Az ə rbaycanda Pe şə



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə41/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   37   38   39   40   41   42   43   44   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

Qaytanlı ilgəklər. Bu ilgəyi düzəltmək üçün əsas parçadan yaxud bəzək məqsədilə 
işlədilən parçadan əriş saplarına nisbətən dəqiq 45° bucaq altında 2-3 sm enində (parçanın qalınlığından 
asılı olaraq) zolaq biçirlər (şəkil 3.13. a). 
Şəkil 3.13 Qaytanlı ilgəklər 
Biçilmiş parça zolağını uzununa istiqamətdə avand üzü içəri olmaqla ikiqat qatlayıb əvvəlcə 
qatlanma yerindən 0,5 sm məsafədə, sonra isə qaytanın qalınlığından asılı olaraq 0,2-0,3 sm tikişlə 
işləyirlər. 0,3-0,5 sm enində tikiş payı saxlamaqla artığı kəsirlər (şəkil 3.13 b). Qaytanı iynə vasitəsilə 
avand üzə çevirirlər. Qaytanın möhkəm alınması üçün onu dartıb düzəldir və ütüləyib yatırdırlar. Qaytanı 
bərabər hissələrə kəsirlər; onların uzunluqları düymənin diametri plyus 1,3 sm ölçüdə olmalıdır. Ilgəyi 
hissənin üz tərəfinə, düymələnən yerin kəsiyinin sağ tərəfinə doğru qoyur, qaytanın uclarını kəsiyin 
kənarları ilə bərabərləşdirir və irəli-geri maşın tikişi, yaxud əl ilə hər ucunu 3-4 tikişlə bəndləyirlər: bu işi 
kənardan 0,4-0,6 sm məsafədə elə icra edirlər ki, ucların bəndləmə tikişi, yaxud tikiş sonrakı işlənilmə 
əməliyyatında tikişin altına düşsün və tikişi kəsən zaman kəsilməsin (şəkil 3.13 c). Hər qaytan ilgəyin 
ucları arasındakı məsafə düymənin diametrinə bərabər olmalıdır. Sonra düymələnmə yeri kənarının 
kəsiyini köbə ilə işləyirlər (şəkil 3.13 ç). 
3.2.2. Tələbələr üçün fəaliyyətlər 

Üç qrupa bölünün. Birinci qrupa daxil olan tələbələrin hər biri gözlü ilgək, ikinci qrupa 
daxil olan tələbələrin hər biri köbəli ilgək, üçüncü qrup tələbələri isə qaytanlı ilgək hazırlayır. 
Sonra qruplar saat əqrəbi üzrə gördükləri işi bir-birinə ötürürlər və bir-birilərini 
qiymətləndirirlər. 

Beş qrupa bölünün. Hər qrupa müxtəlif növ bağlamalarla hazırlanmış geyim nümunəsi 
təqdim olunur. Qrup iştirakçıları verilmiş vaxt ərzində öz aralarında təqdim olunmuş 
bağlama haqqında məlumat toplayırlar. Vaxt bitdikdən sonra hər qrup öz işini təqdim edir.


47 

Cütlərə bölünün. Istehsalat təlimi dərsində hər tələbə bağlamanın bir növünü hazırlayır. 
Dərsdə hazırladıqları nümunələri bir-biri ilə dəyişib yoldaşının hazırladığı bağlama haqqında 
geniş məlumat verir. 
3.2.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin