Az ərbaycan Respublikası Sə hiyy ə Nazirliyi Kollegiyasının


Arterial təzyiqin səviyyəsi, mm c.s



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə2/5
tarix13.03.2017
ölçüsü0,54 Mb.
#11135
1   2   3   4   5

 

 

Arterial təzyiqin səviyyəsi, mm c.s. 

Digər risk amilləri, 

OZ (orqanların 

simptomsuz 

zədələnməsi) və ya 

digər xəstəliklər 

Normal AT           

SAT 120-129          

və ya                   

DAT 80-84 

Yüksək normal AT 

SAT 130-139         

və ya                  

DAT 85-89 

I AH                    

SAT 140-159           

və ya                        

DAT 90-99 

II AH 


               

SAT 160-179          

və ya                         

DAT 100-109 

III AH                      

SAT≥180                  

və ya                   

DAT≥110 

Risk amillərinin 

olması 

Əhəmiyyət kəsb 

etməyən risk 



Risk - 0 

Əhəmiyyət kəsb 

etməyən risk 

Risk - 0 

Aşağı əlavə risk 

 

Risk - I 

 

Orta əlavə risk 



 

Risk – II 

Yüksək əlavə risk 

 

Risk - III 

1-2 risk amili 

Aşağı əlavə risk 

Risk – I 

Aşağı əlavə risk 



Risk - I 

Orta əlavə risk 



Risk - II 

Orta əlavə risk 



Risk – II 

Çox yüksək əlavə risk 



Risk - IV 

3 və daha çox risk 

amilləri, metabolik 

sindrom, OZ və ya 

diabet 

Orta əlavə risk 



Risk - II 

Yüksək əlavə risk 



Risk - III 

Yüksək əlavə risk 



Risk - III 

Yüksək əlavə risk 



Risk – III 

Çox yüksək əlavə risk 



Risk – IV 

Təsdiq olunmuş 

ÜD və ya böyrək 

xəstəlikləri 

Çox yüksək əlavə 

risk 


Risk - IV 

Çox yüksək əlavə 

risk 

Risk - IV 

Çox yüksək əlavə 

risk 

Risk - IV 

Çox yüksək əlavə 

risk 

Risk – IV 

Çox yüksək əlavə risk 

 

Risk - IV 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


  14 

 

DİAQNOSTİKA 



Məqsədlər 

 



AT səviyyəsinin müəyyənləşdirilməsi 

 



İkincili AH səbəblərinin müəyyənləşdirilməsi 

 



Aşağıdakı halların araşdırılması: 

 

digər risk amilləri 



 

orqanların subklinik zədələnmələri 

 

yanaşı xəstəliklərin mövcudluğu 



 

müşayiət olunan ÜD və böyrək fəsadları 

 

Prosedurlar 

 



Arterial təzyiqin təkrar ölçülməsi (AT-nin düzgün ölçülməsi qaydaları 

Əlavə 1-də təsvir olunub) 

 

Ailə anamnezi və klinik anamnezin toplanması  



 

Fizikal müayinənin aparılması  



 

Laborator və instrumental müayinələrin aparılması 



 

Anamnez və fizikal müayinə (D)

 

Ailə anamnezi və klinik anamnez vasitəsilə aşağıdakılar 

müəyyənləşdirilir: 

1.  Yüksək AT-nin davam etdiyi müddət və əvvəlki səviyyəsi 

2.  İkincili AT-nin əlamətlərinin mövcud olub-olmaması 

3.  Risk amillərinin olması 

4.  Orqanların zədələnməsi simptomlarının olması 

5.  Əvvəllər aparılan antihipertenziv müalicənin effektivliyi və dərman 

preparatlarının əlavə mənfi təsirləri 

6.  Şəxsi amillər 

7.  Ailə amilləri 

8.  Ekoloji amillər 

 

Fizikal müayinələr zamanı aşağıdakılar aydınlaşdırılır: (D)

 

1.  İkincili AH-nin olmasına şübhə doğuran əlamətlərin olması 

2.  Orqanların zədələnməsinə şübhə doğuran  əlamətlərin olması 

3.  Visseral piylənmənin olub-olmaması 



 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


  15 

 

LABORATOR-İNSTRUMENTAL MÜAYİNƏLƏR 

 

Tövsiyə olunan müayinələr (D)

 

 



Qanın ümumi analizi  

 



Sidiyin ümumi analizi  

 



Qanın biokimyəvi analizi (kalium, natrium, sidik cövhəri, kreatinin və 

qlükoza)  

 

Acqarına lipid profili (ümumi xolesterin, yüksək sıxlıqlı lipoproteidlər)  



 

Elektrokardioqrafiya  



 

Exokardioqrafiya  



 

Böyrəklərin və böyrəküstü vəzlərin USM-i 



 

Fundoskopiya (göz dibinin yoxlanması)  



 

Əlavə müayinələr 

 



Kreatinin klirensinin hesablanması (Cockroft-Gault formulunun 

köməyi ilə)  

 

Proteinuriyanın kəmiyyət göstəricisi (ölçü çubuğu testi müsbətdirsə)  



 

Mikroalbuminuriyanın təyini  



 

Qan zərdabında kalsiumun və sidik turşusunun təyini  



 

Qan zərdabında aşağı sıxlıqlı lipoproteidlərin və triqliseridlərin təyini  



 

Qan zərdabında qlikolizə olunmuş hemoqlobinin təyini  



 

Qan zərdabında TTH təyini  



 

Topuq-bazu indeksi 



 

AT-nin 24-saatlıq monitorinqi  



 

Nəbz dalğasının yayılma sürətinin ölçülməsi (imkan varsa)  



 

Plazmada və/və ya sidikdə reninin, aldosteronun, kortikosteroidlərin, 



katexolaminlərin miqdarının təyin edilməsi  

 



Qan damarlarının rəngli Doppler USM-i  

 



Kompüter tomoqrafiyası  

 



Maqnit-rezonans tomoqrafiyası 

 



Arterioqrafiya  

 

Subklinik orqan zədələnməsinin araşdırılması (D) 

Orqanların  subklinik  zədələnmələri  müvafiq  diaqnostik  üsullarla 

diqqətlə  araşdırılmalıdır.  Bunun  ümumi  ÜD  riskinin  təyin  edilməsində  və 

damar  xəstəlikləri  inkişafının  aralıq  mərhələsində  aşkar  olunmasında 

əhəmiyyəti vardır.  

Böyük  damarların  sərtliyini  müəyyən  etmək  üçün  nəbz  dalğasının 

sürətini təyin etmək məsləhət görülür. Qeyd etmək lazımdır ki, damarların 

sərtliyinin artması yaşlılarda  TOSH-nin baş verməsinə səbəb olan amildir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

16 


Periferik  arteriyaların  zədələnməsini  öyrənmək  üçün  topuq-bazu  arterial 

indeksi  təyin  edilməlidir.  Bu  indeksin  normadan  aşağı  olması  periferik 

arteriyaların xeyli zədələnməsindən xəbər verir. 

AH ilə əlaqədar böyrək zədələnməsinin olması aşağıdakı üsullarla təyin 

edilir: 

1.   Böyrəklərin funksiyasının azalmasının aşkar edilməsi 

2.   Sidikdə albumin ekskresiyasının artmasının təyini 

 

Böyrək  funksiyasının  azalmasını  aşkar  etmək  üçün  aşağıdakı  üsuldan 



istifadə edilir: 

 



Cockroft-Gault  formulundan  istifadə  etməklə  kreatinin  klirensi 

hesablanır, bu zaman xəstənin bədən kütləsi də ölçülməlidir. 

 

Sidikdə  albumin  ekskresiyasının  eliminasiyası  AH-si  olan 



xəstələrdə  yoxlanılmalıdır.  Belə  xəstələrdə  albumin/kreatinin 

əmsalı  da  hesablanmalıdır.  Mikroalbuminuriyanın  erkən  aşkar 

edilməsi  və  albumin/kreatinin  əmsalının  hesablanması  çox 

vacibdir. 

Torlu  qişada  mötədil  dəyişikliklər,  gənc  xəstələr  istisna  olmaqla,  AH 

üçün  spesifik  deyil.  Göz  dibinin  müayinəsi  –  fundoskopiya  AH  olan  ağır 

xəstələrdə  aparılmalıdır.  Onlarda  hemorragiya,  ekssudasiya  və  görmə 

sinirinin  ödeminin  olması  aşkarlanır  və  bu  artan  ümumi  ÜD  riski  ilə 

müşayiət olunur. 

AH olan yaşlı xəstələrdə müvafiq testlər (koqnitiv testlər) erkən beyin 

pozuntularını təyin etməkdə kömək edə bilər. 

 

Elektrokardioqrafiya və exokardioqrafiya 

Yüksək  AT  olan  xəstələrdə  işemiya,  aritmiya,  SMH  və  SM 

yüklənməsini aşkar etmək üçün EKQ müayinəsi aparılmalıdır. SMH və SM 

sistolik  funksiyasının  pozulmasını  aşkar  etmək  üçün  exokardioqrafiya 

müayinəsi  aparılmalıdır.  Bu  üsul  SMH-nin  həndəsi  formalarını  da  təyin 

etməyə  imkan  verir.  Konsentrik  hipertrofiyanın  olması  proqnozun  pis 

olmasına  dəlalət  edir.  SM  diastolik  disfunksiyası  transmitral  Doppler 

ExoKQ üsulu ilə dəyərləndirilə bilər.  

 

Böyrəklərin və böyrəküstü vəzlərin USM-i  

USM qeyri-invaziv müayinə üsulu olub, böyrək və böyrəküstü vəzlərin 

ölçüləri,  forması,  sidik  yollarının  obstruksiyası,  böyrək  daşlarının  aşkar 

olunmasında  (böyrəklərin  polikistozu,  feoxromositoma,  Konn  sindromu, 

böyrək daşı xəstəliyi, böyrək büzüşməsinin və s. diaqnostikasında) istifadə 

olunur. 


Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



  17 

 

Qan damarlarının rəngli Doppler USM-i 

Damarlarda  hipertrofiya  və  simptomsuz  aterosklerozun  olmasını  təyin 

etmək üçün renal arteriyaların və yuxu arteriyalarının ekstrakranial Doppler 

müayinəsi məsləhət görülür.  

 

Kompüter tomoqrafiya və maqnit-rezonans tomoqrafiya 

Kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiyası zamanı AH 

olan  xəstələrdə  çox  zaman  aşağıdakı  dəyişikliklər  aşkar  edilir:  gizli  beyin 

infarktları,  lakunar  infarktlar,  kiçik  qansızmalar  və  beynin  ağ  maddəsinin 

zədələnməsi. 

 

Arterioqrafiya  renovaskulyar  AH-yə  şübhə  olduqda  aparılır.  Bu  üsul 

renal  arteriyaların  aterosklerotik  zədələnməsi  (əksərən  yaşlılarda)  və 

fibromuskulyar displaziyanın diaqnostikasında istifadə olunur. 

 

Cədvəl 2. Ümumi ürək-damar riskini müəyyənləşdirmək üçün  



istifadə olunan göstəricilər 

 

Risk amilləri 

Subklinik orqan zədələnmələri 

  Sistolik və diastolik AT-nin 

səviyyələri 

  Nəbz təzyiqinin səviyyələri 

(yaşlılarda) 

  Yaş (K 55 yaş; Q 65 yaş) 

  Tütün çəkmək 

  Dislipidemiya 

 

ÜXS 5,0 mmol (190mq/dl)   və 



ya; 

 

ASLP-XS 3,0 mmol/l         (115 



mq/dl) və ya; 

 

YSL-XS: K 1,0 mmol/l         



(40 mq/dl) 

 

Q 1,2 mmol/l (46 mq/dl)         



və ya; 

  TQ 1,7 mmol/l (150 mq/dl) 

  Acqarına qan plazmasında qlükoza 

5,6-6,9 mmol/l (102-125 mq/dl) 

  Qlükozaya qarşı tolerantlığın 

pozulması 

  Elektrokardioqrafik SMH 

(1)

 

Sokolov-Lion göstəricisi 38 



mm və ya 

Kornell göstəricisi 2440 

mm/ms 

(2,3)

 və ya 


  Exokardioqrafik SMH 

(4)

sol mədəciyin kütlə indeksi 



(SMKİ)                                      

K≥125 q/m²                             

Q≥110 q/m² 

  Yuxu arteriyalarının divar 

qalınlığı (intra-media qalınlığı 

(İMQ)): İMQ 0,9 

  Yuxu və bud arteriyalarında 

nəbz dalğasının sürəti 12 m/s 

  Topuq-bazu AT indeksi 0,9 

  Qan plazmasında kreatinin 

səviyyəsinin mülayim artması       

K – 115-133 mkmol/l (1,3-1,5 

mq/dl) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

18 


  Abdominal piylənmə                        

K – bel çevrəsi 102 sm                

 

Q – bel çevrəsi 88 sm 



  Ailə anamnezində erkən ÜD 

xəstəlikləri                                                

K 55 yaş                                     

Q 65 yaş 

Q – 107-124 mkmol/l                

(1,2-1,4 mq/dl) 

  Kreatinin klirensinin 

(5)

 

azalması: 



60 ml/dəq və aşağı 

  Mikroalbuminuriya: 

30-300 mq/24 saat və ya        

albumin-kreatinin nisbəti:            

K – 22 mq/q və çox 

Q – 31 m q/q və çox 



Şəkərli diabet 

Təsdiq olunmuş ÜD                     

və ya böyrək xəstəlikləri 

  Təkrar ölçülmələrdə acqarına qan 

plazmasında qlükoza ≥7 mmol/l 

(126 mq/dl və çox) 

  Şəkər yüklənməsindən sonra qan 

plazmasında qlükoza ≥11,0 mmol/l 

(198 mq/dl və çox) 

  Qeyd: 


aşağıda göstərilən 5 risk amilindən 

üçünün mövcud olması metabolik 

sindromun olmasını göstərir 

 

abdominal piylənmə 



 

acqarına qan plazmasında 

qlükozanın artması 

 

arterial təzyiq 135/85 mm 



c.s. və yuxarı 

 

yüksək sıxlıqlı 



lipoproteidlər (YSLP) 

xolesterinin aşağı olması 

 

triqliseridlərin (TQ) 



səviyyəsinin artması 

 

 



 

 

  Beyin-damar xəstəlikləri 



 

keçici kəskin işemik 

pozulma 

 

işemik insult 



 

beyinə qansızma 

  Ürək xəstəlikləri 

 

stenokardiya 



 

miokard infarktı 

 

koronar 


revaskulyarizasiya 

 

ürək çatışmazlığı 



  Böyrək xəstəlikləri 

 

diabetik nefropatiya 



 

böyrək çatışmazlığı (qan 

zərdabında kreatininin 

artması) 

K – 133 mkmol/ və çox             

Q – 124 mkmol/l və çox 

 

proteinuriya ≥300 mq/24 



saat 

  Periferik arteriyaların 

xəstəlikləri 

  Ağır retinopatiya 

 

hemorragiya və ya  



 

ekssudatlar 

 

görmə sinirinin ödemi 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

19 


(140 - yaş) x BÇ (kq) x 0.85 

     814 x QZK (mmol/l) 

(140 - yaş) x BÇ (kq)  

 814 x QZK (mmol/l) 



 

Qeydlər: 

(1)


  Sokolov-Lion göstəricisi: Rv5+SV

1

və ya V



2

  38 mm; 

(2)

  Kornell göstəricisi (Kornell voltajı): 



kişilərdə = Ravl+SV

3

28 mm (2,8 mv) 



qadınlarda =Ravl+SV

3

20 mm (2,0 mv) 



(3)

  Kornell indeksi: QRS davamı x Kornell voltajı 2440 msan x mv 

(4)

  SMH  exokardioqrafiya  üsulu  ilə  təyin  edilərkən  konsentrik  SMH 



aşkarlanarsa, risk maksimaldır 

(5)


  Kreatinin klirensi Cockroft-Gault formulu ilə təyin edilir: 

 

Qadınlarda:  YFS =   

 

 

Kişilərdə: 



YFS =   

 

 



DİFERENSİAL DİAQNOSTİKA  

İkincili AH-nin səbəbləri:  

 



Böyrək mənşəli: renoparenximatoz (kəskin qlomerulonefrit, xronik 

nefrit, polikistoz, diabetik nefropatiya, hidronefroz), renovaskulyar 

(böyrək arteriyalarının stenozu, fibromuskulyar displaziyası), renin 

ifraz edən şişlər, natriumun birincili ləngiməsi (Liddl sindromu, 

Qordon sindromu) 

 



Endokrin mənşəli: akromeqaliya, hipotireoidizm, hipertireoidizm, 

hiperparatireoidizm, İtsenko- Kuşinq sindromu, birincili 

hiperaldesteronizm, feoxromositoma   

 



ÜD sistemi xəstəlikləri ilə əlaqədar meydana gələn (aorta koarktasiyası, 

aortanın aterosklerozu, qeyri-spesifik aortoarterit, aortal qapağın 

çatışmazlığı) 

 



Mərkəzi sinir sisteminin zədələnməsi ilə əlaqədar meydana gələn 

(şişlər, travmalar, ensefalit, poliomielit) 

 

Dərman maddələrinin qəbulu və digər ekzogen amillərin təsiri ilə 



əlaqədar meydana gələn (estrogenlər, qlükokortikoidlər, 

mineralokortikoidlər, simpatomimetiklər, monoaminoksidaza 

inhibitorları, kokain, qeyri-steroid iltihab əleyhinə maddələr, 

tsiklosporin, eritropoetin) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



  20 

 

İkincili hipertenziyalar ilə diferensial diaqnostika 

İlk dəfə aşkar olunmuş AH-li xəstələrin 95%-də hipertoniya xəstəliyi, 

4%-də böyrək mənşəli AH, 1%-də digər mənşəli hipertenziyalar müəyyən 

olunur. 

Simptomatik hipertenziyanın olması haqqında aşağıdakı hallarda 

düşünmək olar: 

 



Xəstəliyin erkən başlanması 

 



Qəflətən başlanması 

 



Yaşlı şəxslərdə tez proqressivləşən AH 

 



Çox yüksək AH (Konn sindromundan başqa) 

 



Antihipertenziv müalicəyə rezistentlik 

 



İrsi meylliliyin olmaması 

 



Laborator-instrumental müayinələrdə dəyişikliklərin aşkar 

olunması (sidiyin ümumi analizi, qan zərdabında kalium, kreatinin, 

ExoKQ-də SMH) 

 

Renovaskulyar hipertenziya zamanı 

 

Başlanğıc 30 yaşdan aşağı və ya 50 yaşdan yuxarı dövrə  təsadüf 



edir 

 



AT adi medikamentoz müalicəyə davamlıdır  

 



Xəstələrdə arteriyaların aterosklerotik zədələnməsinin klinik 

əlamətləri (məs. keçici axsaqlıq) vardır 

 

Qəflətən ağır hipertenziya meydana çıxır və ya əvvəllər nəzarət 



olunan hipertenziyanın gedişinin ağırlaşması müşahidə olunur 

 



Tez proqressivləşən və ya bəd xassəli hipertenziya 

 



Qarnın yuxarı nahiyəsində böyrək arteriyalarının proyeksiyasında 

küy aşkar olunur (xəstələrin 1/3-də) 

 

Belə xəstələrə angioqrafiya aparılmalıdır 



  

Renoparenximatoz hipertenziya 

 



Böyrəklərin kəskin xəstəliyi (kəskin qlomerulonefrit): hematuriya, 

proteinuriya. Periorbital ödemlər, ayaqlarda ödemlər. USM zamanı 

böyrəklərin ölçülərinin artması 

 



Böyrəklərin xronik xəstəlikləri (xronik pielonefrit, diabetik 

nefropatiya, amiloidoz və s.): kreatinin klirensinin azalması, 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

21 


proteinuriya, hematuriya, həmçinin bakteriuriya, leykosituriya. 

USM-də böyrək ölçülərinin azalması, exogenliyin artması 

 

Qeyd:  

AH zamanı böyrəklərin ikincili zədələnməsi xəstəliyin 

gedişini ağırlaşdıra bilər (qüsurlu dövran). 

 

Endokrin AH  

1.

 

Peroral kontraseptivlər – 40 yaşa qədər olan qadınlarda oral 



kontraseptivlərin qəbul edilib-edilməməsini aydınlaşdırmaq lazımdır  

2.

 



Birincili hiperaldosteronizm (Konn xəstəliyi)  

 



Spontan hipokaliemiya (3,5 mekv/l-dən az) 

 



Sidikqovucularla provokasiya edilən hipokaliemiya  

(3 mekv/l-dən az) 

 

Hipernatriemiya (144-148 mekv/l) 



 

Ailə anamnezi (hipokaliemiya) 



 

Tez yorulma 



 

Səbəbsiz paresteziyalar 



 

Poliuriya 



 

Spironolaktonun qəbulunun yaxşı  effekt verməsi 



3.

 

Hiperparatireoz  



 

Böyrək funksiyasının pozulması, tez-tez sınıqların olması, bağırsaq 

sancıları, psixi pozulmalar (yaşlı qadınlar üçün səciyyəvidir)  

4.

 



İtsenko- Kuşinq sindromu  

 

Çəkinin sürətlə artması, xəstəliyə səciyyəvi olan görünüş, qlükozaya 



tolerantlığın pozulması, oliqomenoreya, amenoreya; xəstənin 

qlükokortikoidlər qəbul edib-etməməsi aydınlaşdırılmalıdır 

5.

 

Feoxromositoma  



 

Klassik simptomlar triadası: güclü başağrıları, tərləmə və 

ürəkdöyünmə. Həmçinin, çətin nəzarət olunan  AH, ortostatik 

hipotenziya, beta-blokatorlara pressor effekt, ailə anamnezi 

  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

  22 

 

Cədvəl 3. İkincili AH-nin diferensial diaqnostikasında  



istifadə olunan müayinələr 

 

Patologiya 

 Laborator-diaqnostik müayinələr 

Böyrəklərin 

xəstəliyi 

Sidiyin ümumi analizi, Neçiporenko, Addis-

Kakovskiy, Amburje üsulları ilə sidiyin analizi, 

Zimnitskiy sınağı; qan zərdabında kreatinin 

səviyyəsi, kreatinin klirensi, sutkalıq sidikdə 

proteinuriya səviyyəsi, qan zərdabında renin; mütləq 

ortovəziyyətdə aparılan rentgenoqram ilə ekskretor 

uroqrafiya, böyrək angioqrafiyası, radioizotop 

rentgenoqrafiya; dinamik ssintiqrafiya; böyrəklərin 

USM-i. 


Ürək-damar 

xəstəlikləri 

Ürəyin və damarların Doppler ExoKQ müayinəsi, 

angioqrafiya. 

Qalxanvari vəzin 

xəstəliyi 

Qan zərdabında TTH, T

(sərbəst), T



(sərbəst) 

səviyyəsi; tireoqlobulinə və mikrosomal fraksiyaya 

qarşı anticisimlər. 

İtsenko-Kuşinq 

sindromu 

Qan zərdabında AKTH və kortizol, sutkalıq sidikdə 

sərbəst kortizolun səviyyəsi; deksametazon ilə sınaq; 

beynin və böyrəküstü vəzlərin MRT. 

Birincili 

hiperaldosteronizm 

Kaliumun qan zərdabında, renin və aldosteronun 

plazmada səviyyəsi, sağ və sol böyrək və böyrəküstü 

damarlarda ayrı-ayrılıqda  renin və aldosteronun 

qanda müayinəsi; deksametazon ilə sınaq. 

Hiperparatireoidizm  Kalsiumun və parathormonun qan zərdabında 

səviyyəsi; əlin rentgenoqrafiyası.  

Feoxromositoma 

Metanefrinin sutkalıq sidikdə səviyyəsi, 

katexolaminlərin (adrenalin, noradrenalin, 

normetanefrin), həmçinin qanın plazmasında  

dopamin miqdarının yüksəlməsi (xəstə arxası üstə, 

qanın götürülməsindən əvvəl ən azı 20 dəqiqə 

ərzində sakit vəziyyətdə qalmalıdır), KT, NMR 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin