4. İntibah dövrü fəlsəfəsində təbii-elmi fikir
İntibah dövründə təbii-elmi biliklərin böyük artımı bir sıra kəşflərdə öz ifadəsini tapmışdır. Riyaziyyat və mexanika daha çox uğur qazanmış, eksperimental təbiətşünaslığın meydana gəlməsinin fövqəladə əhəmiyyəti olmuşdur. Bu dövrdə astronomiyada da böyük kəşflər edilmişdir. Elmi astronomiyanın əsasını qoymuş böyük polyak alimi Nikolay Kopernikm (1473- 1543) heliosentrik sistem nəzəriyyəsinin elmin inkişafında olduqca böyük əhəmiyyəti olmuşdur.
intibah dövrünün mütəfəkkirləri arasında böyük italiyalı filosof və şair Cordano Bruno (1548-1600) şərəfli yer tutur. Özünün dünyagörüşü ilə o, katolik kilsəsi ilə münaqişəyə girdiyi üçün nəticədə Romada kilsə tərəfindən tonqalda yandınlmışdır.
Brunonun dünyagörüşü formaca panteizmə uyğun gəlir. O, daha ardıcıl olaraq Allahı təbiət ilə eyniləşdirirdi. Dəyişən və inkişaf edən dünyanın başqa izahını tapmayan Bruno Platonun dünya ruhu haqqında təliminə qoşulur. Kainatdakı dünya ruhu və onun hissələri olan ayrı-ayrı planetlərin ruhu, Brunoya görə, bu hərəkəti tamamilə izah edir.
Dahi rəssamlar, heykəltəraşlar və alimlər arasında özünün çoxtərəfliliyi və dərin biliyi ilə seçilən italyan Leonardo da Vinçi (1452-1519) olmuşdur. O, müasir təbiətşünaslığın yaradıcılarından biridir, təbiətin eksperimental-riyazi metodla tədqiq edilməsini qabaqcadan görmüşdür. Elmi fəaliyyətin mənasını dahi alim bu fəaliyyətin insana gətirdiyi praktiki faydada görürdü.
İntibah dövrünün bədii estetik fikrinin inkişafında Leonardo da Vinçinin xidməti əvəzsizdir. Bədii dilin yeni üsullannm hazırlanmasını nəzəri ümumiləşdirmələrlə uzlaşdıran rəssam dövrün humanist ideallarına cavab verən insan obrazı yaratmışdır (Qadın gözəlliyinin humanist idealı olan Mona Lizanın portreti və yaxud «Cokonda» və b. buna bir misaldır.).
Təbiətin tədqiq edilməsinin eksperimental-riyazi metodunun yaradıcısı böyük italyan alimi Qalileo Qaliley (1564-1642) olmuşdur (Leonardo da Vinçi bu metodun yalnız layihəsini hazırlamışdı). O, eyni zamanda dinamikanın - cisimlərin hərəkəti haqqında təlimin də yaradıcısıdır.
İbn Rüşdün həqiqətin ikiliyi haqqında təlimininə əsaslanaraq Qaliley elm və dini bir-birindən ayırırdı.
Dostları ilə paylaş: |