58
və şaquli xətlər əsasən konstruktiv təyinatlıdır. Klasssik stilli paltarların qolları adi bitişdirmə və ya bütöv
biçimli ola bilər. Klassik stilli paltarlar yapışıq, yarımyapışıq və düz biçimli ola bilər. İdman stilli paltarlar
sərbəst forma ilə xarakterizə edilir. Bu da hərəkətdə rahatlığı təmin edir. İdman stilli geyimlərdə müxtəlif
koketkalardan, üstdən qoyma ciblərdən, kəmər və xlyastikdən, “molniya” zəncirbəndlərdən, müxtəlif
qatlamalardan, yumşaq qarsaqlardan və s.-dən istifadə edilir. İdman stilli paltarlar trikotaj, parça və dəri
materiallarından hazırlana bilər. İdman stilli paltarlar sərbəst yarımyapışıq lif və aşağıya
doğru enli
ətəklikdən, bel xətti hiss olunmayan sərbəst formadan, sərbəst lif və enli ətəkliklı bel hissədə kəmərdən
ibarət ola bilər. Fantaziya stilli paltarlar dekorativliyi hiss etdirən müxtəlif forma və biçimdə olmasını
xarakterizə edir. Formanın bölünməsi müxtəlif ola bilər, hətta assimmetriklik də bura daxildir. Fantaziya
stilli paltarlar müxtəlif dekorativ tərtibatlarla bəzədilə bilər. Bəzək əşyalarından, kantlardan,
bəzək
tikişlərindən istifadə etmək olar. Romantik stilli paltarlar formaları ilə xarakterizə edilir. Romantik stilli
paltarlarda müxtəlif stil qarışığından ansambl yaranır, bu da geyimə liriklik və gözəllik verir. Paltarlar
təyinatına görə - ev, gündəlik və ziyafət üçün olur (Şəkil 4.6).