Avropa regionu ölkələrinin siyasi-iqtisadi coğrafi səciyyəsi Avropada miqrasiya problemi



Yüklə 25,68 Kb.
səhifə1/5
tarix06.11.2022
ölçüsü25,68 Kb.
#67585
  1   2   3   4   5
Avropada miqrasiya problemi


Avropa regionu ölkələrinin siyasi-iqtisadi coğrafi səciyyəsi
Avropada miqrasiya problemi
Avropa dünyanın siyasi və iqtisadi xəritəsinin strategiyasında potensial mövqeyə malik olub, Avroasiya materikinin qərbində yerləşir. Sahəsi 10,5 milyon km²-ə bərabərdir. BMTnin məlumatına əsasən, avropalılar intellektual səviyyə cəhətdən (97%) həmişə fərqrlənmişlər. Məhz qədim yunan və Roma sivilizasiyası bəşəriyyətin təkamülündə yeni eranın yaranmasına səbəb olmuşdur. Böyük Coğrafi Kəşflər erası da avropalılara məxsusdur. Siyasi, iqtisadi və inzibati cəhətdən müxtəlifliyi ilə Avropa ölkələri seçilir.
Avropa qitəsi ekvator xəttindən xeyli şimalda yerləşir. Başlanğıc meridianı qərbdən, London meqapolisinə daxil olan Qrinviç şəhərindən keçdiyi üçün o Qrinviç meridianı adlanır. Tarixi əlverişliliyi ilə seçilən Avropa hələ qədim dövrlərdən cənubda Aralıq dənizi vasitəsilə Cənub-Qərbi Asiya və Şimali Afrika ilə əlaqə saxlamışdır. Atlantik okeanı və Şimal Buzlu okeanı suları ilə əhatə olunan bu qitənin sahillərində çoxlu buxta və körfəzlər vardır ki, bu da qabarma və çəkilmələrin təsiri ilə dənizçiliyin inkişafına və həddən çox dəniz limanlarının yaranmasına səbəb olmuşdur. Temza çayı sahilində, dənizdən kənarda yerləşən London bu səbəbdən mühüm liman şəhərinə çevrilmişdir. Dəniz dövlətləri hesab olunan Avropa dövlətlərinin əksəriyyətinin dənizə çıxışı vardır. Novaya Zemlya, Frans İosif Torpağı və s. adaları şimal hissədən Avropaya aiddir.
Avropanın ən böyük yarımadası olan Skandinaviya yarımadası Baltik və Norveç dənizləri arasında yerləşir. Şərqi Avropa və qərbə doğru Orta Avropa düzənlikləri Avropanın şərq hissəsini təşkil edir. Vogez, Şvattsvald, Mərkəzi Massiv və s. dağları mərkəzdə yerləşərək cənub ərazini Alp, Karpat, Balkan, Apennin və s. dağları və düzənlikləri tutur. Avropanın relyefinin dəyişilməsində böyük rol oynayan tektonik hərəkətlər isə müasir dövrdə də davam edir. Çox sayda sönmüş və fəaliyyətdə olan vulkanlar burada yerləşir (Vezuvi, Etna, Hekla və s.). Atlantik okeanı hövzəsinə daxil olan Avropa çaylarının çoxu qısa olub, gəmiçilik üçün az yararlıdır. Şimal Buzlu okeanı hövzəsinə və axarsız Xəzər dənizi hövzəsinə aid edilən çaylar vardır (Peçora, Şimali Dvina və s.). Çayların çoxu böyük hidroenerji ehtiyatlarına malikdir. Qeyri-bərabər yerləşən Avropa gölləri çox olsa da irili-xırdalıdır. Bunlardan Venern, Vettern, Sayma, İnari, Oneqa və digərlərini göstərmək olar (ən böyük göl Ladoqadır). Yanacaq, filiz və qeyri-filiz mənşəli faydalı qazıntılarla Avropa qitəsi zəngindir.

Yüklə 25,68 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin