Az Book Library Filosof Fikri



Yüklə 435,68 Kb.
Pdf görüntüsü
tarix28.11.2022
ölçüsü435,68 Kb.
#70899
Ziqmund-Freyd-Aforizmlər



Az Book Library 
Filosof Fikri 


Ziqmund Freyd 
AFORİZMLƏR 
Bakı, Qanun Nəşriyyatı, 2015 
Tərcümə: Zinyət Əmirova 
Redaktor: Əziz Rzazadə 
Korrektor: Ceyran Abbasova 
Qanun Nəşriyyatı 
Bakı, AZ 1102, Tbilisi pros., 76 
Tel: (+994 12) 431-16-62; 431-38-18 
Mobil: (+994 55) 212 42 37 
e-mail: info@qanun.az 
www.qanun.az 
www.fb.com/Qanunpublishing 
www.instagram.com/ Qanunpublishing 
ISBN 978-9952-36-139-1 
© Qanun Nəşriyyatı, 2015 
© Zeplin Kitap, 2014 
Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım hüquqları Qanun Nəşriyyatına 
məxsusdur.
Kitabın təkrar və hissə-hissə nəşri «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında
Azərbaycan Respublikasının Qanunu»na ziddir. 


APHORISMEN 
Ziqmund Freyd (1856-1939) psixoanaliz elminin banisidir. O, daha çox özünün təhtəlşüur 
fikir və psixoloji repressiya mexanizmi nəzəriyyələri ilə, həmçinin fikrin tədqiqi üçün 
psixoanalizin klinik metodunun və pasient (yaxud «analisand») və psixoanalist arasındakı 
dialoqa əsaslanaraq psixopatologiyanın müalicəsinin yaradıcısı kimi tanınır. 
Bu kitabda Ziqmund Freydin əsərlərindən seçilmiş aforizmlər toplanıb. 

Bir gün keçmişə boylananda mübarizələr içində keçən illərinizin həyatınızın ən gözəl illəri 
olduğunu görəcəksiniz. 
*** 
Əzabların qarşısında ən aciz hala sevdiyimiz vaxt düşürük. 
*** 
Zəif nöqtələrinizdən güclü cəhətləriniz yaranacaqdır. 
*** 
İnsanların əksəriyyəti azadlığı həqiqətən istəmir; çünki azadlıq üçün məsuliyyət 
daşımalısan və insanların çoxu da bundan qorxur. 
*** 
İfadə edilməmiş hisslər heç vaxt ölmür; sadəcə, diri-diri basdırılır və sonradan daha 
qorxunc şəkildə təzahür edirlər. 


*** 
Dinin uşaqlıq nevrozuna bənzəməsinə dair fikir insanı öz təsiri altına salır və insan 
müsbət yüklü düşüncələrlə güman edir ki, böyüyəndə bu nevrozdan sağalan uşaqlar kimi 
o da bir gün həmin nevrotik prosesdən yaxa qurtaracaq. 
*** 
Dini təlimlərin hamısı illüziyadan ibarətdir və onları sübuta yetirmək qeyri-mümkündür. 
Heç kim bunların doğruluğunu qəbul etməyə və ya inanmağa məcbur oluna bilməz. 
*** 
Görən gözləri və eşidən qulaqları olan hər bir kəs əmin ola bilər: heç bir fani sirr saxlaya 
bilmir. Əgər kiminsə dodaqları susursa, deməli barmaqlarının ucuyla boşboğazlıq edir. 
Onu ələ verən ipucları bədəninin bütün məsamələrindən axıb tökülür. 
*** 
Din – yaşadığımız duyğular dünyasının bəzi bioloji və psixoloji ehtiyaclarımıza görə 
daxilimizdə yaratdığımız arzular aləmi vasitəsilə nəzarət altına alınması yolunda 
göstərilən cəhddir. Ancaq din son məqsədinə heç vaxt çatmır. Dini təlimlərdə 
yarandıqları dövrlərə, insan irqinin hələ tamamilə cahil olduğu uşaqlıq günlərinə aid izlər 
vardır. Onun verdiyi təskinlik və təsəllilərə qəti surətdə inanmaq lazım deyil. 
Təcrübələrimiz bizə dünyanın uşaq bağçası olmadığını öyrədir. Dinin söykənməyə 
çalışdığı əxlaqi buyruqlar dindən başqa dayaqların mövcudluğunu zəruri edir. Çünki insan 
cəmiyyətləri bəzi əxlaq qaydaları olmadan yaşaya bilmir; itaətkarlığı dini inanc və əxlaq 
qaydaları ilə əlaqələndirmək təhlükəlidir. İnsanın təkamül prosesində dinin yerini 
müəyyənləşdirməyə çalışan şəxs görəcəkdir ki, din o qədər də qədim tarixə malik 
deyildir və bu tarix sivilizasiyaya yiyələnmiş fərdin uşaqlıqdan yetkinliyə keçid prosesində 
məruz qaldığı nevrozlara paraleldir. 
*** 
Ən azı əxlaq qədər əxlaqsızlıq da dində yer alıb. 
*** 
İlham pərilərim gəlməyəndə özüm onların yanına gedirəm. 
*** 


Yox, elmimiz illüziya deyildir. Ancaq elmin bizə verə bilmədiklərini başqa yolla 
qazanacağımızı güman etmək tamamilə xam xəyaldan ibarətdir. 
*** 
Qadın kişini yumşaltmalı, amma zəiflətməməlidir. 
*** 
Bütün qəlbimlə buna inanmaqdan özümü saxlaya bilmirəm: bir neçə istisna xaricində, 
əziz insan qardaşlarım heç nəyə yaramayan dəyərsiz
məxluqlardır. 
*** 
Sevən insan qürurunu sındırır, təvazökar olur. Sevən insan narsistliyinin bir hissəsini, 
başqa cür desək, sevdiyinin yanında girov qoyur. 
*** 
Din – həqiqətin qəbul olunmaması ilə yanaşı, həm də arzu edilən illüziyalar sistemidir. Bu 
hala ancaq xoşbəxtliklə dolu xəyali qarışıqlıq vəziyyətində rast gəlmək mümkündür. 
Dinin on birinci əmri elə məhz budur: “Sorğu-sual etməyəcəksən”. 
*** 
Dinin təhlilindən söz düşəndə insanlar mümkün olan hər cür qeyri-səmimilik və 
intellektual qəbahətlərlə günahlandırılır. 
*** 
İnsanlar çox vaxt yanlış ölçü standartlarına müraciət edirlər. Məsələn, özləri güc, 
müvəffəqiyyət və var-dövlət dalınca qaçdıqları vaxt bu cür davranan başqa insanları da 
təqdir edirlər. Lakin bu həyatda həqiqi dəyərə malik olan şeylərə layiqincə qiymət 
vermirlər. 
*** 
Din – illüziyadır və öz gücünü instinktiv arzularımızla təşkil etdiyi möhtəşəm ahəngdən 
alır. 


*** 
İnsanın özünə qarşı tamamilə dürüst olması çox yaxşı məşqdir. 
*** 
Gördüyünüz kimi, həyat bizə qarşı çox qəddardır: bizi tez-tez öhdəsindən gələ 
bilmədiyimiz əzablar, məyusluqlar və reallaşması qeyri-mümkün olan cürbəcür başqa 
hallarla sınağa çəkir. Nəyəsə daha çox dözə bilmək üçün gördüyümüz müvəqqəti 
tədbirlər bizi həmin vəziyyətdən çıxarmır. Bu cür tədbirləri üç yerə ayıra bilərik. Birincisi, 
düşdüyümüz acınacaqlı vəziyyətə əhəmiyyət verməməyimizə səbəb olan güclü 
yayındırıcı hallar; ikincisi, bu səfalət hissini azaldan müvəqqəti məmnuniyyətlər; 
üçüncüsü, bizləri bu hissə qarşı biganələşdirən uyuşdurucu maddələrdir. 
*** 
Hara getsəm də, oraya məndən qabaq başqa bir şairin getdiyini görürəm. 
*** 
İnsanlar inandıqları şəkildə yaşamadıqlarına inanmırlar. 
*** 
Amerika bir səhvdir – çox böyük bir səhv... 
*** 
Söz və sehr mahiyyət etibarilə eynidir. Sözlərin sehrli gücləri vardır. Hətta bu gün də öz 
sehrli güclərinin çoxunu qoruyub saxlayırlar. Məsələn, çox böyük xoşbəxtliyə səbəb 
olduqları kimi, dərin qəm-qüssəyə də yol açırlar. Həmçinin biliyin müəllimdən tələbəyə 
ötürülməsini də sözlər həyata keçirir. Hətta bir natiqin öz dinləyicilərini təsiri altına 
salaraq onlara öz istədiyini etdirməsi də sözlərin qüdrətindəndir. Sözlər insanın ən 
coşqun hisslərini oyadan və hər cür fəaliyyəti həyata keçirən qüvvəyə malikdir. Bir sözlə, 
sözlərin insanlar üstündəki nüfuzu çox böyükdür. Daha doğrusu, sözlər adamlara təsir 
göstərməyin universal üsuludur. 
*** 
Dəli – oyaq olarkən yuxu görən insandır. 


*** 
İnsanın cinsi mövzularda nümayiş etdirdiyi davranışlar onun həyatındakı digər davranış 
qəliblərinin demo-nümunəsidir. 
*** 
Güllərə baxmaq insanı sakitləşdirir; çünki onlar nə duyğulara, nə də ziddiyyətlərə 
malikdir. 
*** 
Müdrik insanlar pis adamların real həyatda etdiklərini öz xəyallarında yaşamaqla 
kifayətlənən şəxslərdir. 
*** 
Elə də əhəmiyyətli olmayan mövzular haqqında qərar verəndə baş verə biləcək bütün 
mənfi və müsbət halları nəzərdən keçirməyi həmişə faydalı hesab etmişəm. Ancaq iş və 
ya həyat yoldaşı seçimi kimi həyati məsələlərdə verilən qərarların daxilimizdən 
qeyri-şüuri şəkildə gəldiyinə inanıram. Məncə, həyatda bu cür vacib qərarlar verdiyimiz 
vaxt bizi yönləndirən qüvvə insan təbiəti üçün zəruri olan ən dərin ehtiyaclardan biridir. 
*** 
Unudulan düşüncələr haraya gedir? 
*** 
Elmin meyvələri insanlara nə qədər asan gəlib çatsa, dini inancın tənəzzülü də bir o 
qədər tez baş tutacaqdır. 
*** 
Yaradılışın planında “bəni-adəm xoşbəxt olacaq” deyə bir qayda yoxdur. 
*** 
Şüuraltı hara getsə də, eqoizm onu izləyəcək. 
*** 
Nevrozlar xəstəliklərindən tez-tez şikayətlənsələr də, bu haldan zövq almağı yaddan 


çıxarmırlar. Onlara “gəlin sizi bu xəstəlikdən sağaldım” deyiləndə balasını qoruyan dişi şir 
kimi özlərini müdafiə edirlər. 
*** 
İnsan komplekslərini yox etmək üçün özünü oda-közə vurmaqdansa, onlarla yaşamağı 
öyrənməlidir; çünki bu komplekslər onun hal və hərəkətlərini istiqamətləndirən tam 
qanuni qüvvələrdir. 
*** 
Məhəbbət və iş bəşəriyyətimizin məhək daşlarıdır. 
*** 
Gözəlliyin nə bir vacib faydası, nə də müəyyən mədəni zərurəti vardır; amma yenə də 
sivilizasiya adlandırdığımız məfhum onsuz yaşaya bilmir. 
*** 
Gör necə inkişaf etmişik! Orta əsrlərdə yaşasaydıq, məni mütləq yandırardılar; amma 
indi, sadəcə, kitablarımı yandırmaqla kifayətlənirlər. 
*** 
Tənhalıq və qaranlıq məni dəyər verdiyim hər bir şeydən məhrum etdilər. 
*** 
İnsanlar həqiqətən də çox qəribədirlər. Sevdikləri şəxslə birlikdə olmaq üçün can atsalar 
da, bu həqiqəti heç cür qəbul edə bilmirlər. Bəziləri isə hisslərinin qarşılıqsız qalması, ya 
da ən pisi, rədd olunmaqdan qorxduqları üçün bircə qırıq sevgi göstərməkdən də 
çəkinirlər. İnsanlar haqqında məni ən çox düşündürən suallardan biri də budur: 
yavaş-yavaş, gizli-gizli ölümə doğru getsələr də, sevdikləri insanla birlikdə ola bilmək 
üçün düşünülmüş cəhdlər etməyi də yaddan çıxarmırlar. 
*** 
Yaradıcı yazıçı oyun oynayan uşaq kimi davranır: xəyallarında öz aləmini yaradır və sonra 
da onu həqiqət kimi qəbul edir. 
*** 


Düzünü desək, əsl kahin məhz elə təhtəlşüurdur. Çünki təhtəlşüurun təbiəti, eynilə xarici 
aləmin reallığı kimi, bizim üçün böyük bir məchuldur. Həmçinin xarici aləmdən hissiyyat 
orqanlarımız vasitəsilə aldığımız siqnallar kimi, şüurumuzdan gələn məlumatlarla bizə 
verilən təhtəlşüur da naqis və
əskikdir. 
*** 
Eqoizm öz evinin ağası deyildir. 
*** 
İllüziyalar bizə maraqlı gəlir; çünki bizi əzabdan qurtarır, həzzə yönəldir. Elə ona görə 
hətta həqiqətlərlə mübarizə aparıb onları qırıq-qırıq edəndə də illüziyaları 
şikayətlənmədən olduğu kimi qəbul etməliyik. 
*** 
İnsanlar fikirləşdiklərindən daha əxlaqlı, lakin ağıllarına gəlməyəcək qədər əxlaqsızdırlar. 
*** 
Şairlər bilik ehtiyatı və təcrübə baxımından biz adi insanların ağalarıdır; çünki onlar elmə 
hələ məlum olmayan bulaqlardan doyunca su içən şəxslərdir. 
*** 
Silah qorxusu cinsi və emosional yetkinlikdə geridəqalmışlığın göstəricisidir. 
*** 
Məncə ayrı-seçkilik salmayan məhəbbət sevilənə haqsızlıq edir və bunun əvəzində də 
vacib dəyərlərindən birini itirir. Bunu da demək lazımdır ki, hər insan sevilməyə layiq 
deyil. 
*** 
Eqoizm məhz əzab çəkməyə məcbur edildiyi üçün həqiqətin təhrikləri qarşısında narahat 
olmaq istəmir. Beləliklə, elə hey xarici aləmin vurduğu zədələrdən heç vaxt 
təsirlənməyəcəyini iddia edir. Hətta bu cür travmaların onun üçün həzz mənbəyi 
olduğunu irəli sürür. 


*** 
İnsanlar güclü bir fikri təmsil etdikcə güclü olurlar. Bu fikrə qarşı çıxanda isə qüvvədən 
düşürlər. 
*** 
Kokain haqqında uzun müddət fikirləşəndə bir növ gündüz yuxusu görürdüm. 
*** 
Ümumi mənlik daxili psixoloji mənliyin şərti strukturudur. 
*** 
Sevgim mənim üçün dəyərlidir. Hətta o qədər dəyərlidir ki, sevdiyim şəxsdə özümü 
görmədikcə ondan əl çəkməyəcəyəm. 
*** 
Həsrət və məhrumiyyətə bürünmüş məhəbbət insanın özünə hörmətini azaldır. 
*** 
Elə bir nevroz insan yoxdur ki, başqalarına qarşı bəslədiyi cinayət törətmə istəyini özünə 
yönəldib, intihar fikrinə düşməsin. 
*** 
Bir cismə yönəlmiş sevgi instinkti həmin cismi qazanmaq üçün gücü zəruri edir. Əgər 
insan müvafiq cismi idarə edə bilməyəcəyini hiss edib qorxsa, bu dəfə onunla pis 
davranmağa başlayacaqdır. 
*** 
Öz atan ola bilmək üçün atanı öldürmək istədin. İndi isə ata sənsən, amma ölü bir ata... 
*** 
Anatomiya – qismətdir. 
*** 
Yuxular şüuraltına gedən ən əsas yoldur. 


*** 
Səhv adlı bir şey yoxdur. 
*** 
Amerika bu dünyada indiyə kimi görülən ən böyük təcrübədir. Amma qorxuram ki, çox 
da müvəffəqiyyət qazana bilməsin. 
*** 
Sivil cəmiyyət insanın insana qarşı bəslədiyi düşmənçilik hissləri ucbatından daima 
dağılma və parçalanma təhdidi altındadır. 
*** 
Yasa batanda dünya boş və mənasız görünür; melanxoliyaya batanda boş və mənasız 
görünən isə eqoizmdən başqa bir şey deyildir. 
*** 
İntellektual məşğuliyyət haqqında belə bir həqiqət vardır: düşüncə barəsində verilən 
vacib qərarlar, bir dövrə damğasını vuran böyük kəşflər və ciddi problemlərin effektiv 
həlli yolları ancaq təkcə işləyən və tənha insanlara qismət olmuşdur. 
*** 
Fərdin azadlığı sivilizasiyanın bizə bəxş etdiyi hədiyyə deyildir. Əksinə, sivilizasiya icad 
olunmamışdan əvvəl fərd öz azadlığının qızıl dövrünü yaşayırdı. 
*** 
O qədər süni və yalançı məxluqlarıq ki, hadisənin özündən çox az zövq almağımıza 
baxmayaraq, onun içindəki ziddiyyətlərdən həddindən artıq böyük həzz duyuruq. 
*** 
Nevroz – qeyri-müəyyənliyə dözə bilməmə xəstəliyidir. 
*** 
Dəqiq bilirəm ki, insanların dəyər haqqındakı mühakimələri xoşbəxtlik arzularından 
doğur. Məhz buna görə də “dəyərlərin mühakiməsi” adlandırdığımız məfhum əslində 


insanın öz illüziyalarını müxtəlif dəlillərlə dəstəkləməyə çalışmasıdır. 
*** 
İnsan əslində ikiqat xilqət içindədir. Bunlardan biri şəxsi maraqlara xidmət edən xilqət; 
digəri isə birbaşa insanın razılığının əksinə işləyən və yaxud ondan icazəsiz xidmət 
göstərən xilqətdir. 
*** 
Üzvlərinin çoxunu razı sala bilməyən və buna görə də onları üsyana məcbur edən 
sivilizasiya yox olmağa məhkumdur. 
*** 
Dinlər özlərini sevgi və mərhəmət dini kimi təqdim etsələr də, onlara inanmayan 
insanlara qarşı sərt və amansızdırlar. 
*** 
Əgər münasibət zamanı ətrafda baş verənlərə qarşı artıq heç bir maraq yaranmırsa, 
deməli, həmin cütlük bir-birlərini qane edəcək səviyyəyə gəlib
çatmışdır. 
*** 
Vaxt gələcək, biz bütün ümidlərimizdən bircə-bircə əl çəkməyə məcbur olacağıq. Məhz 
onda başa düşəcəyik ki, bir vaxtlar kor-koranə bel bağladığımız ümidlər əslində 
həyatımıza daha çox
əzab və çətinlik gətirən illüziyalardan başqa bir şey deyilmiş. 
*** 
İnsan ağlının instinktlər qarşısında aciz olduğunu iddia edə bilərsiniz. Hətta bu iddianız 
haqlı çıxa da bilər. Ancaq həmin acizlikdə nəsə qəribəlik olduğunu qəbul etməlisiniz. 
Çünki hər nə qədər qulağa xoş gəlsə də, ağlın səsi ona söz verilənə kimi susmayacaq və 
saysız-hesabsız rədd cavabı aldıqdan sonra, nəhayət, müvəffəqiyyət qazanıb məqsədinə 
çatacaqdır. 
*** 


İnsan orqanizminin müəyyən həddi vardır və təcrübələr əsasında təsdiqlənmişdir ki, bu 
hədd aşılanda insanların əksəriyyəti sivilizasiyanın tələbləri qarşısında əzilir. Beləliklə, 
özlərinə əziyyət verib daha yüksək standartlara çatmaq istəyən şəxslərin nevroza 
yoluxma ehtimalları qat-qat çoxdur. Bu halda onların idealistlikdən imtina edib, daha az 
“kamil” olmağa səy göstərmələri özləri üçün daha faydalı olacaqdır. 
*** 
O vaxtlar tez-tez kokain çəkirdim... Kokainin müalicə məqsədilə istifadəsini ilk dəfə 
1885-ci ildə mən təklif etmişəm. Bu təklifimdən dərhal sonra çox ağır ittihamlara məruz 
qaldım. 
*** 
(Freyd 2 iyun 1884-cü ildə nişanlısı Marta Bernaysa göndərdiyi məktubda yazıb): Mən 
qayıdanda sənin üçün pis olacaq, şahzadəm! Çünki o gözəl dodaqlarını göyərənə qədər 
öpəcəyəm. Kök bir qadın olana qədər səni yedirdəcəyəm. Əgər sözümə baxmasan, sənə 
kimin daha güclü olduğunu göstərərəm: az yeyən nərmə-nazik və nəzakətli bir qadın, 
yoxsa damarlarından kokain axan böyük və vəhşi bir kişi? 
*** 
Bir insanın təhtəlşüur həyatı öz şüurundan xəbərsiz halda başqasının təhtəlşüur həyatı 
ilə əlaqəyə girə bilər. 
*** 

Sivilizasiyanın əsas prinsiplərini məntiqli və möhkəm bünövrədə bərqərar etdikdən sonra 
müxtəlif tarixi həqiqətləri təkzib etdiyimiz üçün təəssüflənməyimizə ehtiyac 


qalmayacaqdır. Dini təlimlərin irəli sürdüyü həqiqətlər o qədər təhrif olunmuş və 
sistematik şəkildə gizlənib dəyişilmişdir ki, insan cəmiyyətləri artıq onları həqiqət kimi 
tanıya bilmir. Təzə doğulmuş körpələrin haradan gəldiyi ilə maraqlanan uşaqlara onları 
leyləklərin gətirdiyini deməyimiz də buna oxşayır. Körpələri leyləklərin gətirdiyini 
deyərək, həqiqəti onlara simvolik şəkildə və başqa görüntüdə çatdırırıq. Çünki böyük 
quşun nə olduğunu hamımız çox yaxşı bilirik; amma onlar bunu bilmir. Beləliklə, uşaqlar 
həqiqətin təkcə təhrif olunmuş hissəsini eşidir və aldandıqlarını hiss edirlər. Bizlər də 
uşaqların böyüklərə bəslədikləri inamsızlığın və göstərdikləri itaətsizlik toxumlarının 
onlara bağışladığımız təəssüratlardan yarandığını hiss etməyə başlayırıq. Yaxşı ki, 
uşaqlara nəyisə açıqlayanda bu cür simvolik işarələrdən istifadə etməməyin və beləliklə, 
zəka dərəcələrini nəzərə almaq şərtilə onları həqiqətlərdən məhrum qoymamağın 
zəruriliyini artıq başa düşmüşük. 
*** 
Bütün yuxular ümumi xüsusiyyətlərə malikdir. Belə ki, onların hamısı gün ərzində cuşa 
gələn, amma həyata keçirilməyən arzuların biz yatanda təmin edilməsindən ibarətdir. 
Yuxular arzuların ən sadə və açıq şəkildə həyata reallaşdırılmasıdır. 
*** 
Xoşagəlməz bir fikrin doğru olmadığını fikirləşmək insanın canında var. Əgər bir fikir 
insanın xoşuna gəlmirsə, onda həmin şəxs asanlıqla müvafiq fikrə zidd dəlillər 
tapacaqdır. 
*** 
Mühafizəkarlıq, sürətlə dəyişən şərtlərlə ayaqlaşmaq istəməyən tənbəl beyinlər üçün 
həmişə xoşagələn bəhanədir. 
*** 
Biseksuallığa heç də pis baxmıram... Əksinə, hələ izahını tapmamış bir çox məsələlərə 
aydınlıq gətirəcəyinə inanıram. 
*** 
Kişi sevəndə ehtirası olmur; şəhvətlə arzulayanda isə sevgi olmur... 
*** 


Sivilizasiyanın instinktlər əsasında edilən imtinalar üzərində qurulduğuna dair həqiqəti 
görməməzlikdən gəlmək qeyri-mümkündür... 
*** 
Mübadilə nevrozu adlandırdığımız məfhum, şüuraltı ilə eqoizm arasındakı mübarizəyə; 
narsist nevroz, eqoizm ilə super eqoizm arasında gedən çəkişməyə; psixoz isə eqoizm ilə 
xarici aləm arasındakı toqquşmaya uyğun gəlir. 
*** 
Hər nə qədər qulağa xoş gəlməyib məntiqsiz görünsə də, qeyd etmək lazımdır: həm aşiq 
olub, həm də özünü azad və xoşbəxt hiss edən insan qadınlara göstərdiyi hörmətin 
öhdəsindən gəlmiş və anası, yaxud bacısı ilə insest münasibətə girmə fikrini yavaş-yavaş 
qəbul etməyə başlamışdır. 
*** 
Xoşbəxt olma ehtimalımız onsuz da vücudumuz tərəfindən məhdudlaşdırılmışdır. 
Bədbəxtliyə alışma xoşbəxtliyə nisbətən daha asandır. İnsan üç müxtəlif yöndən gələn 
əzablarla təhdid olunur. Bunlardan biri – birbaşa öz bədənimizdən qaynaqlanan və bir 
müddətdən sonra yoxa çıxmağa məhkum olan, xəbərdarlıq işarəsi şəklində ağrı və 
təşvişlə birlikdə ortaya çıxan əzablar; digəri – xarici aləmdə meydana gələn, yorucu və 
amansız zərərlərlə daha da şiddətlənən əzablar; axırıncısı isə, başqa insanlarla 
münasibətimiz nəticəsində yaranan əzablardır. Məhz axırıncı növ böyük ehtimalla o 
birilərinə nisbətən ən ağrı-acılı əzablardır. 
*** 
Uşaqlar etsə, böyüklər bilsəydi... 
*** 
Nevroz şüuraltı ilə eqoizmin arasındakı mübarizənin nəticəsidir; psixoz isə eqoizmlə 
xarici aləmin bir-birinə olan münasibətindən meydana çıxan oxşar mübarizənin 
nəticəsidir. 
*** 
Yuxuların uzun, çoxmənalı, ifrat və mübaliğəli olması onların uşaq fitrətinə malik 
olduğunu göstərir. Belə ki, uşaqların ən çox arzuladığı şey tez böyümək və böyüklər 


qədər pay almaqdır. Sözün düzü, uşaqları razı salmaq çətindir; çünki “bəsdir” sözünün 
qətiyyən başa düşmürlər. 
*** 
Biz elmi metodlar sayəsində dünyəvi həqiqətlər haqqında biliklərə malik olacağımıza, 
qazandığımız biliklərlə gücümüzü daha da artıracağımıza və həyatımızı sahmana 
salacağımıza inanırıq. Əgər bu inamımız illüziyadan ibarətdirsə, deməli, biz də sizinlə eyni 
vəziyyətdəyik. Ancaq elm öz çoxsaylı vacib uğurları ilə bizə göstərmişdir ki, bu inancımız 
heç də illüziya deyildir. 
*** 
Sağlam və ya xəstə olmağımızın heç bir fərqi yoxdur. Seksuallıqdan söz düşəndə hamımız 
ikiüzlü oluruq. 
*** 
Yuxu – yuxu görən insanın ruhi fəaliyyət halıdır. 
*** 
Bütün nevrozlar və digər bir çox insan bu faktı qəbul edə bilmir: “inter urinas et faeces 
nascimur (sidik ilə nəcisin arasından doğulmuşuq).” 
*** 
Belə bir qəribə fakt mövcuddur: bizim üçün çox əhəmiyyətli ola biləcək, Kainatın sirlərini 
açmağa köməyi dəyəcək və həyatın verdiyi dərdlərin öhdəsindən gəlməyimizi təmin 
edəcək biliklər mədəni dəyərlərimizin arxa plana atdığı biliklərin arasında ön sıralardadır. 
Bunlar digərlərinə nisbətən doğruluğu ən az isbatlanmış biliklərdir. 
*** 
Həyat adlı oyunda ən böyük uduş ortaya qoyulmadıqca və ya elə həyatın özünü riskə 
atmadıqca həyatımız gün-gündən gücünü itirərək yoxsullaşacaq və axırda, belə demək 
mümkündürsə, amerikalılarda müşahidə etdiyimiz qadın-kişi münasibətləri kimi bəsit və 
səthi olacaqdır. 
*** 


Hər hansı bir mətnin təhrif olunması cinayətə oxşayır: çətini, həmin əməliyyatı həyata 
keçirmək yox, onun izlərini təmizləməkdir. 
*** 
... Sizə etiraf etdiyim ümidlərdə də illüziya ola bilər. Ancaq mənimkilər digərlərindən çox 
fərqlidir. Bölüşmədiyim üçün cəza verilməməsi bir yana; dini illüziyaların əksinə, mənim 
illüziyalarımın sübutu mümkündür. 
*** 
Necəyiksə, eləyik, çünki keçmişdə də belə olmuşuq. Həyatdakı problemlərin həlli üçün 
əxlaqi dəyərlərə yox, daha çox biliyə ehtiyac duyuruq. 
*** 
Öz-özümüzə deyirik ki, əgər bütün kainatı yaradan, onu bizim üçün min cür naz-nemətlə 
dolduran Tanrı olsaydı və əgər yer üzündə əxlaqi nizamla axirət mövcud olsaydı, nə gözəl 
olardı. Halbuki bütün bunların reallıqda əksini tapmaması və sadəcə, məsum arzulardan 
ibarət olması məlumdur. Əgər yazıq cahil ulu babalarımız bütün bu qəliz kosmik suallara 
cavab tapsaydılar, onda hər şey çox gözəl olacaqdır. 
*** 
Cinayətkarların əksəriyyətində, xüsusilə gənclərdə çox güclü günahkarlıq hissi 
mövcuddur. Həmin günahkarlıq hissi cinayətin həyata keçirilməsindən uzun müddət 
əvvəl o insanda yaranır. Yəni bu hiss cinayətin səbəbi yox, əksinə, onu motivasiya edən 
impulsdur. Bu halda insanın törətdiyi cinayət əslində daxilindəki şüuraltı günahkarlıq 
hissini birbaşa real bir obyektlə əlaqələndirərək, bir az da olsa, rahatlanmaq cəhdidir. 
*** 
Fantaziyaların arxasındakı ruhlandırıcı güc həyata keçirilməmiş arzulardır. Hər bir 
fantaziya başqa bir arzunun həyata keçirilməsi, insanı qane etməyən reallığın onun 
ürəyincə düzəldilməsidir. 
*** 
... Yuxuların bir müddətdən sonra yaddan çıxması, yatanda gördüyümüz yuxuların 
oyananda beynimiz tərəfindən çox qəribə hal kimi qəbul olunub bir kənara atılması və 
həmin yuxuları qismən dəyişdirən, yaxud tamamilə rədd edən xatirələrimiz... Məhz bu 


və buna bənzər problemlər əsrlər boyunca öz izahını gözləmiş və nəhayət, müasir 
dövrümüzdə qənaətbəxş nəticələr əldə edilmişdir. 
*** 
Gözləməyi bacaran insan heç nə üçün güzəştə getməməlidir. 
*** 
İnsanlar tərəfindən qəbul olunmasa da, “kişilər sevilmək istəməyən kobud məxluqlardır” 
və ya “kişilər hücuma məruz qalanda ancaq özlərini müdafiə edirlər” kimi fikirlərdə 
az-çox həqiqət vardır. Ancaq bunu da demək lazımdır ki, kişi instinktləri arasında 
aqressiya böyük yer tutur. 
*** 
Geniş yayılmış inanca əsasən, insanların seksual həyatı öz cinsi orqanlarını qarşı cinsin 
orqanı ilə birləşdirmək cəhdlərindən ibarətdir. 
*** 
İnsanların yaşı ötdükcə ana-atasının itaətindən çıxaraq sərbəst həyata atılması təkamül 
prosesi boyunca ən vacib və həmçinin ən ağrı-acılı mərhələlərdən biridir. Bu, inkişaf 
prosesinin ən başlıca mərhələlərindən biridir və demək olar ki, hər bir normal insanın bu 
yoldan keçib, valideynlərinin qarşısında öz azadlığını qazanır. Əslində hər hansı bir 
cəmiyyətin inkişafı bir-birinin ardınca gələn nəsillər arasındakı toqquşmalara əsaslanır. 
Bir tərəfdən də bir çox nevroz insanların psixikasında müvafiq pozğunluğun səbəbi məhz 
bu sərbəstləşmə mərhələsində keçərkən uğursuzluğa düçar olmalarıdır. 
*** 
“Okean hissi” adlandırdığımız sonsuzluq hissinin gələcəkdə din ilə əlaqələndiriləcəyini 
görə bilirəm. “Okean hissi”nin əsasını təşkil edən “Kainatla bir olma və onunla birləşmə” 
hissi dinin insanlara verdiyi təskinlik və təsəllilərə çox oxşayır. Başqa sözlə, bu hiss 
eqoizmin xarici aləmdə gördüyü və özünə təhdid kimi qəbul etdiyi təhlükələr qarşısında 
yeni yollar axtarmasıdır. 
*** 
İnsan oğlu, demək olar ki, süni Tanrıya çevrilib. 


*** 
İnsanlara tuşladığımız tənqidlər sadəcə “içində onlara xoş gəlməyən sözlər” olduğu 
təqdirdə təsir edib, müxtəlif hisslərini oyadacaqdır; yoxsa başqa sözlərin elə də faydası 
olmayacaqdır. 
*** 
Bir insanı tamamilə tanımaq üçün onun yuxularının üzə çıxardığı şüuraltısını görmək 
lazımdır, çünki Putnama da dediyim kimi: “Necəyiksə eləyik; çünki keçmişdə də belə 
olmuşuq”. 
*** 
... Doğrudur, oxşarlıqlar heç nəyi müəyyənləşdir; lakin insanı öz evindəymiş kimi hiss 
etdirə bilərlər. 
*** 
Yuxuların ziddiyyət və təzadlara yanaşma tərzi çox nəzərə çarpan olsa da, insanlar çox 
vaxt onu görməməzlikdən gəlirlər. Yuxular üçün “yox” yoxdur. Yuxular təzadları bir yerə 
yığıb onları birləşdirir və vahid şəkildə göstərir. Bununla yanaşı, yuxular ziddiyyət 
arzularının yaratdığı bəzi təsadüfi elementləri əks etdirmə məharətlərindən istifadə 
edirlər ki, yuxularını yozmaq istəyən insanlar gördükləri mənfi və ya müsbət elementləri 
ilk baxışda başa düşüb seçə bilməsinlər. 
*** 
Əgər kimsə hansısa bir dini təlimin irəli sürdüyü bütün səfehlikləri araşdırmadan qəbul 
edir və hətta bunların arasındakı təzadları görməzlikdən gəlirsə, onda bu adamın 
ağlından şübhələnmək lazımdır. 
*** 
“Elmdən əvvəlki günlər” adlandırdığımız dövrlərdə insanlar yuxuların yozulmasında heç 
də çətinlik çəkmirdilər. O vaxtlar yuxular cin və şeytan kimi xəbis ruhların, yaxud mələk 
və Tanrı kimi müqəddəs qüvvələrin ifadə tərzi kimi qəbul edilirdi. Ancaq elmi düşüncənin 
yaranması və yayılması ilə birlikdə bu mitalogiya psixologiya ilə əvəz olundu. Müasir 
dövrümüzdə yuxunun insanın ruhi fəaliyyət olduğundan şübhələnən savadlı şəxslərin 
sayı çox azdır. 


*** 
Eqoizm özünü xarici aləmdən təcrid edir. Daha doğrusu, əvvəlcə hər şeyi öz içinə alır və 
sonra da özünü xarici aləmdən kənarlaşdırır. Beləliklə, hazırda hiss etdiyimiz “eqo” 
əslində bütün kainatı əhatə edən və eqo ilə xarici aləm arasında yaranmış bir-birindən 
ayrılmaz bağı ifadə edən, daha geniş çalarlı bir hissin, sadəcə, kiçik modelidir. 
*** 
Həkimlik haqlı olaraq mühafizəkardır. Çünki insan həyatı amansız təcrübələr üçün uyğun 
material deyil. 
*** 
... Siz öz illüziyalara dair baxışınızı mənimkilərlə qarışdırmayın. Siz dini illüziyaları var 
gücünüzlə müdafiə etməlisiniz. Əgər bu səhv fikirlərinizdən zərrə qədər şübhələnsəniz – 
bu, çox yüksək ehtimaldır – onda bütün həyatınız alt-üst olar. Bu zaman ümidsizliyə 
qapılmaqdan başqa çarəniz qalmaz. Sivilizasiyadan, bəşərin gələcəyindən, bir sözlə, hər 
şeydən ümidinizi üzərsiniz. Mənsə sizin kimi məhbus deyiləm. Mən və mənimkimilər 
azaddır. Çünki biz uşaqlıq arzularımızın çox önəmli bir hissəsindən imtina etməyə hər an 
hazırıq. Məhz buna görə də bəslədiyimiz ümidlərin illüziyaya çevrilməsinə asanlıqla 
dözürük. 
*** 
Cinsiyyət orqanlarını kişilərin daha rahat yaşamalarına xidmət edən odun parçası kimi 
görməyi rədd edən qadınları aktiv, pozğun, həyasız və yaxud lezbiyan olma təhlükəsi 
gözləyir. Lezbiyan bədəni adi qadın bədəninə nisbətən daha təhlükəli və cazibədardır, 
çünki bu bədən avtoerotizmə və klitordan gələn zövqə qarşı daha həssas olub, özünü 
doğrultmaq üçün daha münasibdir. 
*** 
Eqo idealının insanın ali təbiətindən gözlənilən hər şeyə reaksiya verdiyini göstərmək elə 
də çətin deyil. Məsələn, ataya duyulan həsrətin göstəricisi olan eqo idealı bütün dinlərin 
yetişdiyi toxumların məskənidir. 
*** 
Həqiqəti görən, lakin xalqın gözündəki dəyərini və populyarlığını qorumağa çalışan 


siyasətçi kimi, mənlik ilə reallıq arasında sıxılıb qalan eqo da yaltaqlıq, şəxsi mənafeni 
güdmə və yalançılıq yolunu seçir. 
*** 
... Xatirələrimiz heç nəyə zamin durmur; amma yenə də özümüzü onun bizə dediklərinə 
inanmağa məcbur hiss edirik və obyektiv şəkildə təsdiqlənməmiş mühakimələrin 
qarşısında boyun əyirik. 
*** 
Əgər qeyri-şərtsiz hər bir şeyin xarici amillərin yox, təbii amillərin ucbatından öldüyünü 
və yaxud bir daha cansızlaşdığını qəbul etsək, onda bunu da qəbul etməliyik: “Həyatın 
məqsədi ölümdür”. Arxaya boylansaq görərik ki, “cansız varlıqlar canlılardan çox-çox 
əvvəl mövcud idi”. 
*** 
Bu irq üçün psixoanalizin əlindən heç nə gəlmir (Freud burada irlandlardan bəhs edir). 
*** 
Əgər Tanrı məfhumunu tamamilə bir kənara qoyub, sivilizasiyanın bütün prinsip və 
qaydalarının, sadəcə, insanlar tərəfindən qoyulduğunu bəri başdan qəbul etsəydik, məhz 
onda həqiqətən də böyük üstünlük qazanacaqdıq. Çünki o zaman bütün bu əmr və 
qadağalar süni müqəddəslikdən təmizlənəcək və indiki kimi sərt, amansız və 
dəyişdirilməsi qeyri-mümkün olmayacaqdı. Beləliklə insanlar bu qayda-qanunların onları 
ram etmək üçün deyil, sevdiklərinin arxasınca getmələrinə kömək etmək üçün 
qoyulduğunu başa düşəcəkdilər. Nəticə etibarilə, bu qaydalara daha səmimi və isti 
münasibət bəsləyəcək və onları qüvvədən salmaq əvəzinə bir az da inkişaf etdirməyə 
cəhd göstərəcəkdilər. 
*** 
Yuxular haqqında irəli sürülən fikirləri üç qrupa ayırmaq olar. Filosofların əksəriyyəti bu 
üç qrupdan birinə, xüsusilə də yuxulara həddindən çox əhəmiyyət verən fikirlərə 
üstünlük vermişdir. Bu mütəfəkkirlər belə hesab edir ki, yuxular insanın ruhi fəaliyyətinin 
qəribə nəticəsidir. Hətta onlar bir az da iddialı davranıb, yuxuları bəzi ali hallarla 
əlaqələndirirlər. Məsələn, onlardan biri olan Şubert belə deyir: “Yuxular – insanın xarici 
aləmin təzyiqlərindən qaçışıdır. Başqa sözlə, ruhun özünü maddənin qandallarından xilas 


etməsidir”. Filosofların hamısı bu cür iddialı olmasa da, çoxu yuxuların kökünün ruhi 
xəbərdarlıqlarda olduğunu bildirir. Onların fikrincə, yuxular gün ərzində sərbəstlikləri 
məhdudlaşan ruhi qüvvələrin yatanda üzə çıxmasıdır. Yuxularda yaşanılan həyatın 
müxtəlif qeyri-adi uğurlara imza atdığı bu gün əksər müşahidəçilər tərəfindən qəbul 
olunmuşdur. 
*** 
Fiziki xəstəlikdən əziyyət çəkən şəxslər obyektə duyduqları sevgini yavaş-yavaş itirməyə 
başlayırlar. Bu məqamda şəhvətlə eqo eyni taleyi bölüşərək, ayrılmaz vahidə çevrilirlər. 
Beləliklə, xəstənin məlum eqoizmi hər ikisinə də şamil olur. Biz isə bu halı olduqca təbii 
qarşılayırıq; çünki çox yaxşı bilirik ki, eyni vəziyyətə düşsək, həmin şeyi edəcəyik. Fiziki 
nasazlıqlar sevgiyə həvəsi öldürüb, laqeydlik yaradır. Bu mövzuya karikaturaçılar tez-tez 
müraciət edirlər. 
*** 
İnsanlar belə hesab edirlər ki, elmlər açıq-aydın ifadə olunmuş fundamental məfhumlara 
əsaslanmalıdır. Lakin ən konkret və mütləq olanlar da daxil olmaq şərtilə, heç bir elm 
sahəsində bu ifadəyə rast gəlmək olmaz. Əksinə, elmi fəaliyyətin həqiqi başlanğıc 
nöqtəsində hadisələri açıqlama və sonra da onları qruplaşdırıb təsnif edərək aralarındakı 
əlaqəni meydana çıxarma mövcuddur. 
*** 
... Nəzəri düşüncələr buna gətirib çıxarır: bu gün müxtəlif qorxuların obyekti kimi 
qarşımıza çıxan fobiyalar bir vaxtlar böyük ehtimalla yüksək bir həzzin mənbəyi olub. 
*** 
... Eqo ilə super eqo arasındakı mübarizəyə əsaslanan bəzi xəstəliklərin mövcud 
olduğunu deyə bilərik. Aparılan tədqiqatlar göstərir ki, melanxoliya da bu qəbil 
xəstəliklərdəndir. Ona görə də bu cür xəstəlikləri “narsistik psixonevrozlar” adı altında 
araşdırmalıyıq. 
*** 
Əgər apardığımız tədqiqatlar nəticəsində dinin insana məxsus nevroz növü olduğunu 
tapa və fərdi xəstələrdə olduğu kimi nevrotik vəsvəsələrin də böyük qüvvəsini izah edə 
bilsək, məhz o zaman tarixin ən möhtəşəm güclərindən biri olan dinin insanlara qarşı 


yaratdığı qəzəbi müasir dövrümüzdə müalicə edə bilərik. 
*** 
İngilis dramaturq Uilyam Şekspirə həsr olunan əsərlərin həqiqətən də ona aid olduğuna 
artıq inanmıram. 
*** 
İstədiyini əldə edə bilmirsənsə, əldə etdiyini istəyəcəksən. 
*** 
İnsanlar haqqında “yaxşı” olan çox az şeyi heç vaxt görməmişəm. Hansısa əxlaqi dəyərə 
bağlı və ya malik olub-olmadığının fərqi yoxdur; mənim üçün insanların əksəriyyəti beş 
qəpiyə dəyməyən zibil yığınıdır. 
*** 
İnsan adlandırılan heyvanın daxilində yatan, tam əhliləşməmiş ən pis şeytanları yuxudan 
oyadan və onlarla güləşənlərdən heç kim bu mübarizədən sağ-salamat çıxacağına 
inanmasın. Mən də bura daxiləm. 
*** 
Daş atmaq əvəzinə söyüş söyən ilk insan sivilizasiyanın banisidir. 
*** 
Ən dərin yuxular ən çılğın olanlardır. 
*** 
Əgər din və dinə aid olan hər bir şeyi Avropa sivilizasiyasından çıxarıb atmaq 
istəyirsinizsə, bunu ancaq başqa təlimlər vasitəsilə edə bilərsiniz. Bu təlimlər lazım 
gələndə özlərini müdafiə edə bilmək üçün dini təlimlərlə eyni psixoloji xüsusiyyətlərə 
malik olmalıdır. Eynilə dini təlimlər kimi müqəddəs, amansız və ciddi olmalı və həmçinin 
insan zehninə qandal vurmalıdır. Təhsilin zərurətlərini yerinə yetirmək üçün bu cür 
sistemə malik olmalıyıq; çünki təhsil vacibdir. 
*** 


Bir insan harasa baxırsa, orada onun marağına səbəb olan nəsə var. Bir insan bir yerə 
heç baxmırsa, orada onun maraqlandığı şey mütləq var. 
*** 
Kiməsə əvəzedilməz olduğunu hiss etdirsəniz, əvəz etdiyi ilk insan siz olacaqsınız. 
*** 
Bütün fikirləşənlər insandır, amma bütün insanlar fikirləşmir. 
*** 

Hər bir insan gördüyü yuxunun yozumudur. 
*** 
Heç bir oğlan birlikdə olmaq istəməyəcəyi bir qızla yaxın dost olmaq istəməz. 
*** 
İnsan xoşbəxt olmaq istəyir; ona görə də pis gündədir. 
*** 
Adını unutduğunuz insan haqqında mütləq mənfi fikrə maliksiniz. 
*** 
Mədəniyyətin ilkin şərti ədalətdir. 


*** 
Üzr istəmək sənin haqsız, qarşı tərəfin haqlı olması demək deyil. Verdiyin dəyərin şəxsi 
mənafeyindən yüksək olduğunu ifadə edir. 
*** 
Sənət – uşaqlıq təcrübələrinin yetkinliyə ötürülməsidir. 
*** 
Həyatın heç bir dəyəri yoxdur, amma həm də ondan başqa heç nəyimiz yoxdur. 
*** 
Həyat əlamətinin kökündə hissiyyat vardır; hissiyyatın da bünövrəsi sevgidir. 
*** 
Hər bir sadist həm də mazoxistdir. 
*** 
Psixoanaliz əslində sevgi vasitəsilə müalicə etməkdir. 
*** 
Şairlər və filosoflar təhtəlşüuru məndən əvvəl kəşf etdilər. Mən isə təhtəlşüuru 
araşdırmaq üçün lazımi elmi metodu kəşf etmişəm. 
*** 
Əsrlər boyunca cavablanmayan və qadın ruhunun tədqiqatına dair otuzillik fəaliyyətimə 
baxmayaraq, mən hələ bu mühüm suala cavab tapa bilməmişəm: “Qadınlar nə istəyir?” 
*** 
Bəzən bir siqaret elə, sadəcə, siqaretdir. 
*** 
Pişiklərlə keçirilən vaxt hədər getmir. 
*** 


Ədalət bərqərar olsun, sonra lap bütün dünya yerlə yeksan olsun. 
*** 
Əgər bir kişi anasının qeyri-şərtsiz ən sevimli uşağıdırsa, o, həyatının axırına kimi özünü 
qalib hiss edəcəkdir. 
*** 
Tanrı adlandırdığımız məfhum, sadəcə, şişirdilmiş ata fiqurudur. 
*** 
Bir uşağın ehtiyaclarının içində ata himayəsi qədər güclü ehtiyacın olduğunu zənn 
etmirəm. 
*** 
İnsan sevəndə sərsəmləyir. 
*** 
İnsanın ağlı aysberqə oxşayır; həcminin, sadəcə, yeddidə biri suyun səthində, qalanı isə 
altındadır. 
*** 
Həzz prinsipinin insana verdiyi son məqsəd olan xoşbəxtlik əlçatan olmasa da, biz yenə 
də bu məqsədi həyata keçirməkdən əl çəkmir, müxtəlif yollarla ona çatmağa çalışırıq. 
*** 
Hər bir normal insan əslində nisbi şəkildə normaldır. Belə ki, normal insanın eqosu bəzən 
psixozlu xəstənin səviyyəsinə az-çox yaxınlaşır. 
*** 
Uşaqların parlaq zəkası ilə böyüklərin zəif düşüncə gücü arasındakı fərq adamı narahat 
edir. 
*** 
Bəşər övladının şiddətə meyilli olması anadangəlmə, müstəqil və daxili hissdir və 


mədəniyyətin qarşısını kəsən ən böyük maneələrdən biridir. 
*** 
Müəyyən bir dərəcəyə kimi nevroz insan, xüsusilə də psixoloqlar üçün misilsiz bir 
dəyərdir. 
*** 
Müxalifət – düşmənçilik deyil. Müxalifət – ziddiyyətin bədxahlıqla istifadə nəticəsində 
düşmənçiliyə səbəb olmasıdır. 
*** 
Uyğun hədəflərə yönəldildiyi təqdirdə sadizm heç bir problem yaratmır. 
*** 
Xoşbəxtlik adlandırdığımız məfhum – bərk-bərk gizlədilmiş və əngəllənmiş ehtiyacların 
qısa müddətlik təmin olunmasından ibarətdir. 
*** 
İnsan ilk dəfə qayğı hissini doğulanda dadır. Beləliklə, dünyaya gəlmə hadisəsi qayğının 
ilk mənbəyi və birinci modelidir. 
*** 
Ehtiyatlı biznesmen bütün sərmayəsini bir işə yatırmaqdan necə çəkinirsə, ağlımız da 
xoşbəxtliyi tək mənbədən gözləməməyimiz üçün bizə xəbərdarlıq edir. 
*** 
Edə bilmirsənsə, əl çək! 
*** 
Sizlərdən soruşuram: Psixoanaliz sahəsinin kəşfi nə üçün bütün o din adamlarına yox, 
ateist bir yəhudiyə nəsib olub? 
*** 
Nevrozlar üzərində aparılan psixoanalitik təhlillər göstərir ki, altını islatmaqla çox iddialı 


olmaq arasında çox yaxın əlaqə mövcuddur. 
*** 
Həkim xəstələrinə qarşı şəffaf yox, güzgü kimi olmalıdır. Eynilə güzgü kimi ancaq ona 
göstəriləni göstərməlidir. 
*** 
Əslində mən nə alim, nə müşahidəçi, nə də mütəfəkkirəm. Təbiətən macəraçıyam. Eynilə 
macəraçı kimi hər şeylə maraqlanan, cəsur və inadkaram. 
*** 
Vicdan adlandırdığımız məfhum – daxilimizdə alovlanan müəyyən bir arzunun xarici 
aləm tərəfindən qəbul olunmamasının daxili aləmimiz tərəfindən dərk edilməsidir. 
*** 
Fərdin mənəvi inkişafı insan irqinin inkişaf prosesinin qısa təkrarıdır. 
*** 
Qaranlıqda gedə-gedə fit çalan adam bununla qaranlıqdan qorxduğunu inkar edə bilər, 
amma həmin hərəkət yolu daha yaxşı görməsinə kömək etməz. 
*** 
Ruhumun dərinliklərində, qəlbimin xəlvət yerində fanatik bir yəhudi olduğumu hiss 
edirəm. Bitərəf və qərəzsiz olmaq üçün göstərdiyim bütün cəhdlərə baxmayaraq, özümü 
bu cür görmək məni çox təəccübləndirdi. Həm də bu yaşda əlimdən başqa nə gəlir ki? 
*** 
İstəkləri özündə ehtiva edən iddən fərqli olaraq, eqo ağıl və məntiqi təmsil edir. 
*** 
Anaya qarşı cinsi arzular vaxt keçdikcə daha da güclənir və bir müddətdən sonra ata bu 
arzuların reallaşmasında başlıca maneə kimi görünür. Məhz bu, “Edip kompleksi”nin 
yaranmasına gətirib çıxarır. 
*** 


Dini fikirlər mədəniyyətin digər uğurlarının ardındakı eyni ehtiyacdan, təbiətin əzici 
üstünlüyünə qarşı özünümüdafiə zərurətindən yaranmışdır. 
*** 
Yazıq qızcığaz şahzadənin gəlib onu xilas edəcəyinə dair səhv fikirlərə düşə bilər. Əslində 
bu cür halların tamamilə qeyri-mümkün olduğunu deyə bilmərik. Belə ki, tarixdə belə 
nümunələr vardır. Ancaq yuxarıdakına nisbətən Məsihin bir gün gəlib “qızıl dövr”ü 
başlatması ehtimalı qat-qat zəifdir. 
*** 
İd ilə eqo arasındakı əlaqə at ilə atlının münasibətinə bənzəyir. At ilə atlı arasındakı 
münasibətdə hərəkət üçün zəruri enerjini verən at olsa da, məqsədlərin 
müəyyənləşdirilməsi və istiqamətin təyin edilməsinə dair səlahiyyətlər atlıya məxsusdur. 
Ancaq id ilə eqo arasındakı əlaqə heç də xoşagələn deyil. Çünki burada atın gedəcəyi 
yönü təyin edən güc atlı yox, elə atın özüdür. 
*** 
Ordusuna komanda verməmişdən əvvəl xəritə üstündə miniatür fiqurları hərəkətə 
gətirən general kimi fikirləşmə prosesi də çox enerji sərf etmədən təcrübələri 
sınamaqdır. 
*** 
Biçarə eqonu çox çətinliklər gözləyir. Çünki biri o birindən zalım üç ağaya xidmət etməli 
və onların bir-birindən fərqli iddia və tələblərinə ortaq yol tapmalıdır... Eqoya zülm edən 
bu üç qəddar ağa – xarici aləm, super eqo və iddir. 
*** 
Bütün detalları ilə dinin həqiqi dəyərini təsbit etmək istəyən şəxs onun insanlar üçün 
hansı missiyaları daşıdığını mütləq nəzərə almalıdır. Din insanlara təkcə kainatın 
mənbəyi və xilqəti haqqında məlumat vermir, həmçinin onları həyatın keşməkeşlərindən 
qoruyacağına və heç nəyə baxmayaraq xoşbəxt edəcəyinə söz verir. Eyni zamanda hakim 
qüvvələr tərəfindən dəstəklənən bütün prinsiplərindən istifadə edərək, insanların 
düşüncə və davranışlarını istədiyi kimi yönləndirir. 
*** 


Heç nə uzun müddət ağıl və təcrübəyə qarşı çıxa bilməz. Dinin onlara qarşı irəli sürdüyü 
ziddiyyətlər isə məlumdur. 
*** 
Yetkin bir qadının cinsi həyatı psixologiya elmi üçün “qaranlıq aləm”dir. 
*** 
Yuxuların yozulmasını mümkün edən psixoloji metod mövcuddur və... əgər bu metod 
tətbiq edilsə, hər yuxunun əslində mənaya malik və yatmadığımız zaman yaşadığımız 
həyatdakı zehni fəaliyyətlərdən birinə uyğun gələn mənəvi struktur olduğuna dair 
həqiqət meydana çıxacaqdır. 
*** 
Sevilmək arzusu ilə alovlanan bir uşaq ana-atasının sevgisini bacı-qardaşları ilə bölüşmək 
istəmir. Bir müddətdən sonra başa düşür ki, xəstələnəndə ata-anası onun üçün narahat 
olur və həmin vaxt öz sevgilərini daha səxavətlə verirlər. Artıq uşaq ana-atasının sevgisini 
özünə cəlb etməyin yolunu tapmışdır və əlinə fürsət keçdikcə bundan istifadə edəcəkdir. 
*** 
Yuxuların gələcəyi göstərdiyinə dair qədim inanclar tamamilə reallıqdan uzaq deyil. 
Çünki həyata keçirilmiş arzuları təmsil edən yuxular bizi gələcəyə aparır. Ancaq yuxu 
görən şəxs tərəfindən indiki zaman kimi qəbul olunan bu gələcək yox olmayan arzular 
tərəfindən keçmişin arzuları kimi göstərilir. 
*** 
Təhtəlşüur səviyyə daxilində şüur səviyyəsini də ehtiva edən geniş bir halqadır. Hər bir 
şüurlu hərəkətin ilk addımı təhtəlşüurda atılır. Ancaq təhtəlşüur bu addımla bütün 
əlaqələri kəsib, ruhi fəaliyyət kimi özünə böyük dəyər verir. Düzünü desək, əsl ruhi 
səviyyə elə təhtəlşüur səviyyədir. Çünki onun təbiəti bizim üçün xarici aləmin reallığı kimi 
nəhəng məchuldan ibarətdir. Həmçinin hissiyyat orqanlarımız vasitəsilə xarici aləmi 
qüsurlu və natamam şəkildə dərk etdiyimiz kimi, şüurdan gələm məlumatlarla bizə gəlib 
çatan təhtəlşüur da
nöqsanlıdır. 
*** 


Hamımız bilirik ki, Aristoteldən əvvəlki antik filosoflar yuxuya zehnin məhsulu kimi yox, 
bir növ vəhy kimi baxırdılar. Həmişəki kimi antik dövrlərdə də yuxularla əlaqədar iki zidd 
fikir mövcud idi. Bunlardan biri yuxu görən şəxsə xəbərdarlıq etmək və ya ona 
gələcəkdən xəbər vermək üçün göndərilən real və dəyərli yuxular; o biri isə yuxu görən 
şəxsi yanıltmaq və ya məhvə aparmaq üçün göndərilən saxta, mənasız və əhəmiyyətsiz 
yuxular idi. 
*** 
Həmişə əfəllikdən ehtiyat etmişəm. Çünki əfəlliyin insanı hara aparıb çıxaracağı məlum 
deyil. Belə ki, bəzi insanlar əvvəlcə sözlərə, sonra isə onların sahiblərinə boyun əyirlər. 
*** 
Kütləni sevgi yumağı ətrafında həmişə yığa bilmək olar; təki yanlarında hirslərini tökə 
biləcəkləri başqa adamlar olsun. 
*** 
Siz dini illüziyaların verdiyi təsəllilər olmadan bəşər övladının tamamilə aciz və biçarə 
olduğunu, həyatın çətinlikləri və həqiqətin amansızlığı altında əziləcəyini iddia etdikcə 
mən bu fikirlərə qarşı çıxmaq məcburiyyətində qalacağam. Bəli, bir məqamda sizinlə 
razıyam: bu fikirləriniz uşaqlıqdan etibarən içinə şirin zəhər axıtdığınız insanlar üçün 
tamamilə keçərlidir. Bəs başqaları üçün nə deyəcəksiniz? Sizin kimi böyüməyən insanlar 
nə olacaq? Bu nevrozdan əziyyət çəkməyənlər onun təsirini azalda bilmək üçün 
narkotikə ehtiyac duymurlar. Ancaq çətin vəziyyətə düşəcəklər. Çünki bu insanlar 
çarəsizliklərinin hansı həddə çatdığını və kainatın sistemində nə qədər dəyərsiz yer 
tutduqlarını qəbul etməli olacaqlar. Həmçinin artıq xilqətin mərkəzində yer almayacaq 
və xeyirxahların xeyirxahı, mərhəmətlilərin mərhəmətlisi olan Tanrının inayətindən də 
məhrum olacaqlar. Beləliklə, ana-atasının isti və rahat yuvasından ayrılan uşağa 
çevriləcəklər. Ancaq gec-tez uşaqlıqdan çıxmaq insanın qismətində var. Axıra kimi uşaq 
qala bilmərik. 
*** 
Sevildiyindən əmin olan insan necə də cəsarətli olur! 
*** 
Heç bir metod insanı iş qədər həyata bağlaya bilməz. Çünki iş insan üçün reallıq və insan 


cəmiyyəti içində təhlükəsiz zona yaradır. Narsistik şiddətə meyilli və ya erotik 
olmasından asılı olmayaraq, müxtəlif şəhvət elementlərinin professional iş və ya müvafiq 
insan münasibətlərinə yüklənməsi işi fərdin özünü cəmiyyətə qəbul etdirməsi və orada 
varlığını yaşatması üçün əvəzedilməz dəyərə çevirir. 
*** 
Əgər insanın təbii meyillərini, instinktlərini, impulslarını, məqsədlərini və digər insanlarla 
münasibətlərini başa düşməyə çalışan psixologiya elmi bu vəzifəsini layiqincə yerinə 
yetirsəydi və mövcud əlaqələri də nəzərə alaraq bütün bu məsələlərə aydınlıq gətirsəydi, 
məhz onda hələ qaranlıqda qalan yeni mövzularla qarşılaşardı. Onda aşağıdakı 
heyrətamiz həqiqəti də izah etmək məcburiyyətində qalardı: əvvəllər psixologiyanın 
aydınlaşdırdığı zənn olunan şəxsin müəyyən şərtlər çərçivəsində güman olunandan çox 
fərqli fikirləşməsi, fərqli hisslər keçirməsi və başqa cür hərəkət etməsi mümkündür. 
Əslində bu şərtlər onların bir qrup insana mənimsətdiyi və artıq “psixoloji qrup” 
xarakterinə bürünmüş müdaxilələridir. Bu halda “qrup” adlandırdığımız şey nədir? Necə 
olur ki, insanların qərarvermə prosesinə bu qədər təsir göstərə bilir? İnsanlara 
mənimsətdiyi bu zehni dəyişikliyin mahiyyəti nədən ibarətdir? 
*** 
Belə düşünürəm ki, hər cür nevrotik xəstəliyin müalicəsinin mümkünlüyünə dair fikirlər 
nevrozun tamamilə lazımsız xəstəlik olduğuna inanan, psixologiyadan uzaq insanlardan 
çıxır. Halbuki nevrozlar, sadəcə, bir neçə yüngül spazm ilə qurtarmayan, neçə illər 
boyunca insanı öz təsirinin altına salan, həddindən artıq şiddətli və qalıcı xəstəliklərdir. 
*** 
Şübhəsiz ki, ehtiraslı sevgi dünyada ən önəmli hadisələrdən biridir. Bu sevginin 
kulminasiya nöqtələrindən biri də ağıl ilə bədənin eşqin ləzzəti ilə birlikdə təmin 
olunmasıdır. Özünü tanımayan bir neçə fanatik istisna olmaqla, bütün dünya bunu bilir 
və həyatını da buna uyğun yaşayır. Sadəcə, elm bunu qəbul etmək üçün həddindən artıq 
həssas və zərifdir. 
*** 
İnsan səhv edə-edə mütləq həqiqətə çatır. 
*** 


Ruhunun dərinliklərinə en və əvvəlcə özünü tanımağı öyrən. Bunu etdikdən sonra bu 
xəstəliyə niyə yoluxduğunu başa düşəcək və bəlkə də daha xəstələnməyəcəksən. 
*** 
İnsanların üstündə apardığımız psixoanalizlər bizə təkidlə bunu göstərmişdir: hər insanın 
tanrısı öz atasının şəklində təzahür edir. İnsanın tanrıya münasibəti atası ilə mövcud 
əlaqəsinə uyğun formalaşır və buna uyğun dəyişib yeni şəkillərə düşür. Əslində Tanrı 
şişirdilmiş ata fiqurundan başqa bir şey deyil. 
*** 
Sivilizasiya Erosun səlahiyyətində olan prosesdir. Erosun məqsədi isə əvvəlcə tənha 
insanları və sonra isə ailələri, irqləri, xalqları və millətləri birləşdirib, onları “bəşəriyyət” 
adlı məfhumda birləşdirməkdir. Bunun niyə belə olduğunu bilmirik. Amma Eros da məhz 
belə edir. 
*** 
Ortaq insan həyatı adlandırdığımız məfhum – tək-tək fərdlərdən daha güclü olan nəhəng 
insan cəmiyyətinin yığışıb onlara qarşı toplaşmasıdır. Sonra da bu cəmiyyətin gücünün 
“zorbalıq” kimi səciyyələndirilən fərdin gücündən haqlı olduğu iddia edilir. 
*** 
Belə bir ehtimalı da nəzərə almalıyıq: mütləq mənada cinsi doyumun mümkünlüyü cinsi 
instinktin təbiətində vardır. 
*** 
Qarnı doyandan sonra anasının döşündən əl çəkib arxaya söykənən və qızarmış 
yanaqlarında işıldayan xoşbəxt təbəssümlə şirin yuxuya getmiş körpəni seyr edən şəxs 
bu mənzərənin cinsi doyuma çatdıqdan sonra yaranan mənzərə ilə eyni olduğunu inkar 
edə bilməz. 
*** 
Düşüncənin ən qarışıq uğurları şüurun köməyi olmadan qazanılır. 
*** 


Əldə etdiyimiz uğurların peyğəmbər və ya tanrıların uğurlarına çata biləcəyini zənn 
etmirəm. Belə ki, Məryəm Ananın möcüzələrinə inanan insanların sayı təhtəlşüurun 
varlığına inanan insanların sayından qat-qat çoxdur. 
*** 
Kommunist sistemə tuşlanmış iqtisadi tənqidlərə heç bir sözüm yoxdur. Şəxsi 
mülkiyyətin ləğvinin səhv və ya düz olduğunu müzakirə etmək mənim borcum deyil. 
Amma kommunist sistemin bünövrəsi olan əsas prinsiplərin heç cür bəraət 
qazandırılmayan illüziyalar olduğunu asanlıqla deyə bilərəm. Bəli, şəxsi mülkiyyəti ləğv 
edərək, insanı çox sevdiyi şiddətdən və onun ən mühüm obyektlərindən biri olan 
mal-mülkdən məhrum edirik... Ancaq şiddətə təkan verən ən vacib amillərdən biri olan 
insanlar arasındakı güc fərqi heç də aradan götürülmür. 
*** 
Əgər uşaq dünyaya gətirmə fəaliyyətini şüurlu, məqsədyönlü prosesə çevirə və təbii 
ehtiyaclardan birinin ödənilməsi məcburiyyəti halından çıxara bilsək, onda bəşər 
tarixinin ən böyük müvəffəqiyyətinə imza atar və insanı təbiət tərəfindən məruz qaldığı 
ən böyük təzyiqlərin birindən qurtarardıq. 
*** 
Analitik psixoterapist üç cəbhə ilə mübarizə aparmalıdır. Bunlardan biri öz zehnində və 
onu analitik səviyyədən aşağı salmağa çalışan qüvvələrə qarşı savaşdığı cəbhə; analizdən 
başqa və özünün daxili cinsi meyillərə verdiyi əhəmiyyəti xor görən və bu qüvvələrin elmi 
metodlarında istifadəsinə mane olmağa çalışan müxaliflərə qarşı açdığı cəbhə; axırıncısı 
isə, analizin içində və özünü əvvəlcə müxalif kimi aparan, sonra da onlara hökm edən 
cinsi həyatın yüksək dəyərini meydana çıxaran, cəmiyyət tərəfindən tərbiyə olunmamış 
istəklərin əsiri olmağa çalışan xəstələrinə qarşı vuruşduğu cəbhədir. 
*** 
Psixoanaliz üçün bu söz lap yerinə düşür: əlinizi versəniz, qolunuz da gedəcək. 
*** 
Həqiqi mənada alt təbəqə münasibəti görən yeganə orqan ölüvay penis, başqa cür 
desək, qadınlardakı klitorisdir. 


*** 
Azyaşlı qızların seksual həyatı haqqındakı məlumatımız azyaşlı oğlanlara nisbətən daha 
məhduddur. Ancaq buna görə utanmamalıyıq; çünki yetkin qadınların seksual həyatı da 
psixologiya elmi üçün “qaranlıq bölgə”dir. 
*** 
İtlər dostlarını sevir, düşmənlərini isə dişləyirlər. İnsanlar isə əksinə, saf məhəbbətdən 
məhrum olub, obyektə münasibətlərində sevgi ilə nifrəti həmişə bir-birinə qarışdırırlar. 
*** 
“On əmr”dəki maddələrdən biri də “öldürməyəcəksən”dir. Bu da bizim qanında adam 
öldürmə arzusu dolaşan qatillər silsiləsindən gəldiyimizi göstərir. Çox güman ki, həmin 
qan bu gün də damarlarımızdan axır. 
*** 
Səmimi dost ilə alçaq düşmən həmişə emosional həyatımın əvəzedilməzləri olmuşdur. 
Hər dəfə onları özlüyümdə yenidən yaradıb formalaşdırmışam və uşaqlıq idealım dost ilə 
düşməni əksər hallarda eyni insanda birləşdirib. 
*** 
Valideynlərdən birinə vurulub, o birisinə nifrət etmək uşaqlıqda yaranan və sonradan 
müxtəlif nevrozların meydana çıxmasına təsir göstərən psixi meyillərin ən əsas 
elementlərindən biridir... Bu halın mövcudluğu klassik dövrə aid müxtəlif hekayələrdə də 
təsdiqlənir. Bu cür hekayələrin içində birinci ağlıma gələni Sofoklun “Edip” adlı pyesidir. 
*** 
İşləmədən yaşamaq fikri mənə heç də maraqlı gəlmir. Məncə, iş ilə xəyallar qurub 
əylənmək arasında heç bir fərq yoxdur. İşləməkdən aldığım zövqü başqa heç yanda tapa 
bilmirəm. 
*** 
İmkan daxilində həqiqəti deməkdən çəkinməyi artıq məharətlərim siyahısına daxil 
etmirəm; çünki həqiqətləri söyləmək mənim işimdir. 


*** 
Həm psixoloji, həm də bioloji mənada insanlarda nə xalis kişilik, nə də xalis qadınlıq 
vardır. 
*** 
Üstündə işlədiyimiz maddəni də nəzərə alsaq, laboratoriyadakı kiçik partlayışlardan 
qorunmaq, demək olar ki, qeyri-mümkündür. 
*** 
Əxlaq – insanlar üçün nəzərdə tutulmuş yol-hərəkət qanunudur. Həmçinin elmin əxlaq 
sistemi yaratmasını gözləmək ağılsızlıqdır. Yeri gəlmişkən, bunu da yada salmaq pis 
olmazdı: hələ dünən dördkünc olduğu zənn edilən atomun forması bu gün dairəvi qəbul 
edilir və bütün dindarlar da fürsətdən istifadə edib, ədalətsiz və qərəzli şəkildə bu 
vəziyyətdən yararlanırlar. Bu halda fizika elmi təbiət üzərində hakimiyyətimizi daha da 
gücləndirəndə bu insanlar yaranan bütün dəyişikliklərə qarşı yenə belə laqeyd və biganə 
qalsınlar. 
*** 
Psixologiya insanlara divanda uzanıb, öz ayaqları üstündə dayanmağı öyrədir. 
*** 
Seksuallıq psixonevrozların və ümumiyyətlə, hər cür nevrozun təhlilində açar rolunu 
oynayır. Yaddan çıxarmayın ki, açarı çevirmədən qapını aça bilməzsiniz. 
*** 
Əgər öpməyə heç nəyiniz yoxdursa, siqaret çəkməyiniz labüddür. 
*** 
Sivilizasiyanın inkişafı naminə verdiyimiz qurban vicdan əzabının güclənərək 
xoşbəxtliyinin yoxa çıxmasıdır. 
*** 
Asanlıqla deyə bilərik ki, xoşbəxt adamlar heç vaxt xəyal qurmurlar; xəyalpərəstlər təmin 
olunmamış şəxslərdir. Xəyalların ilhamverici gücü həyata keçməmiş arzulardır. Hər bir 


fantaziya başqa bir arzunun reallaşması, insanı qane etməyən həqiqətin onu razı salacaq 
şəkildə düzəldilməsidir. Bu ruhlandırıcı arzular xəyal quran şəxsin cinsiyyəti, xarakteri və 
mövcud şərtlərə görə dəyişir. Amma bu arzuları iki qrupa ayırmaq olar. Bunlar ya insanın 
xarakterini ucaltmağa çalışan həris istəklər, ya da erotik arzulardır. Nitşe ilk dəfə bunu 
deyəndə insanlar şoka düşmüşdü. Ancaq müasir dövrdə çox normal qəbul edilir. Bu gün 
biz heç bir “əsas”ı olmadan fəlsəfə irəli sürürük. Çox təəssüf ki, üfüqdə heç bir dəyişiklik 
görünmür. 
*** 
Məni döyən adama qarşı özümü asanlıqla müdafiə edə bilirəm; amma kimsə məni 
tərifləyəndə tamamilə müdafiəsiz qalıram. 
*** 
Ağıl – bəşər övladının təkmilləşdirdiyi ən yaxşı təhlükəsizlik klapanıdır. Sivilizasiya nə 
qədər inkişaf etsə, insana yönəlmiş təzyiq bir o qədər çoxalır. Həmçinin insana edilən 
təzyiq nə qədər çoxdursa, ağıla da bir o qədər çox ehtiyac duyulur. 
*** 
İndi mən qısqanclıq və həsədin qadınların zehni həyatına kişilərdən çox təsir etdiyini 
desəm, bunu cinsi ayrı-seçkilik və ya kişi üstünlüyünün nümunəsi kimi qəbul edəcəksiniz. 
Lakin bu o demək deyildir ki, mən bu xüsusiyyətlərin kişilərdə olmadığını və yaxud 
qadınlardakı qısqanclığın səbəbi ancaq penisdən qaynaqlandığını fikirləşirəm. Amma 
yenə də əksər hallarda səbəbi penis qısqanclığında görürəm. 
*** 
Uşaqlar oynadıqları oyuna həddindən artıq ciddi yanaşır və bu zaman hisslərinin xeyli 
hissəsini sərf edirlər. Onlar üçün oyunun əksi “qeyri-ciddi” yox, “həqiqi” olandır. 
*** 
İnsanlar ətraf mühitə nəzarəti ələ keçirərək, təbiət üzərində elə hökmranlıq edirlər ki, az 
qala bir-birlərinin kökünü kəsəcəklər. Özləri də bunu çox yaxşı bilir. Hazırda bütün 
narahatlıq, qəm-qüssə və qayğıların səbəbi də elə budur. 
*** 
... İnsan son bir neçə nəsil boyunca təbii elmlər sahəsində və bu elmlərdən alınan 


biliklərin tətbiqi nəticəsində təbiətə hökm edilməsi mövzularında əvvəllər ağlına belə 
gətirməyəcəyi sürətlə inkişafa nail olmuşdur. Bu təkamülün mərhələləri hamıya məlum 
olduğu üçün bircə-bircə sadalamağımıza ehtiyac yoxdur. İnsanlar qazandıqları uğurdan 
çox razıdırlar. Əslində buna görə haqlıdırlar. Ancaq deyəsən zaman və məkan üstündə 
əldə etdikləri gücün və minillik həsrətləri olan təbiətə nəzarət məsələsinin onları daha 
xoşbəxt etmədiyini, həyatdan aldıqları zövqün gözlədikləri kimi qənaətbəxş olmadığını 
başa düşüblər. Onda bu həqiqəti də nəzərə alıb, aşağıdakı nəticəyə gəlirik: təbiət 
üstündə hökmranlıq etmək xoşbəxtliyin yeganə şərti deyil... 
*** 
“Həyatın məqsədi nədir” sualına təkcə din cavab verə bilər. Çünki bir məqsədi olan həyat 
ideyası ancaq dini sistemlərdə mövcuddur və təkcə onlara uyğun gəlir. 
*** 
Həyatın məqsədini müəyyənləşdirən amil həzz prinsipinin izlədiyi yoldur. Bu prinsip elə 
əvvəldən zehni təminatların işləmə prosesinə nəzarət edir. Həmçinin həzz prinsipinin 
səmərəliliyinə heç bir şübhə olmasa da, izlədiyi yol, demək olar ki, bütün kainata 
müxalifdir. 
*** 
Bizim üçün daxili meylin təmin edilməsi xoşbəxtlik mənasına gəlsə də, xarici aləmin 
müxtəlif ehtiyaclarımızı ödəməkdən imtina edib korluq çəkməyimizə səbəb olmasını da 
kədər və əzab kimi qəbul edirik. Ona görə də insanlar daxili meyillərinə təsir göstərərək, 
həmin əzab-əziyyətlərin bir hissəsindən canlarını qurtaracaqlarına ümid bəsləyirlər. 
*** 
Şəkillərlə fikirləşmə – şüurluluğun çox nöqsanlı və qüsurlu formasıdır. Əslində bu cür 
düşünmə tərzi sözlər vasitəsilə həyata keçən düşünməyə nisbətən şüurüstü proseslərə 
daha yaxındır. Düzü desək, şəkillərlə fikirləşmə ontogenetik və filogenetik cəhətdən 
sözlərlə fikirləşmədən daha qədimdir. 
*** 
Zövq verən duyğuların təbiətində heç bir təhrikedici element yoxdur; ancaq zövq 
verməyən duyğularda bu elementlər həddindən artıq çoxdur. 


*** 
Eqo səthi varlıq olmaqla yanaşı, həm də səthin əksidir. Eqo ilk növbədə fizikidir. Onun 
anatomik bənzərinə dair ən yaxşı nümunə anatomistlərin “cortical homunculus” 
adlandırdığı miniatür korteks modelidir. Bu model korteksə bağlı başının üstündə, 
ayaqları havada, arxaya çevrilmiş vəziyyətdə və danışıq sahəsi sol əlinə tərəf 
dayanmışdır. 
*** 
Əgər kimsə malik olduğu hansısa bir cinsi obyektdən imtina etmək məcburiyyətində 
qalırsa, eynilə melanxoliyada olduğu kimi həmin şəxsin eqosunda da müvafiq obyektin 
eqonun daxilinə yerləşdirilməsi tipli dəyişiklik baş verir. Ancaq bu dəyişikliyin əsl təbiəti 
bizim üçün böyük bir məchuldan ibarətdir. 
*** 
Totem nədir? Totem əksər hallarda qəbiləsi ilə arasında qəribə münasibət olan bir 
heyvan (zərərsiz, yeyilən və ya təhlükəli, qorxulu heyvan) və bəzən də bitki, yaxud təbii 
fəlakətdir (yağış və su kimi). İlk növbədə totem qəbilənin ortaq atasıdır. Həmçinin vəhy 
göndərən və təhlükəli vəziyyətdə onların uşaqlarını tanıyıb xilas edən qoruyucu ruh və 
hamidir. 
*** 
Totemçiliyin iki başlıca qanunu ən qədim və vacib tabuların siyahısına daxildir: totem 
heyvanını öldürmək və totem qəbiləsindən olan əks cinsin nümayəndəsi ilə cinsi əlaqəyə 
girmək olmaz. 
*** 
Hər şeyin primitiv və reallıq qarşısında son dərəcə naşı olduğu elə barizdir ki, fanilərin 
əksəriyyətinin dünyagörüşünün daha üstün səviyyəyə heç vaxt qalxmayacağını görmək, 
yəqin ki, bəşəriyyətə pozitiv nöqteyi-nəzərdən yanaşan şəxslər üçün çox qüssələndirici 
haldır. 
*** 
Dinlər insanlarda bir növ vicdan əzabı yaradaraq, onların sivilizasiyada oynadıqları rolu 
həmişə arxa plana atmışdırlar. Hətta belə bir iddiaları da mövcuddur: bəşəriyyəti 


“günah” adlı bu vicdan əzabından xilas etmək. 
*** 
Özünü dinin təsiri altından çıxaran insanın daha normal və sağlam həyat tərzi sürməsi 
ehtimalı daha yüksəkdir. 
*** 
Din uşaqlarla gənclərin qorxularından və köməyə duyduqları ehtiyacdan yaranır. Başqa 
cür ola bilməz. 

Yüklə 435,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin