Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə132/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   128   129   130   131   132   133   134   135   ...   159
651. İmam Əli (ə): İmam Həsənə (ə) yazdığı məktubda buyurur: "Boş yerə qeyrət nümayiş etdirməkdən uzaq ol. Çünki bu iş, düz qadını əyriliyə və iffətli qadını tərəddüdə və (o barədə) fikirləşməyə vadar edər. Onlar barəsində tədbirli hərəkət et. Əgər onalrda bir eyib görsən, kiçik və böyükləri cəzalandırmaqda gecikmə. Əgər əsassız şəkildə, onların hansısa bir əməlinin günah (iffətsizlik) olduğuna yəqin edib, (əksül-əməl göstərsən), günaha zəmət bağışlamış və danlağını isə təsirsiz edəcəksən."2


Üçüncü fəsil

Qadın tərəfindən ailənin dağılma səbəbləri


1\3

Əri incitmək


652. Allahın rəsulu (s): Hər kimin qadını ərini incitsə, Allah-təala o qadının namazını və heç bir yaxşı əməlini qəbul etməz. İstərsə, bütün ömrü boyu oruc tutsun (yenə də, ibadəti Tanrı dərgahında qəbul olunmaz). Amma ərinə yardım etsə, onu sevindirsə... (ibadəti qəbul olar.) Kişi də, öz həyat yoldaşına əziyyət versə və ona zülm etsə, qadın üçün zikr olunan eyni günah və əzab onun üçün də var.1
653. Allahın rəsulu (s): Allah-təala, ərini dili ilə narahat edən qadının heç bir (sədəqə verdiyi) malı, fidyəni və yaxşı əməli, əri ondan razı olmadığı müdddət, qəbul etməz. İstər gündüzlər oruc tutub, gecələr ibadətlə məşğul olsun, qul qzad etsin, cins atlarıı Allah yolunda (döyüşçülərə yollasın), yenə də, (cəhənnəm) oduna atılacaq. Qadınına zülm edən kişiyə də aiddir.2
654. Allahın rəsulu (s): Qadın ərini incitdikdə, ərinin behiştdəki gələcək həyat yoldaşları olan hurilər belə deyərlər: Allah səni öldürsün! Onu incitmə. O, sənin qonağındır və tezliklə səni tərk edib, bizim yanımıza gələcəklər.1
655. İmam Sadiq (ə): Üç şey insanın həyatını qaraldar: Zalım hökmdar, pis qonşu və acıdil qadın.2
656. İmam Sadiq (ə): "Lənətlənmişdir, məlundur, öz ərini incidən və onu qəmgin edən qadın. Xoşbəxtdir, xoşbəxtdir ərinə ehtiram qoyan, əziyyət verməyən və hər bir halda ona itaət edən qadın."3

2\3


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin