Avropa Şurası və Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqram Əməkdaşlığı Çərçivəsi 2015 – 2017 Lahiyə: “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına



Yüklə 280.76 Kb.
səhifə1/4
tarix10.07.2017
ölçüsü280.76 Kb.
  1   2   3   4
related image

Avropa Şurası və Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqram Əməkdaşlığı Çərçivəsi 2015 – 2017
Lahiyə: “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək”
Sumqayıt Apelyasiya Məhkəməsində vəkillər, məhkəmə istifadəçiləri və məhkəmə işçiləri arasında keçirilmiş məmnuniyyət sorğularının təhlilinə dair yekun hesabat.

Sumqayıt 2017

MÜNDƏRİCAT


  1. Layihə barədə məlumat və minnətdarlıq----------------------------------------------------səh. 3

  2. Sumqayıt Apelyasiya Məhkəməsi barədə məlumat---------------------------------------səh. 5

  3. Məmnuniyyət sorğuları barədə məlumat (məqsəd, maliyyə, işçi qrupu, istifadə edilən metodlar)-------------------------------------------------------------------------------------------səh. 6

  4. Nəticələrin təhlili---------------------------------------------------------------------------------səh. 9

    1. Məhkəmə istifadəçiləri arasında keçirilmiş məmnuniyyət sorğularının nəticələrinin təhlili------------------------------------------------------------------------səh. 9

    2. Vəkillər arasında keçirilmiş sorğularının nəticələrinin təhlili------------------səh. 19

    3. Məhkəmə işçiləri arasında keçirilmiş məmnuniyyət sorğularının nəticələrinin təhlili----------------------------------------------------------------------------------------səh. 26

  5. Nəticələrə əsasən fəaliyyət planı-------------------------------------------------------------səh. 37

  6. Əlavələr (sorğu anket formaları)------------------------------------------------------------səh. 37

    1. Məhkəmə istifadəçilərinin məmnuniyyət sorğuları-------------------------------səh. 39

    2. Vəkillərin məmnuniyyət sorğuları----------------------------------------------------səh. 44

    3. Məhkəmə işçilərinin məmnuniyyət sorğuları -------------------------------------səh. 47

1. Layihə barədə məlumat və minnətdarlıq.

Avropa İnsan Hüquqları Məhkəməsi uzun illər ərzində müəyyən etmişdir ki, üzv dövlətlərin əksəriyyətinin məhkəmələrində məhkəmə qərarları vaxtında çıxarılmır. Bunun səbəbi yalnız qanunların və ya hakimlərin tədrisinin səviyyəsi ilə deyil, ümumən məhkəmə sisteminin necə təşkil olunması ilə bağlıdır. Məhz buna görə müvafiq məhkəmə sistemlərinin necə təşkil olunması, necə fəaliyyət göstərməsi və çatışmazlıqlar olduğu təqdirdə məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi üzrə komissiyanın təşkil olunması nəzərdə tutulmuşdur. Beləliklə, 2002-ci ildə 47 üzv dövlətin məhkəmə sisteminin təşkilində olan boşluqların aradan qaldırılması və səmərəliliyinin artırılması üçün CEPEJ (Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası) təşkil olunmuşdur. Qısaca desək, Avropa Şurası daxilində bu qurumun yaradılmasına səbəb Avropa Məhkəməsinə təqdim edilən ərizələrin sayının həddindən artıq yüksək olması və onun iş yükünün azaldılması zərurəti olmuşdur.

İnsan hüquqularının qorunmasını özünün ali məqsədi kimi elan etmiş Azərbaycan dövləti nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və məhkəmə sisteminin müasirləşdirilməsinə yönəlmiş köklü məhkəmə-hüquq islahatlarını uğurla davam etdirir. Bu baxımdan Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünüidarəetməyə dəstək” layihəsi mühüm əhəmiyyət kəsb edir.

Layihənin əsas istiqamətləri məhkəmə prosesində vaxtın idarə olunması və məhkəmə xidmətlərinin keyfiyyətinin artırılması, o cümlədən hakimlərin təlimi proqramının və metodologiyasının təkmilləşdirilməsidir.

ununla əlaqədar təcrübələrin və məhkəmə xidmətlərinin keyfiyyətinin və səmərəliliyinin artırılması üçün tətbiq olunan metodların qiymətləndirilməsi, hədəflərin və Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) rəhbər sənədlərinin və alətlərinin icrası üçün layihə çərçivəsində icra edilməli olan konkret fəaliyyətlərin müəyyənləşdirilməsi məqsədi ilə Azərbayan Respublikası Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurası tərəfindən 5 pilot məhkəmə (Sumqayıt Apelyasiya Məhkəməsi, Şəki Apelyasiya Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Yasamal Rayon Məhkəməsi və Oğuz Rayon Məhkəməsi) müəyyən edilmiş və müxtəlif vaxtlarda pilot məhkəmələrlə tanışlıq səfərləri təşkil olunmuş, Avropa ölkələrində və Bakıda faydalı tədbirlər keçirilmişdir.

Layihə çərçivəsində 2016-cı il ərzində pilot məhkəmələrdə məmnuniyyət sorğularının təşkilinə hazırlıq işləri görülmüş, hakim və məhkəmə aparatı işçiləri üçün məhkəmələrin idarə edilməsi mövzusunda təlimlər keçirilmiş, məhkəmə statistikası və məhkəmələrdə vaxtın idarə olunması üzrə CEPEJ təlimatlarının tətbiqi üzrə qabaqcıl xarici təcrübə öyrənilmişdir.

Məmnuniyyət sorğularının keçirilməsi ilə bağlı Strasbuqda və Bakıda seminar və praktiki məşğələlər təşkil olunmuş, Avropa Şurasının ekspertləri tərəfindən məmnuniyyət sorğularının keçirilməsinə dair məlumat kitabçası təqdim olunmuş, sorğuların keçirilməsi metodologiyası, sorğu anketlərinin məzmunu, sualların xarakteri, onların qruplaşdırılması, sorğular keçirilməmişdən əvvəl bu barədə respondentlərin məlumatlandırılması, sorğuların keçirilməsi usulları və formaları, məlumatın toplanması və emalı, yekun hesabatın formalaşdırılması, məmnuniyyət sorğuları barədə ictimaiyyətin məlumatlandırılması barədə məlumat verilmiş, ayrı-ayrı ölkələrdə belə sorğuların keçirilməsi təcrübəsi öyrənilmişdir.

Hərtərəfli nəzəri və praktiki hazırlıq əsasında 2016-cı ilin avqust-dekabr aylarında Sumqayıt Apelyasiya Məhkəməsində məmnuniyyət sorğuları keçirilmiş və Avropa Şurası ekspertlərinin ilkin rəyinə görə bu iş yüksək səviyyədə yerinə yetirilmişdir.

Birgə əməkdaşlığımızın real nəticəsi olan məmnuniyyət sorğularının uğurla keçirilməsinə öz töhfəsini vermiş bütün qurumlara və şəxslərə, o cümlədən Avropa Şurasının məsul əməkdaşlarına, ekspertlərə və mütəxəssislərə dərin minnətdarlığımızı bildirir, qarşılıqlı əməkdaşlıq çərçivəsində bundan sonra da görüləcək bütün işlərdə hamımıza müvəffəqiyyətlər arzulayırıq.
2. Sumqayıt Apelyasiya Məhkəməsi barədə məlumat.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi və yaxından iştirakı ilə aparılmış məhkəmə hüquq islahatlarının ilkin nəticələrindən biri olaraq respublikamızda üçpilləli məhkəmə sistemi-birinci instansiya, apelyasiya instansiyası və kassasiya instansiyası məhkəmələri yaradılmış və bu sistem Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 19 yanvar 2006-cı il tarixli Fərmanla yeni mərhələyə qədəm qoymuşdur.

16 iyul 2007-ci il tarixindən fəaliyyətə başlamış Sumqayıt Apelyasiya Məhkəməsi mülki, inzibati və iqtisadi mubahisələrə dair, cinayət və inzibati xətalara dair işlər üzrə yuxarı instansiya məhkəməsidir.

Sumqayıt Apelyasiya Məhkəməsi Rəyasət Heyətindən, Mülki Kollegiyadan, İnzibati-İqtisadi Kollegiyadan, Cinayət Kollegiyasından və Hərbi Kollegiyadan ibarətdir. Sumqayıt Apelyasiya Məhkəməsinin kollegiyaları apelyasiya instansiyası məhkəməsi kimi öz ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə qərarlardan verilmiş apellyasiya şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxır.

Məhkəmənin ərazi yurisdiksiyasına aşağıdakı birinci instansiya məhkəmələri daxildir: Abşeron Rayon Məhkəməsi, Quba Rayon Məhkəməsi, Qubadlı Rayon Məhkəməsi, Qusar Rayon Məhkəməsi, Qobustan Rayon Məhkəməsi, Şabran Rayon Məhkəməsi. Xaçmaz Rayon Məhkəməsi, Xızı Rayon Məhkəməsi, Siyəzən Rayon Məhkəməsi. Sumqayıt Şəhər Məhkəməsi, Sumqayıt İnzibati-iqtisadi Məhkəməsi, Şamaxı Rayon Məhkəməsi, Şuşa Rayon Məhkəməsi, Zəngilan Rayon Məhkəməsi, Bakı Ağır Cinayətlər Məhkəməsi (Sumqayıt Apelyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazi vahidlərində törədilmiş cinayətlər və başqa materiallarla bağlı işlər üçün) və Bakı Hərbi Məhkəməsi (Sumqayıt Apelyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazi vahidlərində törədilmiş cinayətlər və başqa materiallarla bağlı işlər üçün).

Sumqayıt Apelyasiya Məhkəməsi hazırda Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşir. Sumqayıt şəhərində yeni Məhkəmə Kompleksi Azərbaycan Hökuməti və Dünya Bankı tərəfindən birgə həyata keçirilən "Ədliyyə Sisteminin Müasirləşdirilməsi Layihəsi" çərçivəsində tikilir. Məhkəmə kompleksində hazırda Sumqayıtda fəaliyyət göstərən bütün məhkəmələr, dəqiq desək, Sumqayıt Şəhər Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi və Sumqayıt Apelyasiya Məhkəməsi yerləşəcək. Yeni məkanda məhkəmələr yeni məhkəmə idarəetməsi sistemini tətbiq edəcəklər.

3. Məmnuniyyət sorğuları barədə məlumat

(məqsəd, maliyyə, işçi qrupu, istifadə edilən metodlar).

Avropa Şurasının və Avropa Birliyinin 2015-2017-ci illər üzrə Şərq Tərəfdaşlığı Proqram Əməkdaşlığı Çərçivəsinin “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək” layihəsi çərçivəsində Sumqayıt Apelyasiya Məhkəməsinin fəaliyyətinin vəkillər və məhkəmə istifadəçiləri tərəfindən qiymətləndirilməsi ilə əlaqədar olaraq 2016-cı ilin avqust ayının 15-dən dekabr ayının 23-dək məmnuniyyət sorğusu keçirilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin aparat işçiləri arasında isə məmnuniyyət sorğusu 22 sentyabr 2016-cı il tarixdə keçirilmişdir.

Sorğuların hazırlanması, keçirilməsi və təhlil olunması zamanı CEPEJ-in 09-10 sentyabr 2010-cu ildə keçirilmiş 15-ci plenar iclasında qəbul edilmiş Avropa Şurasına üzv dövlətlərdə məhkəmə istifadəçiləri arasında məmnuniyyət sorğularının keçirilməsi üçün Məlumat Kitabçası” və CEPEJ ekspertləri ilə son iclasda təqdim olumuş “Məmnuniyyət sorğularının keçirilməsinə dair bələdçi vəsait”dən istifadə edilmişdir.

Sorğunun keçirilməsində məqsəd istifadəçi və vəkil məmnuniyyətinin ölçülməsi və məhkəmə fəaliyyətinin qiymətləndirilməsi olmuşdur.

Qeyd edilməlidir ki, sorğu maliyyə dəstəyi təqdim edilmədən keçirilmişdir. Məmnuniyyət sorğusu daxili resurslar hesabına keçirilmiş və heç bir kənar peşəkar quruma müraciət olunmamışdır. Ədalət mühakiməsi sisteminin keyfiyyəti üzrə Komitənin (CEPEJ-GT-QUAL) hazırladığı "Məhkəmə işinin təkmilləşdirilməsi üçün məhkəmələrə müraciət edən şəxslər arasında məmnunluq sorğularının aparılması üzrə Yoxlama Siyahısı"nda verilən tövsiyələrə əsasən sorğunun keçirilməsi ilə əlaqədar qeyri-rəsmi olaraq 3 nəfərdən ibarət işçi qrupu yaradılmışdır. İşçi qrupa aparatın rəhbəri, hakim köməkçisi və böyük mütəxəssis daxil olmuşdur. İlk olaraq işçi qrupun üzvlərinin məhkəmə işçilərinin iştirakı ilə iclası keçirilmiş və iclasda keçiriləcək sorğular, onun metodologiyası, qaydası barədə məlumat verilmişdir. İclasda, həmçinin məhkəmə iclas katibləri prosesə gələn vətəndaşlara və vəkillərə məmnuniyyət sorğusu barədə məlumat verməyə, onları bu sorğuda iştiraka həvəsləndirməyə dəvət edilmişdir.

İclasdan sonra hazırlıq mərhələsi üçün edilən tövsiyəyə uyğun olaraq sorğunun aparılması üçün birbaşa məsul olan şəxslər (işçi qrupunun üzvləri) üçün təlim təşkil edilmişdir. Xüsusən onlara yoxlama siyahısının istifadəsi, respondentlərə necə müraciət edilməsi, məlumatın toplanması işində səhvlərin necə buraxılmaması və s. izah olunmuşdur.

Qeyd edilməlidir ki, bələdçi vəsaitdə tövsiyə olunduğu kimi işçi qrupa xarici mütəxəssislərdən (satatistika mütəxəssisi və s.) hər hansı kimisə daxil etmək mümkün olmamışdır. Bu maliyyə vəsaitinin olmaması ilə əlaqədardır.

Daha sonra məhkəmənin elanlar lövhəsində məmnuniyyət sorğusunun keçirilməsi barədə elan asılmış, hakimlər və məhkəmə aparatı işçiləri bununla bağlı məlumatlandırılmışlar.

Vəkillər və məhkəmə istifadəçiləri üçün məhkəmə iclas zallarının yanında divara sorğu keçirilməsi barədə elan vurulmuş, elanda məhkəmənin fəaliyyətinin qiymətləndirilməsinin həyata keçirildiyi, sorğunun tam anonim olduğu bildirilmiş, ona görə də bir neçə dəqiqə vaxt ayıraraq sorğu anketini cavablandırmaq xahiş olunmuşdur. Bundan sonra, məmnuniyyət sorğuları rəngli printerdə çıxarılaraq çoxaldılmış və məhkəmənin girişində və qəbul şöbəsində yerləşdirilmişdir.

Məhkəmə istifadəçiləri və vəkillər arasında keçirilmiş məmnuniyyət sorğularının keçirilmə metodu kimi kəmiyyət sorğularından istifadə edilməsi seçilmişdir. Bildiyiniz kimi, kəmiyyət sorğularının keçirilməsinin müxtəlif növləri var: respondentlər tərəfindən doldurularaq poçt və ya internet vasitəsilə göndərilən sorğular; telefon sorğuları; məhkəmədə respondentlərin özlərinin doldurduğu sorğular; məhkəmədə götürülən müsahibələr. İlk olaraq, respondentlərə sorğunu özlərinin doldurması təklif olunurdu. Sorğunun keçirilməsindən təxminən 2 ay sonra iştirak səviyyəsinin çox aşağı olduğu müşahidə edildi. Bundan sonra kəmiyyət sorğusunun digər növünə - məhkəmədə götürülən müsahibə metoduna müraciət edildi. Belə ki, işçi qrupun üzvlərindən və digər işçilərdən gün ərzində iclas zallarına düşüb vətəndaşlar arasında sorğu keçirilməsi təklif edildi. Bu zaman Bələdçi vəsaitdəki tövsiyələrə əsasən istifadəçilərə yaxınlaşarkən onlar tərəfindən veriləcək məlumatın anonim saxlanılması barədə də bildirilirdi. Bundan sonra sorğuda iştirak səviyyəsi daha da artdı. Lakin burada da vətəndaşların bəziləri öz sözünü deməyə çəkinirdi. Çünki sorğu məhkəmə işçisinin iştirakı ilə keçirildiyinə görə, onlar sorğunun anonim olmasına şübhə ilə yanaşır və tam olaraq fikirlərini bildirmirdilər. Ona görə də kəmiyyət sorğularının hər iki növündən, həm məhkəmədə respondentlərin özlərinin doldurduğu sorğular (self-administered questionnaires within the courts), həm də məhkəmədə götürülən müsahibə (in-court interviews) növündən istifadə edildi.

Məhkəmə işçiləri arasında məmnuniyyət sorğusunun keçirilmə metodologiyasına uyğun olaraq 22 sentyabr 2016-cı il tarixdə məhkəmədə olan bütün məhkəmə işçiləri bir zala toplaşmış, keçiriləcək məmnuniyyət sorğusu barədə Avropa Şurasının eksperti Cabir Əliyev qısa məlumat vermişdir. O, sorğunun anonim olduğunu və bunun məhkəmənin fəaliyyətinin qiymətləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirmişdir. Daha sonra, milli ekspert tərəfindən nömrələnmiş sorğu anketləri aparat işçilərinə paylanılaraq məmnuniyyət sorğusu keçirilmiş və sonda hamıdan eyni vaxtda anketlər yığılaraq nəticələrin təhlil olunması üçün aparata təqdim edilmişdir.

Məmnuniyyət sorğusunun gedişatı barədə məhkəmənin websaytı vasitəsilə mütəmadi olaraq vətəndaşlar və vəkillərə məlumat verilmişdir.

Məhkəmə istifadəçiləri və vəkillər arasında keçirilmiş məmnuniyyət sorğuları yekunlaşdıqdan sonra sorğular qutulardan toplanmış (məlumatın toplanması), vəkillər və məhkəmə istifadəçilərinin məmnuniyyət sorğu vərəqələri çeşidlənmişdir. Daha sonra, məlumatların təmizlənməsi həyata keçirilmişdir (bu barədə daha ətraflı hər bir sorğunun təhlili bölməsində tanış olmaq olar).

Məlumatlar təmizləndikdən sonra təhlil edilmək üçün (məlumatın təhlili) Google docs sənədlərindən istifadə edilmişdir.

Jan-Pol Jan və Helena Jorrinin məruzələri əsasında hazırlanmış “Avropa Şurasına üzv ölkələrdə məhkəmə istifadəçiləri arasında məmnuniyyət sorğularının keçirilməsi üçün məlumat kitabçası”nda tövsiyə olunmuşdur ki, cavabların anonimliyini qorumaq və nəticələri obyektiv təhlil etməklə, rəhbər komitə dövlət və ya özəl olmasından asılı olmayaraq xarici orqanın xidmətlərindən istifadə etsə, daha yaxşı olar (It would therefore be desirable for the steering committee to make use of an outside body, either public or private, thereby offering increased safeguards of the anonymity of replies and objective analysis of the results). Lakin əvvəldə də qeyd edildiyi ki, sorğunun keçirilməsi ilə əlaqədar maliyyə vəsaiti ayrılmadığına görə nəticələrin təhlili də daxili resurslar hesabına aparılmış və məhkəmənin aparatı tərəfindən təhlil olunmuşdur.

Hər bir sorğu anketinin nəticələrinin daxil edilməsi təxminən 5 dəqiqə vaxt aparmışdır. Daha sonra bütün nəticələr EXCEL cədvəllərə köçürülmüş və sualların hamısı ayrılıqda və bir-biri ilə müqayisəli şəkildə təhlil edilmişdir.

Məlumatlar təmizləndikdən sonra təhlil edilmək üçün (məlumatın təhlili) (Google docs) sənədlərindən istifadə edilmişdir.

Jan-Pol Jan və Helena Jorrinin məruzələri əsasında hazırlanmış “Avropa Şurasına üzv ölkələrdə məhkəmə istifadəçiləri arasında məmnuniyyət sorğularının keçirilməsi üçün məlumat kitabçası”nda tövsiyə olunmuşdur ki, cavabların anonimliyini qorumaq və nəticələri obyektiv təhlil etməklə, rəhbər komitə dövlət və ya özəl olmasından asılı olmayaraq xarici orqanın xidmətlərindən istifadə etsə, daha yaxşı olar (It would therefore be desirable for the steering committee to make use of an outside body, either public or private, thereby offering increased safeguards of the anonymity of replies and objective analysis of the results). Lakin əvvəldə də qeyd edildiyi ki, sorğunun keçirilməsi ilə əlaqədar maliyyə vəsaiti ayrılmadığına görə nəticələrin təhlili də daxili resurslar hesabına aparılmış və tərəfimdən təhlil olunmuşdur.

Hər bir sorğu anketinin nəticələrinin daxil edilməsi təxminən 5 dəqiqə vaxt aparmışdır. Daha sonra bütün nəticələr EXCEL cədvəllərə köçürülmüş və sualların hamısı ayrılıqda və bir-biri ilə müqayisəli şəkildə təhlil edilmişdir (bax: Excel cədvəl məhkəmə istifadəçilərinin məmnuniyyət sorğusu və vəkillərin məmnuniyyət sorğusu).

4. Nəticələrin təhlili.

4.1. Məhkəmə istifadəçiləri arasında keçirilmiş məmnuniyyət sorğularının nəticələrinin təhlili

Əvvəlki bölmədə qeyd edildiyi kimi məhkəmə istifadəçiləri arasında keçirilmiş məmnuniyyət sorğusu 2016-cı ilin avqust ayının 15-dən həmin ilin dekabr ayının 23-dək davam etmişdir.

Sorğuda 215 məhkəmə istifadəçisi iştirak etmişdir. Bununla əlaqədar olaraq məhkəmənin saytında da məlumat yerləşdirilmişdir. Əvvəlki bölmədə qeyd edildiyi kimi məhkəmə istifadəçiləri və vəkillər arasında keçirilmiş məmnuniyyət sorğuları yekunlaşdıqdan sonra sorğular qutulardan toplanmış (məlumatın toplanması), vəkillər və məhkəmə istifadəçilərinin məmnuniyyət sorğu vərəqələri çeşidlənmişdir. Daha sonra, məlumatların təmizlənməsi həyata keçirilmişdir. Məhkəmə istifadəçiləri üzrə sorğu vərəqələrinin təmizlənməsi zamanı 10 ədəd (0051, 0052, 0060, 0062, 0072, 0073, 0074, 0075, 0076, 0126) sorğu vərəqinin mövcud olmadığı, 10 ədəd (0001, 0018, 0021, 0082, 0083, 0084, 0085, 0086, 0089, 0097) sorğu vərəqinin doldurulmayaraq qutuya atıldığı müəyyən edilmişdir. 12 ədəd (0037, 0038, 0098, 0099, 0133, 0161, 0162, 0163, 0164, 0180, 0110, 0123) sorğu vərəqində isə respondentlər bütün suallara eyni cavab yazdıqlarına görə etibarsız hesab edilmişdir. 1 sorğu vərəqinə isə istifadəçi işin mahiyyəti barədə bütün iddia ərizəsini köçürdüyünə görə, o da etibarsız hesab edilmişdir. Beləliklə, məlumatlar təmizləndikdən sonra 192 sorğu vərəqi üzrə təhlil aparılması qərara alınmışdır.

Məlumatların təhlili zamanı Google docs sənədlərindən istifadə edilmişdir. Sorğular təhlil edilərkən aşağıdakılar müəyyən olunmuşdur:



c:\users\owner\appdata\local\microsoft\windows\temporary internet files\content.word\новый рисунок.bmp

Sual 1-in təhlilinə dair diaqramdan göründüyü kimi sorğuda iştirak edən respondentlərin 55.5%-i 31-50 yaş arası, 23.4%-i 18-30 yaş arası, 18.8%-i 51-65 yaş arasında olmuşdur. Cəmi 5 nəfər (2.6%) isə 65 yaşdan yuxarı olmuşdur.


Sual 3-ün təhlilinə dair diaqramdan görünür ki, respondentlərin 139 nəfəri (72%) məhkəməyə tərəflərən biri kimi gəlmişdir. 22 nəfər (12%) şahid kimi gəlmiş, 25 nəfər (13%) isə digər şəxslərdir. 6 nəfər (3%) isə verilən suala cavab verməmişdir.

Qeyd olunan suala digər cavabını verən respondentlərin sayının çox olduğunu nəzərə alaraq(25 nəfər) həmin şəxslərin kimlərdən ibarət olması da təhlil edilmişdir:







Sual 4-ün təhlilinə dair diaqramdan görünür ki, respondentlərin əksəriyyəti (160 nəfər) Sumqayıt Apelyasiya Məhkəməsinə prosesdə iştirak etmək üçün gəlmişdir. Digər məqsədlə (cavabsız, məlumat almaq, sənəd təqdim etmək) gələnlərin sayı isə diaqramda göstərilmişdir.



Sual 5-in təhlilinə dair diaqrama nəzər yetirdikdə müəyyən olunur ki, respondentlərin 121 nəfəri (63%) müki işlərdə iştirak etmək üçün gələnlərdir. Ən az respondent isə inzibati xətalara dair işlər (8 nəfər, 4%) üzrə gələnlərdir.


Sual 6-nın təhlilinə dair diaqramdan göründüyü kimi məhkəmə qərarları məhkəməyə tərəflərdən biri kimi gələn respondentlərin 75 nəfərinin xeyrinə, 37 nəfərinin ziyanına çıxmışdır. 68 nəfər bu suala cavab verməmiş, 12 nəfər isə digər kimi cavablandırmışlar. Digər cavabı verənlərin bəziləri yekun məhkəmə qərarının hələ qəbul edilmədiyini bildirmişlər. Çox güman ki, cavab verməyənlər də məhkəmə qərarı qəbul edilməyən şəxslərdir.




7-ci suala verilən cavablardan görünür ki, sorğuda iştirak edən respondentlərin 82 nəfəri (42,7%) vəkil və ya nümayəndə ilə təmsil olunmamışdır. 35,4% təmsil olunmuş, 21.9% isə suala cavab verməmişdir.

7a sualında isə vəkil və ya nümayəndə ilə təmsil olunmamanın səbəbi soruşulur. 33 nəfər (45.8%) respondent vəkil və ya nümayəndəyə ehtiyacı olmadığını, 25 nəfər (34,7%) xərclərin çox baha olduğunu, 12 nəfər (16,7%) isə nümayəndə və ya vəkilə etibar etmədiyini bildirmişdir.

Aşağıdakı növbəti nəticələr ilə tanış olarkən nəzərə almaq lazımdır ki, 8-30-cu suallar 5 ballıq şkala ilə qiymətləndirilmişdir. 5 ballıq şkalada qiymətləndirmə dərəcəsi aşağıdakı kimidir:

1. Heç məmnun deyiləm

2. Məmnun deyiləm

3. Neytralam

4. Məmnunam

5. Çox məmnunam



12-ci sualda respondentlərdən Sumqayıt Apelyasiya Məhkəməsindən ümumi məmnunluq səviyyəsi soruşulur. Göründüyü kimi 55% respondent məhkəmədən məmnun, 23% isə çox məmnundur. Digər cavablar isə cədvəldə göstərildiyi kimidir.


Yuxarıdakı diaqramda isə sual 6 ilə sual 12 müqayisəli şəkildə təhlil olunmuşdur. Diaqramdan göründüyü kimi məhkəmə qərarı lehinə çıxarılmış respondentlərin 81%-i (50%+31%) məhkəmədən ümumi məmnunluğunu 4 (məmnunam) və 5 (çox məmnunam) balla, 10 %-i (6%+4%) isə 1 (heç məmnun deyiləm) və 2 (məmnun deyiləm) balla qiymətləndirmişlər. Məhkəmə qərarı əleyhinə çıxarılmış respondentlərin isə 40%-i (37%+3%) məhkəmədən ümumi məmnunluğunu 4 (məmnunam) və 5 (çox məmnunam) balla, 40%-i (26%+14%) isə 1 (heç məmnun deyiləm) və 2 (məmnun deyiləm) balla qiymətləndirmişlər. Buradan belə nəticəyə gəlmək olar ki, məhkəmə qərarı xeyrinə çıxarılmış şəxslərin əksəriyyəti məhkəmədən məmnun olurlar. Məhkəmə qərarı ziyanına çıxarılmış şəxslər isə əksinə, məhkəmədən məmnun olmurlar.


  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə