salmış Böyük Rusiya və Sovet İttifaqı
uğrunda vuruşa bilməzdik.
1942-ci ilin əvvəllərindən formalaşmağa
başlayan Azərbaycan legionları
döyüşlərdə bir sıra ciddi uğurlar
qazanmış,
alaylardan bəziləri Kubana,
Şimali Qafqaza qədər gedib çıxa bilmişdi.
Legionçuların çoxu bu döyüşlərdə
göstərdikləri rəşadətə görə orden və
medallarla, əsasən azərbaycanlılardan
ibarət olan 804-cü alayın komandiri
Qloger isə Qızıl Alman Xaçı ilə təltif
edilmişdi. Milli müstəqilliklərin tanınması
üçün alman rəsmi dairələri ilk növbədə
1918–1920-ci
illərdə mühacirət etməyə
məcbur olan milli cümhuriyyət liderlərinin
yaratdığı təmsilçi təşkilatlarla danışıqlar
aparmalı idi. Lakin 1941-ci ildə
formalaşan Şərq Bakanlığının rəhbəri
Rozenberq belə danışıqlardan yayınır,
eyni zamanda Milli təmsilçilərlə əlaqəyə
az-çox meyli olan Xarici İşlər Nazirlyinin
SSRİ-ilə bağlı məsələlərdə səlahiyyətlərini
məhdudlaşdırmağa çalışırdı. Xarici İşlər
Nazirliyi
də öz növbəsində Şərq
mütəxəssisi və əski Moskva səfiri
Şulenburq vasitəsilə fəal iş aparırdı. SSRI
daxili milli məsələlərə yaxından bələd
olan Şulenburq sürgündə və
mühacirətdəki siyasətçilərin köməyi ilə
Şərq siyasətinə təsir etməyin
mümkünlüyü qənaətinə idi. Bu məqsədlə
o sonralar
qurulacaq milli hökumətin
özəyini təşkil edəcək mühacir
komitələrinin yaradılmasına və yaxud
mövcud olan komitələrlə əlaqəyə girməyə
çalışırdı. 1942-ci ilin aprelində Şulenburq
Fransa, İtaliya, Türkiyə, İsveçrə və
Balkanlarda məskunlaşan tanınmış
mühacirlərə Berlində görüşmək üçün
dəvətnamə göndərdi.
[4]
. May ayında
dəvət edilənlərin
əksəriyyəti gəlib Berlinin
məşhur "Adlon" otelində yerləşdi. Elə bu
səbəbdən mühacirlərlə Şulenburqun
tarixi Berlin görüşü "Adloniada"
adlandırıldı.
[5]
“Azərbaycan” dərgisinin 9-cu sayı,
Ankara, 1954
Gələn mühacirlər arasında “bir neçə
çox məşhur kişi var idi: “Qafqaz”ın
Quzey Qafqasiyalı iki naşiri Heydər
Bammat və Əli xan Qandəmir,
“Prometey”çilərdən azərbaycanlı
Rəsulzadə və sabiq bakanlardan
Quzey Qafqasiyalı Səid Şamil (avar);
gürcülərdən milli-demokratların lideri
Spiridon Kedia, “Tetri Georgi” (Ağ
Georqi) hərəkatının qurucularından
Leo Kereselidze, aristokratlardan
Prins Datxo Vaçnadze, Prins İrakli
Baqration, “Qafqaz” qrupunun üzvü
Zurab Avalişvili və b.
"Adlon"a yığışan milli təmsilçilər Berlində
qalmağa və Alman rəsmi dairələri ilə
danışıqların davam etdirilməsinə lüzum
görmədi. Lakin M.Ə.Rəsulzadə
Almaniyada yaşayan və dövlət
nümayəndələri ilə yaxşı əlaqələri olan
Hilal
Münşinin təkidi ilə hələ ki, Berlini
tərk etmirdi. Eyni zamanda "Fon Mende
də Rəsulzadəni güclüklə Berlində
qalmağa ikna edə razı sala bilmişdi.
Dostları ilə paylaş: