123
cür əlaqəsi var. Onun gələcəklə heç bir bağlılığı yoxdur,
amma şüurunuzun bu andakı xarakteri ilə hər cür əlaqəsi
var. Xarici məqsəd zaman və məkanın üfüqi səthindədir;
daxili məqsədin Varlığının dərinliyi ilə zamanxarici
İndiki anın şaquli oxu vasitəsilə əlaqəsi var. Sənin xarici
səyahətin milyon addımdan ibarət ola bilər, daxili səya-
hətinin isə cəmi bir addımı var: bu addımı sən elə indicə
atırsan. Elə ki bu yeganə addımını daha dərindən dərk
etməyə başladın, digər bütün addımların da onun içində
olduğunu anlayacaqsan. Onda həmin tək və yeganə ad-
dım mükəmməlliyə, böyük gözəlliyə və yüksək keyfiy-
yətə çevrilir. O səni Varlığa aparacaq və ondan Varlığın
işığı yayılacaq. Bu daxilinə etdiyin səyahətin, öz da-
xilindəki səyahətinin həm məqsədi, həm də reallaşma
prosesidir.
&
Dostları ilə paylaş: