Sən – Ağlın Deyilsən
Aydınlanma Yolundakı Ən Böyük Maneə
Aydınlanma nədir?
Dilənçi otuz ildən çox idi yol kənarında oturmuşdu.
Bir dəfə bir səyyah onun yanından keçirdi.
- Bir az xırda pul verin, – dilənçi köhnə papağını uza-
daraq, dişsiz ağzını fışıldatdı.
- Mənim sənə verməyə heç nəyim yoxdur, – səyyah
cavab verdi. Sonra soruşdu: – Üstündə oturduğun nədir?
- Elə bir şey deyil, – dilənçi cavab verdi. – Köhnə ye-
şikdir. Onun üstündə nə vaxtdan oturduğum heç yadım-
da da deyil.
- Bəs içərisinə haçansa baxmısan? – səyyah maraqlan-
dı.
- Yox, – dilənçi dedi. – Nə mənası var? Orada nə ola
bilər axı?
- Sən bir bax, – səyyah təkid etdi.
Dilənçi yeşiyin qapağını qaldırmağa başladı və gözlə-
rinə inanmadı. Heyrət və sevinc içində yeşiyin ağzınacan
qızılla dolu olduğunu gördü.
23
Mən cibində sənə verəcək heç nəyi olmayan həmin
səyyaham və sənə içinə baxmağı təklif edirəm. Ancaq bu
pritçadakı kimi hansısa yeşiyin içinə deyil, ondan daha
yaxın yerə,sənə qat-qat yaxın olan daxilinə.
Ancaq sən dilənçi olmadığını söyləyə bilərsən.
Öz həqiqi cəvahiratını, Varlığın parlaq sevincini,
Onunla birlikdə gələn dərin, möhkəm, sarsılmaz dinc-
liyini tapmayanlar, hədsiz var-dövlət sahibi olsalar da,
dilənçidirlər. Onlar həzz və doyum qırıntılarını, təsdiq-
lənməyi, təhlükəsizliyi ya da sevgini çöldə axtarmaqda-
dırlar, halbuki onların içində yalnız bu şeyləri ehtiva
edən deyil, dünyanın verəbiləcəklərindən sonsuz dərəcə-
də daha böyük bir xəzinə vardır
“Aydınlanma” sözü insanda onun hansısa fövqəlin-
san durumuna çatması haqda təsəvvür yaradır, onun
eqosu bunu məhz belə təqdim etməyi xoşlayır, lakin ay-
dınlanma sadəcə sənin Varlıqla vəhdətdə olduğunu his-
setmə durumundur. Bu nəyiləsə ölçüsüz, nəyiləsə sarsıl-
maz olan,əslində sən olan amma yenədə səndən böyük
bir şeylə birlik halıdır
O, sənin adın və bədənindən kənarda mövcud olan
əsl mahiyyətini tapmaqdır.Bu vəhdəti hiss edə bilməmək
həm öz-özünlə, həm də ətraf dünya ilə rabitəsizlik təsəv-
vürü yaradır. Ona görə də, özünü şüurlu və şüursuz ola-
raq təcrid olunmuş hissə kimi qəbul və hiss edirsən. Sən-
24
də qorxu hissi güclənəndə, yaşadığın daxili və xarici
qarşıdurmada normal halına çevrilir.
Buddanın aydınlanmaya “əzabın sonu” şəklində ver-
diyi sadə tərif mənim çox xoşuma gəlir. Bunda fövqəl-
insani bir şey yoxdur, elə deyilmi? Əlbəttə, tərif olaraq o
tam deyil. O yalnız aydınlanmanın nə olmadığını deyir:
yəni o, əzab deyil. Bəs əzab gedəndə yerində nə qalır?
Budda bu barədə susur və onun sükutu o deməkdir ki,
bunu sən özün aydınlaşdırasan. O, qeyri-qənaətbəxş
təyin etmədən istifadə edirki, zehin bunu inanılması
mümkün bir şeyə, fövqəlinsan səviyyəsinə çata biləcəyinə
çevirməsin, yəni zehin bunu çatılması sənin üçün
mümkünsüz olan məqsədə çevirməsin. Bu xəbərdarlığa
baxmayaraq, buddistlərin çoxu inanmağa davam edirlər
ki, aydınlanma onlar üçün yox (ən azı bu həyatda),
Budda üçündür.
Siz Varlıq sözündən istifadə edirsiniz
1
.
Bununla nəyi nəzərdə tutursunuz?
Varlıq – öz saysız-hesabsız formalarından kənarda
daim mövcud olan, yaranan və yox olan, doğulan və ölən
əbədi Vahid Həyatdır. Lakin Varlıq ən qiymətli, görün-
məz və sarsılmaz mahiyyət olaraq yalnız kənarda deyil,
hər bir formanın içərisində və dərinliyində də mövcud-
dur.
1
Being
– Varlıq, Həyat, Mövcudluq.
25
Bu onun sizin ən dərin kimliyiniz, həqiqi təbiətiniz
olduğu və sizində ona çatabiləcəyiniz anlamına gəlir. An-
caq onu zehninlə dərk etməyə çalışma. Onu anlamağa
cəhd etmə. Sən onu yalnız zehin sakitləşəndə dərk edə bi-
lərsən. Sən varolma durumunda olanda, diqqətin tama-
milə və yüksək səviyyədə İndiki ana yönələndə Varlığı
hiss edə bilər, ancaq ağlınla onu dərk edə bilməzsən.
Aydınlanma – Varlığın dərkinə qayıdış və “duyma-
dərketmə” durumunda olmaqdır.
&
Dostları ilə paylaş: |