Ayrı-seçiliyə məruz qalmama və Təsirli hüquqi müdafiə vasitələri hüququ



Yüklə 73,7 Kb.
səhifə7/9
tarix25.11.2022
ölçüsü73,7 Kb.
#70429
1   2   3   4   5   6   7   8   9
İnsan Hüquqları - Mühazirə 8

Əmlak vəziyyətinə əsaslanan fərqlər. Daha əvvəl qeyd etdiyimiz Çasanyu və başqaları Fransaya qarşı (Chassagnou v. France) işdə, torpaq sahibləri olan ərizəçilər etik əsaslara görə
həmin torpaqlarda ovçuluğun əleyhinə olsalar da, arzuları xaricində qanuna əsasən müvafiq ovçular assosiasiyanın üzvü olmağa məcbur edilmişdilər. Kiçik torpaq sahibləri olduqlarına görə sözügedən qanun onların üzərinə belə vəzifələri qoyub; halbuki iri torpaq sahibləri ilə münasibətdə bu cür öhdəlik müəyyən edilməmişdi. Məhkəmə müəyyən etdi ki, bu işdə ayrı-seçkilik iri və kiçik torpaq sahiblərinə qarşı fərqli rəftara əsaslanıb: 1 saylı Protokolun 1-ci maddəsinin, eləcə də 14-cü maddə ilə birlikdə götürülməklə 14-cü maddənin pozulduğu müəyyən edildi. Darby İsveçə qarşı işdə (23.10.1990) ərizəçi İsveçdə işləyən Britaniya mənşəli Finlandiya vətəndaşı idi, o, kilsə vergisi ödəməli idi və İsveçdə yaşayış yerini qeydiyyata aldırmadığına görə verginin məbləğinin azaldılmasına nail ola bilmirdi. Halbuki o, İsveş kilsəsinin üzvü deyildi. Buna görə AİHM, 1 saylı Protokolun 1-ci maddəsi ilə birlikdə götürülməklə 14-cü maddənin pozulduğuna qərar verdi. Məhkəmə ərizəçinin 9-cu maddə ilə təmin edilən din azadlığı hüququnun pozulması barədə şikayətini və ya hüquqdan istifadədə ayrı-seçkilik qoyulması barədə 14-cü maddə üzrə şikayətini araşdırmağı zəruri hesab etmədi.
Kjartan Asmundsson İslandiyaya qarşı işdə (12.10.2004) ərizəçi şikayət edirdi ki, ona əlillik pensiyası verilməsi dayandırılması ayrılıqda və Konvensiyanın 14-cü maddəsi ilə birlikdə götürülməklə Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsini pozub. Dövlət ərizəçinin belə bir iddiasına etiraz etdi ki, yeni əlillik meyarlarının ona tətbiqi qanunsuz idi, ayrı-seçkilik xarakteri daşıyırdı və ictimai maraqlara qeyri mütənasib idi. Məhkəmə bu işə 1 saylı Protokolun 1-ci maddəsi əsasında baxsa da, tədbirin mütənasibliyi məsələsi araşdırılarkən əsas sual bu idi ki, əsassız olaraq fərqli rəftara yol verilmişdimi. Məhkəmənin fikrincə, baxmayaraq ki, pensiya hüquqlarına edilən dəyişikliklər pensiya alanların qanuni tələbatlarını nəzərə alırdı, özlüyündə bu cür rəftar belə düşünməyə əsas verirdi ki, ərizəçinin hüquqlarına xələl gətirən tədbirə 14-cü maddənin məqsədləri baxımından haqq qazandırmaq olmazdı. Məhkəmə qeyd etdi ki, işə 14-cü maddə əsasında baxılması 1 saylı Protokolun 1-ci maddəsi üzrə mütənasiblik məsələsinin qiymətləndirilməsinin əhəmiyyətini artırır. Sonda Məhkəmə 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu müəyyən etdi.
Digər əlamətlərə” əsaslanan ayrı-seçkilik işlərinə aid digər nümunələr. 14-cü maddədə sadalanan əlamətlərdən başqa qalan bütün əlamətlər üzrə işlər bu kateqoriyaya aiddir.
Məhkəmənin müəyyən etdiyinə görə, bu kateqoriya nikah statusunu, peşə statusunu və hərbi rütbəni ehtiva edir. Seksual oriyentasiya və nikahdan kənar doğulma əlamətləri ciddi araşdırma tələb edən “ şübhəli kateqoriya”ya aid əlamətlər kimi artıq yuxarıda müzakirə olunub. Nikah status McMichael Birləşmiş Krallığa qarşı iş övladlığa verilən uşağın faktiki (genetik) atasına aid idi. O, iddia edirdi ki, uşağın anası ilə evlənmədiyi halda uşaq üzərində qəyyumluq hüququna və ya uşağın tərbiyəsində iştirak etmək hüququna malik olmadığını nəzərdə tutan Şotlandiya qanunu ona münasibətdə ayrı-seçkilik olmaqla, 14-cü maddəni (6-cı və ya 8-ci maddə ilə birlikdə götürülməklə) pozur. Hökumət iddia etdi ki, qanun faktiki ataya imkan verir ki, ona valideynlik hüquqları verən məhkəmə əmrinin qəbuluna nail olsun. Məhkəmə qərara aldı ki, fərqli rəftarın ağlabatan və obyektiv əsası vardır. Müvafiq surətdə, 14-cü maddənin pozuntusu baş verməyib.
Peşə statusu və ya hərbi rütbə. Engel və başqaları Niderlanda qarşı iş mülki şəxslərə nisbətən hərbi qulluqçulara fərqli yanaşmanın ilk konkret nümunəsidir. Bütün ərizəçilər Niderland silahlı qüvvələrinə yenicə çağırılmış aşağı rütbəli hərbçilər idi. Hərbi intizamı pozduqlarına görə ayrı-ayrı hallarda müvafiq rəisləri tərəfindən onlara müxtəlif cəzalar tətbiq edilmişdi. Ərizəçilər şikayətləri araşdıran zabitə, sonda isə Ali Hərbi Məhkəməyə müraciət etdilər; sonuncu isə etiraz edilən qərarları mahiyyət etibarilə təsdiq etdi və yalnız iki halda tətbiq edilən cəzanı yüngülləşdirdi. Məhkəmə 14-cü maddənin pozulmadığını müəyyən etdi. Van der Müssel Belçikaya qarşı iş (1983) peşə əlamətinə görə fərqli rəftarın nümunəsidir. Bu işdə Məhkəmə müəyyən etdi ki, vəkillər Məhkəmə sisteminin peşələrindən və digər peşələrdən köklü surətdə fərqlənən hüquq və vəzifələrə malikdirlər. Rekvenyi Macarıstana qarşı iş (1999) də peşə əlamətinə əsaslanan fərqli rəftara aid id. Peşə əlamətinə görə ayrı-seçkilik arqumenti ilə bağlı Məhkəmə sadəcə bunu qeyd etdi ki, “hətta fərz etsək ki, polis əməkdaşları adi vətəndaşlardan fərqli peşə sahibləridir...” polis əməkdaşı qismində ərizəçinin xüsusi vəziyyəti ona qarşı fərqli rəftara haqq qazandırır. Məhkəmə belə bir faktı vurğuladı ki: “bir sıra Razılığa gələn Dövlətlər polis əməkdaşlarının müəyyən siyasi fəaliyyətlərini məhdudlaşdırırlar”. Polis əməkdaşlarının siyasi neytrallığını təmin etmək məqsədi qanuni məqsəddir və doğrudan da, “ölkənin totalitar rejimdə yaşadığını nəzərə alsaq, Macarıstanda xüsusi tarixi önəm daşıyır...”

Yüklə 73,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin