3.1. «Sifarişçi»nin vəzifələri:
3.1.1. Xidmətin icra olunması üçün tələb olunan şəraiti yaratmaq, lazım olan vasitələrlə (materiallarla) təmin edib «İcraçı»nın sərəncamına vermək;
3.1.2. İşi icrasından sonra təhvil almaq;
3.1.3. Göstərilmiş xidmətin dəyərini ödəmək.
3.1.4. Xidmətin göstərilməsi ilə bağlı çəkilən zəruri xərclərin əvəzini «İcraçı»ya ödəmək;
3.1.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələr.
3.2. «İcraçı»nın vəzifələri:
3.2.1. Müqavilədə nəzərdə tutulan qaydada «Sifarişçi»nin müəyyən etdiyi _____________________________xidmətləri həyata keçirmək;
3.2.2. Xidmət göstərdiyi yeri mühafizə etmək;
3.2.3. Xidmətin göstərilməsi ilə əlaqədar “Sifarişçi”yə məlumat vermək;
3.2.4. Xidməti vicdanla yerinə yetirib “Sifarişçiyə” təhvil vermək.
4. HESABLAŞMA QAYDASI 4.1. Göstərilən xidmətlərin həcmi Tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı Müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir.
4.2. Hazırki Müqavilə üzrə hesablaşmalar nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir.
4.3 Hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaq.
5. MÜQAVİLƏNİN MÜDDƏTİ 5.1. Bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir.
5.2. Bu Müqavilədə nəzərdə tutulan ________________________ xidməti 3 ay müddətində həyata keçirilməlidir.
5.3.Tərəflərin yazılı razılıqları və bildirişləri ilə müqavilənin müddəti azaldıla bilər və ya yeni müqavilə bağlana bilər.
6. TƏRƏFLƏRİN MƏSULİYYƏTLƏRİ 6.1. “İcraçı” müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır.
6.2. “İcraçı”nın təqsiri nəticəsində təsadüfən xidmət göstərməsi nəticəsində “Sifarişçinin” əmlakının məhv olması və ya zədələnməsi riski icranın “Sifarişçi”yə təhvil verildiyi vaxtadək “İcraçı”nın üzərinə düşür.
6.3. “İcraçı” “Sifarişçi”nin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır.
7. FORS-MAJOR 7.1. Hazırki Müqavilə üzrə öhdəliklərini yerinə yetirməyən və lazımınca yerinə yetirməyən Tərəf, öhdəliyin yerinə yetirməməsini fors-major hallarının, yəni konkret vaxt hüdudunda meydana gələn qarşısı alınmaz fövqaladə halların səbəbindən baş verməsini sübut etdiyi halda, heç bir məsuliyyət daşımır. Qarşısı alınmaz hallar aşağıdakılardır: təbii fəlakətlər (zəlzələ, daşqın, vulkan püskürməsi, torpaq sürüşməsi, sunami və s.). Müqavilə üzrə öhdəliklərin icra edilmə yerində insan üçün normal həyat fəaliyyəti istisna edən küləyin gücü, hərarəti və çöküntülərin dərəcəsi; icra hakimyyəti orqanlarının moratoriumları və Tərəflərin icra olunmalı öhdəliklər üçün fövqaladə hal kimi müəyyən edə bildikləri digər hallar.
7.2. Fors-major hallarının təsiri altına düşən Tərəf bu barədə digər Tərəfi belə halların başlandığı andan 10 (on) təqvim günü müddətindən gec olmayaraq xəbərdar etməlidir. Digər tərəfi vaxtında xəbərdar etməmə halı fors-major halına əsaslanma hüququ vermir.