qarayev

 

 

 

Fəxriyyə Musayeva

Redaksiya heyəti:  

Şövqi Göyçaylı, professor, coğrafiya elmləri doktoru

   


Allahverdi Dolxanov, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru

   


Rəhim İbrahimov

Kompüter tərtibatı: 

Rüstəm Zamanov

Tərcüməçi:  

Fidan Hüseynli

Rəsmlər: 

 

Yeganə Yunusova

Vəsait  ümumtəhsil  məktəblərinin  şagirdləri  və  məktəbdənkənar  təhsil  müəssisələrinin  dərnək  üzvləri  üçün 

nəzərdə tutulmuşdur. 


European Neighborhood and Partnership Instrument East Countries Forest Law Enforcement

and Governance II Program 

  MINISTRY OF EDUCATION OF REPUBLIC OF AZERBAIJAN 

                       REPUBLICAN CENTER OF ECOLOGICAL EDUCATION AND EXPERIENCE

  MINISTRY OF ECOLOGY AND NATURAL RESOURCES OF REPUBLIC

OF AZERBAIJAN



SAFE FOREST

Was approved by Ministry of Education

of Azerbaijan Republic under order of № 497 on 28.04.2015

Baku-2015

www.enpi-fleg.

org


www.enpi-fleg.az

Authors:  

Lala Dadashova, PhD in Biology

 

 

 



Azer Garayev

 

 



 

Fakhriyya Musayeva



Editorial board: 

Shovgi Goychayli, professor, Doctor in Geography 

 

 

 



Allakhverdi Dolxanov, PhD in Agricultural

 

 



 

Rahim İbrahimov



Computer design: 

Rustam Zamanov



Translation:  

Fidan Huseynli



Drawings:  

Yegana Yunusova

The tutorial is designed for the schoolchildren and members of extracurricular institutions 

and study groups.

This tutorial has been developed within the framework of "European Neighborhood and 

Partnership Instrument (ENPI) East Countries Forest Law Enforcement and Governance 

(FLEG) II Program" ENPI East (FLEG II) Program Azerbaijan. The FLEG II Program 

promotes sustainable forest governance, management, and protection of forests in 

Azerbaijan, Armenia, Belarus, Georgia, Moldova, Russia and Ukraine.

This publication has been produced with the assistance of the European Union. The content, findings, interpretations, and conclusions of 

this publication are the sole responsibility of the FLEG II (ENPI East) Program Team (www.enpi-fleg. org) and can in no way be taken to 

reflect the views of the European Union. The views expressed do not necessarily reflect those of the Implementing Organizations



5

Giriş

Ə

ziz  məktəblilər,  siz  yəqin  ki,  asudə  vaxtlarınızı  təbiətin  qoynunda  keçirməyi  çox 



sevirsiniz.  Təbiətə  ekskursiyalar  və  səyahətlər  ətraf  mühit  haqqında  biliklərinizi 

artırmağa kömək edir. Təbiətin ən maraqlı və ecazkar guşələrindən biri meşədir. Meşənin 

zəngin bitki və heyvanlar aləmi yaşından asılı olmayaraq hər kəsə xoş təəssüratlar bəxş 

edir. 


Meşəyə daxil olarkən siz özünüzü kəşfiyyatçılara bənzədərək ətrafda baş verən təbiət 

hadisələrini  və  canlılar  aləmini  tədqiq  etməyə  çalışırsınız.  Əlbəttə,  meşə  sakinlərinin 

həyat  tərzi  ilə  tanışlıq,  təbiət  obyektləri  üzərində  müşahidələr  olduqca  maraqlıdır.  Bəzən 

“kəşfiyyat”a və axtarışlara həddindən artıq aludə olan uşaqlar harada olduqlarını unudub 

çətin vəziyyətə düşürlər. Lakin çıxılmaz vəziyyət yoxdur və hər hansı çətinlikdən çıxış yolunu 

tapmaq mümkündür. 

Əgər  meşə  cığırından  çıxıb  yolu  azmaq,  vəhşi  heyvanlarla  qarşılaşmaq,  qansoran 

həşəratların,  zəhərli  sürünənlərin  hücumuna  məruz  qalmaq  istəmirsinizsə,  meşəyə  səfər 

zamanı  mütləq  təhlükəsizlik  qaydalarına  əməl  etməlisiniz.  Bəs  təsadüfən  meşədə  belə 

hallarla qarşılaşdıqda nə etməli? Təbii təhlükələrin qarşısında aciz qalmamaq və özünüzü 

müdafiə etməyiniz üçün lazımi bilik və bacarıqlara yiyələnmək lazımdır.

Təqdim  olunan  bu  kitab  meşədə  qarşılaşa  biləcəyiniz  təhlükəli  vəziyyətlərdən  çıxış 

yollarını öyrənməkdə sizə yardımçı ola bilər. Fövqəladə hallarda təlaş etməyərək təmkinli və 

ağıllı hərəkət etməklə həm özünüzün, həm də yoldaşlarınızın həyatını xilas edə bilərsiniz. 

Meşədə  gözlənilən  təhlükələr  barədə  ətraflı  məlumatlar  səfərinizin  uğurlu  və  maraqlı 

keçməsinə şərait yaradacaqdır.

Azərbaycan meşələri özünəməxsus zənginliyə və təbii gözəlliyə malikdir. Meşə bir-biri 

ilə  sıx  qarşılıqlı  əlaqədə  yaşayan  canlılardan  ibarət  mürəkkəb  ekoloji  sistemdir.  Meşənin 

müvəqqəti qonağı olarkən heyvanların  dinc həyatını pozmamağa və bitki örtüyünə zərər 

vurmamağa çalışın. Unutmayın ki, meşədə hər canlının öz yeri vardır və canlılar aləminin 

bioloji müxtəlifliyini qorumaq vacibdir. Meşənin təhlükəsiz və davamlı inkişafı bizim düzgün 

münasibətimizdən  asılıdır.  Gəlin,  bu  misilsiz  təbii  sərvəti  yersiz  müdaxilədən  qoruyaq  və 

təbii ehtiyatlarından səmərəli istifadə edək. 


6

Introduction

D

ear students, most probably you love to spend your leisure time in nature. Frequent 



excursions  and  trips  to  the  nature  help  you  to  increase  the  knowledge  about  the 

environment. One of nature’s most fascinating and charming places is the forest. To explore 

forest’s rich flora and fauna is a pleasant experience regardless the age. 

While entering the forest as discoverers you are trying to explore the world of creatures 

and causes of natural events which constantly appear around. Observation of the nature-

maid objects and familiarization with the lifestyle of the forest’s inhabitants is certainly a 

very interesting business. But sometimes by getting too much involved into the “discoveries” 

and searches the children can get lost and this is a difficult situation. However, there is no 

desperate situation and it is possible to find a way out of any trouble.

If while in the forest you do not want to get lost, to come across wild animals, and to get 

attacked by parasites and poisonous reptiles you must comply with the safety regulations. 

But what is the right thing to do if you suddenly face the difficulties in the forest? In order 

to be prepared to natural hazards and be ready to defend yourself you need to master the 

specific skills and knowledge.

This book can help you to learn the ways which help you to get out of dangerous situations 

which one might encounter in the forest. By avoiding fuss and acting cautiously and wisely 

in the emergency situations you can save as yours as well as your friends’ lives. Being 

perfectly informed about the impending dangers exist in the forest will make your forest 

experience an exciting life experience.

The forest is an interconnected complicated ecological system of creatures. As a temporary 

guest please try to avoid disturbing the peaceful way of lives of animals and damaging the 

forest’s vegetation. Remember that every creature has its own place in the forest, and it is 

important to preserve the biological diversity of this world. The safe and sustainable forest 

development depends on our proper attitude. The Azerbaijani forests are distinguished by 

their own richness and natural beauty. Let’s preserve these priceless natural resources from 

tactless interference and ensure the efficient use of the natural resources.



7

Meşənin sehirli aləmi

M

eşə  -  bizim  ən  çox  sevdiyimiz  istirahət  yerlərindən  biridir.  Meşənin  zəngin  təbiəti, 



bitki  və  heyvanlar  aləmi  istirahətə  gələn  insanların  hər  zaman  böyük  marağına, 

hədsiz sevincinə səbəb olur. Meşəyə daxil olanlar ilk anda heyrətə gələrək təbiətin misilsiz 

möcüzəsini seyr edib, qeyri-adi gözəllikdən zövq alırlar. Meşənin təssəvvürə gəlməz sehrli 

aləmi insanların əksəriyyətini ilk tanışlıqdan başlayaraq ömürlük özünə bağlayır. 

Meşə bizi qida, geyim, yanacaqla təmin edir, havanı oksigenlə zənginləşdirir, su ehtiyatlarını 

artırır, iqlimi tənzimləyir. Sıra ilə cərgələnən ağac, kol və ot bitkiləri günəşə doğru boylanan 

çoxmərtəbəli binanın sakinlərinə bənzəyirlər. Meşənin çoxmərtəbəli yaruslarının ən aşağı 

hissəsində  yerləşən  bitkilər  digər  hündür  boylu  ağac  və  kolların  himayəsində  özlərinə 

sığınacaq taparaq həyat fəaliyyətini davam etdirirlər. Meşənin yarımkölgə və rütubətli mühit 

şəraitinə uyğunlaşmış bitkilərə siz çəmənlikdə və ya düzənlikdə rast gələ bilməzsiniz.

Meşədə  yaşayan  bütün  bitki  və  heyvan  növlərini  tanıyırsınızmı?  Əgər  tanımırsınızsa, 

valideynlərinizin və müəllimlərinizin köməyi ilə təyinedicilərdən istifadə edərək, canlıları təyin 

etməyə çalışın. Bu tanışlığı maraqlı yarışa çevirmək mümkündür. Təyinedici kitabda təsvir 

olunan bitkiləri meşədə axtarıb tapmağa çalışın. Bu tapşırığı daha düzgün və tez yerinə 

yetirmək üçün bitkiləri fərqləndirən əsas əlamətlərə diqqət yetirin.

Əgər meşədə səssiz durub ətrafı diqqətlə dinləsəniz meşə heyvanlarını da müşahidə edə 

bilərsiniz. Bu halda heyvanların yuvasına yaxınlaşmaq və balalarını ələ götürmək olmaz. Yaxşı 

olar ki, fotoaparat vasitəsilə meşə heyvanlarının həyatını obyektivin yaddaşına köçürəsiniz.

Meşəyə səfər zamanı rəngli qələmləri və rəsm albomunu özünüzlə aparmağı unutmayın. 

Meşə cığırında rast gəldiyiniz maraqlı mənzərələri, bitki və heyvanları rəngli boyaların və ya 

qələmlərin köməyi ilə təsvir etməyə çalışın. Hər biriniz meşəni gördüyünüz kimi təsvir etməyə 

çalışın. Səfərdən sonra bu rəsmləri bir yerə toplayaraq məktəbin foyesində və ya sinifdə 

maraqlı rəsm qalereyası yarada bilərsiniz. Bu qayda ilə meşə təəssüratlarınızı məktəbinizin 

bütün şagirdləri və sinif yoldaşlarınızla bölüşə bilərsiniz.

Meşədə  kiçik  heyvanların  həyatını  müşahidə  etmək  olduqca  maraqlıdır.  Meşə 

döşənəyində,  ağacların  gövdəsində,  kolların  budaqlarında,  ot  bitkilərinin  yarpaqları 

üzərində saysız-hesabsız həşəratlar yaşayır. Hörümçəklər, böcəklər, ilbizlər, yağış qurdları, 

qarıışqalar sıx otluqda, daşların altında, ağacların koğuşunda gizlənir. Siz özünüzü bir anlıq 

kiçik  kəşfiyyatçılara  bənzədib  bu  canlıları  tapmağa  çalışın. Təbiətdə  və  canlılar  üzərində 

müşahidələr aparmaqla, siz yeni biliklər əldə edib, meşənin sirlərinə bələd ola bilərsiniz.



8

9

Meşədəki  bitkilər  və  heyvanlar  arasındakı  mürəkkəb  qarşılıqlı  əlaqələr  təbii  yolla 

tənzimlənir. Yalnız bəzi insanların təcavüzkar hərəkətləri bu nizamlı əlaqələrin pozulmasına 

gətirib çıxarır. Yanacaq məqsədilə yaşıl bitkilərin odun üçün doğranması, qanunsuz meşə 

qırmaları, meşə yanğınları və s. sıx bitki örtüyünün seyrəlməsinə səbəb olur. 

Yadda  saxlayın  ki,  ağacların  qırılması  və  meşə  yanğını  nəticəsində  boş  qalmış  meşə 

sahəsində kölgəsevən bitkilərin sayı getdikcə tükənir. Belə sahələrdə işıqsevən çəmənlik 

və alaq bitkiləri sürətlə yayılaraq torpağı zəbt edirlər. Bu prosesin qarşısı alınmadıqda, bitki 

örtüyünün tükənməsi sürətlənir və nəticədə meşəyə məxsus bitki örtüyü bərpa olunmur.

Bütün bunlar göstərir ki, meşəyə xüsusi qayğı və diqqətlə yanaşmaq lazımdır. Meşənin 

təmizliyini və təhlükəsizliyini qorumaq başlıca şərtdir. Meşəyə daxil olarkən təbiətin ahəngini 

pozmamağa  və  meşəni  tullantılarla  çirkləndirməməyə  çalışın.  Meşənin  ekoloji  sisteminin 

qorunması  və  canlılar  arasındakı  əlaqələrin  pozulmaması  üçün  müəyyən  davranış 

qaydalarına əməl etmək lazımdır. Meşədə gəzinti zamanı sakitliyə riayət olunmalı, meşə 

sakinlərinin dinc həyatına təcavüz edilməməlidir. 


10

Meşə səfərinə necə 

hazırlaşmaq lazımdır?

M

eşə gəzintisi uşaqlara unudulmaz təəssüratlar, canlılar haqqında maraqlı məlumatlar, 



mənalı və əyləncəli saatlar bəxş edir. Bütün bunlarla yanaşı təbiətin gözəlliklərinə 

aludə  olanlar  bəzən  unudurlar  ki,  tanış  olmayan  meşə  sahəsində  müxtəlif  təhlükələrlə 

qarşılaşa bilərlər. Meşəyə ailəliklə istirahətə gedən insanlar haqlı olaraq uşaqlar üçün bu 

səyahətin təhlükəli ola biləcəyindən narahat olurlar.

Əgər  meşəyə  təşkil  olunan  ekskursiyaların  sağlamlıq  və  sevinc  dolu  dəqiqələr  bəxş 

etməsini istəyirsinizsə, ən sadə təhlükəsizlik qaydalarını bilməlisiniz. Meşəyə səfərin marşrutu 

əvvəlcədən  müəyyənləşdirilir  və  bu  barədə  valideynlərə  məlumat  verilir.  Meşədə  düzgün 

davranış qaydaları sinifdə birlikdə müzakirə olunur. Dəstədən kənara çıxmamağın vacibliyi 

xüsusi olaraq vurğulanır. Əgər hər hansısa səbəbdən cığırda rast gələn təbiət hadisəsi və ya 

canlılar sizi maraqlandırarsa, bu barədə yoldaşlarınıza xəbər verib sizi gözləməyi xahiş edin. 

Meşəyə yürüşə hazırlaşarkən öncədən hazırlıq mərhələsində yeməli və zəhərli göbələklər, 

meyvə və giləmeyvələr, dərman bitkiləri barədə məlumat toplamaq, bu bitkilərin foto-şəkillərini 

əldə etmək lazımdır. Yadda saxlamaq lazımdır ki, bəzi zəhərli göbələklər yeməli göbələklərdən 

çox çətinliklə seçilir. Məs: yalançı tülküqulağı, yalançı kötük göbələyi və s. göbələklər xarici 

görünüşünə  görə  yeməli  göbələklərə  bənzəyir.  Buna  görə  də  zəhərsiz  olmasına  əmin 

olmadığınız göbələkləri toplamaq fikrindən daşının. Zəhərli göbələklərə hətta əl vurmaq belə 

təhlükəlidir. Əllərə hopmuş zəhərli maddələr ağızın, gözün selikli qişasına düşə bilər.

Əlbəttə  ki,  meşədə  hamar  və  düz  yolla  hərəkət  etmək  mümkün  deyil.  Yoxuşlu,  enişli 

cığırda  ağac  kötükləri,  budaqların  üzərindən  keçmək  lazım  gəlir.  Təsadüfən  qırılmış 

budaqlar,  ağac  qırıntıları  üzü,  əlləri  və  ya  digər  bədən  nahiyələrinə  dəyib  yaralaya  bilər. 

Buna görə də dəstədə irəlidə gedənlər arxadan gələn yoldaşlarını xəbərdar etməlidir. Sıx 

kolluqdan  keçərkən  budaqları  ehtiyatla  aralamaq  lazımdır  ki,  sıçrayıb  arxadan  gələnlərə 

zərər vurmasın. Bu da müəyyən çeviklik və cəldlik tələb edir. Əgər meşədə gəzərkən əyilmiş 

ağaclara rast gəlsəniz ayaq saxlamayın. Bu ağaclar təsadüfən sizin üzərinizə düşə bilər.

Meşə talasında və ya çay kənarında yay aylarında uzun müddət günəşin altında qalmaq 

məsləhət  deyildir.  Xüsusən,  günəşin  daha  çox  fəaliyyətdə  olduğu  günorta  saatlarında 

günvurma  və  dərinin  yanması  ehtimalı  artır.  Yaxşı  olar  ki,  qızmar  isti  havada  ağacların 

kölgəsində daldalanasınız.



11

Meşəyə nəyi aparmaq olar?

 Səfərin unudulmaz və maraqlı keçməsi üçün əvvəlcədən 

lazımi hazırlıq işləri görülməlidir. Meşəyə səyahətə hazırlaşarkən uzaqgörənliklə qabaqcadan 

qarşıya  çıxa  biləcək  maneələri  nəzərə  almaq  lazımdır.  Atalar  demişlər:  “Ehtiyat  igidin 

yaraşığıdır”. Meşəyə gəzintiyə gedərkən ən zəruri əşyaları götürmək lazımdır. Əlbəttə ki, ilk 

növbədə səfərə içməli su, ərzaq ehtiyatı, saat, cib bıçağı, kompas, fanar, mobil telefon, xəritə 

və tibbi ləvazimat götürməyi unutmayın. Yol boyu müxtəlif maneələrdən keçərkən zədələnən 

dəriyə və ya nahiyələrə sarğı qoyulması üçün ilk tibbi yardım vasitələri ehtiyatı olmalıdır. 

Tullantıları toplamaq üçün polietilen paketləri unutmayın. Tullantıların meşədən çıxarılması 

mütləq vacibdir. Meşə talasında və ya meşənin kənarındakı açıq yerdə idman yarışları və 

oyunların keçirilməsi üçün voleybol topları, tennis ləvazimatı götürmək olar. Meşənin həyatı 

və canlı sakinləri ilə daha yaxından tanış olmaq üçün fotoaparat və videokamera ən yaxşı 

köməkçiniz ola bilər. Səfər zamanı müxtəlif təsadüfi halların qarşısını almaq üçün kiçik aptek 

ləvazimatı, hidrogen-peroksid, plastır, yod və s. götürmək lazımdır.

Səfərə çıxarkən kifayət qədər ərzaq və su ehtiyatı tədarük etmək lazımdır. Açıq havada 

gəzinti və oyunlar iştahanın artmasına səbəb olur. İstirahət məqsədilə azuqə və su ehtiyyatı 

diqqətlə seçilməlidir. İstifadə müddəti bitmiş və keyfiyyətsiz qida məhsulları ağır zəhərlənmə 

hadisəsinə səbəb ola bilər.



Meşəyə  nəyi  aparmaq  olmaz?

  İlk  növbədə  səfərə  çıxanların  təhlükəsizliyi  nəzərə 

alınmalıdır. Balta, mişar, kibrit və digər kiçik alətlərin, yandırıcı məhlulların meşəyə aparılması 

qadağandır.

Səfərə  hazırlaşarkən  üst  geyimə  xüsusi  diqqət  yetirilməlidir.  Hər  şeydən  əvvəl  şəraitə 

uyğun olaraq geyim seçilir. Yaxşı olar ki, sizə tanış olmayan meşə ərazisində marşrutdan 

kənara çıxmayasınız. Sıx meşəlikdə azmaq ehtimalı olduğuna görə rəngarəng paltarlara 

üstünlük verilməlidir. Meşənin toranlığında yol yoldaşlarınızın sizi aydın görməsi üçün parlaq 

rəngli geyimlərdən istifadə edin. Yaz və yay mövsümündə yaşıl, payızda qəhvəyi-sarı, qışda 

isə ağ geyim məsləhət görülmür. Uşaqların üst geyimi parlaq sarı, qırmızı, narıncı, ağ rəngdə 

olub, uzaqdan diqqəti cəlb etməlidir. Tünd geyim meşənin toranlığında çətin seçilir. Buna 

görə də bəzən səyahətçilər meşədə azarkən onların tünd rəngli geyimi axtarışı çətinləşdirir.

Meşədə  gəzinti  zamanı  təhlükəsizliyi  necə  təmin  etməli?  Bunun  üçün  səfərə  hazırlıq 

zamanı müvafiq tələblərə riayət etmək lazımdır. Meşədə zəhərli və qansoran həşəratlardan 

qorunmaq  üçün  uzun  qollu  gödəkçələr  və  hamar  parçadan  tikilmiş  üst  geyimi,  örtülü 

ayaqqabılar, papaq və əlçək geyinmək lazımdır. Ağcaqanadlara və mozalanlara qarşı xüsusi 

çiləyici aerozollardan istifadə etmək məsləhətdir. 


12

Ayaqqabıların  möhkəm  və  su  keçirməyən  materialdan  hazırlanmasına  diqqət  yetirin. 

Çünki  gözlənilmədən  yağışa  düşə  bilərsiniz.  Həm  də  meşədə  bir  çox  bulaqlar  və  kiçik 

çaylar vardır. Yolda qarşıya çıxan çayların üzərindən keçərkən ayaqlarınızın və geyiminizin 

islanmamasına çalışın. Hətta qızmar yay günlərində belə ağacların kölgəsi altında sərinlik 

nə qədər xoşagələn olsa da, əlbəttə ki, islanmış paltarlarda soyuqlamaq ehtimalı heç də 

ürəkaçan hal deyildir. 

Ən  başlıcası  isə  səyahətə  başlamazdan  əvvəl  meşədə  davranış  qaydaları  uşaqlarla 

birlikdə  müzakirə  olunmalıdır.  Meşənin  sakit  həyatını  pozmamaq  üçün  səfərdən  əvvəl 

xüsusi davranış qaydaları tərtib edilərək iştirakçılara paylanılır. Bu qaydalarda meşənin bitki 

və  heyvanat  aləminə  qayğıkeş,  humanist  münasibət,  meşə  ekosisteminin  qorunmasına 

məsuliyyətli yanaşma nəzərdə tutulur. Məs: qarışqaların yuvasını dağıtmaq olmaz, kibritlə 

oynamaq təhlükəlidir, heyvanların yuvasına əl vurmaq olmaz, zəhərli göbələkləri tapdamaq, 

çiçəkli bitkiləri qoparmaq olmaz və s. 



13

Bəzi qaydalar uşaqlarda sual doğura bilər: zəhərli göbələkləri nəyə görə qırmaq olmaz? 

Əlbəttə belə göbələklər bizim üçün zəhərli olsa da, digər canlılar üçün əhəmiyyətlidir. Onları 

məhv etmək təbiətə ziyan vurmaq deməkdir. Bəzi müşahidələr nəticəsində məlum olmuşdur 

ki, meşə heyvanları xəstələndikdə zəhərli göbələklərlə az miqdarda qidalanaraq sağalırlar.

Meşə - bütün heyvanların, quşların, həşəratların və bitkilərin ümumi evidir. Biz meşəyə 

sadəcə müvəqqəti qonaq kimi gəlirik. Bəs bu halda qonaq özünü necə aparmalıdır? Əlbəttə ki, 

müəyyən davranış qaydalarına riayət etməklə meşə sakinlərinin dinc həyatını pozmamalıdır. 



Meşədə istirahət və gəzinti zamanı aşağıdakı qaydalara riayət etmək zəruridir:

1.  Meşədə kibritlə oynamaq və ocaq qalamaq olmaz. Ehtiyatsızlıq nəticəsində dəhşətli 

meşə yanğını baş verə bilər.

2.  Quşların  yuvasını  dağıtmaq  olmaz Yuva  qurmaq  və  bala  çıxarmaq  üçün  çalışan 

quşların aqibətini düşünün.

3.  Qarışqa  yuvalarını  dağıtmayın.  Kiçik  zəhmətkeş  qarışqların  meşə  sanitarları 

olduğunu  bilirsinizmi?  Onların  qurub  yaratdıqları  nəhəng  yuvalarda  gecə-gündüz 

qaynar  həyat  davam  edir.  Qarışqalar  meşəni  müxtəlif  zərərvericilərdən  qoruyur, 

məhv olmuş bitki və heyvan qalıqlarından azad edirlər. 

4.  Meşədəki  bitkiləri  və  heyvanları  incitmək  olmaz.  Xoşa  gələn  kiçik  heyvanları, 

cəlbedici xarici görünüşü ilə seçilən həşəratları ələ götürərkən onlara xəsarət yetirə 

bilərsiniz. Bu heyvanları evə aparmaq düzgün deyil. Meşə həyatına uyğunlaşmış 

canlılar başqa yerdə yaşaya bilməzlər.

5.  Meşədə  səs-küy  salmaq  olmaz.  Musiqi  sədaları,  ucadan  danışıq  səsləri  meşə 

sakinlərində təşviş yaradaraq onları yaşadıqları yerdən uzaqlaşdıra bilər.

6.  Meşəni  zibilləmək  olmaz.  Əgər  meşəyə  səfər  edən  hər  kəs  istirahətdən  sonra 

tullantıları meşədə qoyub gedərsə, bitkilərin və heyvanların yaşayış mühiti dözülməz 

dərəcədə çirklənər.

7.  Ağacları və kolları qırmaq, çiçəkli ot bitkilərini kökündən çıxarmaq olmaz. Bitkilərin 

aldıqları yaralara düşən müxtəlif xəstəliktörədən mikroorqanizmlər və virus xəstəlikləri 

ağac və kolları məhv edir. Nadir çiçəkli bitkilərin toplanması təbiətdə onların sayının 

tükənməsinə səbəb olur.

8.  Zəhərli  göbələkləri  qırmayın.  Bu  göbələklər  insan  üçün  zəhərli  hesab  olunsa  da, 

bəzi heyvanların xəstəliklərinin müalicəsində əhəmiyyətlidir.



14

Meşədə ildırımdan necə 

qorunmalı?

Y

az-yay  aylarında  dağ  meşələrində  göy  gurultusu  və  ildırım  çaxması  adi  təbiət 



hadisələrindən biridir. İsti hava axını dağların başına qalxaraq soyuyur və rütubətin 

buxarlanması  nəticəsində  ağır  qara  buludlar  əmələ  gəlir.  Şimşək  çaxarkən  meşənin 

içərisində  olan  insana  çox  nadir  hallarda  zərər  yetirə  bilər.  Daha  çox  meşə  talasında  və 

meşənin yaxınlığındakı açıq ərazilərdə ehtiyatlı olmaq lazımdır. Meşə talasında və ya dağ 

başında olarkən ildırımdan qorunmaq üçün müəyyən qaydaları bilmək vacibdir. 

Elektrik  cərəyanı  nadir  hallarda  insana  birbaşa  təsir  edir.  Əsasən  ildırım  insanın 

yaxınlığında olan ağaclara və hündür qayalara düşür. Buna görə də şimşəkdən qorunmaq 

üçün  təhlükəsizlik  tədbirlərinə  əməl  olunmalıdır.  İldırım  çaxan  zaman  hündürlükdən  və 

qurumuş  tək-tək  ağaclardan  uzaqlaşmaq  lazımdır.  Yağmurlu  havada  meşədən  kənara 

çıxmaq, tənha ağacların altında durmaq olduqca təhlükəlidir. Yadda saxlayın ki, çox zaman 

belə ağacları ildırım vurur və insan həyatı üçün təhlük ə yaranır. Suda olduqda dərhal sahilə 

çıxmaq lazımdır. Qayaların dibində, mağaranın girəcəyində gizlənmək olmaz. Daşlı-çınqıllı 

və qumlu torpaqda gəzmək gilli torpağa nisbətən daha təhlükəsizdir. 

Şimşək çaxan zaman atmosferin güclü elektriklənməsi nəticəsində müəyyən məsafədə 

olan canlı obyektlərə xəsarət toxuna bilər. Saniyədə 100000 km məsafəyə yayılan şimşəyin 

elektrik cərəyanı 100 və ya 1000 amperə çata bilər. Elektrik qığılcımının temperaturu 25000 

dərəcəyə yaxın olur. Şimşəyin işartısını ilk göy gurultusundan ayıran saniyələri hesablamaqla 

yağıntıya qədər olan məsafəni təyin etmək olar: 1 saniyədə keçibsə, məsafə 300-400 metr, 

2 saniyə keçdikdə 600-800 m, 3 saniyə keçdikdə məsafə 1 km və s. olur.

Şimşək  çaxarkən  növbəti  çaxmaya  qədər  olan  fasiləyə  əsasən  aradakı  məsafəni  də 

hesablamaq mümkündür. İldırıma qədər olan məsafə səsin sürətilə (34 km/san) müəyyən 

edilir. Şimşəyin çaxması görünən andan eşidilən ana qədər 10 san keçibsə, 340 m/san×10 

san=3400 m məsafə alınır. Əgər ildırımın səsi getdikcə daha gec eşidilirsə, deməli, buludlar 

uzaqlaşır. İldırım çaxması və göy gurultusu eyni vaxtda baş veririsə, bu həyat üçün olduqca 

təhlukəlidir. Belə olduqda elektrik xətlərindən uzaqlaşmaq lazımdır. 


15

Yağmurlu havada ildırım çaxarkən meşənin dərinliyinə daxil olub, ağacların altında və ya 

qayaların arxasındakı çökəklikdə gizlənmək lazımdır. Hər hansı bir hündürlüyə, məsələn, 

yamaca  qalxmaq  təhlükəlidir.  Yağış  yağarkən  tək  qalmış  ağacların  altında  daldalanmaq 

olmaz.  Xüsusən  açıq  sahədəki  tək-tək  bitən  ağaclardan  uzaq  olmaq  lazımdır.  İldırım 

çaxarkən meşədə çox da hündür olmayan sıx çətirli ağacların arasında sığınacaq tapmaq 

olar.  Nisbətən  alçaqboylu  sıx  meşə  ağaclarının  altı  nisbətən  təhlükəsizdir.  Hündür  palıd, 

şam və qovaq ağaclarının altında durmaq isə çox təhlükəlidir. İstirahət etmək üçün qayalara 



16

söykənmək,  meşə  talasında  və  ya  çəmənlikdə  dayanmaq,  su  hövzələrinin  yaxınlığında 

və ya tonqal yaxınlığında durmaq, qaçmaq, sıx qrup halında hərəkət etmək, yaş geyimdə 

gəzmək,  hündürlüyə  çıxmaq,  qayaların  çatlamış  hissəsinə  yaxınlaşmaq  olmaz.  Şimşək 

çaxarkən  əksər  hallarda  palıd,  qovaq,  göyrüş  ağaclarını,  nisbətən  nadir  hallarda  şam 

ağaclarını, ağcaqayın ağacını vurur. Hündür yerdən aşağıya enmək və torpağın üzərində 

aşağı əyilib əllərinizlə ayaqları qucaqlamaq lazlmdır. Metal əşyaları kənara atmaq, motosikl, 

velosiped və avtomobillərdən 20-30 m aralıda durmaq lazımdır. Əgər ildırım çaxarkən insan 

maşındadırsa, maşını tərk etməyib, pəncərələri bağlamalı və antenanı aşağı endirməlidir. 

Əgər başqa çıxış yolu yoxdursa, yağışdan əvvəl çadır qurub tavanını polietilenlə örtmək 

lazımdır. Bütün metal əşyalar, o cümlədən bel, bıçaq, mişar, qab-qacaq və s. insanlardan 

15-20 metr aralıda qoyulmalıdır. İldırım çaxan zaman metal əşyalar müəyyən təhlükə yarada 

bilər. Yaş paltarlar dəyişilməlidir, çünki islanmış paltar və insan bədəni elektrik cərəyanını 

özünə çəkə bilər. İldırımdan qorunmaq üçün çadırda xüsusi qayda üzrə oturmaq lazımdır. 

Bunun üçün çanta, ip, polietilen paket, ağac kötüklərindən və ya quru geyimdən oturacaq 

düzəldilir. Belə olduqda insan özünü torpaqdan təcrid edir və təhlükəsiz vəziyyətdə olur. Bu 

qayda üzrə oturaq vəziyyətdə bədəni irəli verərək başı dizə tərəf aşağı əymək lazımdır.

 İldırım çaxarkən tonqal qalamaq olmaz. Bu zaman tonqalın yaxınlığında durmaq çox 

təhlükəlidir, çünki tonqalın istiliyi nəticəsində qızmış hava axını elektrik keçiriciliyinə malikdir 

və ildırım ocağa düşə bilər. Əgər meşədə yol gedən səyahətçilər qrupunu qəfildən ildırım 

haqlayıbsa və onlar çadır qurmağa imkan tapmayıblarsa, qrupun üzvləri bir-birlərindən aralı 

məsafədə tələsmədən yollarına davam etməlidirlər. 

İldırım vuran insanın ani olaraq baş beyini, ağ ciyərləri və digər daxili orqanları zədələnir və 

ölümlə nəticələnir. Hadisə baş verdikdə dərhal xəsarət almış insanın yaxasını açmaq, arxası 

üstə uzandırmaq və geyimləri büküb sinəsinin altına qoymaqla tənəffüsü yaxşılaşdırmağa 

çalışmaq lazımdır. Zərər çəkmiş insanın ağzı tənziflə təmizlənməlidir. İlk öncə ürəyi massaj 

etməklə tənəffüs bərpa olunmalıdır. İlk tibbi yardım üsulu kimi ürəyi massaj etmək və süni 

tənəffüs vermək lazımdır. Xəstə uzadılaraq ayaqları 15-30 sm hündürlüyə qaldırılır. Xəsarət 

alanın bədəni isti geyim və ya örtüklə soyuqdan qorunur. Əgər ildırım çaxmaqda davam 

edirsə,  xəstəni  təhlükəsiz  yerə  çatdırmaq  gərəkdir.  Xəsarət  alan  şəxs  təcili  olaraq  tibb 

müəssisəsinə çatdırılmalıdır. Tibb məntəqəsində xəsarət almış insana oksigen balıncı verilir. 

Ürək ritmi bərpa olunana qədər müayinə edilir və daxili orqanların vəziyyəti yoxlanılır. 

Beləliklə, yağışlı havada meşədə olarkən bütün təhlükəsizlik tədbirlərinə riayət etməklə 

həyatınızı ciddi təhlükədən qoruya bilərsiniz.



17

: site -> assets -> files
files -> European neighborhood and partnership instrument fast countries forest law enforcement and covernance II program
files -> Avropa İttifaqının Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə
files -> Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası
files -> Dəftər vərəqi haqqında nağıl, 2016, wwf-azərbaycan, Bakı
files -> MEŞƏLƏRİn yanğin təHLÜKƏSİZLİYİ (KÖNÜLLÜ yanğin mühafiZƏ DƏSTƏLƏRİ ÜÇÜn vəSAİT)
files -> Üzvlərinin adı, soyadı, telefon nömrəsi, elektron poçt ünvanı, onların tə
files -> Üzvlərinin adı, soyadı, telefon nömrəsi, elektron poçt ünvanı, onların tə


  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə