Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə4/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   2   3   4   5   6   7   8   9   ...   159
C. Mərhəmət və sevgi ocağı
Ayədə ailə həyatını bəyan edən zaman buyurulan üçüncü təkallahlıq dərsi, müdrik Yaradanın ailəni mərhəmət və sevgi ocağı qərar verməsidir. Həqiqətdə, mərhəmət və sevgi ailə quruluşunun möhkəmliyində ən əsas amildir. Hər nə qədər bu amil öz yerini qoruyub saxlasa, evlilik həyatına bir o qədər də, möhkəm əlaqələr və asudə yaşayış hakim olacaqdır.
Allah-təala təbii şəkildə, evliliyi mərhəmət və sevginin yaranmasına səbəb etmişdir. Bir kişi Peyğəmbərin (s) yanına gəlib dedi: Ey Allahın elçisi! Mən bir işə mat-məəttəl qalmışam. Doğrudan da, təəccüblüdür! Bir kişi bir qadınla evlənib ki, (evlənməmişdən öncə) nə qadın onu görüb, nə də ki, o qadını görüb. Amma evləndikdən və yaxınlıq etdikdən sonra aralarında səmimiyyət yaranır və bir-birilərinə həmdəm olurlar. Onlar üçün ən dəyərli və sevimli şey, yalnız bir-biriləridir.
Peyğəmbər (s) buyurdu: "Aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir.1"2
Deməli, evliliyin daha da çox isti ailə ocağına çevirilməsi və onun xeyir-bərəkətlərindən bəhrələnmək üçün, bu ilahi vergini, mərhəmət və sevgini müxtəlif şəkildə uzun müddətli və hərtərəfli proqramlarla inkişaf etdirmək lazımdır.
Mərhəmət və məhəbbətin müxtəlif fərqləri haqqında belə deylmişdir: 1. Məhəbbət, başlanğıcda ünsiyyətin səbəbidir. Amma sonda, kişi və qadından biri zəif və güçsüz olduqda, xidmət göstərməyə qadir olmadıqda, mərhəmət öz vəzifəsini icra edir.
2. Məhəbbət, böyüklərə aiddir. Bununla da, bir-birilərinə qayğı göstərirlər. Amma kiçik övladlar, mərhəmət kölgəsi altında böyüyüb, başa çatırlar.
3. Məhəbbət, çox zaman qarşılıqlı olmalıdır. Amma rəhmət, birtərəfli də, ola bilər. Çünki, güzəşt, öz mənafeyindən keçməyi tələb edir.1
Əllamə Təba-təbai yazır: Ailə məhəbbət və rəhmətin cilvələrindən biri kimi, bir tərəfdən iki şəxsi birləşdirir, başqa cəhətdən isə onların hər ikisinin, xüsusilə də, qadının öz azyaşlı övladına mərhəmət göstərməsinə, ona hamilik etməsinə, qayğısına qalmasına, geyiminə, yeməyinə və tərbiyəsi ilə məşğul olmasına səbəb olur. Əgər bu məhəbbət və mərhəmət olmasaydı, bəşərin nəsli tükənər və həyat davam edə bilməzdi.2



Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin