2- Ailənin elmi-mədəni ehtiyaclarını ödəmək
Ailənin rəhbəri təkcə onların dini tərbiyəsi yolunda deyil, elmi-mədəni ehtiyaclarını təmin etmək üçün də, lazım olan addımları atmalıdır. İmam Əli (ə) buyurur: "Övladlarınızı elm öyrənməyə vadar edin."1
Allahın rəsulu (s) da bu haqda belə buyurur: "Kişinin övladının tərbiyəsi ilə məşğul olması, bir birsək (qızıl-gümüş) sədəqə verməsindən daha üstündür."2
İmam Sadiqdən (ə) belə rəvayət olunur: "Mömin bəndə, ailəsi üçün elm və gözəl tərbiyəni miras qoyar. Belə ki, onların hamısının behiştə getməsinə bais olar."3
3- Ailənin maddi ehtiyaclarını ödəmək
Kişiyə xas olan əsas vəzifələrdən biri də, ailəsinin iqtisadi ehtiyaclarını təmin etməkdən ibarətdir. Bir sıra hədislərdə, kişinin bu yolda çalışması, cihad etməyin savabına bərabərdir: "Ailəsinin, ata-anasının rifahı üçün çalışan şəxs, Allah yolunda cihad edən mücahid kimidir."4
Bir dəstə rəvayətlərdə isə kişinin ailəsinin maddi ehtiyaclarını təmin etməsi, sədəqə sayılır: "Kişinin ailəsinə verdiyi nəfəqə (məişət xərcləri), sədəqə sayılır."5
Bəzi hədislərdə oxuyuruq: "Malından bağışladığın hər şey, sədəqədir. Ailənə xərclədiyin hər şey, sədəqədir. Həyat yoldaşının sənin qazancından yediyi hər şey, sədəqədir."6
Mümkün qədər əliaçıq olmaq, ailə xərclərində də, nəzərdə tutulmuşdur: "Sizlərdən hər kim ailəsini daha çox rifah və firavanlıqda yaşatsa, Allah-təala ondan daha çox razıdır."1
Əlbəttə, əliaçıq olmaqda ifrat etmək tənqid edilmişdir. Deməli, ailə xərclərində də, ifrati şəkildə səxavətli olmaq doğru deyildir.
4- Ailənin ruhi ehtiyaclarını ödəmək
Ailənin ruhi ehtiyaclarını ödəmək də, dini, elmi-mədəni və maddi ehtiyaclarını ödəmək qədər, sağlam ailə mühitinin yaranmasında müstəsna rol oynayır. Bu ibrət dolu dəyərli kəlama diqqət yetirin: "Kim ailəsini sevindirsə, Allah-təala o sevincdən elə bir məxluq yaradar ki, qiyamət gününə qədər onun bağışlanması üçün dua edər."2
Deməli, ailəni sevindirmək üçün atılan hər halal addım: Ailə ilə birlikdə vaxt keçirmək, bir süfrə arxasında yemək yemək, yemək seçimi zamanı onların meylinə və iştahasına uyğun yemək və səfərdən qayıdarkən onlara hədiyyə gətirmək kimi sevindirici hallar, dinimiz tərəfindən mədh edilmişdir.
Dostları ilə paylaş: |