Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


Niderland XX əsrin 80-90-cı illərində



Yüklə 2,21 Mb.
səhifə133/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   129   130   131   132   133   134   135   136   ...   186
Niderland XX əsrin 80-90-cı illərində. 80-ci illərin əvvəlində Niderlandın iqtisadi vəziyyəti pisləşdi. 1980-1982-ci illərdə o, güclü iqtisadi böhran keçirdi. 1981-1982-ci illərdə sənaye isteh­salının həcmi 4,5%, emal sənayesində isə istehsal 23% aşağı düşdü. 1980-1983-cü illərdə 28669 firma iflasa uğradı. 1983-cü ildə işsizlərin sayı 1980-ci illə müqayisədə təxminən 2,5 dəfə artaraq 829 min nəfərə çatdı.

Hökumət böhrandan çıxmaq yolları axtarmağa başladı. Bu illərdə Kuvor­den yaxınlığında 35 mlrd.kub m. həcmində təbii qaz yataqları aşkara çıxdı. Şimal dənizinin Niderlanda düşən hissəsində isə neft yataqları ilə yanaşı 87 mln. kub m. həcmində qaz yataqları da tapıldı. 1983-cü ildən sonra ölkə iqtisa­diyyatında qismən canlanma müşahidə edilməyə başladı.

İqtisadi böhran hökumət daxilində də ixtilafları gücləndirdi. 1981-ci ilin may ayının 26-da keçirilən parlament seçkilərindən sonra ancaq sentyabr ayının 11-də xristian-demokratlar, əməkçilər və demokratik sosialistlərdən ibarət koalision hökumət təşkil edildi. Lakin çox fəaliyyət göstərmədi. 1982-ci ilin sentyabrında keçirilən növbədənkənar parlament seçkiləri ölkənin siyasi həyatında sola doğru meyli nümayiş etdirdi. Əmək partiyası daha çox səs aldı. Xristian-demokratlardan və sosial-demokratlardan ibarət hökumət təşkil edildi. Ona xristian-demokratlardan R.Lyubbers başçılıq etdi. Yeni hökumət «iqti­sa­diyyatın canlandırılmas» xəttini götürdü. «Sərt qənaət» siyasəti hökumətin həmkarlar ittifaqı ilə münasibətlərini də kəskinləşdirdi. Ölkədə ən mühüm siyasi hadisələrdən biri 1983-cü ilin fevralın 17-də yeni Konstitusiyanın qəbul edilməsi oldu. Bu konstitusiya XIX əsrdən mövcud olan köhnə konstitusiyanı əvəz etdi. Ölkənin dövlət quruluşu əvvəlki kimi konsti­tusiyalı monarxiya olaraq qaldı. Qanunverici hakimiyyət krala və iki palatalı parlamentə məxsus idi. Parlament seçkiləri dörd ildən bir keçirilir. 1980-ci ilin aprelin 30-da dövlətin başçısı kraliça Beatriksdir. İcraedici hakimiyyət başda baş nazir olmaqla Nazirlər kabinetinə məxsusdur.

1983-cü ilin avqustun 31-də parlamentin birinci palatasına keçirilən seçkilər fikir müxtəlifliyini bir daha nümayiş etdirdi. 1986-cı ilin mayında keçirilən parlament seçkilərindən sonra Xristian-demokratik çağırış, Azadlıq və Xalq partiyasının nümayəndələrindən ibarət R.Lyub­bersin başçılığı altında koalisiyalı hökumət təşkil edildi.

80-ci illərdə ölkədə demokratik hərəkat və sülh uğrunda mübarizə güc­ləndi. Niderland öz xarici siyasətində mühüm diqqəti NATO və AİB çərçivə­sində əməkdaşlığa verirdi. 1981-ci il noyabrın 16-da hökumət neytron silahının əley­hinə olduğunu bildirdi. 1982-ci ilin fevralında parlament kimyəvi silahların öz ölkəsində yerləşdirilməsinə və Hollan­diya silahlı qüvvələrində ondan istifadəyə qarşı çıxdı. 1983-cü ildə parlament NATO-nun nüvə proqramında Ni­derlandın işti­rakını əhəmiyyətli dərəcədə azaltmaq haqqında qətnaməni bəyəndi.

80-ci illərdə də Niderland SSRİ və digər sosialist ölkə­ləri ilə iqtisadi, elmi-texniki və mədəni sahədə əməkdaşlığı davam etdirdi.

90-cı illərin əvvəllərində 1989-cu ildə təşkil edilmiş «yaşıllar-sollar» birliyinin ölkədə nüfuzu gücləndi. Ölkədə 1994 və 1998-ci illərdə keçirilmiş parlament seçkilərində Əmək partiyası qələbə çaldı. Əmək partiyasının lideri V.Kok hər iki hökumətə başçılıq etdi.

Niderland hazırda yüksək inkişaf etmiş sənayeyə və yük­sək məhsuldar kənd təsərrüfatına malik bir ölkədir. O həm də əmək məhsuldarlığının və əmək haqqının yüksək səviyyəsi ilə də öndə gedən qabaqcıl dünya dövlətlərindən biridir. Ölkə özünün gülləri ilə də büdcəsinə xeyli gəlir gətirir.



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin