Az ə rbaycanda Pe şə



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə19/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   15   16   17   18   19   20   21   22   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

Kantlı tikişlər. Kantlı bərkidici tikiş (şəkil 1.17 d) forma geyimlərinin hazırlanmasında 
tətbiq edilir. Bu tikişin yerinə yetirilməsi üçün kant kimi götürülmüş parça zolağını tərs üzü içəri olmaqla 
qatlayıb əsas hissələrdən birinin üstünə, onun da üstündən ikinci hissəni qoyurlar, kəsikləri 
bərabərləşdirir və texniki şərtlərdə göstərilən məsafədə xüsusi tərtibatın köməyilə bərkidici tikişlə 
işləyirlər. Tikişin kəsiklərini tərs üzdən ütü ilə açırlar. Xüsusi tərtibat olmayan hallarda iki qatlanmış parça 
zolağını əvvəlcə hissələrdən birinin üz tərəfinə qoyub tikirlər. Sonra hər iki əsas hissəni üz tərəfləri içəri 
olmaqla cütləşdirib zolağın tikiş xəttinin üstündən ikinci tikişi gedirlər(şəkil 1.17 e). 
Şəkil 1.17 Bəzək tikişləri 

Qatlamalar. Qatlamalar qarsaqların bir növü hesab edilir. Bunlar məmulatın əsas 
hissələrində sərbəst hərəkətin təmin edilməsi, eyni zamanda məmulatın bədənə yaxşı yatması üçün, 
eləcə də bəzək məqsədilə istifadə edilir. Onlar bir tərəfli, qarşı-qarşıya, bant şəklində, bütün uzunluğu 
boyunca daimi tikilmiş, düz (incə qatlar) və mürəkkəb növlərə ayrılır (şəkil 1.17 ə, f, g). 


23 
1.3.2. Tələbələr üçün fəaliyyətlər 

Hər bir tələbə istehsalat təlimi zamanı müəllimin əvvəlcədən tapşırdığı əl və maşın 
tikişlərini icra edir. Sonra tələbələr bir-birinə icra etdikləri tikişləri verərək haqqında 
məlumat verməsini istəyir. Yoldaşlarının verdikləri məlumatlara əsasən tələbələr onlara 1-
dən 10-a kimi xal verirlər. Ən çox xal toplamış tələbələr müəllim tərəfindən 1-ci, 2-ci və 3-
cü yer qalibləri elan edilir.

Müəllim tərəfindən mövzu qoyulur. Tələbələr bu mövzuya aid məlumat verirlər. Hər bir 
tələbə cavabını tamamladıqdan sonra müəllim sayır “Bir, iki...”, və bu zaman başqa bir 
tələbə əlavə edə bilər. Sonuncu cavab verən tələbə qalib sayılır. Fikirlər bir-birini 
təkrarlamamalıdır. Bunun üçün hamı bir-birini dinləyir. 

Tələbələrə əyani vəsaitlər təqdim olunur. Onların üzərində olan maşın tikişləri haqqında 
məlumat verirlər. 

Kağız parçalarında əl tikişlərinin növləri yazılıb qatlanaraq bir qutuya yığılır. Hər bir 
tələbə bir kağız parçasını çıxarıb üzərində yazılan tikiş növü haqqında məlumat verir. 

Bir tələbəyə əlavə mənbələrdən istifadə etməklə əl tikişlərinin növləri, onların təyinatı 
haqqında geniş təqdimat hazırlamaq tapşırılır. Dərsdə tələbələr təqdimata öz rəylərini 
bildirirlər. 

Bir tələbə əlavə mənbələrdən istifadə etməklə maşın tikişlərinin növləri, onların təyinatı 
bu tikişlərin istifadəsinə dair nümunələr göstərməklə təqdimat hazırlayır. Dərsdə tələbələr 
təqdimat ətrafında müzakirə aparırlar. 

Emalatxanada tələbələr əl və maşın tikişlərinin müxtəlif növlərini icra edirlər. 
1.3.3. Qiymətləndirmə 
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin