Az ərbaycan Respublikası Sə hiyy ə Nazirliyi Kollegiyasının



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə4/5
tarix13.03.2017
ölçüsü0,54 Mb.
#11135
1   2   3   4   5

 

 

Yaşlı xəstələr 

 



Ümumi  tövsiyələrə  əsasən  müalicəyə  aşağıdakı  qrup  dərmanlarla 

başlamaq olar: TD (A), KA, ARB, AÇFİ və BB (A) 

 

Bəzi  tədqiqatlarda  təcrid  olunmuş  sistolik  hipertenziyada  tiazid 



diuretiklər  və  kalsium  antoqonistlərinin  faydalı  olduğu  göstərilmişdir. 

Digər tədqiqatlarda ARB effektli olduğu göstərilmişdir (A) 

 

Ahıl  yaşlı  və  zəif  insanlarda  dərmanların  arzuedilməz  yanaşı  təsirləri 



ehtimalı çox olduğundan, belə  xəstələr  üçün  dərmanların  dozaları  çox 

ehtiyatla seçilməlidir. 

 

Bir çox xəstələrdə AT-ni 140/90 mm c.s.-dək salmaq üçün 2-3 dərman 



təyin etmək lazım gəlir (A) 

 



Yaşlı  xəstələrə  dərman  müalicəsi  təyin  edərkən  risk  amilləri,  hədəf 

orqanların  zədələnmələri,  ÜD  və  qeyri-ÜD  patologiyalarının  olması 

nəzərə alınmalıdır. 

 



Yaşlı  xəstələrdə  postural  hipertenziya  riski  yüksək  olduğu  üçün  AT 

həmişə şaquli vəziyyətdə də ölçülməlidir  (D). 

 

 Yaşı 80 və ya daha çox olan xəstələrdə effektli müalicə aparılmalı və 



davam etdirilməlidir (A). 

 

 

Şəkərli diabeti olan xəstələr 

 



Şəkərli  diabeti  olan  xəstələrə  dərman  müalicəsindən  başqa  qeyri-

farmakoloji  tədbirlər  tətbiq  edilməlidir.  2-ci  tip  ŞD-li  xəstələr  bədənin 

çəkisini (A) və istifadə etdiyi duzun miqdarını (B) azaltmalıdırlar. 

 



Şəkərli  diabeti  olan  xəstələrdə  AT  130/80  mm.c.s.  və  aşağı  olmalıdır. 

Əgər AT yüksək normal həddədirsə, antihipertenziv müalicə təyin edilə 

bilər (A)

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

32 


 

Belə  xəstələrin  müalicəsi  üçün  effektiv  və  təhlükəsiz  dərman 



seçilməlidir  (A).  Çox  vaxt  belə  xəstələrdə  iki  və  ya  üç  dərmanın 

kombinasiyasına ehtiyac olur. 

 

AT-nin aşağı salınması böyrək zədələnməsinin baş verməsi və proqres-



sivləşməsinin qarşısını alır. ARB və AÇFİ qoruyucu effekt verir (A)

 



Monoterapiya  təyin  edilirsə,  renin-angiotenzin  sisteminə  (RAS)  təsir 

edən  dərman  seçilməlidir  (ARB    yaxud  AÇFİ).  Kombinə    edilmiş 

müalicə  təyin  edilirsə,  hökmən  bir  komponent    RAS-yə  təsir  edən 

preparat olmalıdır (A). 

 

AT  yüksək  normal  həddədirsə  və  xəstədə  mikroalbuminuriya  varsa, 



dərman  müalicəsi    başlanılmalı  və  belə  xəstələrə  RAS  blokatorları 

qrupuna  daxil  olan  dərman  təyin  edilməlidir.  Bu  preparatlar 

antiproteinurik effektə malikdirlər (A). 

 



Müalicə  strategiyasında  statinlər  də  daxil  olmaqla,  bütün  ÜD  risk 

amillərinə  təsir  edən  farmakoloji,  qeyri-farmakolji  tədbirlər  həyata 

keçirilməlidir (A)

 



Postural  hipertenziyanın yaranma riskinin  yüksək  olmasına görə   belə 

xəstələrdə AT həm də vertikal vəziyyətdə ölçülməlidir (D)



 

Böyrək funksiyası pozulmuş xəstələr 

 



Böyrək  disfunksiyası  və  çatışmazlığı  çox  böyük  ÜD  patologiyasının 

baş verməsinə gətirib çıxarır (A). 

 

Böyrək disfunksiyasının proqressivləşməsinin qarşısını almaq üçün iki 



əsas tələb yerinə yetirilməlidir:    

 

a)  AT-yə  ciddi  nəzarət  (AT  130/80  mm  c.s.-dən  az  olmalıdır, 



hətta gün ərzində proteinuriya 1 qramdan aşağı olduqda belə);  

 

b) proteinuriyanı normal səviyyəyə qədər azaltmaq (B). 



 

Belə  xəstələrdə  AT-ni  normallaşdırmaq  üçün    adətən  bir  neçə 



antihipertenziv dərmanın kombinasiyasına ehtiyac olur (A). 

 



Proteinuriyanı  azaltmaq  üçün  ARB  yaxud  AÇF-inhibitorları  təyin 

olunur. Bəzən onların kombinasiyasını təyin etmək lazım olur. 

 

Qaradərili  fərdlər  istisna  olmaqla,  RAS  blokadasının  diabeti  olmayan, 



proteinuriyası 

olmayan 


AH-li 

xəstələrdə 

nefrosklerozun 

profilaktikasında  rolunun  olmaması  məsələsi  mübahisəlidir.  Lakin 

RAS-ni  blokada  edən  dərmanlardan  birinin  kombinə  olunmuş 

müalicəyə  daxil  edilməsini  həmin  xəstələrdə  əsaslandırılmış  hesab 

etmək olar. 

 



Böyrək zədələnməsi olan xəstələrdə ÜD patologiyası baş verməsi riski 

yüksəkdir,  belə  xəstələrə  antihipertenziv  dərmanlar,  statinlər  və 

antitrombolitik dərmanlar təyin etmək vacibdir (A). 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

33 


Beyin-damar patologiyası olan xəstələr 

 



Anamnezində  insult,  yaxud  keçici  qan  dövranı  pozuntuları  olan 

xəstələrdə  antihipertenziv  müalicə  insultun  təkrar  baş  verməsini  və 

yanaşı  ÜD  xəstəliklərinin  baş  vermə  riskini  nəzərəçarpan  dərəcədə 

azaldır (A)

 

Antihipertenziv  müalicə  həm  AH  olan  xəstələrdə,  həm  də  AT  yüksək 



normal səviyyədə  olduqda aparılmalıdır. Məqsəd – AT-ni 130/80 mm 

c.s. səviyyəsində saxlamaqdır (A)

 

AT-ni  aşağı  salmaq  üçün  bütün  antihipertenziv  dərmanlardan  və 



onların  səmərəli  kombinasiyasından  istifadə  etmək  olar.  Tədqiqatlar 

vasitəsilə sübut olunmuşdur ki, əsas fayda müstəsna olaraq AT enməsi 

ilə bağlıdır. 

 



Bir çox tədqiqatlar sübut edir ki, AÇFİ və ARB diuretiklərlə, həmçinin 

onlara  əlavə  olaraq  ənənəvi  müalicə  ilə  birlikdə  işlədildikdə  beyin-

damar fəsadlarını azaldır. Lakin yuxarıda adları çəkilən antihipertenziv 

dərmanların  serebrovaskulyar  sistemə  qoruyucu  təsiri  olması  tam 

məlum deyil və onların öyrənilməsinə və sübuta ehtiyac vardır. 

 



Hal-hazırda insultun kəskin dövründə AT endirilməsinin faydası haqda 

sübutlar  yoxdur.  Bu  məsələ  aydınlaşmadığından  məsləhət  görülür  ki, 

antihipertenziv  müalicəyə    vəziyyət  sabitləşdikdən,  yəni  insultdan  bir 

neçə gün sonra başlanılsın (A)

 

Bu  sahədə  tədqiqatların  aparılmasına  ehtiyac  vardır,  çünki  insultdan 



sonra 15% xəstələrdə koqnitiv disfunksiya, 5% xəstələrdə (65 və yuxarı 

yaşı olan xəstələrdə) demensiyaya rast gəlmək olar. Bəzi dəlillərə görə hər 

iki halın inkişafı antihipertenziv müalicə aparmaqla ləngidilə bilər (D)

 

Ürəyin koronar xəstəliyi və ürək çatışmazlığı olan xəstələr 

 



Mİ  keçirmiş  xəstələrə  BB,  AÇFİ  və  ya  ARB  erkən  təyin  ediləndə, 

onlarda təkrar Mİ və ölüm hallarının tezliyi azalır. Bu cür faydalı effekt 

həm  dərmanların  qoruyucu  təsiri  ilə,  həm  də  AT-nin  enməsi  ilə 

əlaqədardır. 

 

Antihipertenziv müalicə AH və eyni zamanda ürəyin koronar xəstəliyi 



olan  xəstələrdə  də  faydalıdır.  Yaxşı  effekt  müxtəlif  dərmanlar  və 

dərmanların  kombinasiyası  vasitəsilə  əldə  edilə  bilər.  Güman  etmək 

olar  ki,  daha  çox  faydanın  alınması  AT-nin  azalması  ilə  bağlıdır. 

Müəyyən  edilmişdir  ki,  AT  140/90  mm  c.s.  olan  xəstələrdə  təzyiqin 

130/80 mm c.s.-dək salınması effekt verir. 

 



Durğunluq  ürək  çatışmazlığı  olan  xəstələrdə  yüksək  AT-yə  az  rast 

gəlinir,  lakin  anamnezə  əsasən,  belə  xəstələrin  çoxunda  əvvəllər  AH 

olması aşkar olunur.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

34 


 

 Bu  cür  xəstələrə  tiazid  və  ilgək  diuretikləri,  BB,  AÇFİ  (A),    ARB  və 



aldosteron  antaqonisti  (B)  təyin  etmək  olar.  Durğunluq  ürək 

çatışmazlığı  olan  xəstələrdə  yüksək  AT  və  stenokardiya  tutmaları 

yoxdursa, onlara KA təyin etməkdən çəkinmək lazımdır. 

 



Diastolik  ürək  çatışmazlığı  (diastolik  disfunksiya)  olan  xəstələrin 

anamnezində də əvvəllər AH olması çox təsadüf olunur. Bu cür xəstələ-rin 

proqnozu  pisdir.  Belə  xəstələrin  müalicəsində  hansı  antihipertenziv 

dərmana daha çox üstünlük verilməsi barədə sübutlar yoxdur. 



 

 

Səyrici aritmiyası olan xəstələr 

 



AH  səyrici  aritmiyanın  ən  mühüm  risk  amilidir.  Səyrici  aritmiya 

embolik  insultla  da  nəticələnə  bilər  və  o,  ölüm  riskini  nəzərəçarpacaq 

dərəcədə artırır (A). 

 



Səyrici aritmiyanın baş verməsində SM kütləsinin artması və sol qulaq-

cığın  genişlənməsi  həlledici  rol  oynayır.  AH  və  eyni  zamanda  səyrici 

aritmiyası olan xəstələrdə antihipertenziv müalicənin aparılması vacibdir. 

 



AH  və  səyrici  aritmiyası  olan  xəstələrə  antikoaqulyantların  təyini 

intraserebral  və  ekstraserebral  qansızmalara  səbəb  ola  bilər.  Belə 

xəstələrdə AT-yə ciddi nəzarət olunmalıdır. 

 



Mövcud məlumatlara əsasən ARB ilə müalicə olunan AH-li xəstələrdə 

səyrici aritmiyanın baş verməsi və təkrarlanması az təsadüf olunur. 

 

Daimi  səyrici  aritmiyası  olan  xəstələrin  müalicəsində  BB  və 



dihidropiridin qrupundan olmayan KA (verapamil,  diltiazem)  mədəcik 

yığılmalarının sayını nəzarətdə saxlamağa imkan verir (A). 

 

 

Qadınlarda arterial hipertenziya 

    AT-nin aşağı salınmasının faydalı effekti və antihipertenziv müalicəyə 

cavab kişilərdə və qadınlarda eynidir (A). Lakin hamiləliyi planlaşdıran və 

hamilə  qadınlarda  teratogen  effekt  verə  biləcək  preparatlar,  yəni  AÇFİ  və 

ARB təyin edilməməlidir. 

 

    Oral kontraseptivlər 

    Tərkibində  hətta  az  miqdarda  estrogen  olan  oral  kontraseptivlər  AH, 

insult və Mİ-nin baş vermə riskini artırır (B). Tərkibində yalnız progesteron 

olan kontraseptivləri AT yüksək olan qadınlar istifadə edə bilərlər. Qeyd etmək 

lazımdır ki, belə həblərin ÜD sisteminə təsiri kifayət qədər öyrənilməmişdir. 

 

 

Hormonəvəzedici müalicə 

    Bu  müalicə  sümük  sınıqlarının  və  yoğun  bağırsaq  xərçənginin  rast 

gəlməsi  tezliyini  azaldır.  Lakin,  bir  çox  xəstəliklərin  baş  verməsi  riskini 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

35 


artırır: koronar patologiya, insult, tromboemboliya, süd vəzlərinin xərçəngi, 

öddaşı  xəstəliyi  və  demensiya.  Postmenopauza  dövründə  ÜD 

xəstəliklərinin    profilaktikası  məqsədilə  hormonəvəzedici  müalicənin 

aparılması məsləhət görülmür (A)



 

 

Hamiləlik zamanı arterial hipertenziya 

 



Hamiləlik  dövründə  AH  ilə  əlaqədar  pozuntular  pre-eklampsiyaya 

səbəb  ola  bilər,  həm  də  yeni  doğulmuş  uşaqların  və  zahı  qadınların 

sağlamlığına mənfi təsir göstərə bilər. 

 



SAT 140-149  mm c.s., DAT 90-95  mm c.s. olan hamilə qadınlar intensiv 

müşahidə  olunmalıdırlar.  Belə  qadınlara  fiziki  aktivliyi  məhdud-

laşdırma ilə yanaşı qeyri-farmakoloji tədbirlər tövsiyə edilməlidir. 

 



Gestasion  AH  müşahidə  olduqda  (proteinuriya  ilə  keçən  və  yaxud 

proteinuriyasız)  və  AT  140/90  mm  c.s.-dən  yuxarı  olduqda  dərman 

müalicəsi  aparılmalıdır.  SAT  170  mm  c.s.  və  DAT  110  mm  c.s.-dən 

yuxarı olduqda hamilə qadın hospitalizasiya edilməlidir (D)

 

Ağır  olmayan  AH-li  hamilə  qadınlara  dopeqit  (metildopa),  labetalol, 



KA və az hallarda BB per os təyin edilə bilər (seçim terapiyası) (D)

 



Ağ  ciyər  ödemi  ilə  müşayiət  olunan  pre-eklamsiya  hallarında 

nitroqliserin  seçim  dərmanıdır.  Belə  qadınlarda  plazmanın  həcmi  az 

olduğuna görə diuretiklərlə müalicə məsləhət deyil (C)

 



Təcili  tədbirə  ehtiyac  olduqda  labetalolu  venadaxilinə  yeritmək  olar. 

Hidralazinin  (apressin)  venadaxilinə  yeridilməsi  mənfi  perinatal 

effektlər  verdiyi  üçün  məsləhət  görülmür  (o,  artıq  seçim  dərmanı 

deyil).  Natrium-nitroprussidin  venadaxilinə  yeridilməsi  hipertenziv 

krizlərdə faydalıdır, lakin onun təsiri uzunmüddətli deyil və onu tez-tez 

işlətməkdən çəkinmək məsləhətdir. 

 

AH  olan  qadınlara  kalsium  əlavələri,  balıq  yağı  və  aşağı  dozada 



aspirinin  təyin  edilməsi  məsləhət  görülmür.  Lakin  bəzi  hallarda, 

anamnezində  erkən  başlayan  pre-eklampsiya  olan  qadınlarda, 

profilaktika məqsədi ilə aşağı dozada aspirin istifadə oluna bilər. 

 

 

Metabolik sindrom 

 



Metabolik sindrom visseral piylənmə, qlükoza və lipid  metabolizminin 

pozulması,  AT  pozulmaları  və  yuxarıda  qeyd  olunan  əlamətlərin 

müxtəlif kombinasiyaları ilə səciyyələnir. Metabolik sindrom orta yaşlı 

şəxslər və yaşlı əhali arasında geniş yayılmışdır. 

 

Metabolik  sindromu  olan  şəxslərdə  SMH,  arterial  sərtlik  və 



mikroalbuminuriya,  metabolik  sindromu  olmayan  şəxslərə  nisbətən 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

36 


daha  çox  rast  gəlir.  Onlarda  ÜD  xəstəliklərinin  baş  vermə  riski, 

həmçinin ŞD əmələ gəlməsi riski nəzərəçarpacaq dərəcədə yüksək olur. 

 

Metabolik  sindromu    olan  xəstələrdə  diaqnostik  prosedurlar  vasitəsilə 



orqanların subklinik zədələnmələri daha dəqiqliyi ilə aşkar edilməlidir. 

Belə xəstələrdə AT həm ambulator, həm də ev şəraitində ölçülməlidir. 

 

Metabolik  sindromu  olan  xəstələrdə  həyat  tərzi  tez  bir  zamanda 



dəyişdirilməlidir. 

 



AH  olan  xəstələrə  ŞD  baş  verməsinə  şərait  yaratmayan  dərman 

verməklə  müalicəyə  başlanılmalıdır.  Belə  xəstələrə  RAS  blokatorları 

uzun  müddət  təyin  edilməlidir.  Lazım  olduqda,  bu  preparata  KA  və 

aşağı dozada TD  əlavə olunmalıdır. Yaxşı olar ki,  belə xəstələrdə AT 

səviyyəsi normal həddə çatdırılsın. 

 



Yüksək  normal  AT-si  olan  metabolik  sindromlu  xəstələrdə  anti-

hipertenziv preparatların işlədilməsinə dair spesifik tədqiqatlar yoxdur. 

Bununla belə, bəzi məlumatlar var ki, belə xəstələrə RAS blokada edən 

dərmanlar təyin edilərsə, onlarda AH əmələ gəlməsini ləngidər. 

 

Metabolik  sindromu  olan  şəxslərdə  dislipidemiya  və  ŞD  varsa,  onlara 



statinlər  və  antidiabetik  dərmanlar  təyin  edilməlidir.  Müəyyən 

olunmuşdur  ki,  insulinə  həssaslığı  artıran  dərmanların  təyin  edilməsi 

əlavə  ŞD  hallarının  əmələ  gəlməsini  xeyli  azaldır.  Metabolik 

sindromun  bir  komponenti  acqarına  qlükozanın  artması  və  qlükozaya 

qarşı tolerantlığın pozulmasıdır. Belə hallarda insulinə həssaslığı artıran 

dərmanların  təyin  edilməsinin  üstünlükləri  və  çatışmazlıqları  hələ 

öyrənilməmişdir. 

 

Rezistent arterial hipertenziya 

Rezistent  arterial  hipertenziya  üçün  xarakterdir:  diuretiklər  də  daxil 

olmaqla ən azı 3 antihipertenziv dərman təyin etdikdə belə AT 140/90 mm 

c.s.-dən yüksək olur və bu səviyyədən aşağı enmir. 

Qeyd etmək lazımdır ki, rezistent AH olmasını təyin edərkən, diametri 

böyük  olan  qol  üçün  böyük  manjetdən  istifadə  edilməməsi  səbəbindən 

alınan yüksək AT müəyyənləşdirilməsi (saxta AH halı) istisna edilməlidir. 

Rezistent AH səbəbləri aşağıdakılar ola bilər: 

 



Terapevtik strategiyaya zəif riayət olunması 

 



Həyat tərzinin dəyişməsinin mümkün olmaması: 

 

çəkinin artması 



 

spirtli içkilərin həddindən çox qəbulu 

 

AT 


yüksəldən 

vasitələrin 

uzunmüddətli 

qəbulu 


(kokain, 

qlükokortikoidlər, qeyri-steroid iltihab əleyhinə dərmanlar və s.) 

 

Obstruktiv yuxu apnoesi 



 

Əvvəlcədən aşkar olunmamış ikincili səbəblər 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

37 


 

Orqanların dönməyən və qismən dönən zədələnmə halları 



 

Natriumun  yüksək  səviyyədə  istifadəsi,  hiperaldosteronizm, 



proqressivləşən  böyrək  çatışmazlığı,  qeyri-adekvat  diuretik 

terapiya nəticəsində həcmlə yüklənmə. 

 

Müalicə 

 



Bütün səbəbləri araşdırmaq və aşkar etmək 

 



Zəruri olduqda, aldosteron antaqonisti də daxil olmaqla üç və daha çox 

antihipertenziv dərman təyin etmək 



 

Arterial hipertenziya ilə əlaqəli risk amillərinin müalicəsi 

1.

 



Lipidlərin qanda səviyyəsini azaldan dərmanlar 

 



ÜD xəstəliyi olan və 2-ci tip  ŞD diaqnozu təsdiqlənmiş bütün AH-

li xəstələrdə qan zərdabında  ÜX və ASLP təyin edilməlidir. 

 

ÜX-ni 4,5 mmol/l (175 mq/dl) səviyyəsinə və daha aşağı, ASLP-ni 



2,5  mmol/l  (100mq/dl)  səviyyəsinə  və  daha  aşağı  salmaq  üçün 

statinlərlə müalicə aparılmalıdır (A) 

 

Aşkar ÜD xəstəliyi olmayan, lakin ÜD xəstəliklərinin baş vermə riski 



yüksək  olan  AH-li  xəstələrdə  (son  10  il  ərzində  belə  risk  20%  və 

daha çox olduqda) ÜX və ASLP səviyyəsi plazmada yüksəlməsə də, 

həmin xəstələrə statinlərin təyin edilməsi haqqında düşünülməlidir (A) 

2.

 



Antitrombositar müalicə 

 



Anamnezində  ÜD  patologiyası  olan  AH-li  xəstələrə  qanaxma 

riskini  nəzərə  almaq  şərti  ilə  antitrombositar  müalicə  təyin 

edilməlidir. Bu məqsədlə aşağı dozada aspirin təyin edilməlidir (A) 

 



Anamnezində  ÜD  xəstəliyi  olmayan    AH-li  xəstələrə,  yaşı  50-dən 

çoxdursa və zərdabda kreatininin mülayim artması və ya yüksək ÜD 

riski  mövcuddursa,  aşağı  dozada  aspirin  təyin  edilir.  Bütün  belə 

hallarda  bu  müdaxilənin  effekt-risk  nisbətinin  (Mİ-nin  azalması 

qanaxma riskindən daha çoxdur) əlverişli olması sübuta yetirilmişdir. 

 



Hemorragik  insultun  riskini  minimum  dərəcəyə  çatdırmaq  üçün 

antitrombositar müalicə AT nəzarətə alındıqdan sonra başlanmalıdır. 

3.

 

Qlikemiyaya nəzarət 



 

AH  və  ŞD  olan  bütün  xəstələrdə    qlikemiyaya  effektli  nəzarətin 



edilməsi olduqca vacibdir (A) 

 



ŞD  olan  xəstələrə  pəhriz  və  dərman  müalicəsi  təyin  edilməlidir. 

Onlarda  plazmada  acqarına  təyin  edilmiş  qlükozanın  miqdarını  6 

mmol/l  (108  mq/dl)  səviyyəsinə  salmaq  və  qlikolizə  olunmuş 

hemoqlobinin  səviyyəsini  6,5%-ə  qədər  azaltmaq  lazımdır.

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



  38 

 

HİPERTONİK KRİZLƏR 

 

Hazırda  hipertonik  krizlərin  iki  növü  ayırd  edilir:  ağırlaşmış  kriz 



(hypertensive  emergency)  və  ağırlaşmamış  kriz  (hypertensive  urgency). 

Krizlərin bu cür qruplaşdırılması AT-nin yüksəlmə dərəcəsinə deyil, hədəf 

orqanların zədələnib-zədələnməməsinə əsaslanır. 

 

 

Ağırlaşmış kriz 

 

Sistolik  və  diastolik  AT-nin  qəflətən  yüksəlməsi  və  hədəf  orqanların 



kəskin zədələnməsi ilə müşayiət olunur: 

 



Hipertonik  ensefalopatiya  (baş  ağrıları,  huşun  itməsi  və\və  ya 

ocaqlı nevroloji simptomlar, görmə siniri diskinin ödemi).  

 

Təxirəsalınmaz  müalicə  tələb  edən  hipertonik  krizlərə  həmçinin 



aşağıdakı vəziyyətlər də aiddir: 

 



Feoxromositoma olan xəstələrdə hipertonik krizlər 

 



Narkotik vasitələr (amfetamin, LSD, kokain, ekstazi) qəbul edən 

şəxslərdə AH   

 

Perioperativ  AH   



 

Pre-eklampsiya,  eklampsiya  (baş  beynin  ödemi,  huşun  itməsi, 



qıcolmalar) 

 



Miokard  infarktı,  qeyri-sabit  stenokardiya  (ürək  nahiyəsində 

“sıxıcı”  və  “təzyiqedici”  xarakterli  ağrı  tutmaları  və  EKQ-də 

xarakterik dəyişikliklər) 

 



Sol  mədəcik çatışmazlığı və ağ ciyər ödemi (taxikardiya, sakitlikdə 

təngnəfəslik, ağ ciyərlərdə yaş xırıltılar) 

 

Aortanın  laylanan  anevrizmi  (döş  qəfəsində,  kürəkarası  və 



epiqastral  nahiyələrdə  kəskin  meydana  çıxan,  boyuna,  kürəyə, 

ətraflara irradiasiya edən intensiv ağrılar) 

 

Kəskin  böyrək  çatışmazlığı,  (oliqouriya  və\və  ya  hematuriya  və 



qanda kreatinin səviyyəsinin artması) 

 



Retinopatiya  (görmə  sinirinin  hemorragiyası,  ekssudasiyası  və 

görmə siniri məməciyinin ödemi) 

 

Subaraxnoidal qansızma və ya başqa beyin-damar zədələnmələri ilə 



müşayiət olunan AH (güclü baş ağrısı, qusma, ürəkbulanma, huşun 

itməsi boyun əzələlərinin riqidliyi, ocaqlı nevroloji əlamətlər)  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



  39 

 

 



Bütün  bu  hallarda  AT-nin  təxirəsalınmaz  (1  saat  ərzində)  endirilməsi 

gərəkdir.  Bu zaman  hədəf  orqanların  zədələnməsinin  proqressivləşməsinin 

qarşısını  almaq  məqsədi  ilə  preparatların  parenteral  yeridilməsi  tələb 

edilir. Lakin nəzərə alınmalıdır ki, AT normal rəqəmlərə (140/90 mm c.s.) 

qədər  və  sürətlə  endirilməməlidir,  belə  ki,  bu,  daxili  orqanların  kəskin 

işemiyası və infarktına səbəb olan qan dövranı pozulmasına gətirib çıxara 

bilər.  

 

Ağırlaşmış  krizlərdə  AT-nin  endirilməsi  mərhələləri  aşağıdakı  kimi 



olmalıdır: 

 



30-120 dəq ərzində  AT 15-25% endirilir; 

 



2-6 saat ərzində AT səviyyəsi 160/100 mm c. s.-dək endirilir;  

 



Daha sonra peroral preparatlar qəbul edilir 

 

Beyin  qan  dövranının  kəskin  pozulmasında  AT  yavaş  endirilməli, 



aortanın  anevrizmində  AT  5-10  dəq  müddətində  25%  endirilməlidir. 

Aortanın anevrizmində AT-nin hədəf səviyyəsi 110-100 mm c.s. olmalıdır. 

Ağırlaşmış  krizi  olan  xəstələrin  AT  səviyyəsi  ciddi  nəzarətdə 

saxlanılmalıdır.  Bu  məqsədlə  onlar  intensiv  terapiya  şöbəsinə 

yerləşdirilməlidirlər.  

 

Bu  hallarda  xəstələrə  təyin  olunan  dərman  preparatlarının  siyahısı 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin