Aynur Bəşirli Aynur K



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə1/19
tarix16.07.2017
ölçüsü5.01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   19

 
 
 
 
Aynur Bəşirli  
 
 
 
 
Aynur Kərimova  
  
 
 
 
Dilarə Vəkilova  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
XƏBƏRÇ L K 
 
 
 
 
XƏBƏR N TOPLANMASI VƏ YAZILMASI 
 
      Azərbaycan Respublikası təhsil nazirinin 
 28 fevral 2007-ci il tarixli 176 saylı 
   əmri ilə dərslik kimi təsdiq edilmişdir 
 
 
 
 
 
 
DƏRSL K 
 
Bakı-2007 

 
 
Elmi redaktor:    Zeynal Məmmədli, Bakı Dövlət Universiteti  
 
Məsləhətçi:  
Duqlas Kosper, Kolorado Universiteti, ABŞ 
 
Rəyçilər:    
Qulu Məhərrəmli, BDU,  professor 
 
 
 
  
 
 
Elçin Şıxlı, Azərbaycan Jurnalistlər Birliyinin  
 
 
 
 
sədri,  “Ayna” – “Zerkalo” qəzetlərinin baş    
 
 
 
 
redaktoru 
 
 
 
 
Arif Əliyev, “Yeni Nəsil” Jurnalistlər Birliyinin  
 
 
 
 
sədri 
 
 
Rəssam: 
 
Leyla Salamova 
 
Səhifələmə:  
Rəşad Məmmədli 
 
Korrektor:   
Şəhla Tahirqızı 
 
 
 
Dərslik  AC YF-nun vəsaiti ilə maliyyələşdirilib. 
 
 
Pulsuzdur. 

 
 
 
ŞÜNƏRƏK DƏŞƏN,  
ŞÜNDÜRƏRƏK  DƏŞD RƏNLƏRƏ ... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
Ç NDƏK LƏ
Tələbələrə C VƏ 1, ALOV 1 
 
I  BÖLÜM. XƏBƏR VƏ XƏBƏRÇ LƏ
Fəsil 1. Xəbər axtarışında  
Olayı Xəbər edən nədir? 
Üçölçülü Xəbər 
Xəbərin digər elementləri C VƏ 2 
Qaynar,  sti və Soyuq xəbərlər 
Kimin üçün yazırıq? 
Təcrübəni bölüşənlər: Robert Slaqt 
Çalışmalar 
Ə
dəbiyyat 
Xəbər tarixinin bələdçisi 
 
Fəsil 2. Xəbər tapanlar  
Reportyor kimdir? C VƏ 3 
Bir medalın iki üzü, yaxud 2 “F”-dən biri: fakt ya fikir jurnalistikası? 
Dəyişən və dəyişməyən xəbərçilik.  lk peşəkarlar 
XX əsr jurnalistikasında meyllər: Subyektiv və Obyektiv xəbərçilik 
Təcrübəni bölüşənlər: Elçin Şıxlı 
Xəbər standartları 
Azərbaycan jurnalistlərinin peşə etikası kodeksi 
Çalışmalar 
Ə
dəbiyyat 
 

 
II  BÖLÜM. XƏBƏR N TOPLANMASI 
 
Fəsil 3. Çap mediasında qaynaqlar  
Qaynaqların özəllikləri  
Təcrübəni bölüşənlər: Qulu Məhərrəmli 
nformasiya qaynaqlarınız C VƏ 4 
Çalışmalar 
Ə
dəbiyyat 
 
Fəsil 4. Müsahibə 
    
Uğur kvadratı 
Müsahibə aparma texnikaları 
Müsahibəyə  hazırlıq 
Müsahibəyə razılıq 
Müsahibənin başlanğıcı 
Qeydgötürmə və diktofon 
“Nə üçün ?” və “Necə ?” sualları 
Qulaq as, ayıq ol, qayğıkeş görün 
Müsahibənin sonu 
Çalışmalar 
Ə
dəbiyyat 
 
Fəsil 5.  Müşahidə metodu və sənədlə
Müşahidə 
Bələdçi 
Sənədlər ALOV 7 

Jurnalistləri məlumatlandırmanın digər üsulları 
Mətbuat konfransları 
Alışdığımız - analitik informasiya qaynaqları  
Kompüterləşdirilmiş informasiya qaynaqları və daçıyıcıları 
Anonim qaynaqlar 
Qaynaqlarla işin  etik aspektləri  
Hüquq bələdçisi       
Çalışmalar 
Ə
dəbiyyat 
 
III BÖLÜM. NECƏ YAZMALI  
Fəsil 6. Piramidalar çevriləndə  
Piramidaların sirri C VƏ 5 
Təcrübəni bölüşənlər:Sevinc Abdullayeva 
Lid – xəbər piramidasının dayaq nöqtəsi 
Təcrübəni bölüşənlər: Sevinc Abdullayeva 
Birbaşa və dolayı lidlər 
Nədən başlamalı? Lidi necə tapmalı?  
Lidi necə yazmalı?  
Lid bütün suallara cavab verməlidirmi?  
sti xəbərin strukturu 
“Background”-olayın tarixçəsi 
Birlikdə çalışaq 
Çalışmalar 
Ə
dəbiyyat 
 
Fəsil 7. Xəbər soyuyanda  

Odla kül arasında C VƏ 6 
“Soyuq xəbər”, “Feature”  ya “Oчерк” ? Necə adlandıraq? 
Təcrübəni bölüşənlər: Azad Şərif 
Soyuq xəbərin ölçüləri 
Soyuq xəbərin növləri  
Soyuq xəbərin strukturu 
Soyuq xəbərin həndəsəsi: Qum saatı və Paxlava 
Çalışmalar 
Ə
dəbiyyat 
 
IV BÖLÜM.  XT SASLAŞMIŞ JURNAL ST KA 
Fəsil 8. Zər qədrini bilənlər  
Kimdir onlar? 
Beynəlxalq həyat 
qtisadiyyat 
Səhiyyə 
Kriminal 
Mədəniyyət 
dman 
 
V BÖLÜM. ARAŞDIRMA JURNAL ST KASI  
Fəsil 9. Gerçək axtarışında  
“Vundsteyn” əhvalatı 
Təcrübəni bölüşənlər: Hans Smit 
Jurnalist araşdırmasında qaynaqlar 
Araşdırma öncəsi 
Araşdırmada müsahibələr  

Yazını necə yazmalı 
Araşdırma jurnalistikasında çətinliklər 
Çalışmalar 
Ə
dəbiyyat 
 
ZAHLI SÖZLÜK 
 
 
 

TƏLƏBƏLƏRƏ 
 
 
Yəqin, çoxunuzun uşaq vaxtı xoşlamadığı qınaqlardan biri 
yaşıdlarınızın sizə məzəmmətlə, təkrar-təkrar “xəbərçi, xəbərçi” deməsi 
olub. Xəbərçi, yəni ondan-buna, bundan-ona söz aparıb-gətirən. Bir sözlə, 
etibarsız.  
 
Və yəqin ki, özünüzə sənət seçmək məqamı gələndə, jurnalist 
olacağınıza qərar verəndə çox yaxşı anlayırdınız ki, bununla peşəkar 
xəbərçiliyi seçirsiniz. Daha doğrusu, bu işin peşəkarı olmaq istəyirsiniz. 
Peşəkar xəbərçilik isə dəqiqlik, dolğunluq, bitkinlik, bir sözlə, etibarlılıq 
deməkdir... 
 
Bəs xəbərçi etibarsızlıqdan etibarlılığa qədər yolu necə qət etdi?  
 
Düz 16 il əvvəl Azərbaycan teleməkanında ilk dəfə ANS-in 
“Xəbərçi”si efirə çıxanda bu, birmənalı qarşılanmadı. Səbəb dilimizdəki 
“xəbərçi” sözünün neqativ məna yükü idi. Heç kəsin xəbərlə işi yox idi, 
amma xəbərçi ilə vardı. Kökü ərəb dilindən gələn “xəbər”in milli jurnalistika 
tarixində öz tarixçəsi var idi: “Tatar xəbərləri”ni (1832), “Qafqazın bu 
tərəfinin əxbarı”nı (1845), Həsən bəyin “Əkinçi”sinin “Təzə xəbərləri”ni və 
“Elmi xəbərləri”ni (1875-77), “Təzə xəbər”i (1912), “Son xəbər”i (1915), 
hətta bolşevik inqilabı illərində müxtəlif konfrans, komissarlıq və 
revkomların əxbarlarını, bir də Sovet dönəminin “Müxbir” jurnalını  
xatırlayaq.  
 
“Xəbərçi” isə təzə versiya idi. Onun qaynağı ərəbdən deyil, 
jurnalistika fakültəsində hələ 1987-ci ildə başlanmış bir ideyadan doğmuşdu. 
O zaman tələbə-aparıcılar özlərini məhz “çuğulçu-xəbərçi” kimi təqdim 
etmiş, bununla da xəbərlərə gəncliyin gətirə biləcəyi bir ruhu, təravəti 
gətirmək istəmişdilər. “Xəbərçi”nin də amacı aydın idi: XƏBƏR vermək. 

FƏRQL  bir xəbər. Məhz FƏRQL  XƏBƏR konsepsiyası az keçmiş 
xəbərçiliyin neqativ məna yükünün itməsinə, əksinə, yeni məna 
qazanmasına gətirib çıxardı. 
 
Demək, məsələ sözdə deyilmiş. Məsələ bizim sözü necə qəbul 
etməyimizdə, ona hansı mənanı vermək istəyimizdə imiş. Beləliklə, 
xəbərçilik yeni məna kəsb etdi.  
 
Və siz məhz buna görə uşaqlıq assosiasiyalarına məhəl qoymadan, 
tərəddüd etmədən xəbərçiliyi seçdiniz.  
 
Biz də bu kitabın adını tərəddüdsüz “Xəbərçilik” qoyduq. Bu kitab 
peşəkar xəbərçilik barəsindədir.  
          Bu kitab peşəkar xəbərçilik barəsindədir. 

Xəbər tarixinin bələdçisi 
1
 
 
Antropoloqlar 
dünyanın 
bizim 
dövrümüzə 
gəlib 
çatmış 
ibtidai 
mədəniyyətlərini  müqayisə  edərkən  gözlənilməz  bir  hadisə  ilə  rastlaşıblar. 
Afrikanın  ən  ucqar,  təcrid  olunmuş  tayfalarından  Sakit  okeanın  ən  uzaq 
adalarına  qədər  insanlar  üçün  xəbər  anlayışı  eyni  olub.  Onlar  hamısı  eyni 
qeybətləri  ediblər.  Hətta  xəbəri  yığmaq  və  ötürmək  üçün  də  tapdıqları 
ismarışçılar  –  messencerlər  də  eyni  olub.  Tarix  və  müxtəlif  mədəniyyətlər 
boyu insanlar hər zaman eyni xəbərləri bölüşüblər.   
 
 
 
 
 
 
 
 
 
M. Stefens 

 b.e.ə. 100 000 

 b.e.ə. 8000 

 b.e.ə.3500 

 b.e.ə.3100 
Homo sapienslə bir-
likdə nitq yaranır.  
Kənd təsərrüfatı 
və daha sabit cə-
miyyətlər yaranır. 
Yığıncaqlar, sə-
yahətlər, qasidlər, 
carçılar, tüstü siq-
nalları və təbil 
səsləri xəbərin 
ötürülməsində 
yardımçı olur. 
Çinlilərin atı əhli-
ləşdirməsi xəbərin 
yayılma sürətini 
artırır.  
Dünyada ən qədim 
yazı sistemləri – 
Mesopotamiyada  
lövhələr, Misirdə 
heroqliflər yaranır. 
Söz simvolla çat-
dırılır. 

 b.e.ə.1500 

 b.e.ə. 750 

 b.e.ə. 450 

 b.e.ə. 443 
Hanaanda (Fələstin, 
Suriya və Finikiyanın 
qədim adı) ilk əlifba 
yaradılır. 
Yunanlar Hana-
anların əlifbasına 
saitlər əlavə edə-
rək yeni əlifba 
yaradırlar. 
Yunan əlifbasının 
müxtəlif versiya-
ları bütün Avro-
pada işlənir. 
Afinalılar  ranın 
Yunanıstana ilk 
hücumunu dəf 
edirlər.  Deyilənlə-
rə görə, Feydippi-
des adlı yunan qa-
sidi Marafondan 
Afinaya qaçaraq 
qələbə xəbərini gə-
tirmiş və ölmüşdür. 
Herodot Yunan-
ran müharibələri-
ni qələmə almaqla 
Qərb tarixşü-
naslığının ilk 
əsərini yaradır. 
                                                  
1
 Xronologiyanın tərtibində M. Stefensin “A History of News”, S. Tohidinin “Azərbaycan dövri mətbuatı: 
1875-1990” kitablarından istifadə edilmişdir.  

b.e.ə. 334 
b.e.ə.323 
b.e.ə. 145 
b.e.ə.59 
Makedoniyalı 
sgəndər  ran 
üzərində qələbəsin-
dən sonra təzə 
evlənmiş əsgərlərə 
qışda evə qayıtmağa 
icazə verir və onlarla 
Afinaya 300 düşmən 
dəbilqəsi göndərir. 
Bu addım qələbə 
xəbərini yaymaq 
məqsədi güdə bilərdi.  
Makedoniyalı 
sgəndərin ölü-
mündən sonra 
imperiya yalnız 13 
il əmin-amanlıq 
şəraitində yaşayır. 
Xəbər sisteminin 
işləməməsi im-
periyanın çökmə-
sinə səbəb amillər-
dən biri kimi qiy-
mətləndirilə bilər. 
Roma 
imperiyasında 
Forumun 
ətrafındakı açıq ha-
vadakı görüş ye-
rində romalılar hər 
gün son xəbərləri 
eşitmək üçün top-
laşırdılar.  
Yuli Sezar Senatda 
gündəlik baş verən 
hadisələrin 
yazıldığı Aktanın 
Roma Res-
publikasının hər 
bir yerinə 
çatdırılması barədə 
əmr verir. 
105 
445 
618  
911 
Çində kağız ixtira 
olunur. Bu ixtiranın 
Avropaya çatması 
1000 il çəkir. 
Vandallar 
Romanı qəsb 
edirlər. Roma 
imperiyasının sü-
qutu Avropada ti-
carət və ədəbiy-
yatın tənəzzülünə 
gətirib çıxarır. 
Uzaqdan xəbərlər 
kəsilir.   
Tanq sülaləsi Çin 
imperiyasını yeni-
dən bərpa edir. Ti-
pao – rəsmi xəbər 
bülletenləri imperi-
ya daxilində elita 
qrupları arasında 
mühüm xəbər 
mənbəyinə çevrilir. 
Bu dövrdə Çində 
ixtira edilmiş daş 
çapından 
“tipao”nun nüsxə-
lərini çoxaltmaqda 
istifadə edilirdi.  
Çində “Kinq Pao” 
(“Paytaxt 
xəbərləri”) qəzeti 
çıxır. 
960  
1160 

1250 
1275 
Sanq sülaləsi həm 
rəsmilərin, həm də 
savadlıların oxuduğu 
yeni xəbər bülleten-
ləri  buraxır. 1279-cu 
ildə süqutundan bir 
az əvvəl Sanq süla-
ləsi qeyri-hökumət 
qəzetlərinə senzura 
tətbiq edir.     
Tudelalı Ravvin 
Bencamin  spa-
niyadan Çinin 
sərhədlərinə kimi 
səyahət edir. 
Onun səyahət 
hesabatları ilk sə-
yahət xəbərləri  
kimi qiymətləndi-
rilə bilər. 
Şifahi xəbərlər orta 
əsrlər Avropasında 
xəbərin ən geniş 
yayılmış növü idi. 
Ölüm xəbərləri, 
fərmanlar, yeni şə-
rabın gətirilməsi 
xəbərini parislilərə 
carçılar çatdı-
rırdılar.  
Venesiyalı Marko 
Polo Çin hakimi 
Kubliya Xanın 
məhkəməsindən 
sonra məhbəsdə 
bir yazıçı ilə eyni 
kameraya düşür. 
Marko Polo həmin 
yazıçıya öz sə-
yahətini diktə edir.   


 1450 
1467 
1470 
1481 
ohan Quttenberq çap 
maşınını ixtira edir.  
lk dəfə olaraq 
Berndə çapla 
məşğul olmaq 
üçün rəsmi 
razılıq  –  
imtiyazlar verilir. 
Naşirlərə imtiyaz 
verib-verməmək 
hökumətin çap 
üzərində nəzarəti-
ni təmin edirdi. 
Bizə məlum olan 
ən qədim çap 
edilmiş xəbər 
taliyadakı turnir 
barədədir. Bu, id-
man xəbərlərinin 
ən erkən variantı 
sayıla bilər.  
Osmanlı 
imperiyasının ya-
ranmasında böyük 
rol oynamış II Sul-
tan Məhəmməd 
vəfat edir. Uels 
şahzadəsi Edvard 
sultanın ölümün-
dən iki il sonra 
xəbər tutur. Bir 
italiyalının 
Konstantinopoldan 
bu xəbəri yazdığı 
məktub ona yalnız 
bu zaman yetişir.   
1493 
1502 
1509 
1538 
Kolumb səyahə-
tindən qayıdır, onun 
səyahət xəbərləri çap 
olunaraq yayılır.  
spaniya 
hökmdarları Fer-
dinand və 
zabella bütün 
çap məhsullarının 
çapı üçün hö-
kumətdən və ya 
kilsədən lisenziya 
alınmasını tələb 
edirlər.  
Çap edilmiş xəbər 
kitabında  ngiltərə 
kralı VII Henrinin 
qızı 12 yaşlı Meri-
nin Müqəddəs Ro-
ma imperiyasının 
varisi Avstriya 
şahzadəsi 7 yaşlı 
Karlla nikahından 
xəbər verilir. Çap 
edilmiş dedi-qodu 
və ya məşhurlar 
barədə ilk xəbər 
nümunəsi.    
Fransada dərc edil-
miş xəbər 
kitabında Vezuvi 
vulkanının püs-
kürməsini öz 
gözləri ilə görən 
bir nəfərin söhbəti 
dərc edilir.  
1566 
1609 
1615 
1618 
Qazetta və ya avisi 
kimi tanınan əllə 
yazılmış xəbər və-
rəqləri Venesiyada 
yayılmağa başlayır. 
Bu müasir qəzetin 
əcdadı sayıla bilər.  
Avropanın bizim 
günlərə gəlib ça-
tan ən qədim qə-
zeti Almaniyanın 
Strasburq 
şəhərində həftəlik 
çıxarılır.  
Yaponiyada 
“kavaraban” adla-
nan xəbər bülleten-
ləri çap edilir. 
Kavarabanlar dedi-
qodu, qalmaqal və 
sensasiya ilə dolu 
olur.  
Ticarət və biznes 
mərkəzi olan Ams-
terdamda ilk qəzet 
çap olunur. 

1618 
1620 
1624 
1634 
Avropada otuzillik 
müharibə başlanır. 
lk çap qəzetləri ka-
toliklərlə 
protestantların dö-
yüşləri barədə xə-
bərlərlə dolur.  
ngiltərənin ilk 
qəzeti Amster-
damda dekabrın 
2-də çıxır. Həmin 
ilin əvvəllərində 
Amsterdamda ilk 
fransız qəzeti 
çıxır. 
Otuzillik mühari-
bədə protestant-
ların tərəfində 
vuruşan alman 
muzdlusu Ernst 
Mansfeld  ngiltərə 
qəzetlərində 
“mediaulduza” 
çevrilir. O, 1624-
cü ildə  ngiltərədə 
olarkən insanlar 
küçələrdə onun ar-
xasınca düşürdülər.  
“Qəzet de Frans” 
Qalileyin “Günəş 
kainatın mər-
kəzidir” ideyasına 
qarşı başlanmış 
məhkəmə işindən 
hesabat verir. 
Müxbirlərin 
rəğbəti Qalileyin 
“absurd və səhv” 
ideyalarının deyil, 
inkvizisiyanın tə-
rəfində olur.    
1644 
1645 
1649 
1650 
Con Milton  ngiltə-
rədə vətəndaş müha-
ribəsi zamanı mət-
buat azadlığını 
müdafiə edən 
“Areopagitika” pam-
fletini dərc edir.  
Amsterdamda 8 
həftəlik və bir 
neçə iki həftədən 
bir çıxan qəzet 
dərc edilirdi. 
I Karl edam edilir. 
Qəzetlər bu 
hadisəni 
xəbərləyir.  
ngiltərədə  Oks-
fordda ilk qəhvə-
xana açılır. Burada 
insanlar xəbərləri 
bölüşürlər.  
1650 
1655 
1655 
1670 
Bizə məlum olan ilk 
həftəlik qəzet 
Leypsiqdə çıxır.  
Oliver Kromvel 
ngiltərədə qəzet-
lər üzərində nəza-
rəti bərpa edir.  
Fransada həftəlik 
ilk elmi dövri 
mətbu orqan 
çıxmağa başlayır.  
lk dəfə  ngiltərədə 
məktubda “news-
paper” termini 
işlədilir.   
1690 
1702 
1702 
1704 
Bencamin Harris ilk 
Amerika qəzetini 
nəşr edir. Massa-
çusets koloniyasının 
qubernatoru ilk 
saydan sonra qəzeti 
bağlayır. 
ngiltərədə ilk 
gündəlik qəzet 
çıxmağa başlayır.  
III Vilyam 1702-ci 
il martın 8-də vəfat 
edir. Onun ölüm 
xəbəri Londona 8 
saata yayılır. 
Kralın ölümü onun 
amerikalı təbəələri-
nə mayın 17-də 
çatır. 
 
 
kinci Amerika qə-
zeti Bostonda nəşr 
olunur. 
 
 
 
 
 
 

1712 
1729 
1735 
1765 
ngiltərədə qəzetlərə 
möhür vergisi tətbiq 
edilir. Bununla 
qəzetin qiyməti baha-
lanır. Məqsəd qəzeti 
kasıb siniflərdən 
uzaq saxlamaq idi.  
Bencamin 
Franklin Pensil-
vaniya qəzetinə 
rəhbərlik edir, 
onu gözəl 
tərtibatlı, məz-
munlu, canlı, gə-
lirli bir qəzetə çe-
virir.    
Məhkəmə qiyama 
çağırışda təqsirlən-
dirilən “Nyu York 
Viikli Cornel”in 
redaktoru Con Pe-
ter Zingerin 
günahsız olması 
barədə qərar qəbul 
edir. Bu mətbuat 
azadlığı üçün qə-
ləbə idi.  
Amerika mətbuatı 
Möhür Aktına 
qarşı çıxır. Bu akt 
qəzetin dərc 
edildiyi hər səhifə 
üçün vergi nəzərdə 
tuturdu. Britaniya 
parlamenti geri çə-
kilir və aktı ləğv 
edir.  
1773 
1777 
1783 
1783 
Boston çay dəsgahı 
Boston qəzetinin baş 
redaktorunun evində 
planlaşdırılır.   
Fransada ilk gün-
dəlik qəzet çıxır. 
Reportyorlara Bri-
taniya parlamen-
tindən qeydlər 
götürməyə icazə 
verilir.  
Amerikada ilk 
gündəlik qəzet 
çıxır. 
 
1788 
1789 
1789 
1790 
Mətbuata ciddi nəza-
rət üzündən Parisdə 
yalnız 4 qəzet çıxır. 
ABŞ Konstitusi-
yasına ilk 10 dü-
zəlişdən 
birincisində de-
yilir ki, “Konqres 
söz və mətbuat 
azadlığını azal-
dan heç bir qanun 
qəbul edə 
bilməz”.  
Fransada  nsan 
Hüquqları Bəyan-
naməsi 
“düşüncələrin və 
fikirlərin çatdırıl-
ması” azadlığını 
insan hüquqları 
içərisində ən qiy-
mətlisi kimi səciy-
yələndirir.  
Köhnə rejimin 
məhvi Fransada 
qəzetlərin 
artmasına gətirib 
çıxarır. Onların sa-
yı 335-ə çatır.  
1792 
1799 
1814 
1825 
Fransa inqilabı öl-
kənin yeni azad və 
tərəfli mətbuatı ilə 
birlikdə çökür. Paris 
Kommunası Royalist 
jurnalların 
redaktorlarının həbsi 
barədə fərman verir.   
Fransada Napo-
leonun yeni 
konstitusi-
yasından sonra 
Parisdə ciddi nə-
zarət altında sax-
lanılan 4 qəzet 
çıxır.  
Buxar mühərrikin-
dən ilk dəfə Lon-
donda “Tayms”ın 
nəşrində istifadə 
olunur. Bununla da 
bir saatda 250 
vərəq deyil, 1100 
vərəq çap edilir.   
 
Birləşmiş Ştatlar 
dünyada adamba-
şına düşən qəzetlə-
rin sayına görə bi-
rinci yeri tutur.  

1830 
1832 
1836 
1844 
Filadelfiyada ilk qa-
dın jurnalı çıxır. 
Parisdə ilk özəl 
xəbər agentliyi 
açılır. 
ngiltərədə və 
Amerikada penni 
qəzetlər əsri 
başlayır. 
Samuel Morze Va-
şinqtonda 
dəmiryol stansiya-
sında toplaşan 
insanlara teleqrafın 
gücünü nümayiş 
etdirir.  
1848 
1848 
1850 
  1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə