358. Allahın rəsulu (s): Allah-Təala, Tanrıya xatir arvadının pis xasiyyətinə dözən kişiyə, səbir etdiyi hər gecə-gündüzə görə Əyyub(ə) peyğəmbərin bəla qarşısında qazandığı savabı əta edər. Qadının hər gecə-gündüz günahı, səhradakı qumlar qədər sayılar.3.
359. Allahın rəsulu (s): Behiştdə elə bir dərəcə və məqam vardır ki, oraya yalnız adalətli rəhbərlər, qohumlarla əlaqəni kəsməyən (mehriban olan) şəxslər və həyat yoldaşının bəd əxlaqı qarşısında səbirli olan kişilər daxil olarlar.4 360. İmam Əli (ə): Agah olun! Kim öz bədxasiyyət qadını ilə Allaha xatir səbirli və mərhəmətli davransa, Allah-Təala ona öz dərgahında şükür əhliin savabını verər.1 361. İmam Əli (ə): (Həzrətə nisbət verilən hikmətnamədə deyilir) Möminin cizyəsi2 mənzil icarə etməsi, onun əzabı isə həyat yoldaşının bədəxlaqlı olmasıdır.3 362. "Ehyayi-ülumiddin": (Peyğəmbərlərin (ə) rəvayətlərində) Bir dəstə insan Yunus peyğəmbərin (ə) hüzuruna gəldi. Həzrət Yunus (ə) onlara qonaqlıq verdi. O, tez-tez evə daxil olub-çıxırdı. Həyat yoldaşı onu incidir və itaətsizlik göstərirdi. Amma Yunus (s) heç bir şey söyləmirdi. Onlar peyğəmbərin bu hərəkətinə təəccübləndilər. Yunus (ə) buyurdu: Təəccüb etməyin. Çünki mən Allahdan xahiş etdim ki, axirət aləmində mənə əzab verəcəksənsə, məni bu dünyada ona düçar et.
Allah-təala buyurdu: "Sənin cəzan, filankəsin qızı ilə evlənib, ailə həyatı qurmandır." Mən də, onunla evləndim və (pis xasiyyətinə və bəd) əməllərinə dözürəm.4
17\2
Güzəşt
363. İmam Əli (ə): Kim bəzi işlərdə güzəştə getməsə və göz yummasa, həyatı qaralar (zəhrimar olar).1 364. İmam Zeynül-abidin (ə): (İmam Baqirə (ə) nəsihətində) Ey oğlum, bil ki, ümumiyyətlə dünyada işinin düz olması (rast gətirməsi) iki kəlimədə cəmlənib: Yaşayışın islahı. Bu sanki dolu piyaləyə bənzəyir. Onun üçdə iki hissəsidiqqət və huşyarlıqdan ibarətdir. Üçdə bir hissəsi isə güzəştdir. Çünki insan, bir şeyib bilib, ona diqqət yetirdiyi zaman, güzəştə gedər və bəzi işlərə göz yumar.2 18\2