583. İmam Sadiq (ə): Mal-dövlətinizi və ailənizi bu dua ilə mühafizə edin. Bu duanı işa namazından sonra oxuyun: "Özümü, övladlarımı, ailəmi və mal-dövlətimi hər şeytanın və çalan şeytanın3 və hər bir bəd nəzərin şərrindən Allah-təalanın kamil kəlimələrinin pənahına tapşırıram."
Bu duanı Cəbaryıl Həsən (ə) və Hüseyn (ə) üçün oxumuşdu.4 584. İmam Sadiq (ə): Atam duasında deyirdi: "İlahi! Məni islah et. Çünki mənim yanımda ən əhəmiyyətli şəxs, elə özüməm. İlahi! Övladlarımı mənim üçün islah et. Çünki onlar mənim qol-qanadımdır. Çünki onlar mənim ətim-qanımdır. İlahi! Mənim bütün (müsəlman) bacı-qardaşlarımı və dostlarımı mənim üçün islah et. Çünki onların saleh əməlli olması, elə mənim saleh əmlləi olmağım deməkdir.1
2\7
Ata-ana üçün dua etmək
رَبَّنَا اغْفِرْ لي وَ لِوالِدَيَّ وَ لِلْمُؤْمِنينَ يَوْمَ يَقُومُ الْحِسابُ- - رَبِّ اغْفِرْ لي وَ لِوالِدَيَّ وَ لِمَنْ دَخَلَ بَيْتِيَ مُؤْمِناً وَ لِلْمُؤْمِنينَ وَ الْمُؤْمِناتِ وَ لا تَزِدِ الظَّالِمينَ إِلاَّ تَباراً وَ اخْفِضْ لَهُما جَناحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ وَ قُلْ رَبِّ ارْحَمْهُما كَما رَبَّياني صَغيراً- Qurani-kərim: - "Ey Rəbbim! Haqq-hesab çəkilən gün (qiyamət günü) məni, ata-anamı və möminləri bağışla!"2 - "Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mömin kimi daxil olan kimsəni və (qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını (ölümünü) artır!"3 - "Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” -de."4 Hədislər: