605. İmam Əli (ə): Mehriyyələrin miqdarını çoxaltmayın. Çünki bu, düşmənçiliyə səbəb olar.3 3\1
Yetkinlik yaşına çatmamış uşaqları evləndirmək
614. "Əl-Kafi": Hişam ibn Həkəm rəvayət edir: İmama (İmam Sadiqə (ə) və ya İmam Kazimə (ə) ) dedilər: Biz oğlan övladlarımızı (yetkinlik yaşına çatmamış,) uşaq vaxtı evləndiririk.
Buyurdu: "Onları (yetkinlik yaşına çatmamış,) uşaq vaxtı evləndirsəniz, bir-birilərini sevib, ünsiyyət qura bilməyəcəklər."1 4\1
Yalnız qohumla evlənmək
615. Allahın rəsulu (s): Qızlarınızı yalnız qadınınızın qohumları2 ilə evləndirməyin. Çünki bu iş, (qohumluq) əlaqələrinin kəsilməsinə səbəb olar.3
İkinci fəsil
Ər tərəfindən ailənin dağılma səbəbləri
1\2
Həyat yoldaşını incitmək
يا أَيُّهَا الَّذِينَ آمَنُوا لا يَحِلُّ لَكُمْ أَنْ تَرِثُوا النِّساءَ كَرْهاً وَ لا تَعْضُلُوهُنَّ لِتَذْهَبُوا بِبَعْضِ ما آتَيْتُمُوهُنَّ إِلاَّ أَنْ يَأْتِينَ بِفاحِشَةٍ مُبَيِّنَةٍ وَ عاشِرُوهُنَّ بِالْمَعْرُوفِ فَإِنْ كَرِهْتُمُوهُنَّ فَعَسى أَنْ تَكْرَهُوا شَيْئاً وَ يَجْعَلَ اللَّهُ فِيهِ خَيْراً كَثِيراً Qurani-kərim: "Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyinizin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun."1 Hədislər: 616. Allahın rəsulu (s): Agah olun! Allah və peyğəmbəri (s), qadınının xülu təlaq tələb etməsi məqsədilə, ona əziyyət verən kişiyə nifrət edir.2 617. Allahın rəsulu (s): Kim qadınını incitsə və qadını ondan canını qurtarmaq üçün xüli təlaq tələb etsə, Allah-təala onun ərinə cəhənnəm odundan daha az cəza təyin etməz. Çünki Allah-təala, adına zülm olunduğunda, yetimə zülm onunan zaman qəzəbləndiyi kimi qəzəblənər.1