39
Pencək, jaket, gödəkcə və jiletdə qarsaqlar tam hazır olduqdan sonra cib yeri köməkçi ülgü ilə
qabaq hissədə üç xətlə (biri uzununa, ikisi eninə) qeyd edilir. Bu cibi hazırlamaq üçün listik ayrılıqda
hazırlanır. Listikin hazırlanması qapağın işlənməsi kimidir (şəkil 3.6 a, b). Parça naxışlı olduqda listik və
qabaq hissənin parçasının naxışları uyğunlaşdırılır. Listikin tərs tərəfində və astarında ülgü ilə listikin
qabaq hissəyə tikilmə xətti qeyd edilir və cib yerinin içəri tərəfdən cib altlığı öz yerinə yapışdırılır və ya
əl ilə bəndlənir. Yun parçalardan olan geyimlərdə listik qabaq hissəyə astarsız, listikin və qabaq hissənin
naxışları uyğunlaşdırdıqdan sonra tikilir (şəkil 3.6 c, ç). Listikin yan kəsiyi sahəsində listikin küncü 0,1 sm
tikiş payı saxlamaqla kəsilir. Çərtiklər arasındakı tikiş listikə tərəf yatırdılır və cib astarı qabaq hissəyə
listikin tikilmə xəttindən 0,2 sm aralı tikilir. Cib astarı qabaq hissəyə listiklə eyni vaxtda, bir tikişlə də tikilə
bilər. Qabaq hissədə qeyd olunan cib xəttinin o birinə cib astarının podzorlu tərəfi tikilir. Podzor qabaq
hissə ilə üz-üzə qoyulur, onun kəsikləri ilə listik bərabərləşdirilir, podzor kəsiyindən 0,7 sm məsafədə,
listikin tikilmə xəttindən 0,8-1,0 sm aralı tikilir. Podzorun birləşdirici tikişi listik tikişinin sonuna (qabaq
hissənin bortuna tərəf) 0,5 sm, qol yerinə tərəf isə 0,2 sm qalmış dayandırılmalıdır. Cibin sonrakı
əməliyyatı qapaqlı yan cibdə olduğu kimidir. Cib astarı cibin giriş xəttindən qabaq hissənin tərs üzünə
keçirilir. Listikli cib səliqəyə salınır, qabaq hissəsi ilə listikin yuxarı tərəfi bərabərləşdirilir və əl tikişi ilə
köklənir. Podzorun qabaq hissəyə calanan tikişi açılır və cib ütülənir. Listikin ucları qabaq hissəyə içəri
tərəfdən əl ilə bəndlənir. Listikin yan tərəfləri qabaq hissəyə üz tərəfdən, universal tikiş maşını ilə və ya
ziq-zaq tikişli xüsusi maşında baxyalanır. Listikin yan kənarından tikişə qədər 0,1-0,15 sm məsafə
saxlanılır. Nəhayət, cib nəm parça vasitəsilə ütülənir.
Şəkil 3.6 Listikli kəsik cibin hazırlanma ardıcıllığı
Dostları ilə paylaş: