Aytən Hacıyeva İNGİLİSCƏ-azərbaycanca zoometaforizmlər lüĞƏTİ



Yüklə 0.74 Mb.
PDF просмотр
səhifə1/6
tarix27.06.2017
ölçüsü0.74 Mb.
  1   2   3   4   5   6

 

 

Aytən Hacıyeva 

 

İNGİLİSCƏ-AZƏRBAYCANCA  

ZOOMETAFORİZMLƏR LÜĞƏTİ 

 

Redaktor: AMEA-nın müxbir üzvü, professor A.A.Axundov 

 

Rəyçilər: Filologiya elmləri namizədi, dosent A.Y.Məmmədov  



   Filologiya elmləri namizədi, dosent Ç.H.Qurbanlı 

               Filologiya elmləri namizədi, dosent M.M.Paşayeva 

 

 

 



 

Baki, “Nurlan”, 2004 

 

 

Lüğətdə ingilisdilli elmi, bədii  əsərlərdən və  mətbuatdan seçilmiş, lüğətlərdən 

toplanmış 777 zoometaforizm verilmişdir. Bunlardan 150-si leksik, 627-si isə 

frazeoloji vahiddir. Onların Azərbaycan dilində qarşılığı və xarakteristikası təqdim 

olunur.   

 

 



Şərti işarələr və ixtisarlar: 

 

- [   ]  - hərfi tərcümə 

mənası 

= - Azərbaycan dilində qarşılığı 

- = 



hərfi tərcümə ilə Azərbaycan dilindəki qarşılıq üst-üstə düşdükdə 



- Am. 

– 

amerikan ingiliscəsində 

a.  (adjective)  - sifət 

v. (verb) – fel 

n. (noun) - isim 

 

 



ZOOMETAFORİZMLƏR VƏ ONLARIN LÜĞƏTİ 

 

"Zoometaforizm" termini altında heyvan, quş, həşərat, balıq adlarının 

(zoonimlərin) hərfı  mənası  əsasmda yaranmış  və insanm obrazlı  səciyyələndırilməsi 

funksiyasında çıxış edən, emosional-ekspressiv vəzifə daşıyan mctaforik söz və ifadələri 

başa düşürük. 

Söz və onun mənası, dilin məcazlar sistemi, o cümlədən metafora ilə əlaqədar dilçilikdə 

və bütövlükdə filologiyada fıkir müxtəlifliyi qalmaqdadır. Leksikanm sistcmli təşkili, 

leksik mənıanın təbıəti və xüsusiyyətləri, zoonimlərdə semantik kcçmələr, sözlərın və 

ifadələrin nitqdə öz məqamında düzgün işlədilməsi, zoonim və zoometaforizmlərlə bağlı 

bəzi terminlərin dəqiqləşdirilməsi aktual məsələlər kimi diqqəti cəlb edir. Polisemiya - 

özündə dil universalilərini chtiva edir; təfəkkür və dil imkanlarını, obyektiv aləmin 

 

1



gerçəkliklərini, təcrübəsini, oxşarlıq və ziddiyyətlərini, bəşər təfəkkürü və təxəyyülünün 

hüdudsuzluğunu, məhdud dil rcsurslarını ümumiləşdirib göstərə bilir. Hər bir söz məna 

kompleksinin ifadəçisıdir. 

Zoometaforizm kimi işlənən zoonimlər ingilis və Azərbaycan dillərində söz yaradıcılığı 

prosesində  fəal iştirak edir və  zəngın struktur xüsusiyyətlərə malikdir. Onomastik 

vahidlərin yaranmasında da zoonimlərin rolu böyükdür. 

İngilisdilli elmi, bədıi  əsərlərdən, mətbuatdan seçilmiş, lüğətlərdən toplanınış 777 

zoometaforizm lüğətdə öz əksini taptmşdır. Bunlardan, təxminən, 150-si leksik, 627-si isə 

frazeoloji vahiddir. Lüğətdə onlarm Azərbaycan dilində qarşılığı və aşağıdakı parametrlər 

üzrə xarakteristikalan verilmişdir: qarşılaşdırılan və müqayisə edilən dillərdə semantik 

paralelin olub-olmaınası, sociyyəvi funksiyada işlənib-işlənməməsi, zoo-metaforizmlərin 

monosemantikliyi və ya poliscmantikliyi, xarakterik mənaların sabitliyi və ya 

okkazionallığı, sabit birləşmələrin tərkibində işlədilmə imkanı, insanı müsbət və ya mənfi 

tərəfdən səciyyələndirmə potensialı, mənanın antonimliyə münasibəti, mənaların oxşar və 

fərqli cəhətləri aşkar olunmuşdur. Zoonim və zoometaforizmlər dilin bütün xüsusıy-

yətlərini özündə ehtiva edib - birləşdirən, dildə möhkəmlənən vahid bir sahəni əhatə edir; 

Zoometaforizmlərin mənaları dilin üslubi qatlarında, peşə-sənət 

leksikasında, jarqon leksikasında, canlı danışıq dilində əhəmiyyətli yer tutur; 

Zoometaforizmlər ekspressiv-üslubi cəhətdən öz emosionallığı, obrazlılığı ilə 

seçilir və dildə rəngarənglik yaradır; 

Zoometaforizmlər özlərində canlıların adlandırılmasında iştirak edən 

xüsusiyyətləri, xalqın tarixini, adət-ənənəsini, inamlarını, inanclarını, deyimlərini 

qoruyub saxlayır; 

Zoometaforizmlər  şair və yazıçıların, jurnalist, rejissor, bəstəkar və incəsənətin 

başqa sahaləri ilə bağlı peşə sahiblərinin yaratdıqları  əsərlərin ruhuna uyğun 

olaraq obyekt -material kimi çıxış edir; 

Zoometaforizmlər toponim, hidronim, antroponim və  ləqəblərlə birgə frazeoloji 

vahidlərdə  işlədilir, o cümlədən kosmonimlərin adlandırılmasında da iştirak 

edirlər. 

İngilis və Azərbaycan dili zoometaforizmlərinin insanı  səciyyələndiron 

mənalarının tutuşdurulması və müqayisəli tədqiqı çoxlu oxşar və fərqli cəhətlərin 

olduğunu göstərir: 

1) Eşşək, tülkü, ilan, inək, keçi, qartal (şahin), soxulcan, taxtabiti, balina 

(kit),  tutuquşu, meymun, xoruz və s. Onlarla metaforik keçmələr ingılis və 

Azərbaycan (habelə fransız, rııs vo 

s.) dillərində eyni semantik mənaya malikdirlər və bir-biri ilə 

tamamilə ekvivalentdirlər; eşşək - avam, qanmaz, küt adamı; 

tülkü - bic, hiyləgər, yaltaq; ilan - kəmfürsət, kinli, yolagctməz, 

sülük - qılıqsız; inək - kök, yöndəmsiz, lırt, kobud, avam adamı; 

meymun - eybəcər, çirkin, iyrənc adamı; tutuquşu - müstəqil 

fıkri olmayan adamı səciyyələndirmək üçün işlədilır. 

Bizcə, zoometaforik keçmələrdə üst-üstə düşən cəhətlərin müxtəlifsistemli 

dillərdə semantik uyğunluğu heyvan, quş, həşəratların təbiətinin, xarakterinin, 

zahiri görkəminin eyni olması ilə bağlıdır. Dil əlaqələri də ıstısna olunmur: 

2) 

İngilis    və Azərbaycan dillərində zoometaforizmlərin 



semantikasında üst-üstə düşməyən cəhətlər də vardır. "Bayquş" 

sözü ingilis dilində "müdrik" adamı 

səciyyələndırmək üçün, 

"donuz" - göydən (yuxarıdan) gəlmiş "müqəddəs adam"ı, 

"inək" - hind dilində "gözəl”, "müqəddəs adam"ı 

səciyyələn- 

dirmək üçün işlədilir. Azərbaycan dilində isə "bayquş" sözü 

fəlakət gətirən, xaraba qoyan, uğursuz adamı xarakterizə etmək 

üçün işlədilir. "Donuz" sözü Azərbaycan dilində (habelə, 

 

2



ruscada) kobud, səliqəsiz, natəmiz, pinti adamı 

səciyyələn- 

dirmək üçün işlədilir. Bizcə, uyğun gəlməyən cəhətlərin olması  hər bir xalqın 

milli mentaliteti, adət-ənənəsi, dünyagörüşü, təfəkkür tərzi ilə bağlıdır. Əgər rus 

və başqa bəzi dillərdə "aslan" zoometaforizmi kişilərə aid edilirsə, Azərbaycan 

dilində deyilir: "Aslanın erkəyi-dişisi olmaz". 

Semantik baxımdan bir-birinə qismən uyğun gələn (fərqli çalarları olan) zoometaforizmlər də 

mövcuddur. İngilis və Azərbaycan dilində - qurd (canavar), it; fransız və Azərbaycan dilində -

inək sözü buna misal ola bilər. Rus dili ilə müqayisədə belə faktlar daha çoxdur. 

Bütün bunlar ingilis və Azərbaycan dillərinin müqayisəli lcksikologiyasnın çoxsahəli 

problemlərindən  ən azı birini həll edir. Zoometaforizmlərin semantikasındakı oxşar və  fərqli 

cəhətlər tərcümə nəzəriyyəsi məsələlərinin bəzi incəliklərini həll etməyə də köınək edir. 

Avropa dilləri, o cümlədən roman və german dilləri zoometaforiyası hesabına ingilis 

zoometaforiyası xeyli artmış və daha da rəngarəng olmuşdur. Bu, ük növbədə xalq məsəllərinin 

və eləcə  də müəllif tərəfindən uydurulmuş sitatlann və aforizmlərin- keçməsinə aiddir. Burada 

elmin və lüğətlərin əhəmiyyətini azaltmaq olmaz. 

İngilis zoometaforiyası tematik cəhətdən o mənada rəngarəngdir ki, heyvanlar aləminin ən nadir, 

fərqli nümayəndələrini, bütün cins və növdən olan heyvan adlarını özündə ehtiva edib, 

cəmləşdirir. Çox zoonimdən isə çox da zoonıctaforizm yaranır. 

Leksemin bitkin təsviri yalnız bir neçə mətnin filoloji -linqvistik təhlili əsasında əldə edilə bilər. 

Bunun üçüıı semasiologiya, linqvostilistika, psixolinqvistika, sosiolinqvistika haqqmda minimal 

biliklərə sahib olmaq və həmin məlumatdan istifadə edərək, düzgün təhlil aparmağa nail olmaq 

mümkündür. 

Topladığıımz zəngm dıl fakflarma əsasən ingilis dılindəki zoometaforizmiəri mənşə  cəhətdən 

dörd genaloji qrupa bölmək olar: 1) Avropa dilləri üçün ümumi olan koqnatlar (ass - eşşək, cow - 

inək, swine - donıız, wolf - canavar və s.); 2) Yalnız german dilləri üçün umumi olan koqnatlar 

(bee - arı, fox - tülkü, hound - it, tazt, dove - göyərçin və s.);  3) Qeyri-german dillərindən qədim 

german dilinə kcçmiş, adaptasiya olunub sabitləşmiş ən qədim alınmalar (ape - meymun, buffalo 

- öküz, cock - xoruz, crocodile- timsah və s.); 4) Müəyyən tarixi dövrlərdə  əcnəbı dillərdən 

gəlmiş ckzotik zoonim sözlər (camel - dəvə, elephant - fıl, peacock - tovuz quşu, shark - köpək 

balığı, skunk-skuns və s.). 

Təxminən, eyni anoloji təsnifatı Azərbaycan dilinin zoometaforizmləri üçün də müəyyən etmək 

olar: 1) Türk, monqol və s. dillər ilə ortaqlı xalis Azərbaycan zoometaforizmləri: at, qoyun, inək 

və s.; 2) Yalnız oğuz vo ya qıpçaq qrupu türk dilləri üçün ümumi olan zoometaforizmlər; 3) 

Qeyri-oğuz dillərindən qədim oğuz dilinə keçmiş, adaptasiya olunub sabitləşmiş  və  ən qədim 

alınma ekzotik zoometaforizmlər: meymun, fıl, zürafə, timsah, hinduşka, aranqutan, timsah, 

şana-pipik, tovuz quşu, delfin, kit // balina və s.; 4) Azərbaycan dilində yaranıb formalaşan və 

işlenən xalis Azərbaycan zoometafoizmləri: it, bit, küçük, has, qarğa, soxulcan, tutbit və s. 

Coğrafı ərazicə yaxın olan dillərin zoometaforizmləri daha çox uyğun gəlır. 

Zoometaforiya sahəsində axtarışlar zaınanı  bəzən etimoloji əhəmiyyəti olan gözlənilməz və 

maraqlı fakfiar diqqəti cəlb edir. Tədqıqat göstərir ki, hal-hazırda müasir ingilis dilində semantik 

cəhətdən əlaqələndirilməsi nıümkün olmayan bəzi zoometaforizmlərin kökləri əslində etimoloji 

baxımdan bir olub: porselan və pig (donuz) zoonimlərinin sonda kökü - porcus (lat.) sözünə 

gedib çıxır. Shark (ing.) - (köpək balığı) sözünün -"əclaf', "alçaq" sözləri ilə əlaqəsi olduğu aşkar 

edilib. Başqa maraqlı faktlar da göstərmək olar: "urchin" sözü müasir ingilis dilində "oğlan 

uşağı”, "ycniyetmə" deməkdir və "hcdgehog" sözü ingilis dilində "kirpi' deməkdir. Bu sözlər 

ctimoloji cəhətdən deyil, scmantik baxımdan dubletdirlər: urclıin -"ericus" (Iat.) sözündən kök 

alıb, "ericus" sözü isə "er" - kirpi sözünün törəməsidir. Keçən əsrə qədər "urchın" sözü hələ də 

ilkin mənası olan -"kirpi" anlamında işlədılirdi. ...Like ugly urchins thickle and short...(Spenser) 

- İyrənc kirpilər kimi kök və alçaq. 

Bəzən demetaforik omonimiya ən yüksək inkişaf nöqtəsinə  gəlib çatır və bu hal özünü 

qrammatik cəhətdən həın sintaqmatik, həm də paradiqmatik olaraq göstərir. goose (ing) - "qaz ' 

sözü məcazi mənada dərzi ütüsünə deyilirdi. Ola bilər ki, qazın (quşun) xarici görünüşünü nəzərə 

 

3



alaraq, sonradan fiqural mənanın ayrılması, onun demetaforizasiyası, omonimə çevrilməsi və 

qrammatik paradiqmanın bölünməsi baş verir: goose, geese (cəm) - qaz, qazlar; goose, gooses 

(cəm) - ütü, ütülər. 

Tədqiqat zamanı   belə hallarla da qarşılaşmaq olur ki, etimoloji cəhətdən əlaqəli olmayan, amma 

səslənməsinə görə yaxın olan iki leksem leksik-semantik cəhətdən birləşirlər   və  bununla    

əlaqədar olaraq mənanın məcazlaşması,    fiqurallığı illuziyası yaranır və dildə möhkəmlənir. 

Beləliklə, digər məcazi mənalardan semasioloji baxımdan fərqlənməyən yeni həmməna yaranır: 

müasir ingilis dilində   "cow" (inək) sözü metaforik olaraq "qorxaq" mənasını əldə cdib, buradan 

da törəmə fel olan "to cow" - "qorxutmaq" yaranıb. Amma bu dəyişmə öz mənşəyini ilkin olaraq 

"cu" (qədim ingilis) - "inək" sözü ilə heç bir əlaqəsi olmayan, "coart" (norman-fran.), "cauda" 

(lat.) sözlərindənı götürən, tarixən "coart" -qorxaq (müasir ing. - coward) sözü ilə yalnız 

səsləııməsinə görə oxşar olduğundan baş verib. Bu cür semantik inkişaf yolu "lark" - torağay 

sözünün də müasir məcazi mənası üçün xarakterikdir. Bu sözün mctaforik mənası -"şən,   

qayğısız   adam"   deməkdir.   Buradan   da   "to   lark"   -şənlənmək, əylənmək feli yaranıb. 

Səslənmələrinə görə tarixən yaxm olan "lerhe" - "göl" şotlantizminin və onun - göldə olmaq, 

çimməklə,  yaxud  balıq tutmaqla  "əylənmək"  mənasının və "lark" -torağay sözünün semantik 

cəhətdən    oxşadılması  "to sky/ark" variantı ilə  təsdiq olunur ki, burada - "sky" elemcnti 

semantik dəyışmənin metaforikliyini aydın şəkildə göstərir. 

Zoometaforiya - dilin leksik terkibmin clə bir bölməsidir ki, digər bölmələrlə - botasemiya, 

somasemiya, fitoscmiya və s. ilə müqayisəli şəkildə və başqa dillərin zoometaforiyası  ilə 

qarşılıqlı şəkildə öyrənilə bilər. 

Zoometaforiya - dilin tək leksik vahidləri toplıısu deyil, həm də ümumfiloloji tədqiqat üçün 

material mənbəyidir. Vizual və okkazional zoomctafora həm spontan məişət nitqində, həm 

də ədəbiyyatın bütün janrlarında gcniş şəkildə istifadə edilir. Böyük üslubi imkanlara malikdir. 

İngilis dilini, habelə başqa dilləri, onların idiomatikasını dərindən öyrənmək üçün həmin dilin və 

ya dillərin zoometaforiyasmı   tədqiq   etmək,   lüğətini   tərtib   etmək   və   bilmək 

zəruridir. 

Heyvan, quş, həşərat adları - nominativ leksikanın  əsas hissələrindən biri və metaforik söz 

birləşmələrinin əsas yaranma mənbəyidir. Heyvan adları ilə işlənmiş sabit söz birləşmələrinin bir 

çox dünya dillərində geniş yayılmasına baxmayaraq, bu sahədəki tədqiqatlar azdır və  səthi 

xarakter daşıyır. Müasir dövrdə  frazeologiyanın  ən    aktual    məsələlərindən  biri  onun 

sistemliyinin öyrənilməsidir. Bu mənada da təqdim olunan lüğətin böyük əhəmiyyəti vardır. 

Zoofrazeologiyanın ingilis və Azərbaycan dili matcrialları  əsasında təhlili göstərir ki, burada 

zoometaforizmlər aktiv peyorativliyə malikdirlər. İngilis dili frazeoloji vahidlərinin tərkibində ən 

aktiv fəaliyyət göstərən metaforikləşmiş hcyvan adları aşağıdakılardır: dog, horse, hird, donkey, 

fısh, chicken, cat, ass, cock, bull və  s.  Qeyd  edək ki, hər iki dildə ev heyvanlarının adları 

metaforik şəkildə daha çox işlədilir. 

İngilis və Azərbaycan dilində hər bir zoonim üçün sabit əlamətlər toplusu müəyyən cdilmişdir. 

Çox vaxt bu əlamətlər müxtəlifsistcmli dillərdə üst-üstə düşiir: wolf - canavar: ac, acgöz, 

qəzəbli, qaniçən, qəddar; snake - ilan: murdar, iyrənc, kinli, amansız, qəddar; fox - tülkü: 

hiyləgər, tamahkar, bic, yaltaq, yalançı, ikiüzlü və s. Lakin üst-üstə düşməyən faktlar da, təbii ki, 

mövcuddur. 

Tədqiqat göstərir ki, zoonim-komponentin frazeoloji aktivliyi - onda təkcə  zəngin assosiativ 

mənaların olması ilə dcyil, bir mənanın müxtəlif variantlarda ifadə olunması ilə  də  əldə cdilə 

bilər: "səfchlik, axmaqlıq" mənası "eşşək" zoometaforizmi vasitəsilə bu cür frazeologizmlərdə 

ifadə olunur: ass in a lion's skin (şir dərisi gcymiş  cşşək) - İovğa, iddialı axmaq -- Ev 

buzovundan öküz olmaz; ass hetween two hundles ofhay - (iki ot koması arasmda qalmış cşşək) 

= Iki eşşəyin arpasını bölə bilınəyən axmaq; ass in grain - (buğdalığa düşmüş cşşək) --Eşşək nə 

bilir zəfəran - plov nədir və s. Ass - cşşək - hcyvan adı - kök komponentdir və o, digər sözlərlə 

birlikdə vahid frazeoloji yuva əmələ  gətirir. Zoofrazeologizmlərin məzmununu kök (nüvə) 

komponent prizmasından nəzərdən keçirərək, biz hcyvan adının mctaforik mənasının vacibliyini 

görürük. Bclə ki, həmin zoometaforik məna  əsasında bütövlükdə söz birləşməsinin məna 

 

4


məzmunu formalaşır. 

Müxtəlif zoonim - komponentlər insanlar aləmindəki münasibətlərin xarakterini əks etdirirlər. 

Hcyvan adlarının assosiativ əlaqələrinin  əsas istiqamətlərindən biri insanın cins və yaş 

xüsusiyyətlərinə  əsaslanır. Ona görə  də bir çox zoonimlərin - crkək, dişi, - kimi kök (nüvə) 

komponentləri mövcuddur: cock (xoruz), hen (toyuq), chicken (cücə), bull (öküz, buğa), cow 

(inək), calf (dana, buzov), ınare (ınadyan), stallion (ayqır-erkək at), foa'l (dayça), bııck (erkək - 

erkək keçi, qoç), kid (çəpiş), pea-cock (erkək tovuz quşu), pea-hen (dişi tovuz quşu), lion (erkək 

şir), lioness (dışi şir), tiger (erkək pələng), tigress (dişi pələng) və s. 

Tərkibində bu cür zookomponentlər olan frazeoloji vahidlər - insanın cins və yaşından asılı 

olaraq, ona xas olan keyfıyyətləri metaforik şəkildə ifadə edir: As proud as a peacock (tovuz 

quşu kimi məğrur, lovğa) = Qaz kimi özünü dartmaq; As the old cock crows, so doth the young 

(qoca xoruz necə banlayırsa, beçə də elə banlayır) = Böyük tökdüyünü kiçik yığar, Anası gəzən 

ağacı balası budaq-budaq gəzər, Ot kökü üstə bitər; As weak as kitten = pişik balası kimi zəif, 

köməksiz; The bad calfin the herd (süriidə olan qotur buzov) = Meşə çaqqalsız olmaz; calfteeth 

(buzov dişləri) = Süd dişləri; chicken - hearted (cücə ürəkli) = qorxaq, cəsarətsiz, ağciyər, 

quşürəkli; cock ofthe walk (yürüşün xoruzu) = Nər dəvə = dəstəbaşı, başçı; It is a sad house 

where the hen crows louder than the cock (o ev pisdir ki, orada toyuğun səsi xoruzun səsindən 

bərk çıxır) = arvad rəhbərlik edən evdə bərəkət olmaz; İş ki düşdü arvada, pis gününü sal yada və 

s. 

Zoofrazeologizmlər dildəki sabit söz birləşmələrinin  əksəriyyətini təşkil edirlər. Oxuculara 



təqdim olunan bu lüğət bir daha təsdiq edir ki, zoofrazeologiyada xalqın (ingilis, Azərbaycan, rus 

və s.) çoxəsirlik təcrübəsi, dünyagörüşü vu mənəvi mədəniyyəti öz əksini tapmışdır. 

Zoofrazeologiyada konnotativ istiqamət mənfı cəhətlərin, xüsusiyyətlərin üstünlüyü ilə üzə çıxır. 

Zoosabit söz birləşmələri vasitəsilə müxtəlif mənalar çox obrazlı şəkildə ifadə olunur. 

Zookomponentlər - insan aləmində münasibətlər toplusu əks edərək, insanın obrazlı 

xarakteristikasının yaranmasına kömək edir, kənar ideyaların, abstrakt anlayış və kateqoriyaların 

ifadə olunmasında yardımçı olur. 

Zookomponentin semantikası - frazeoloji vahidin quruluşunu, tərkibini və  mənasını müəyyən 

edir. 

Leksik animalizmlərin frazemyaradıcı xüsusiyyətləri sözün semantik strukturundan, onun 



semantik  əlaqələrindən və  həmçinin, heyvanların müəyyən qrupu ilə müqayisəsindən 

(qarşılaşdırılmasından) asılıdır. 

«Ingiliscə - Azərbaycanca zoometaforizmlər lüğəti»nin işıq üzü görməsində əməyi oian Nəsimi 

adma Dilçilik İnstitutunun  əməkdaşlarına, ADU-nun Elmi Şurası üzvlərinə, prof. 

M.T.Qayıbovaya, dos. Ç.Qurbanlıya, lüğətin redaktoru və  rəyçilərinə  dərin minnətdarlığımı 

bildirirəm. 

Lüğətin çap olunmasmda mütəxəssis, tərcüməçi və geniş oxucu kütləsinin ehtiyacı  ııəzərə 

alınmışdır. 

İlk nəşr olduğundan işin xeyrinə olan iradları böyük minnətdarlıqla qəbul cdirik. 

 

A.K.Hacıyeva 

 

 

 



 

 

 



 

İNGİLİSCƏ - AZƏRBAYCANCA ZOOMETAFORİZMLƏR 

LÜĞƏTİ 

 

 



 

5


Aa 

 

adder 


 

    [gürzə] [am. su ilanı] - murdar, iyrənc 



adder-hate 

 



   [gürzə nifrəti] - güclü nifrət 

albatross 

around    -       

 

[kiminsə   boynundan    albatros 



one's 

 

neck 



    quşu kinıi asılmaq] - kiməsə ağır 

yük olmaq =  İti  öldürənə sürüt- 

dürərlər; Kiminsə boynundanı də- 

yirman daşı kimi asılmaq 

 

all are not thieves that   -  



 

 

[hər üstünə it hürən oğru dcyil] 



dogs bark at   

 

 



 

=   Hər   yağan    qar   olmaz;   Hər 

oxuyan Molla Pənah olmaz 

 

all    asses    wag    their    -     



 

[bütün     cşşəklər    qulaqlarını 

ears   

 

 



 

 

tərpədirlər]    -    bütün    axmaqlar 



özlərini ağıllı sayırlar 

 

all cats are grey in the     



 

 

- [bütün pışıklər gccələr bozdur] 



night 

     = 


Gccə qara, cücə qara 

 

all is fish that comes     



 

 

- [toruna  nə   düşsə   balıqdır   =- 



to 

his 


 

net 


    Balığın nə irisi, nə xırdası 

 

all    lay    loads    on    a       



 

- [hamı     yükü     üzüyola     ata 

willing 

horse 


    yükləyir] = Üz verərsən, astar da 

istərlər; Həmişə öküzünı 

qaşqasına döyərlər 

 

ape (n)  



 

 

 



 

- [mcymun]   -  təlxək,  hoqqabaz 

(nıəcazi mənada) 

 

ape 



(v) 

     -mcymun 

mcymunluq 



ctmək 

apish 


(a)     - 

[mcymunı kimi - təlxək kimi] 

 

April 


fish 

    - 


[aprcl 

balığı - 1 aprcl zarafatı] 

 

as a dying dııck in the     



 

 

- [tufanda   ölən   ördək   kimi]   = 



storm 

     Suyu 

süzülən cücə kiıni;  Dovəsi 

ölmıüş ərəb kimi 

as a hog in armour 

 

 



 

-  [yaraq - əsləhə gcymiş donuz 

kimi] - çox kobud, qaba 

 

as a hog in the storm        



 

 

-  [tufana düşmüş  donuz kimi]  - 



inamını, cəsarətini itirmiş kimi 

as a hog in togs 

 -  [kürk geyinmiş  donuz kimi]  -kobudcasına, qaba 

 

as a hog on ice 



 

 

 



[buz üstünə çıxmış donuz kimi] 

kobudcasına,        yöndəmsiz 

şəkildə = buz üstünə çıxmış inək 

kirni as a lamb to a butcher     

 

- [qəssabın    qarşısında    durmuş 



quzu    kimi]    -    itaətlə,    boyun 

 

6



əyərək = Qurdla qarşılaşan quzu 

kimi 


as a pig in clover 

 

 



 

-  [yoncalıqdakı   donuz   kimi]   - 

bolluğa   düşmüş    =   yağ   içində 

böyrək kimi; Zəmiyə düşmüş mal 

kımi 

 

as a rat in a hole 



 

 

 



- [yuvasındakı siçovul kimi tək] - 

tək-tənha   =   Bayquş   kimi   tək; 

Qukqu kimi tək;  Yalquzaq kimi 

tək 


 

as a sheep among the       

 

 

-   [canavarların   arasma   düşmüş 



wolves  

 

 



 

 

qoyun     kimi]     -     ürkək-ürkək, 



səssizcə   =   Tülküyə   rast   gələn 

cücə kimi 

as black as a crow 

 

 



 

- [qarğa kimi qara] - zil qara = 

kömür   kimi   qara;   pıspısa   kimi 

qara; qapqara zənci kimi 

 

as blind as a bat in the     



 

 

-   [günəş   işığına  düşmüş  yarasa 



sunlight 

 

 



 

 

kimi   kor]   =   Yarasa   kimi   kor; 



bayquş kimi kor 

 

 



as blind as a beetle   

 

 



- [tarakan kimi kor] - kor (məcazi 

mənada)  = Yarasa,  bayquş kimı kor 

as blind as a mole 

 

 



 

-    [köstəbək   kimi    kor]   -   kor 

(məcazi    mənada)    =    Soxulcan 

kimi kor 

 

as   drunk   as   David's     



 

 

- [Davidin donuzu kimi sərxoş] - 



sow   

 

 



 

 

içib sərxoş olmaq 



as dumb as an oyster        

 

 



-   [xərçəng   kimi   lal]   -   dilsiz- 

ağızsız, sakit = Balıq kimi səssiz  

as glum as a bear with     

 

 



- [başı      ağrıyan      ayı      kimi  

sore head 

 

 

 



 

qaraqabaq]   -  qaşqabaqlı,  kefsiz, 

qanıqara     =     Qaşqabağı     yerlə 

getmək;     Qaşqabağından     ilan- 

qurbağa yağmaq 

 

as like as an oyster to     



 

 

- [xərçəng almaya oxşayan kimi] 



an 

apple     - 

heç 

oxşamamaq, fərqli olmaq = 



Qaşıq bıçağa oxşayan kimi 

 

as   mad   as   a   March       



 

- [mart dovşanı kimi dəli] - yaz 

hare 

     vaxtı   əsəbləri   gərilmək,   əsəbi 



olmaq = Yaz gəldi, qan qaynadı; Mart girdi - dərd 

girdi, nıart çıxdı -dərd çıxdı 

as mad as awethen         

 

 



- [islaıımış        toyuq       kimi 

cinlənmək] - bərk hirslənmək = Cin atına minmək; 

Hirsindən qan beyninə      sıçramaq;      Hirsindən 

 

7



cilov gəmirmək  

 

as melancholy as a cat     



 

 

- [pişik kimi kədərli] - qəmgın, 



qüssəli, kədərli = Dəvəsi ölmüş ərəb kinıi 

  

as merry as a cricket       



 

 

 -   [cırcırama   kimi   şən]   -   şən, 



qıvraq 

 

as   much   use   as   the       



 

- [inəyə  yan   ciblər  lazım   olan 

cow     has     for     side    

 

 



kımi] - lazımsız, əhəmiyyətsiz = 

pockets     Toydan 

sonra 

nağara 


as mııte 

as 


afish    - 

[balıq    kımi    lal]    -    səssız- 

səmirsiz   =   Balıq   kimi   lal;   Su kimi lal-dinməz;  

Ağzına su alan kimi  

 

as naked as a jaybird       



 - [zığ-zığ quşuı kımi lüt (zığ-zığ quşu tutuqıışunun 

bir növüdür ki, lələklərini özü yolub tökür)] – lüt -

 anadangəlmə; çox kasıb = Bir 

həsir, bir Məmmədnəsir; Yaz 

əkinçi, qış dilənçi 

 

as  naked as  a shorn    



 

 

- [qırxılmış qoyun kimi lüt] - çox 



sheep   

 

 



 

 

kasıb       =       Bir       həsir,       bir 



Məmınədnəsir  

as obstinate as a mule      

 

 

- [qatır kimi tərs] = Eşşək kimi 



tərs  

 

as poor as  a  church     



 

 

- [kılsə sıçanı kimi kasıb] - çox 



mouse 

     kasıb    ;:-       Bir       həsir,       bir 

Məmmədnəsir  

as proud as a peacock      

 

 

-  [tovuz    quşu    kiıni    məğrur, 



lovğa]   -   məğrur,   lovğa,   özüuü 

dartan - Qaz kimi özünü dartan; 

Təzək   yemiş   tula   kimi   özünü 

dartan 


ass 

 

 



 

 

 



-   [eşşək,    uzunqulaq]    -    səfch, 

axmaq, gönüqalın 

  

 

(an) ass between two        



-   [iki   ot  tayası   arasnıda qalmış  

bundles of hay       

eşşək] = İki eşşəyin arpasmı bölə 

bilməyən axmaq  

 

as scare as hcn's leeth     



 

 

-  [toyuğun dişləri   kimi  nadir]  - 



çox    nadir    tapılan    -    Gündüz 

çıraqla  da   axtarsan,   tapılmayan; 

Dirılik suyu kimi nadir 

as silly as an owl 

 

 

 



-  [bayquş  kimi  səfch]  - axmaq, 

səfeh 


 

(an) ass in grain 

 

 

 



- [buğdalığa   düşmüş    eşşək]   - 

axmaq ~~ Eşşək nə bilir zəfəran- 

 

8


plov nədir; Zəmiyə düşmüş cşşək 

 

(an) ass is beautifııl to  



 - [Eşşək eşşək üçün və donuz 

an ass and a pig 

üçün   qəşəngdir]   -   hər  kəsə   öz 

yaxını   şirindir   =   Hər   kəsin   öz 

qarğası özünə qırğıdır; Hər kəsin 

balası özünə şirindir 

 

as snug as a bııg in a     



 -[xalçadakı   birə   kimi    rahat]   - 

rug 


özünü   çox   rahat   hiss   etmək   = 

Özünü qu tükü arasında olan kimi 

hiss ctmək; Özünü öz cvində hiss 

ctmək 


 

ass tn a lions' skin 

 

 

 



-[şir dərisi geymiş cşşək] - lovga, 

iddialı   axmaq  =  Ev   buzovundan 

öküz olmaq 

 

ass   that   brays   most,     



 

 

-[çox anqıran cşşək  az yeyər] - 



eats 

least 


    çox 

danışan az iş görər = "Halva- 

halva" deməklə ağız şirin olınaz 

 

as  the  cat  round the    



 

 

-[qaynar südün ətrafinda fırlanan 



hot 

milk     pişik kimi] - əldə cdilməsi çətin 

olan    bir    şeyi    çox    istəmək    = 

Qaysavadan pay uman it kimi 

 

as the crow flies 



 

 

 



- [qarğa uçuşu kimi] - dümdüz 

as  the  hen  on  a  hot     

 

 

-[isti     dəmirin     üstünə     çıxmış 



girdle 

     toyuq 

kimi] 



təşvişlə, həyəcanla 



~ Iynə üstüııdə oturmuş kimi 

 

as the old cock crows,     



 

 

~[qoca   xoruz    necə    banlayırsa, 



so 

doth 


the 

young 


   beçə   də   elə   banlayır]   -   yaşlı 

adam necə hərəkət edirsə, cavan 

da ona baxıb  elə  cdir =  Böyük 

tökdüyünü   kiçik   yığışdırar;   Ot 

kökü üstündə bitər 

 

as tight as a leech 



 

 

 



- = zəli kimi yapışqan 

as timid as a hare 

 

 

 



-  dovşan     kimi      qorxaq, 

cəsarətsiz 

 

as weak as a kitten   



 

 

-   pişik    balası    kimi    zəif, 



köməksiz  

as well be hanged for    

 

 

-     [fərqi     yoxdur    nəyə     görə  



a sheep as for a lanıb        

 

 



asırsan,    qoyuna    görə,    yoxsa 

quzuya görə] = Ölmək ölməkdir, 

xırıldamaq nə dcməkdir 

 

at    open    doors    dogs       



 

-[açıq   qapıdan   it  girər]   =   Açıq 

come in 

 

 



 

 

qaba   it   dəyər;   məscidin   qapısı 



 

9


açıqdır, itin həyasna nə gəlib  

 

 



 

  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə