Az diLİNDƏ İŞGÜzar və akademik və İŞGÜzar kommunikasiya kollekvium suallari



Yüklə 82,26 Kb.
səhifə2/2
tarix25.12.2023
ölçüsü82,26 Kb.
#196190
1   2
AİAK II koll sualları 1-39

Mühazirə.Ərəb mənşəli olub hazırlama deməkdir. Ən çox ali məktəblərdə müəyyən fənn üzrə materialın konkret faktlara əsaslanan şərhidir. Məruzədən bir fərqi var ki, dialoqa yol verilə bilər. Yəni şərhin gedişində dinləyicilər sual verə bilər. Mühazirəçi elə oradaca cavab verib davam edir.
Çıxış.Rəsmi və ictimai tədbirlərdə edilən məruzə ətrafında dinləyicilərin öz fikrini, münasibətini bildirməsidir.
Dioloji nitq öz imkanlarını üz üzə söhbət şəklində ortaya qoyur. Bununla birlikdə vizual təmas xaricində də dialoq mövcuddur.
Polioloji nitq dialoqdan daha mürəkkəb ünsiyyət formasıdır. Polioloqun əsas xüsusiyyəti birdən çox həmsöhbətinin olmasıdır. Polioloq dialoq kimi kollektiv ünsiyyət formalarına aid edilə bilər. Sadə və müərkkəb polioloji birliklərin fərqləndirilməsinin əsas meyarları bunlardır: üç və ya daha çox həmsöhbətin olması, söhbət mövzusunun vəhdəti, bu vəhdətin qurulduğu semantik mərkəzin olması.
37)İşgüzar kommunikasiyanın mahiyyəti, növləri və uğuru
Cəmiyyətlə insane arasında ən geniş yayılmış ünsiyyət növü işgüzar ünsiyyətdir. Işgüzar bir sənəd hazırlayıb onu düzgün tərtib etmək peşəkar mədəniyyətin ayrılmaz bir hissəsidir. Peşəkar fəaliyyətdə yüksək preformansa sahib olmaq üçün ünsiyyət qaydaları və prinsipləri barədə məlumat, bilik toplamaq lazımdır. Işgüzar ünsiyyətin uğurlu olması üçün işgüzar nitqin xüsusiyyətlərini,leksikasını,qrammatika və üslubiyyatını bilmək kifayət etmir. Bununla yanaşı, öz nitqindən istifadə vasitəsilə həmsöhbəti maraqlandırmağı, ona təsir göstərməyi, öz tərəfinə çəkməyi, həm sizə yaxşı münasibət bəsləyənlərə, həm də əleyhinizə olanlarla uğurlu danışıqlar aparmağı öyrənmək lazımdır.
38)Verbal və qeyri verbal ünsiyyət
Verbal üsniyyət şifahi və yazılı mesajlar vasitəsilə həyata keçirilir. Şifahi məlumatların ötürülməsi nitq dialoqu, görüş, danışıqlar, təqdimatlar, telefon danışığı zamanı həyata keçirilir.
Yazılı kommunikasiyalar məktublar, əmrlər, sərəncamlar, təlimatlar, qaydalar şəklində sənədlər vasitəsilə həyata keçirilir.
Qeyri-verbal ünsiyyət bədən dili və nitq parametrləri vasitəsilə həyata keçirilir. Bədən dili, başqa bir insane təsir edən verbal olmayan ünsiyyətlərin əsas komponentidir. Bura geyim, duruş, jestlər, bədən hərəkətləri, insanın fiquru, qaməti, üz ifadəsi, göz təması daxildir.
39)Təşkil olunmuş və spontan nitq
Nitq danışana aydın olmalıdır. Danışan söyləyəcəyi fikri götür-qoy etməlidir. Özünə aydınlıq gətirdikdən sonra ifadə etməlidir.
Təşkil olunmuş nitq adından məlum olduğu kimi planlaşdırılmış, nəzərdə tutulmuş nitqdir. Bu nitq üçün hazırlaşmaq ifadə olunacaq məzmunu yaxşı dərk etmək, onu dinləyiciyə daha yaxşı çata bilməsi üçün münasib sözlərlə, statistik rəqəmlər seçmək, cümlələr qurmaq, müvafiq söyləmə tərzini, intonasiyanı müəyyənləşdirmək lazım gəlir. Məlumatı səthi lüğət ehtiyyatı zəif olan adamlar üçün qabaqcadan hazırlaşmadan auditoriya qarşısında çıxış etmək çətin olur. Onlar danışıq prosesində qurmaq istədikləri cümlələri tamamladıqda, zəruri sayılan sözləri seçməkdə çətinlik çəkirlər. Bu zaman lüzumsuz fasilələrə yol verilir. Belə fasilələrdən can qurtarmaq üçün danışan mətləbə heç bir dəxli olmayan ifadələri işlətməyə məcbur olur ki, bud a nitqin qırılmasına səbəb olur. Müəllimlik fəaliyyətində nitqin təşkil olunmuş növündən istifadə olunur. Kütlə qarşısında müəllimin izahlı məruzəsi, əvvəlcədən öyrənilən fikirlər, aydın və yığcam cümlələrdən istifadə olunur.
Spontan nitq: Xüsusi hazırlaşma olmadan, bədahətən hazırlanmış nitqdir. Bəzən belə iti,tez,hazır, əvvəlcədən düşünülməmiş nitq ekspromt adlanır. Adamlar öz gündəlik həyatında rəy söyləmək. fikir bildirmək və s formalarda cəlb olunurlar. Belə nitq təşkil olunmuş nitqdən xeyli çətindir. Burada danışan ni vaxt ərzində, danışıq prosesində fikirlərini cəmləşdirməli, nədən danışacağını, hansı faktı gətirəcəyini, mülahizələrini nə cür asanlaşdıracağını və s müəyyənləşdirməli, həmdə həmin məmunu vermək üçün hansı formanı seçəcəyini bilməlidir. Işin bu formasında məzmun və forma demək olar ki, eyni zamanda parallel şəkildə yaradılır. Spontan nitqdə danışanın həyat təcrübəsi, dünya görüşü, zəngin müşahidələri, təbinin coşqun və rəvanlığı, hazırcavablılığı böyük əhəmiyyət kəsb edir.
Spontan nitq şəraitindən asılı olaraq danışan üyni adam üçün həm asan həm də çətin ola bilər. Küçədə,işdə,evdə və s yerlərdə suallara cavab verməkdə, söhbətdə iştirak etməklə də, radio və televiziya verilişləri üçün cəlb olunduqda, ictimai yerlərdə çıxışa söz deməyə iştirak edildikdə danışan adamın gərginliyi istər istəməz artır. O fikrini cəmləşdirmək, deyəcəklərini deyəcəklərini rabitələşdirmək və əsas fikri müəyənləşdirməli həm də onu daha münasib dil vahidləri ilə ifadə etməli olur. Spontan nitq dilin intellektual formasıdır.
Müəllim və ya zavod, müəssisə rəhbəri eləcə də millət vəkili nitqin göstərilən hər iki formasında istifadə bacarığına yiyələnməlidir. əks halda müəllim, zavod direktoru, millət vəkili cəmiyyət içində gözdən düşə bilər.
Yüklə 82,26 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin