Avtomatlaşdırmanın əsasları” fənnindən mühazirələr. Giriş



Yüklə 1,39 Mb.
səhifə1/70
tarix02.01.2022
ölçüsü1,39 Mb.
#47232
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   70
AVTOMATLAŞDIRMANIN-ƏSASLARI


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ NƏZDİNDƏ

BAKI DÖVLƏT RABİTƏ VƏ NƏQLİYYAT KOLLECİ

Ümumtexniki fənlər və nəqliyyat” fənn birləşməsi


Avtomatlaşdırmanın əsasları”

fənnindən mühazirələr.

Giriş
Müasir dövrdə istehsal proseslərinin avtomatlaşdırılması texniki tərəqqinin əsas istiqamətlərindəndir. İndi avtomatlaş­dırma bütün istehsalata – yeni məhsulun layihələndirilmə­sindən onun hazırlanmasına qədər olan bütün sahələrə tətbiq olunur. Digər tərəfdən müasir istehsalat maşın və aqreqatların məhsuldarlığının artırılması və onun maya dəyərinin aşağı sa­lın­ması ilə xarakterizə olunur. Elm və texnikanın qarşısında du­ran ən mühüm məsələlərdən biri istehsalatın avtomatlaş­dırıl­masını, texniki səviyyəsinin yüksəl­dilməsini, avtomatlaşdırma vasitələrinin sürətli inkişafını təmin etməkdən ibarətdir.

Avtomatlaşdırma istehsal proseslərinin nəzarət, tənzim­ləmə və idarəetmə funksiyalarını yerinəyetirən müxtəlif idarə­etmə sistemlərinin yaradılması ilə bilavasitə əlaqədardır.

Müasir istehsalatı xarakterizə edən amillərdən biri də ayrı-ayrı proseslər arasında çoxsaylı müxtəlif əlaqələrin olması və on­ların dəqiq ardıcıllığıdır. Fasiləsiz və axın istehsalatı, eləcə də ayrı-ayrı əməliyyatların böyük sürətlə icra edilməsi idarəetmənin insan tərəfindən praktiki olaraq yerinə yetirilə bilməyən cəldişləməyə, dəqiqliyə və obyektivliyə olan tələblərini daha da artırır.

Yüksək keyfiyyətli məhsulun istehsalı praktiki olaraq tex­no­loji prosesin bütün əməliyyatlarına nəzarət edilməsini və lazım gə­lərsə, avadanlığın parametrlərinin cəld dəyişdiril­məsini zəruri edir ki, bu da insan üçün mümkün deyildir və onun iştirakı olmadan yerinə yetirilməlidir.

Avtomatika yunanca «automatos» sözündən götürül­müş­dür ki, «özü təsir edən» deməkdir. Avtomatik qurğular insan müda­xi­ləsi olmadan müxtəlif prosesləri idarə və nəzarət edən qurğulardır. İnsanın iştirakı olmadan müxtəlif prosesiləri və obyektləri verilmiş rejimdə saxlaya bilən və ya insanın əmək fəaliyyətini yüngülləşdirən qurğular çoxdan məlum idi. İnsan sivilizasiyası yarandığı andan bu günə qədər öz əl əməyini və həyat şəraitini yüngülləşdirən qurğular və vasitələr haqqında fikirləşir. İlk əvvəllər əl əməyini mexanik­ləş­dirən müxtəlif texniki qurğular: linglər, mancanaqlar, ağır yükləri daşımaq üçün nəqliyyat vasitələri və s. ixtira olunmuşdur. Mexa­nik­ləşdirmə zamanı insanın iştirakı tam aradan qaldırılmasa da o, kütləvi əmək proseslərini yüngülləşdirmək üçün ən əlverişli vasi­tələrdən biridir.

Avtomatlaşdırma müxtəlif əməliyyatları sürətlə və dəqiq icra etməklə əmək məhsuldarlığını və istehsalat mədəniyyətini yüksəl­dir, işçilərin sayını azaldır, istehsalatın əlverişli idarə olunmasını təmin edir. Texnoloji proseslərin avtomatlaş­dırıl­ması yalnız iqtisadi cəhətdən deyil, eləcə də texniki və ictimai baxımdan da böyük əhəmiyyətə malikdir. Bütün bunlar əməyin xarakterinin kökündən dəyişməsinə kömək edir.

Hal-hazırda istehsalatın avtomatlaşdırılması üçün müx­təlif ava­danlıqların istehsalı daim artır, elm və texnikanın son nailiy­yətlərinə əsaslanan avtomatik qurğuların yeni növləri yaradılır və tətbiq edilir.

Ən mühüm istiqamətlərdən biri aparat-məntiq əla­qə­lə­rinin proqramlaşdırılan məntiqlə əvəz olunmasıdır. Bu isə kompüterlərin, mikroprosessorların və proqramlaşdırılan kon­trol­lerlərin yaradıl­ması və geniş tətbiqi ilə əlaqədardır.

Avtomatlaşdırma sistemlərinin istehsalat və təsərrüfat fəaliy­yətinin müxtəlif sahələrinə - maşınqayırma, energetika, metallur­giya, neft, kimya və s. tətbiq edilməsi hesablama tex­nikası, çevik avtomatlaşdırma sistemləri və robototexniki komp­lekslər əsasında müasir sənaye istehsalatını yarada və ona xidmət edə bilən ixtisaslı mütəxəssislər hazırlanmasını tə­ləb edir. Bunun üçün gələcək mü­hən­dislər avtomatlaşdırmanın əsasları, texnoloji proseslərin və ava­danlıqların riyazi mo­dellərinin qurulması prinsipləri, informasi­ya­nın yığılması və emalı nəzəriyyəsinin elementləri, icra orqanlarına ötürülməsi üçün idarəedici siqnalların formalaşdırılması, avtomat­laş­dı­r­manın hesablama texnikası vasitələri, proqram təminatı və s. haqqındakı biliklərə malik olmalıdırlar ki, bunların da öyrə­nilməsi təqdim olunan dərsliyin əsas məzmununu təşkil edir.


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin