Aydın Paşayev – 75 ÖMÜr yolu



Yüklə 0.56 Mb.

səhifə1/5
tarix07.06.2017
ölçüsü0.56 Mb.
  1   2   3   4   5

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Aydın Paşayev – 75 

 

 



 

ÖMÜR YOLU 

VƏ 

   BİBLİOQRAFİYA 

 

 

 

 

 

 

Bakı - 2014 

 


 



 



Aydın Paşayev – 75. 

 

 

 

 



 

 

Tərtibçi 



 

Akif Güləli oğlu Məmmədov 

 

 

 

Redaktor  

 

Şəmil Sadıqov 

 

 

 

Naşir  


 

Müşfiq XAN 

 

 



 

 

 

 

 

 

   


 

 

 



ZƏHMƏTLƏ YOĞRULMUŞ QAYNAR 



MÜƏLLİM ÖMRÜ 

 

Aydın Məmməd oğlu Paşayev 22 yanvar 1939-cu ildə 



yurdumuzun  ən  gözəl  guşələrindən  biri  olan  Masallı  rayo-

nunun  Kəlbəhüseynli  kəndində  kolxozçu  ailəsində  anadan 

olmuşdur.  Uşaqlıq  illəri  Böyük  Vətən  müharibəsi  illərinə 

düşən  Aydın  aclıqdan  başlamış,  hər  cür  çətinliklərlə 

rastlaşmışdır.  O,  «Maarif  dünyasının  qoşa  ulduzu»  (Bakı, 

2002) adlı kitabında bu münasibətlə yazır: «Uşaq olsam da, 

müharibədən  sonrakı  illərdə  mövcud  olan  aclıq,  yoxsulluq 

hafizəmə  elə  həkk  olmuşdur  ki,  indi  də  yada  düşəndə 

ürəyim sancır. Heç nəyə ümidi  olmayan,  günlərlə ac qalan 

həmyaşıdlarımın  göz  yaşlarını  unuda  bilmirəm.  Acından 

ağlayan bu uşaqlar (mən də, qardaş və bacılarım da o uşaq-

lardan fərqlənməmişik) fiziki cəhətdən o qədər zəif idilər ki, 

ağlayanda  səsləri  çıxmazdı,  gözlərindən  yaş  da  axmazdı. 

Ancaq  üzlərinin  mimikasından  hiss  olunardı  ki,  ağlayırlar. 

Neçə-neçə  həmyaşıdımın  oturduğu  yerdən  dura  bilmə-

diyinin, gözləri baxa-baxa həyatlarını dəyişmələrinin şahidi 

olmuşam…» (səh. 39). 

Aydın  müəllimin  atası  Məmməd  Sahib  oğlu  (1896-

1974) ali savadı olmasa da (O, bığının sol tərəfi gənclikdən 

ağ olduğu üçün el arasında “Ağbığ Məmməd” adıyla şöhrət-

lənmişdi), yazıb-oxumağı bacarırdı. Müharibə illərində kol-

xoz  sədri  işləyərkən  yoxlama  zamanı  kolxoz  anbarından  4 

kq. taxıl əskik gəldiyinə görə onu həbs etmiş və 4 il iş ver-

mişdilər.  Ən  böyüyü  16  yaşında  olan  7  uşağı  dolandırmaq 

asan iş deyildi. Lakin anası Asiya xanım (Onun ana babası 

əslən  Masallı  rayonunun  Şərəfə  kəndində  yaşayan  Hacı 



Murtuza  adlı  bir  axund  olmuşdur.  1906-1972)  xəstə  olsa 

da,  böyük  çətinliklərlə  bu  vəzifənin  öhdəsindən  bacarıqla 

gəldi. 


 

Aydın  1946-cı  ildə  Kəlbəhüseynli  kənd  yeddiillik 



məktəbinin birinci sinfinə daxil olmuş və 1953-cü ildə 7-ci 

sinfi qurtarmış və həmin ildən kənddən xeyli uzaqda yerlə-

şən Təklə kənd orta məktəbində təhsilini davam etdirmişdir. 

1956-cı ildə orta təhsilini başa vuran Aydın Sumqayıt şəhə-

rində  fəhlə  kimi  əmək  fəaliyyətinə  başlamışdır.  1957-ci  il-

dən Bakı şəhərində Şin zavodunun tikintisində işləmiş, gənc 

və  qabaqcıl  inşaatçı  kimi  haqqında  məqalələr  yazılmış  və 

şəkli  ilə  birlikdə  mətbuatda  dərc  olunmuşdur  («Bakinskiy 

raboçiy»  qəz.  16  iyul  1958  və  «Azərbaycan  gəncləri»  q.  7 

sentyabr  1958).  Aydın  1958-ci  ildə  «Əməkdə  fərqlənmə» 

medalı  ilə  təltif  olunmuşdur.  1958-ci  ilin  oktyabrında 

orduya  çağırılan  Aydın  əvvəl  birillik  kiçik  komandirlər 

hazırlayan,  sonra  isə  birillik  partiya  məktəblərini  qurtar-

mışdır. Top komandiri, komandir zavodun müavini və rota 

böyüyü  (starşinası)  vəzifələrində  xidmət  etmişdir. 

Nümunəvi  xidmətlərinə  görə  dəfələrlə  haqqında  məqalələr 

yazılmış,  şəkli  ilə  birlikdə  «Zaşitnik  rodina»  qəzetində  (7 

noyabr 1960 və 15 dekabr 1961) çap edilmişdir. 

Kiçik leytenant zabit rütbəsi ilə ordudan tərxis olunan 

Aydın  1968-ci  ilin  martına  kimi  Bakı  şəhərində  4  №-li 

Trestin  42  №-li  Tikinti  İdarəsində  dülgər  işləmişdir.  O, 

yaxşı  işinə  və  ictimai  həyatda  fəal  iştirak  etdiyinə  görə 

1966-cı ildə «Poçetnaya qramota» almışdır. Aydın qabaqcıl 

fəhlə olmaqla yanaşı, 1967-ci ildə V.İ.Lenin adına ADPİ-nin 

(indiki  ADPU)  dil-ədəbiyyat  fakültəsinin  axşam  şöbəsini 

bitirmişdir. 

1968-ci  ilin  martından avqust ayının sonuna kimi  Ti-

kinti Nazirliyinin 9 №-li fəhlə yataqxanasında tərbiyəçi işlə-

yən Aydın 1968-ci ilin sentyabr ayından indiki Sabunçu ra-

yonundakı 204 saylı orta məktəbdə pedaqoji fəaliyyətə baş-

layır. Ali məktəbi əla qiymətlərlə başa vuran Aydın qısa bir 

vaxtda işlədiyi məktəbdə savadlı və bacarıqlı müəllim kimi 

şöhrətlənməyə başlayır. O, təlim prosesində şagirdlərə fərdi 


 

yanaşma üsulundan istifadə etməklə yanaşı, zəif oxuyan şa-



girdlərin fəallaşdırılmasına, onlarla fərdi məşğələlərin təşki-

linə,  sinifdənxaric  oxuya,  sinifdənxaric  və  məktəbdənkənar 

tədbirlərin keçirilməsinə, həm müəllim, həm də sinif rəhbəri 

kimi valideynlərlə əlaqəyə xüsusi diqqət yetirirdi. Məktəbin 

ictimai-siyasi  həyatında  fəal  iştirak  edən  Aydın  müəllim 

tədricən  rayon  müəllimləri  arasında  tanınmağa  başladı. 

Təsadüfi  deyildir  ki,  1973-cü  ilin  sentyabrından  tərbiyə 

işləri  üzrə,  1974-cü  ilin  sentyabrından  isə  təlim  işləri  üzrə 

direktor  müavini  vəzifəsinə  irəli  çəkilmişdir.  O,  qısa  bir 

vaxtda  204  saylı  məktəbdə  əmək  intizamının  möhkəmlən-

dirilməsində,  təlim-tərbiyə  prosesinin  yaxşılaşdırılmasında 

əsaslı  dönüş  yaratdığına  görə  1975-ci  ildə  «1974-cü  il 

sosializm  yarışının qalibi» döş nişanı ilə təltif olunmuşdur. 

Yəqin,  elə  bu  uğurlarına  görə  əlaqədar  təşkilatlar  Aydın 

müəllimə  böyük  etimad  göstərərək,  onu  1975-ci  ilin 

sentyabrında  204  saylı  məktəbin  direktoru  vəzifəsinə  təyin 

etmişlər. 1980-cı ildə məktəb bağlandıqdan sonra o, həmin 

rayonun  bir  çox  məktəblərində  direktor  müavini,  məntəqə 

müdiri  (fəhlə-gənclər  məktəbində)  və  Azərbaycan  dili  və 

ədəbiyyat  müəllimi  işləmişdir.  1978-ci  ildə  Marksizm-

Leninizm  Universitetinin  ikiillik  axşam  şöbəsini  qurtaran 

Aydın  müəllim  RTŞ-nin  rayon  miqyasında  keçirilən  bütün 

tədbirlərində  fəal  iştirak  etməklə  yanaşı,  Bakı  şəhəri  üzrə 

təşkil  olunan  tədbirlərdə  də  fəallıq  göstərmişdir.  Onun  bu 

tədbirlərdəki  məruzə  və  çıxışları  haqqında  «Bakı»  (30 

noyabr  1979),  «Azərbaycan  müəllimi»  q.  (7  dekabr  1989, 

25  dekabr  1989,  5  avqust  1992)  və  başqa  qəzetlərdə  məlu-

matlar verilmişdir. 

1980-ci  ildən  respublika  «Bilik»  cəmiyyətinin  üzvü 

olan Aydın müəllimin bir çox məktəb və digər istehsal mü-

əssisələrində  «Azərbaycan  ədəbiyyatında  fəhlə  surətləri» 

mövzusunda oxuduğu mühazirələr rəğbətlə qarşılanardı. O, 

eyni zamanda 1981-ci ildən respublika Pedaqoji Cəmiyyəti-


 

nə üzv seçilir. Cəmiyyət 1987-ci dərs ilində qabaqcıl müəl-



limlərin  ünvanlarını  müəyyənləşdirmək,  fəaliyyətlərindəki 

müsbət təcrübə faktlarını aşkara çıxarmaq məqsədilə Azər-

baycan  dili  və  ədəbiyyat  müəllimlərinin  qabaqcıl  təcrübə-

sini  əks  etdirən  məqalələr  üzrə  müsabiqələr  təşkil  etmişdi. 

Aydın müəllim “«Mehman» əsərində obraz adlarını necə izah edi-

rəm” adlı məqaləsi ilə müsabiqədə iştirak etmiş, III yeri tutmuş və 

pulla mükafatlandırmışdır («Azərbaycan müəllimi» qəz., 4 dekabr 

1987). 


Pedaqoji Cəmiyyətin 1988-ci ildə A.S.Makarenkonun 

anadan olmasının 100 illik  yubileyi münasibətilə «A.S.Ma-

karenkonun pedaqoji ideyalarından təlim-tərbiyə işində isti-

fadə  edilməsi»  mövzusunda  məqalələr  müsabiqəsində 

Aydın  Paşayev  də  iştirak  etmiş  və  yenə  III  mükafata  layiq 

görülmüşdür. Məqalə çap olunmamışdır. «Azərbaycan müəlli-

mi» qəz., 20 may 1988). 

A.Paşayev şair təbiətli bir insandır. Çoxlu şeirləri olsa 

da,  mətbuatda  ara-sıra  çap  olunub.  Müəllim  işlədiyi  illərdə 

Azərbaycanın bir çox görkəmli yazıçı və şairləri ilə şagird-

lərin  görüşünü  keçirmişdir.  Onlardan  M.İbrahimov, 

M.C.Paşayev, N.Həsənzadə, M.Araz, F.Mehdi, T.Bayram və 

başqalarının  adlarını  çəkmək  olar  («Ədəbiyyat  və  incəsənət» 

q.  5  dekabr  1975).  O,  Azərbaycan  Dövlət  Musiqili  Kome-

diya  Teatrının  aktyorlarından  Nəzifə  Salmanova,  Ramiz 

Məmmədov,  Gənc  Tamaşaçılar  Teatrının  aktyorlarından 

Nizami  Kazımov,  Mübariz  Əlixanoğlu,  Rüstəm  Əliyev, 

«Səhər  görüşləri»nin  rejissoru  Məhərrəm  Bədirzadə  və 

başqaları  ilə  şagirdlərin  görüşlərini  keçirmişdir  («Azər-

baycan müəllimi» qəz., 22 noyabr 1978). 

Dərs dediyi yuxarı sinif şagirdlərini tez-tez ekskursiya-

ya  (hətta  Göy  gölə,  Qobustana,  Şamaxı  rəsədxanasına  və 

s.),  indiki  Heydər  Əliyev  adına  sarayına  konsertlərə,  teatr 

tamaşalarına  aparan  Aydın  müəllim  1985-1990-cı  illərdə 

Bakı  şəhəri  1  saylı  internat  məktəbində  işləyərkən  həvəs-


 

kar  və  gənc  şairlərin  dərnəklərində  tez-tez  iştirak  edər  və 



onlara faydalı məsləhətlər verərdi («Azərbaycan müəllimi» 

qəz., 7 dekabr 1989). 

Aydın müəllim 9 iyul 1989-cu il tarixdə Tərtər şəhə-

rində  yaşayan  dostu  Aşıq  Vəliyə  göndərdiyi  məktubda  ya-

zırdı: 

 

Aydın Paşa mərd ərlərin quludur



Şair deyil, amma qəlbi doludur. 

Tanrı bilir, yolu haqqın yoludur, 

Nadanlıqdan, həqiqətdən de gəlsin. 

 

Aşıq Vəli 1991-ci ilin oktyabrında Aşıq Bəhmən Və-



tənoğlunun  20  Yanvar  faciəsinin  ildönümü  münasibətilə 

yazdığı  «Bakıda»  adlı  qoşmasını  çap  etdirmək  üçün  Aydın 

müəllimə göndərir. Aydın müəllim şeirə rəy yazmış və «20 

Yanvar» qəzetində çap etdirmişdir (01.11.1991). 

Bakı  şəhərində  qabaqcıl  və  təcrübəli  müəllim  kimi 

şöhrətlənən A.Paşayev 1985-ci ildə «Baş müəllim», 1990-cı 

ildə  isə  «Metodist  müəllim»  adlarını  almaqla  yanaşı, 

«Əmək veteranı» medalı ilə təltif olunmuşdur. O, pedaqoji 

fəaliyyətdən ayrılmadan elmi işlə də məşğul olaraq 1980-ci 

ildən  indiki  BDU-nun  Azərbaycan  dilçiliyi  kafedrasının 

dissertantı  olmuş  və  1987-ci  ildə  «Azərbaycan  dilində 

ləqəblər»  mövzusunda  namizədlik  dissertasiyası  müdafiə 

etmiş və filologiya elmləri namizədi adını almışdır. 

Aydın Paşayev 4 dekabr 1990-cı il tarixdən Bakı şə-

həri  Müəllimləri  Təkmilləşdirmə  İnstitutunun  Azərbaycan 

dili  və  ədəbiyyatı  kabinetində  metodist  vəzifəsində 

işləmişdir.  O,  uzun  illər  Səbayıl  rayonundakı  160  nömrəli 

məktəbdə  (1991-2008-ci  illərdə)  Azərbaycan  dili  və 

ədəbiyyatdan  dərs  demişdir.  Bunlardan  əlavə,  o,  müxtəlif 

illərdə  Azərbaycan  Xarici  Dillər  İnstitutunda  (2  il),  «Xəzər» 

universitetində  (1  il),  Bakı  Avropa  liseyində  (1  il),  Nəsimi 


 

rayon Texniki-Humanitar liseyində (2 il) də əvəzçiliklə dərs 



demişdir. 

Aydın müəllimin Səbayıl rayonu 160 nömrəli məktəb-

də  dərs  dediyi  şagirdlər  2000  və  2001-ci  illərdə  (2  il)  ali 

məktəblərə  qəbul  zamanı  respublika  üzrə  Azərbaycan  dili 

və  ədəbiyyat  fənlərindən  ən  yüksək  bal  toplamışlar.  O,  ha-

rada işləməsindən asılı olmayaraq, həmişə öz işinə vicdanla 

yanaşmışdır. 

İnstitutda  işlədiyi  müddətdə  isə  onun  həm  elmi,  həm 

də  metodik  fəaliyyətində  böyük  dönüş  yaranmışdır.  Meto-

dist işlədiyi müddətdə müəllimlərlə canlı ünsiyyətdə olmağa 

üstünlük verən Aydın müəllim tez-tez ümumtəhsil məktəb-

lərində olur, müəllimlərin dərslərini müşahidə edir, metodik 

köməklik göstərir. O, bu vaxta qədər müxtəlif illərdə Niza-

mi, Əzizbəyov, Suraxanı, Nəsimi, Qaradağ, Sabunçu, Səba-

yıl,  Binəqədi,  Yasamal  rayonlarında  Azərbaycan  dili  və 

ədəbiyyatın  tədrisi  vəziyyətini  öyrənmiş  və  real  faktlara 

əsaslanaraq  geniş  arayış  hazırlayaraq  RTŞ  Pedaqoji  Şura-

larında müzakirə etdirmişdir. 

Gənc müəllimlərə xüsusi qayğı ilə yanaşan, savadlı və 

təcrübəli  müəllimlərin  üzə  çıxarılmasında,  onların  qabaqcıl 

təcrübələrinin  öyrənilməsində  və  yayılmasında  mühüm  rol 

oynayan Aydın müəllimin bu sahədə böyük xidmətləri var-

dır. O, «Qabaqcıl  təcrübə  –  gələcəyə  aparan  yol» (Bakı, 

2001)  kitabında  yazır:  «Hansı  məktəbdə  savadlı,  təcrübəli, 

pedaqoji  ustalığı  ilə  diqqəti  cəlb  edən  müəllimlərlə  rastla-

şanda bacı və qardaşım kimi onları bağrıma basmaq istəyi-

rəm» (səh. 23). 

Son  illərdə  onun  bir  çox  məqaləsi  mətbuatda  dərc 

edilmiş və müəllimlərin müxtəlif sahəli qabaqcıl təcrübələ-

rinin  şərhinə  həsr  olunmuşdur.  Onların  içərisində  görkəmli 

alimlər,  məktəb  direktorları,  RTŞ  metodistləri,  direktor 

müavinləri, Azərbaycanın qabaqcıl və təcrübəli dil və ədə-

biyyat müəllimləri də vardır. A.Paşayev «Qabaqcıl təcrübə-


 

gələcəyə aparan yol» adlı kitabında mətbuatda dərc etdirdiyi 



və ayrı-ayrı müəllimlərə həsr olunan məqalə-oçerklərini ge-

nişləndirmiş və onların şəkilləri ilə birlikdə çap etdirmişdir. 

O,  «Maarif  dünyasının  qoşa  ulduzu»  (Bakı,  2002) 

adlı  kitabını  isə  vaxtilə  Cəlilabad  rayonu  Göytəpə  qəsəbə-

sində  yaşayan,  bütün  şüurlu  həyatını,  sevinc  və  fərəhlərini, 

arzu və istəklərini təhsillə, uşaqların təlim-tərbiyəsi ilə bağ-

layan  maarif  fədailəri  Mirməmməd  və  Xanımbacı  Ağayev-

lərə həsr etmişdir. 

«Maarif  dünyasının  qoşa  ulduzu»  kitabı  bir  daha 

sübut edir ki, Aydın müəllim məktəbşünaslığa, ümumtəhsil 

məktəblərində  metodik  işin  təşkilinə,  məktəbin  idarə 

olunması  metod  və  üsullarına  dərindən  bələddir.  Təsadüfi 

deyildir ki, kitabın elmi redaktoru pedaqoji elmlər doktoru, 

professor  Əjdər  Ağayev  və  kitaba  müsbət  rəy  yazan  BPKİ 

və  Yİ-nin  direktoru,  p.e.d.  İsa  Məmmədov  (2007-ci  ildə 

dünyasını  dəyişmişdir.  Allah  rıhmət  etsin:-Tərtibçi)  və 

pedaqoji  elmlər  namizədi  Vidadi  Bəşirov  bu  əsəri  çox 

yüksək  qiymətləndirmişlər  (Ə.Ağayevin  həmin  kitaba 

yazdığı  «Örnək  ömür  haqqında  əsər»  adlı  ön  söz  və 

«Təhsil» qəz., 18 oktyabr 2002). 

A.Paşayev  praktik  metodistdir.  Müxtəlif  vəzifələrdə 

işləsə də, ömrünün 47 ilini ümumtəhsil məktəblərində gənc 

nəslin təlim-tərbiyəsinə həsr edən bu zəhmətkeş insan həmi-

şə məktəbdə işləməyi ali məktəblərdə işləməkdən üstün tu-

tur. Savadlı və təcrübəli müəllim kimi o, Azərbaycan dilinin 

tədrisi prosesində müəllimlərin çətinlik çəkə biləcəkləri mə-

sələlərin  həlli  yollarını  çox  düzgün  müəyyənləşdirə  bilir. 

Elə  buna  görə  də  onun  Azərbaycan  dili  və  ədəbiyyatın 

tədrisi  ilə  əlaqədar  yazdığı  məqalə,  tövsiyə  və  vəsaitlər 

müəllimlər tərəfindən rəğbətlə qarşılanır. Bu baxımdan onun 



«Azərbaycan  dili  dərslərində  fonetik  və  qrammatik 

təhlilin aparılması metodikası» (Bakı, 1996), «Azərbaycan 

dili  və  ədəbiyyatdan  yazı  işlərinin  aparılması,  yoxla-

 

10 


nılması və səhvlər üzərində işin təşkili metodikası» (Bakı, 

1996) adlı metodik tövsiyələri və «Azərbaycan dili və ədə-



biyyat təliminin bəzi problemləri» (Bakı, 2002) adlı kitabı 

müəllimlərimizin  tez-tez  müraciət  etdikləri  kitablardır.  Bu 

əsərlər  haqqında  çap  olunan  rəylərdə  onlar  çox  yüksək  qiy-

mətləndirilmişdir. 

Aydın müəllim 1996-cı ildə indiki Təhsil Problemləri 

İnstitutunun  bir  qrup  əməkdaşı  ilə  birlikdə  «Orta  ümum-

təhsil məktəblərinin V-XI sinifləri üçün Azərbaycan dili və 

ədəbiyyatdan  proqram  materiallarının  planlaşdırılma»sında 

iştirak  etmişdir.  1998-ci  ildə  isə  təhsil  nazirinin  əmri  ilə 

ümumtəhsil  məktəblərinin  V-XI  sinifləri  üçün  Azərbaycan 

dili  proqramında  dəyişikliklər  aparan  komissiyanın  tərki-

bində Aydın müəllim də var idi. 

Təhsil  sistemində  həyata  keçirilən  islahatlarla  əlaqə-

dar  olaraq  ümumtəhsil  məktəblərində  1999-2000-ci  dərs 

ilində  bir  çox  fənlər,  o  cümlədən  Azərbaycan  dili  dərinləş-

dirilmiş proqramlar əsasında tədris olunmağa başladı. Lakin 

buna  müvafiq  xüsusi  proqramlar  olmadığı  üçün  Aydın 

müəllim  təcili  olaraq  müvafiq  proqram  bölgüləri  hazırladı 

və  Bakı  müəllimlərinin  ehtiyacını  ödədi.  Bu,  müəllimlər 

tərəfindən  rəğbətlə  qarşılandı  və  çox  yüksək  qiymət-

ləndirildi. 

2002-2003-cü  dərs  ilində  təhsil  nazirinin  əmri  ilə 

ümumtəhsil məktəblərində yeni «Azərbaycan dili proqramı» 

tətbiq  olundu.  Bu  zaman  yenə  də  Aydın  müəllim  proqramı 

təcili şəkildə planlaşdırıb müəllimlərin ehtiyacını ödədi. 

Təlim prosesində rastlaşdıqları hər hansı bir məsələni 

öyrənmək üçün müəllimlərin ən çox müraciət etdikləri şəxs-

lərdən biri də məhz Aydın Paşayevdir. İxtisasartırma kursla-

rından əlavə, o, ixtisasdəyişmə fakültəsində də Azərbaycan 

dilçiliyinin müxtəlif şöbələrinə və onların tədrisinə aid mü-

hazirələr oxuyur. Onun mühazirələri müdavimlər tərəfindən 

həmişə yüksək qiymətləndirilir. 



 

11 


A.Paşayev hal-hazırda ümumtəhsil məktəblərində ge-

niş təbliğ edilən fəal təlim metodlarına aid silsilə məqalələ-

rində  “Azərbaycan  dili  və  ədəbiyyat  dərslərində  inte-

raktiv  təlim  metodlarının  tətbiqi  imkanları”  (E.Cəfə-

rova  ilə.  Bakı,  2005)  və  “İnteraktiv  təlim  Azərbaycan 



dili və ədəbiyyat dərslərində” (E.Cəfərova ilə. Bakı, 2008) 

adlı kitablarında yeni təlim metodlarının tətbiqi ilə əlaqədar 

zəngin  nümunələr  verilmişdir.  Onun  “İmla  mətnləri  (V-XI 

siniflər  üçün)”  (A.Quliyeva  və  M.Soltanov  ilə.  Bakı,  2008) 

adlı metodik vəsaiti müəllimlər tərəfindən rəğbətlə qarşılanmış-

dır.  

Aydın  müəllim  ixtisasını  dərindən  bilən,  öz  biliyini 



həm  dərs  dediyi  şagirdlərə,  həm  də  müəllimlərə  verməyə 

çalışan  zəhmətkeş,  əməksevər  bir  müəllimdir.  Bütün 

bunlarla  yanaşı,  o  həm  də  filoloq  alimdir.  1970-ci  ildən 

Azərbaycan  dilçiliyinin  ən  gənc  şöbələrindən  biri  olan 

onomastika  sahəsində  tədqiqatlar  aparan  A.Paşayevin  elmi 

fəaliyyətini iki yerə ayırmaq olar:  

a)  Azərbaycan  dilinin  tədrisi  problemləri  ilə  əlaqədar 

olanlar;  

b) Onomastik vahidlərin tədqiqi ilə əlaqədar olanlar. 

Aydın müəllimin bu vaxta qədər çap olunmuş 250-yə 

qədər  elmi-metodik  və  qabaqcıl  təcrübəyə  həsr  olunmuş 

məqaləsi  vardır.  Çox  maraqlı  faktdır  ki,  onlardan  80–i 

xüsusi adların tədqiqi ilə əlaqədardır. Onun çap olunmuş 27 

elmi,  elmi-  metodik  və  metodik  monoqrafiya,  metodik 

vəsait  və    tövsiyəsindən  13-ü  xüsusi  adların  tədqiqinə  həsr 

olunmuşdur. 

A.Paşayevin mərhum professor Musa Adilovla birlik-

də  yazdığı  «Azərbaycan  onomastikası»  (Bakı,  1987), 



«Xəmsə»də  bəzi  adların  yazılışına  dair»  (Bakı,  1990), 

«Azərbaycan  şəxs  adları»  (Bakı,  1996),  «Azərbaycan 

antroponimiyasının  leksik  problemləri»  (Bakı,  1997), 

«Azərbaycan  şəxs  adlarının  izahlı  lüğəti»  (Alimə 

 

12 


Bəşirova  ilə.  Bakı,  2003),  «Azərbaycan  onomastikası. 

İzahlı  terminoloji  lüğət»  (prof.  M.Adilovla.  Bakı,  2005), 

«Azərbaycan  dili  dərslərində  ümumi  və  xüsusi  sözlərin 

müqayisəli  tədrisi  məsələləri».  Bakı,  2005),  “Bədii 

üslubda  obrazlılığın  ifadə  imkanları  (Bakı,  2006) 

(E.Cəfərova ilə), “Nizami Gəncəvinin poetik adlar aləmi” 

(Bakı,  2010),  “Azərbaycan  şəxs  adlarının  izahlı  lüğəti” 

(Bakı,  2011)  (Alimə  Bəşirova  ilə),  “Xəmsə”də  işlənən 



xüsusi  adların  izahlı  lüğəti”  (Bakı,  2013)    kitabları  sırf 

onomastik problemlərə həsr edilib. 



«Azərbaycan  onomastikası»  (Bakı,  1987)  kitabı  ali 

məktəblərin filologiya fakültələrinin tələbələri üçün dərs və-

saiti kimi nəzərdə tutulmuşdur. Kitabda «Ön söz»dən sonra 

onomastika  haqqında  ümumi  məlumat  verilmişdir.  Kitab  3 

hissədən və istifadə olunan ədəbiyyatın siyahısından ibarət-

dir.  «Onomastika  haqqında  ümumi  məlumat»da  ilk  dəfə 

olaraq  göstərilmişdir  ki,  onun  ümumi,  tarixi,  təsviri  və 

poetik onomastika kimi dörd sahəsi vardır. Müəlliflərə görə, 

advermədə millilik, tarixi-ənənəvi və müasirlik prinsiplərinə 

əməl  olunmalıdır.  Bu  fikir  onomastikanın  bütün  sahə  və 

kateqoriyalarını da əhatə edir. 

Kitabın  «Antroponimika»  adlanan  hissəsində  əsl 

adlar,  titullar,  təxəllüslər,  ləqəblər  haqqında  ümumi  məlu-

mat  verilmiş  və  zəngin  nümunələr  göstərilmişdir.  «Topo-

nimika»  adlanan  ikinci  hissədə  də  toponimika  haqqında 

ümumi  məlumat  verildikdən  sonra  komonimlər  –yaşayış 

məntəqələri  (şəhər,  qəsəbə,  kənd,  oba  və  s.  adları), 

xoronimlər (hər hansı inzibati-ərazi vahidinin –dövlət, ölkə, 

vilayət,  rayon,  küçə,  prospekt,  meydan  və  s.  adları),  oro-

nimlər  (düzənlik,  dağ,  təpə,  gədik,  aşırım,  dərə,  düz  və  s. 

adları),  hidronimlər  (su  obyektlərinin  –çay,  göl,  bulaq, 

dəniz, kanal, su anbarları, okean, körfəz və s. adları), urba-

nonimlər  (bazar,  müxtəlif  tarla,  sahə,  ərazi,  düzənlik  və  s. 

adları),  drinonimlər  (meşə  sahələrinin  adı),  dromonimlər 



 

13 


(yeraltı, yerüstü, su və hava yollarının adları) və s. haqqında 

ümumi məlumatlar verilmiş, zəngin nümunələr göstərilmiş, 

onların  leksik  və  qrammatik  xüsusiyyətləri  şərh  olun-

muşdur. 


Kitabın  ən  maraqlı  hissəsindən  biri  də  «Zoonimika» 

(Onomastikanın heyvan  və quşların  ümumi  və xüsusi adla-

rından bəhs edən şöbəsi) adlanır. Burada Azərbaycan dilçi-

liyində ilk dəfə olaraq at, it, inək, camış, kəl, qoyun, keçi və 

dəvə  adları  onomastik  cəhətdən  izah  olunmuş,  onların 

leksik və qrammatik xüsusiyyətləri tədqiq edilmişdir.  

Aydın  Paşayevin  «Azərbaycan  şəxs  adları»  (Bakı, 

1996)  kitabı  isə  Azərbaycan  şəxs  adlarının  tədqiqinə  həsr 

olunmuş  ən  mükəmməl  tədqiqat  əsərlərindən  biridir.  Kitab 

«Ön söz», dörd fəsil və istifadə olunan ədəbiyyatın siyahı-

sından ibarətdir. Kitabın birinci fəsli «Şəxs adlarının tədqi-

qat  tarixindən»  adlanır.  Burada  türkologiyada  və  Azərbay-

can dilçiliyində antroponimik vahidlərin tədqiqat tarixi xro-

noloji ardıcıllıqla izah olunmuşdur. 

Kitabın  ikinci  fəsli  «Şəxs  adlarının  ad  sistemində 

yeri» adlanır və öz elmi dəyərinə görə xüsusilə diqqəti cəlb 

edir.  «Adlar  və  ad  sistemləri  haqqında  ümumi  məlumat» 

adlanan birinci hissədə müxtəlif ad sistemləri haqqında söz 

açan müəllif ən qədim tarixə malik olan türk ad sisteminin 

çox  zəngin  və  çox  komponentli  olmasını  qeyd  edir  və 

zəngin  nümunələr  əsasında  sübut  edir  ki,  qədim  türk  ad 

sistemi  ərəb  və  rus  ad  sistemlərinin  formalaşmasında  müs-

təsna  rol  oynamış,  lakin  VII  əsrdən  başlayaraq  ərəb,  XIX 

əsrdən  başlayaraq  rus  ad  sisteminin  təsirinə  məruz  qal-

mışdır. Buna baxmayaraq, öz varlığını, advermə ənənələrini 

qoruyub saxlamışdır. 

Müəllif əsas və köməkçi ad kateqoriyalarının sərhədi-

ni  müəyyənləşdirmiş,  ləqəblərin  ad  sistemində  yeri  haq-

qında  ümumi  məlumat  vermiş,  Azərbaycan  dilçiliyində  ilk 

dəfə  olaraq  ləqəb  vermənin  xarakteri,  ləqəblərin  istifadə 



 

14 


dairəsi,  ləqəblərdən  istifadənin  formaları,  ləqəblər  və  digər 

köməkçi  adlar  zəngin  nümunələr  əsasında  geniş  müqayisə 

edilmişdir.  Bu  fəslin  ən  maraqlı  cəhətlərindən  biri  də  ad 

sistemində  ikinci  adlar  haqqında  məlumat  verilməsi  və 

onların təxəllüs və ləqəblərlə müqayisə olunmasıdır. 

«Ləqəblərin təsnifi» adlanan III fəsildə A.Paşayev lə-

qəbləri ənənəvi şəkildə bir cür yox, üç prinsip əsasında təs-

nif etmişdir: a) ləqəblərin funksiyası və məna xüsusiyyətlə-

rinə  görə  təsnifi;  b)  ləqəblərin  bir  və  ya  bir  neçə  şəxsə  aid 

olmasına  görə  təsnifi;  c)  ləqəblərin  şəxslə  əlaqəsinə  görə 

təsnifi.  Doğrudan  da,  ləqəblərin  bu  prinsiplər  əsasında  təs-

nifi onların hamısını əhatə edir. 

«Ləqəblərin  leksik-semantik  və  qrammatik  xüsusiy-

yətləri»  adlanan  dördüncü  fəsildə  onların  leksik-semantik, 

morfoloji və sintaktik xüsusiyyətləri haqqında məlumat ve-

rilmişdir. Aydın Paşayevin «Azərbaycan şəxs adları» kitabı 

yeni və orijinal fikirlərlə zəngindir, lakin buna baxmayaraq, 

kitab vaxtilə birmənalı şəkildə qarşılanmadı. 

Bu vaxta qədər tədqiqatçılar eyni vaxtda antroponim-

lərin  leksik,  morfoloji  və  sintaktik  xüsusiyyətlərindən  bəhs 

etmişlər,  lakin  Aydın  Paşayevin  «Azərbaycan  antroponi-




  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə