Az ərbaycan Respublikası Sə hiyy ə Nazirliyi Kollegiyasının



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə3/5
tarix13.03.2017
ölçüsü0,54 Mb.
#11135
1   2   3   4   5

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


  23 

 

MÜALİCƏ 



Antihipertenziv müalicənin faydası 

 



Tədqiqatlara əsasən, AT-nin endirilməsi ölümcül olan və olmayan ÜD 

patologiyalarını  azaldır  (A).  Müalicəyə  tiazid  diuretikləri  (TD),  beta-

blokatorlar  (BB),  kalsium  antaqonistləri  (KA),  AÇF-inhibitorları 

(AÇFİ)  və  ya  angiotenzin  reseptorlarının  blokatorları  (ARB)  ilə 

başlanıldıqda faydalı təsir aşkar olunur (A)

 



Müxtəlif    antihipertenziv  dərmanların  müqayisə  edildiyi  tədqiqatlarda 

mono- və kombinə olunmuş terapiya vasitəsilə AT-nin eyni səviyyədə 

endirilməsinin  ÜD  patologiyalarını  fərqli  dərəcədə  azaltmaları 

müşahidə olunmamışdır. Lakin bu tədqiqatlar və onların meta-analizləri 

göstərmişdir ki, təyin olunmuş  dərmanların növündən asılı olmayaraq 

ÜD  patologiyalarının,  yəni  insultlar,  Mİ  və  ürək  çatışmazlığının 

azalmasında AT-nin endirilməsinin müstəsna əhəmiyyəti vardır (A)

 



AT-nin  endirilməsinə  xidmət  etməyən  spesifik  dərmanların  insult, 

koronar  çatışmazlıq  və  ürək  çatışmazlığı  kimi  patologiyaların 

müalicəsində  effekti  sübut  olunmuşdur,  lakin  bu  faydalar  AT 

endirilməsindən alınan faydalardan daha azdır. 

 

Spesifik  dərman  preparatlarının  ÜD  patologiyasının  baş  verməsinin 



daha erkən mərhələsində əmələ gələn subklinik orqan zədələnmələrinin 

qarşısının alınmasında, səyrici aritmiya, böyrək çatışmazlığı və şəkərli 

diabet kimi yüksək riskli halların profilaktikasında daha faydalı olması 

aydın şəkildə göstərilmişdir. 



 

Müalicənin məqsədləri 

 



AH  olan  xəstələrdə  ÜD  patologiyasının  başvermə  riskini    uzun 

müddətə maksimum şəkildə azaltmaq (A)  

 

Artmış  AT,  həm  də  müşayiət  olunan  və  geriyə  dönə  bilən    risk 



amillərini müalicə etmək (D)  

 



Bütün AH-li xəstələrdə AT-ni ən azı 140/90 mm c.s. (A), xəstə tərəfindən 

yaxşı keçirildiyi təqdirdə isə daha aşağı rəqəmlərədək endirmək 

 

ŞD olan, eləcə də, əsas xəstəliklə əlaqədar yüksək və ya çox yüksək risk 



dərəcəsi olan xəstələrdə (məsələn, insult, Mİ, böyrək disfunksiyası, proteinuriya) 

AT hədəf səviyyəsini ən azı 130/80 mm c.s.-dək aşağı endirmək (A)  

 

Kombinə olunmuş müalicənin aparılmasına baxmayaraq, bəzən SAT-ni 



140  mm  c.s.-dən  aşağı  salmaq  çətin  olur,  xüsusilə  hədəf  təzyiqi  130 

mm c.s.-dək aşağı salmaq istədikdə. Əlavə çətinliklər daha çox ŞD olan 

və ümumilikdə ÜD zədələnmələri olan xəstələrdə gözlənilə bilər (C)  

 



Hədəf təzyiqə asan nail olmaq üçün, antihipertenziv terapiya ciddi ürək 

zədələnmələri əmələ gəlməzdən əvvəl başlanılmalıdır.  



 

Antihipertenziv  müalicənin başlanması 

Antihipertenziv müalicə iki meyara əsaslanmalıdır (B)

 

1.

 



SAT və DAT səviyyəsinə  

2.

 



Ümumi ÜD xəstəliklərinin baş verməsi riskinin səviyyəsinə (Cədvəl 4) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


  24 

 

Cədvəl 4. Antihipertenziv müalicənin başlanması 



 

Sistolik və diastolik arterial təzyiqin səviyyəsi (mm c.s.) 

 

Normal AT 



Yüksək 

normal AT 

I dərəcəli    

AH 


II dərəcəli   

AH 


III dərəcəli 

AH 


Digər risk 

amilləri: orqan 

zədələnmələri 

və ya 


xəstəliklər 

SAT 120-129 

və ya  

DAT 80-84 



SAT 130-139 

və ya  


DAT 85-89 

SAT 140-159 

və ya  

DAT 90-99 



SAT 160-179 

və ya  


DAT 100-109 

SAT ≥180  

və ya  

DAT ≥110 



Digər risk 

amilləri 

yoxdur 

AT-yə 


müdaxilə 

olunmur 


AT-yə 

müdaxilə 

olunmur 

Bir neçə ay 

ərzində həyat 

tərzinin 

dəyişdirilməsi 

və sonra AT-yə 

nəzarət 

olunmursa 

dərman 

müalicəsi 



Bir neçə həftə 

ərzində həyat 

tərzinin 

dəyişdirilməsi 

və sonra AT-yə 

nəzarət 


olunmursa 

dərman 


müalicəsi 

Həyat tərzinin 

dəyişdirilməsi 

və 


təxirəsalınmaz 

dərman 


müalicəsi 

1-2 risk amili 

vardır 

Həyat tərzinin 



dəyişdirilməsi 

Həyat tərzinin 

dəyişdirilməsi 

Bir neçə ay 

ərzində həyat 

tərzinin 

dəyişdirilməsi 

və sonra AT-yə 

nəzarət 

olunmursa 

dərman 

müalicəsi 



Bir neçə həftə 

ərzində həyat 

tərzinin 

dəyişdirilməsi 

və sonra AT-yə 

nəzarət 


olunmursa 

dərman 


müalicəsi 

Həyat tərzinin 

dəyişdirilməsi 

və 


təxirəsalınmaz 

dərman 


müalicəsi 

≥ 3 risk amili  

vardır  

a) metabolik 

sindrom 

b) orqanın 

simptomsuz 

zədələnməsi 

(klinik 

müayinə ilə 

aşkar oluna 

bilməyən) 

Həyat tərzinin 

dəyişdirilməsi 

Həyat tərzinin 

dəyişdirilməsi 

və dərman 

müalicəsinin 

nəzərdən 

keçirilməsi 

Həyat tərzinin 

dəyişdirilməsi 

və dərman 

müalicəsi 

Həyat tərzinin 

dəyişdirilməsi 

və dərman 

müalicəsi 

Həyat tərzinin 

dəyişdirilməsi 

və 

təxirəsalınmaz 



dərman 

müalicəsi 

Şəkərli diabet  Həyat tərzinin 

dəyişdirilməsi 

Həyat tərzinin 

dəyişdirilməsi 

dərman 


müalicəsi 

Həyat tərzinin 

dəyişdirilməsi 

+  


dərman 

müalicəsi 

Həyat tərzinin 

dəyişdirilməsi 

+  

dərman 


müalicəsi 

Həyat tərzinin 

dəyişdirilməsi 

təxirəsalınmaz 



dərman 

müalicəsi 

Təyin edilmiş 

ÜD və ya 

böyrək 

xəstəlikləri 



Həyat tərzinin 

dəyişdirilməsi 

təxirəsalınmaz 



dərman 

müalicəsi 

Həyat tərzinin 

dəyişdirilməsi 

təxirəsalınmaz 



dərman 

müalicəsi 

Həyat tərzinin 

dəyişdirilməsi 

təxirəsalınmaz 



dərman 

müalicəsi 

Həyat tərzinin 

dəyişdirilməsi 

təxirəsalınmaz 



dərman 

müalicəsi 

Həyat tərzinin 

dəyişdirilməsi 

təxirəsalınmaz 



dərman 

müalicəsi 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



  25 

 

Aşağıdakı bəndlər xüsusi qeyd edilməlidir 

 

Dərman müalicəsi aşağıda göstərilən hallarda dərhal başlanılmalıdır (A)



 

III dərəcə AH olan xəstələrdə; 



 

yüksək və çox yüksək ÜD riski olan I və II dərəcə AH olan xəstələrdə. 



 

Ümumi  ÜD  riski  orta  səviyyədə  olan  I  və  II  dərəcəli  AH  zamanı 



dərman  müalicəsi  bir  neçə  həftə  təxirə  salına  bilər.  Heç  bir  risk  qeyd 

edilməyən  I  dərəcəli  AH  zamanı  isə  dərman  müalicəsi  bir  neçə  ay 

təxirə  salına  bilər.  Lakin,  belə  xəstələrdə  müəyyən  müddətdən  sonra 

AT-yə nəzarətin mümkün olmaması dərman müalicəsinin başlanmasına 

göstəriş ola bilər (A)

 



İlkin  AT  normanın  yuxarı  hüdudu  səviyyəsindədirsə,  dərman 

müalicəsinin  başlanması  riskin  səviyyəsindən  asılıdır.  Xəstədə  ŞD, 

anamnezində keçirilmiş beyin-damar, koronar və periferik arteriyaların 

xəstəlikləri  haqda  məlumat  varsa,    dərmanların  təyinatına  başlamaq 

tövsiyə  olunur.  AT  yüksək  normal  diapazonda  olan  xəstələrdə 

subklinik  orqan  zədələnmələrinin  mövcudluğuna  görə  ÜD  riskinin 

yüksək  olmasını  nəzərə  alaraq,  belə  xəstələrdə  ilk  növbədə  həyat 

tərzinin 

dəyişdirilməsinə 

yönəlmiş  intensiv  tədbirlər  həyata 

keçirilməlidir  (B).  Onlarda  AT  ciddi  nəzarət  altında  saxlanılmalıdır. 

Əgər  bu  şəxslərdə  klinik  statusun  pisləşməsi  müşahidə  olunarsa, 

dərman müalicəsinin tətbiqi nəzərdən keçirilməlidir.  

 

Həyat tərzinin dəyişdirilməsi 

 



Bütün xəstələrdə, eləcə də dərman müalicəsinə ehtiyacı olan şəxslərdə 

həyat  tərzinin  dəyişdirilməsi  istiqamətində  tədbirlər  görülməlidir. 

Məqsəd:  

a)

 



AT-nin endirilməsi; 

b)

 



digər risk amillərinin nəzarətdə saxlanılması; 

c)

 



antihipertenziv dərmanların sayının və dozasının azaldılması (D) 

 



Yüksək  normal  AT  və  əlavə  risk  amilləri  olan  şəxslərə  həyat  tərzini 

dəyişdirmək  ona  görə  tövsiyə  edilir  ki,  AH-nin  yaranma  təhlükəsi 

aradan qaldırılsın (D) 

 



AH-nin  baş  verməsinin  qarşısını  almaq  və  ÜD  riskini  azaltmaq 

məqsədilə aşağıda göstərilən əsas tədbirlər həyata keçirilməlidir: 

a)

 

tütün çəkmə vərdişini tərgitmək (B) 



b)

 

bədən çəkisini azaltmaq və sabitləşdirmək (A) 



c)

 

spirtli içkilərin  hədsiz qəbulunu azaltmaq (B) 



d)

 

fiziki məşqləri nizamlamaq (A) 



e)

 

xörək duzunun istifadəsini azaltmaq (A) 



f)

 

gündəlik qida rasionunda meyvə və tərəvəzlərin payını artırmaq (A) 



g)

 

doymuş  yağlardan  və  ümumiyyətlə  yağlardan  istifadə  etməyi 



azaltmaq (A) 

 



Həyat tərzinin dəyişdirilməsinə dair tövsiyələr sadəcə tövsiyələr olaraq 

qalmamalıdır.  Bu  tövsiyələr  vaxtaşırı  və  mütəxəssisin  dəstəyi  ilə  

həyata keçirilməlidir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

26 


 

Həyat  tərzinin  dəyişdirilmə  tədbirlərinə  uzun  müddət  riayət  edilmirsə 



və  bunun  nəticəsində  AT-nin  yüksək  dəyişkənlikləri  baş  verirsə,  belə 

xəstələrə  ciddi  nəzarət  edilməli  və  dərman  müalicəsi  vaxtında 

başlanılmalıdır. 

 

Antihipertenziv dərman preparatlarının seçimi 

 

Antihipertenziv  terapiyanın  faydaları  AT-nin  bilavasitə  endirilməsinə 



əsaslanır (A) 

 



Antihipertenziv  dərmanların  beş  əsas  sinfi  ayırd  edilir,  bunlar  da 

aşağıdakılardır (A)

1.

 

tiazid diuretikləri  



2.

 

kalsium antaqonistləri  



3.

 

angiotenzin çevirici fermentin inhibitorları 



4.

 

angiotenzin reseptorlarının blokatorları  



5.

 

beta-blokatorlar  



 

Antihipertenziv  terapiya  başlanarkən  və  davam  etdirilərkən  bu 

dərmanlar mono- və  kombinə olunmuş şəkildə işlədilir (A)

 

Metabolik  sindromu  olan  və  ŞD  əmələgəlmə    riski  böyük  olan 



xəstələrə  BB  və  onların  TD  ilə  kombinasiyasının  təyin  edilməsi 

məsləhət görülmür (A).

 



 



Bir çox xəstələrdə birdən artıq dərmanın təyin edilməsinə ehtiyac olur, 

ona    görə  belə  şəxslərdə  monoterapiya  uğursuzluqla  nəticələnir.  Elə 

hallar da olur ki, kombinə olunmuş terapiyanın tərkibində işlədilən bir 

dərmanın faydası digər dərmanların faydasından üstün olur (B)

 

Səmərəli  dərmanın  və  ya  dərman  kombinasiyasının  təyin  edilməsi, 



digər səmərəli olmayan və ya az səmərəli olan dərmanların təyinindən 

qaçılması üçün aşağıdakı tövsiyələr nəzərə alınmalıdır. 

 

 

Hər bir dərmanı təyin edərkən aydınlaşdırılmalıdır: 



1.

 

Xəstə əvvəllər bu dərmanı qəbul edibmi və onun faydası olubmu; 



2.

 

Həmin  xəstəyə  (fərdi  yanaşma)  təyin  ediləcək  dərman  preparatı  onda 



ÜD risk amilinə necə təsir edə bilər; 

3.

 



Subklinik orqan zədələnmələrində, klinik təzahürlü ÜD xəstəliklərində, 

böyrək  patologiyası  və  ya  ŞD  olan  xəstələrdə  hansı  dərman  daha  çox 

fayda verə bilər (A); 

4.

 



Xəstədə  antihipertenziv  dərmanların  müxtəlif  siniflərinin  işlədilməsini 

məhdudlaşdıran pozuntular mövcuddurmu

5.

 

Xəstədə  digər  yanaşı  xəstəliklərin  müalicəsində  işlədilən  dərmanlarla 



təyin  ediləcək  antihipertenziv  dərmanların  qarşılıqlı  təsiri  mənfi 

nəticələr verə bilərmi; 

6.

 

Konkret olaraq həmin xəstənin, ya da səhiyyə ocağının bahalı dərmanı 



almaq üçün maddi imkanı varmı (D); 

7.

 



Dərman  preparatlarını  təyin  edərkən  onların  yanaşı  təsirləri  nəzərə 

alınmalıdır.  Bir  çox  xəstələrdə  dərmanın  arzuedilməz  yanaşı  təsirinin 

baş verməsi xəstənin müalicə rejiminə riayət etməməsinə səbəb olur.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

27 


Qeyd:  

Dərmanların  arzuedilməz  yanaşı  təsirlərinin  üzə  çıxması 

bütün xəstələrdə eyni olmur. 

8.

 



Dərmanların  AT-ni  endirmə  effekti  ən  azı  24  saat  müddətində 

öyrənilməlidir (A). AT-nin həkimin qəbulunda, ev şəraitində dərmanın 

qəbulundan    24  saat    sonra  ölçülməsi  və  lazım  gəldikdə  ambulator 

şəraitdə AT-nin 24-saatlıq monitorinqi aparılmalıdır. 

9.

 

Gündə  bir  dəfə  təyin  edilən  və  24  saatdan  artıq  antihipertenziv  təsir 



göstərən  dərman  preparatlarına  üstünlük  verilməlidir,  çünki  belə  sadə 

müalicə rejimi ona riayət edilməsini artırır (A). 

 

 

Cədvəl 5. Bəzi antihipertenziv dərmanların digərləri ilə müqayisədə 



istifadəsi üçün üstünlükləri müəyyənləşdirən vəziyyətlər 

 

 

SMH  



AÇFİ (A), KA (A), ARB (A) 

 

Simptomsuz ateroskleroz 



KA (A), AÇFİ 

 

Mikroalbuminuriya 



AÇFİ (A), ARB 

 

Böyrək disfunksiyası 



AÇFİ (A), ARB (A) 

 

Keçirilmiş insult 



İstənilən hipotenziv preparat 

 

Keçirilmiş Mİ 



BB, AÇFİ (А), ARB (А) 

 

Stenokardiya 



BB, KA (А) 

 

Ürək çatışmazlığı 



Diuretiklər (А), BB (А), AÇFİ (А)

ARB (А), aldosteron antaqonisti 

 

Qulaqcıqların səyriməsi 



 

- paroksizmal 

ARB (А), AÇFİ (А) 

- daimi 


BB, qeyri-dihidropiridin KA 

 

Taxiaritmiyalar 



BB 

 

Böyrək xəstəliklərinin son 



mərhələsi (BXSM) – böyrək 

çatışmazlığı /proteinuriya 

AÇFİ (А), ARBА, ilgək diuretikləri 

 

 

Periferik arteriyaların xəstəliyi 



KA 

 

Sol mədəciyin disfunksiyası 



AÇFİ 

 

Yaşlılarda TOSH  



Diuretiklər, KA (A) 

 

Metabolik sindrom 



AÇFİ, ARB, KA 

 

ŞD 



AÇFİ (А), ARB (А)

 

 



Hamiləlik 

KA, metildopa, BB 

 

Qaradərililər 



Diuretiklər, KA 

 

Qlaukoma 



BB 

 

AÇFİ qəbulundan meydana 



çıxmış öskürək 

ARB 


Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



  28 

 

Cədvəl 6. Müəyyən antihipertenziv dərmanların  



təyininə əks-göstərişlər 

 

Dərman 

qrupları 

Mütləq 

əks-göstərişlər 

Nisbi 

əks-göstərişlər 

Tiazid diuretikləri 

 

Podaqra 


 

Metabolik sindrom 

 

Qlükozaya  



tolerantlığın 

pozulması 

 

Hamiləlik 



Beta-blokatorlar 

 

 



 

Bronxial astma 

 

AV blokada (II-III 



dərəcə) 

 

Periferik  arteriyaların    



xəstəliyi 

 

Metabolik sindrom 



 

Qlükozaya 

tolerantlığın 

pozulması 

 

İdmançılar və fiziki 



aktiv xəstələr 

 

Ağ ciyərlərin xroniki 



obstruktiv xəstəliyi 

Kalsium antaqonistləri  

(dihidropiridinlər) 

 

 



Taxiaritmiyalar 

 

Ürək çatışmazlığı 



Kalsium antaqonistləri 

(verapamil, diltiazem) 

 

AV blokada (II-III 



dərəcə) 

 

Ürək çatışmazlığı 



 

AÇF-inhibitorları 

 

Hamiləlik 



 

Angionevrotik ödem 

 

Hiperkaliemiya 



 

Böyrək 


arteriyalarının 

ikitərəfli stenozu 

 

Angiotenzin 



reseptorlarının 

blokatorları 

 

Hamiləlik 



 

Hiperkaliemiya 

 

Böyrək 


arteriyalarının 

ikitərəfli stenozu 

 

Diuretiklər (aldosteron 



antaqonistləri) 

 

Böyrək çatışmazlığı 



 

Hiperkaliemiya 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

29 


Monoterapiya və kombinə olunmuş müalicənin seçilməsi 

 



Monoterapiya  vasitəsilə  yalnız  məhdud  sayda  xəstələrdə  AT-ni  lazımi 

(hədəf) səviyyədə  saxlamaq olur. 

 

AT-nin  hədəf  səviyyəsinin  əldə  olunması  üçün  əksər  xəstələrin 



müalicəsində  birdən  çox  dərman  vasitəsindən  istifadə  olunması 

zəruridir.  Hal-hazırda  dərman  maddələrinin  effektiv  və  yaxşı  qəbul 

olunan geniş çeşidli kombinasiyaları mövcuddur (A)

 



Başlanğıc müalicə: 

1.

 



Aşağı dozada monoterapiyadan; 

2.

 



İki preparatın təyinindən; 

3.

 



Daha çox dərmanın təyinindən ibarət ola bilər. 

 



AT-nin  mülayim  yüksəlməsi  aşağı  ÜD  riski  fonunda  mövcuddursa, 

monoterapiya ilkin müalicə kimi istifadə oluna bilər.    

 

Müalicənin  ilkin  mərhələsində  iki  dərmanın  aşağı  dozada 



kombinasiyasından istifadə etmək olar, əgər: 

a)

 



AT-nin  II  və  ya  III  dərəcə  yüksəlməsi  fonunda  ümumi  ÜD 

riskinin yüksək səviyyəsi aşkar olunubsa; 

b)

 

AT-nin  mülayim  yüksəlməsi  fonunda  ümumi  ÜD  riskinin 



yüksək olması aşkar olunubsa (A) 

 



İki  dərmanın  fiksə  olunmuş  kombinasiyası  müalicəni    sadələşdirir  və 

xəstələrin müalicəyə riayət etməsini asanlaşdırır 

 

Bəzi    xəstələrdə  iki  dərman  vasitəsi  ilə  AT-yə  nəzarət  olunmur,  bu 



zaman üç, yaxud daha çox dərmanın kombinasiyası tələb olunur (A) 

 



Fəsadlaşmamış  AH-li  xəstələrdə  və  yaşlılarda  antihipertenziv 

dərmanların  dozaları  tədricən  artırılmalıdır.  Daha  yüksək  riskli  AH-li 

xəstələrdə hədəf AT-yə daha tez nail olmaq üçün, müalicənin kombinə 

olunmuş  terapiya  ilə  başlanılmasına  və  dozaların  daha  sürətli 

seçilməsinə üstünlük verilir (A) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


  30 

 

Monoterapiyanın və kombinə olunmuş müalicənin strategiyaları 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Antihipertenziv dərmanların bəzi sinifləri arasında  

mümkün kombinasiyalar 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

31 


 

Qeyd:  

Üstünlük təşkil edən kombinasiyalar bütöv xətlə göstərilib. 

Faydası sübuta yetirilmiş dərman qrupları çərçivədə 

göstərilib (TD, BB, ARB, KA, AÇFİ). 

 

 



Xüsusi qruplarda antihipertenziv müalicə 

Xəstələrin xüsusi qruplarında və spesifik klinik hallarda antihipertenziv 

müalicə tövsiyə olunan müalicə sxemlərindən fərqlənə bilər.  

Xüsusi  qruplara  aid  edilir:  yaşlı  xəstələr,  şəkərli  diabeti  olan  xəstələr, 

böyrək  funksiyası  pozulmuş  xəstələr,  beyin-damar  patologiyası  olan 

xəstələr, ürəyin koronar xəstəliyi və ürək çatışmazlığı olan xəstələr, səyrici 

aritmiyası olan xəstələr. 

Spesifik  klinik  hallara  aid  edilir:  qadınlarda  AH  (həmçinin  hamilə 

qadınlarda AH), metabolik sindrom, rezistent AH, hipertonik krizlər. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin