Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə47/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   43   44   45   46   47   48   49   50   ...   159
225. "Sünəni-ibn Macə": Aişə və Ümm Sələmə rəvayət edir: Allahın elçisi (s) bizə göstəriş verdi ki, Fatiməyə cehiz hazırlayıb, onu Əlinin evinə göndərək. Bir otağa girib, döşəməni yumuşaq torpaq və qumla döşədik. Sonra iki balışın içini xurma lifi ilə doldurduq. Onları öz əllərimizlə vurduq ki, bir-birindən ayrılsınlar. Sonra xurma və kişmişdən yemək hazırladıq. Təmiz, saf su gətirdik. Paltar asmaq üçün iki divarın arasına bir taxta parçası bərkiddik. Su tuluğunu asmaq üçün də, otağın bir küncündəki divara taxta parçası vurduq. Amma bununla belə Fatimənin gəlinliyindən (evlənməsindən) gözəl evlilik görmədik.1
226. "Ət-Təbəqatül-kübra": Darəm ibn Əbdür-rəhman ibn Sələbə Hənəfi rəvayət edir: Dayıları ənsardan olan bir kişi mənə belə nəql etdi: Nənəm mənə dedi ki, o da, Fatiməni Əlinin evinə aparan qadınların arasında olub. O deyir: Fatiməni Əlinin evinə apardıqda, onun əynində iiki ovl2 libası var idi. Qolunda iki zəfəranla rənglənmiş gümüş qolbağı var idi. Əlinin evinə çatdıqda orada dabbağlanmamış bir qoç dərisinin döşəməyə sərildiyini gördük. Orada içərisi xurma lifi ilə doldurulmuş dəri balış, bir su tuluğu, bir ələk, bir dəsmal və bir qədəh var idi.3
227. "Əz-Zöhd": İbn Mübarək, Şəbidən rəvayət edir: Fatimənin zifaf gecəsi, Əlinin yatağı bir qoş dərisindən ibarət idi.1

6\10

Həyat hər sahədə müştərəkdir


228. İmam Baqir (ə): Əli (ə) və Fatimə (ə) işləri bölmək üçün Peyğəmbərin (s) yanına getdilər. Allahın elçisi (s) ev işlərinin Fatiməyə, evdən kənardakı işlərin isə Əliyə aid olduğunu bildirdi.
Fatimə dedi: Allahın rəsulunun (s) məni kişilərin əncam verdiyi işlərdən uzaq tutmasına görə, bir olan Tanrı şahiddir ki, mən necə də sevinirəm.2
229. İmam Baqir (ə): Fatimə ev işlərini, yemək-çörək hazırlamaq, otaqları süpürüb, təmizləmək kimi işləri öz öhdəsinə götürüb, Əliyə bu haqda zəmanət verdi. Əli də, evdən kənardakı işləri; odun daşımaq və evə azuqə (qazanıb) gətirmək kimi işləri öz öhdəsinə aldı. 3

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin